İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə125/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   ...   180

______________Milli Kitabxana_______________

İki  il  bundan əvvəl  bu  adresə göndərdim  mən  səni  ki,  Məhərrəm  kələfin

ucunu  açsın,  yavaş-yavaş  daxil  ol  hadisələrə,  partiya  məktəbini  qurtarandan

sonra əmiyin  bu  təşkilatında  fəaliyyətə başla,  mübarizəyə qoşul.  Mənim

həyatımda ən böyük nailiyyətim səniydin. Maksimal saf ürəkli, saf vicdanlı oğul

yetirmişdim.  Xarakteriyin  bütövlüyü,  həssaslığın,  incəliyin - hamısı  qarantiya

verirdi  ki,  nümunəvi  çekist  ola  bilərsən.  Yeni  Alim!  Maksimal  biliyi  olmuyan

adama "çekist" demirik biz.

İstəyirəm  bir  mesələyə xüsusi  diqqət  yetirəsən: Əslinə baxsan,  biz

qaçırmamışıq səni rayondan. Öz taleyin sarsıntılara salıb səni. Öz taleyin gətirib

çıxarıb  səni  bu  evə.  "Dil"  kimi,  "Tale"  də OdƏldi.  Sözü  Həqiqət Əli  EySann

sözünü  eşitmirsən  sən  hələ.  Onun  sözü  təziq  eləmir  insan  beyninə,  təsir  eləyir.

Məhz həmin təsimən göndərilmisən sən bura. Ələsgərin dediyi "çıx get burdan"

sözləri  EySarın  sözləridi, Ələsgərin  beyninə gəlib, Ələsgərin  diliynən  çatdırılıb

sənə.  Mədədin  dediyi  "Sultanı  dinlə"  sözləri  də EySann  sözləridi,  Mədədin

diliynən çatdırılıb sənə. Alim olmalısan, oğul, Alim! Çekist!

Səməd çox çaşqındı.

-

Demək... çekist...



Sultan onun üzündə tərəddüd gördü.

-

Böyük faciədi, dözülməz müsibətdi ki, uzun illər ərzində göz bəbəyimiz



kimi  qoruduğumuz  "Vərəsə"miz  belə birdən-birə oldən  getdi. Əmma  çox şey

verib bizə "Vərəsə"miz, danışacam, biləcəksən.

Təkrar, təkrar eşit: Elm lazımdı bizə, oğul. Tarix, həqiqət lazımdı... Vəsiyyətə

sadiq  olmaqdan  ötrü əvvəlcə orqanda  işləməlisən.  Böyük  miqyaslı  siyasi

kamillik, soyuqqanlı mühakimə qabiliyyəti qazanmalısan...

Səməd  dözə bilməyib,  çox  kobud  şəkildə əmisinin  sözünü  kəsməyə məcbur

oldu:

-

Bəs  o  cəmaat?! Əl  qaldırıb  mənə sos  verənlər  Bezobraziyenin



tapdağında qalmalıdılar?!

Sultanın qaşları pırpızlandı.

-

Sözümü kəsmə! Fikrimi haçalandırma!..



Kolxoz  nizamnaməsiynən ədalət  yaratmaq  istəyirsən.  Bir  kənddə ədalət.'..

Belə şey  mümkündüsə,  Silsilə alimlərimiz  niyə dünya  dolusu  qışqırırlar  ki,

"məhdud ərazidə Ədalət  yaranmaz!"  Budu  SafAğ  Elminin  müddəalarından  biri.

Elmimiz  hələ qədimlərdə, sonra  Xaç  müharibələri  dövründə dünyanı  dolanıb

gəlib Marksa, sonra Plexanova da az-çox



______________Milli Kitabxana_______________

çatmışdı.  Məhz  buna  görə Leninlə heç  cür  razılaşmırdı  Plexanov:  "Sosializm

yaranmaz!"

-

deyirdi. 



Yəni 

kapital 


dünyası 

bir 


ölkədə

dərhal


boğavsəninsosialədalətini!  Boğmadımı?!  KimöldürdüLenini?!  Dinin,  kapitalın

sağ əli  Stalin!  Kim  öldürdü  Doktorumuzu?  Stalinin  sağ əli  Serqo  Orcenikidze!

Lenin faciəni görürdü, eyni zamanda  Qılınc Qurbanların silahına  güvənirdi. Bir

az sonra dərk elədi ki, doğrudan da məhdud ərazi daimi təhlükə olur. Nərimanov

da  işə qarışandan  sonra  Lenin ərazi  miqyasını  genişləndirməyə başladı.  Bütün

Orta Asiyanı sovetləşdirdi, Türkiyəni sovetləşdirdi. Əmma materialistliyindən əl

çokə bilmədi. Hər yerdə silah işləyirdi.

Bu gecə SafAğ Elminin əsas  müddəalarını çatdırmalıyam  mən  sənə. Çətindi

bu,  çox  çətindi! Əmma əminəm  ki, ƏlAğımız  kömək  eləyir  mənə.  Sözümü

kəsmə!..


Nəcəfoğlunun  ölümünü  danışmaq  istəyirdim.  Daha  doğrusu,  ölümünün

səbəbini. Lenini məhvə aparan səbəbdi bu!

Səməd əlini əmgəyindən çəkmədən, aram-aram, asta-asta deyirdi:

-

Danış...  danış...  Bağışla, əmi,  həyəcanlandrıram  səni.  Çalışaram  sakit



dinləyim. Danış...

Sultan da nisbətən sakitləşdi:

-

Nəcofoğlunun  nəyə görə,  necə öldürüldüyünü  sən  hökmən  bilməlisən.



Çünki sənin ətrafındakı hadisələr o hadisənin davamıdı.

Fikir ver, "devamı" deyirəm.

Abı deyib sənə, biz "Vərəsə"ni Şeyx Xorasan məqbərəsinə aparanda Çax-çux

izimizə düşmüşdü, Mirqəzəbə çatdırmışdı. Nəcəfoğlu kitab yazırdı onda. Bağday

tarixinin  xronikasını  düzəldirdi  ki,  "Vərəsə" əlimizdən  getsə,  xronika  qalsın.

Çax-çux buna da öyrənmişdi, çatdırmışdı.

Mirqəzəb  nə

"Vərəsə"yə

toxundu,  nə

Nəcəfoğluna.  "Tarixi"



"ustanovka"ynan  yazanlar  məsləhət  görmüşdülər  ki,  imkan  ver,  kitabxananın

məğzini çıxartsın. Mirqəzəb də imkan verdi. Kitabı əllinci ilin yanvarında yazdı

qurtardı Nəcəfoğlu. Adını "Posle potopa"

1

qoydu.



Ümidimiz  Moskvayaydı.  Mordəkanda,  axırıncı  söhbotimizdə belə qərara

gəldik  ki,  dostumuz əvvəlcə öz  kitabını  aparsın  Moskvaya.  Bakıynan,  biznən,

Elmimiznən  bağlı  olan  türkoloqları,  şərqşünasları,  dilçiləri Akademik  Marrin

evinə yığsın,  hamısı  oxusun.  Ümumi  razılıq  olsa,  xəbər  versin,  "Vərəsə"ni  mən

özüm aparım.

Uzun əhvalatdı bu. Uzun, qorxunc... "Əhvalat" yox, fəlakətdi. Dinlə!

"Subasqınından sonra".



______________Milli Kitabxana_______________

* * *


Nəcəfoğlunun  bağı  Mərdəkanın lap  ucqarındaydı.  Yaşıllıq-zad  yoxdu  orda.

Çünki xəzri tutan yerdi. Bağların hamısını hasarlayıblar ki, qum tənəyi basmasın.

Xəzri vuranda hasarların arasından dikinə tozanaq qalxır, göz açmaq olmur. İt də

dama  dürtülür  o  tozanaqda.  Biz  də qəsdən  elə şiddətli  xəzri  vaxtı,  gecə

getmişdik.

Nəcəfoğlunun  Kişvər  adında  bağbanı  vardı.  Qara,  gödək  kişiydi.  Bağlarda

tənək əkirdi,  xəndək  qazırdı,  taxtadan  məhəccərsayağı  arakəsmə düzəldirdi  ki,

toz  xəndəyi  doldurmasın,  təneyi  boğmasın.  Çox  ağır  işdi  bu.  Yazıq  nakam

dostumuz  qəmli-qəmli gülürdü:  "Xəndəkləri  saysan,  Kişvər  bir  gündə üç-dörd

qəbir qazır!" - Sataşırdı bağbanına. Əmma həm də nəyəsə eyham vururdu.

Mərdəkanda  hamı  fağır,  zəhmətkeş,  qərib  adam  kimi  tanıyırdı  onu.  Şeyx

əmiləriyin hambalı Fağın-Yağın xatırladirdı mənə həmişə. "Bağırovun yerlisidi"

deyirdilər.  Xeyir  işlərdə Kişvəri  xüsusi  hörmətnən  yedirdib-içirirdilər.  Ölü

düşəndə qəbirqazanlar  onu  da  çağırırdılar  ki,  "Kişinin  yerlisinin  xətrinə"  ölü

yiyələri yaxşı pul versinlər.

Nəcəfoğlu  kimi,  Məhərrəm  də şübhələndi  bağbandan.  Dedi:  "Lapatkaynan

işləyənin boynu tir kimi olar. Bunun boyun-boğazında əzələ deyilən şey yoxdu.

Tükdən keçirmək lazımdı bu lapatka adamını".

Saçından  tük  qopardıb  Nəcəfoğlunun əlyazmasının  üstünə qoydu,  siyirməni

ehtiyatnan  itəloyib  bağladı,  açarı  götürdü. Çıxdıq  dənizə getdik.  Qayıdanda

Məhərrəm  siyirməni  açdı,  ehtiyatnan  çəkdi,  dedi:  "Gəlin  baxın".  Baxdıq,  tük

yoxdu. O vaxtdan bildik ki, Nəcəfoğlu nə yazırdısa, hamısının üzü götürülürdü.

Bizim əsas  işimiz  bu  olmahydı  ki,  Mirqəzəbi  fakt  qarşısında  qoymaqdan ötrü

kitabın  tamamlandığını  bildirmiyək, əlyazmasını  həmişə yarımçıq  saxlayıb,

kənarda maşınka yazısını hazırlayaq, aparanda da elə aparaq ki, "lapatka adamı"

xəbər  tutmasın.  Buna  görə də o  gecə mən əvvəlcə sanatoriyaya  getdim -

Mərdəkana.  Putyovkamı  verdim,  yer  aldım.  Məhərrəm  də məni  yoluxmaq

adıynan əvvəlcə sanatoriyaya  getdi.  Həkimlərdən  kim  vardı,  hamısını  qonaq

çağırdıq,  gecəyarıya  qədər  yedik-içdik,  şahmat  oynadıq.  Məhərrəm  dedi:

"Sultanın  yanında  qalacam  bu  gecə".  Nə başını  ağrıdun,  konspirasiya  üçün  nə

lazımdısa elədik. Maşınların ikisini də sanatoriyanın qabağında qoyub, gecə saat

on  birdən  sonra  sanatoriyanın  dal  qapısından  çıxdıq,  dostumuzun  evinə də

maksimum ehtiyatnan getdik.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə