İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə114/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   110   111   112   113   114   115   116   117   ...   180

______________Milli Kitabxana_______________

Torksin  gözlərini  Səməddən  çəkmədən,  gərginlikdən,  qəhərdən  boğula-

boğula udqunda.

Abının gözləri də Səməddə idi.

-

Eşitdin?!  Dərk  elədin?!  O  çardağın  altında  oturan  bədbəxtimizə az-çox



məlumdu  bu  həqiqətlər.  Sultandan  dərs  alıb  bu  dörd  ayda.  Sultanın  Övladını

bətnindən qovmaz o, oğul! Bu barədə Sultana da düz deməyiblər, sənə də. Həm

orda - Bakıda başını yeyiblər sənin. O şofer düz adam deyil. Burda da iki zənən

deyib  sənə bu  barədə.  Mənə məlumdu  bunun  hamısı.  Sultanın  hələ dünyaya

gəlməmiş  züıyətinə anası  yox,  başqalan  qəsd  eliyərlər.  Bacarırsansa,  bax

elələrindən  qoru  o  bədbəxti.  Təhqirlərə,  söz-söhbətlərə dözəmmir.  Başa

düşdünmü?! O cırdığın məktubu bu yazmayıb sənə. Məktəbin arxivindən bunun

"rus  dili"  dərsindən  "diktant" dəftərini  tapıb  Xaş  nəçənnik,  Şüşəlidə oturub

bunun  xəttinə

oxşada-oxşada,  hırıldaşa-hırıldaşa  yazıblar,  insanı  sözlə

zəhərləmək, əsəbiləşdirib  öldürmək  kursu  keçən  o  ilan  zənəni  məcbur  eləyiblər

məktubu versin, görüşdürsün  sizi, o yandan da Qudalı itlərini çağırsın, şəklinizi

çəksinlər bax o çardağın altında, qəzetə verib ifşa eləsinlər:

"Zəmanəmizin Məcnunu  Leylisindən qaçmır!" Plandı bu. KQB-də Xudiyevi

xəlvəti əvəz  eləyən  Xalıq  Qudalovun  şəxsi  planıdı!  İki  zənənə tapşırıb  bunun

icrasını. Burdadılar ikisi də. Çox yaxşı tanıyırsan hər ikisini!

Ətrafında baş verən hadisələr çatmır sənə, oğul! Çünki çox, çox təmizsən və

sadəsən! Bezobraziyenin nə iş gordüyünü bilmirsən. Sarı Zal səndən yaxşı görür

Bezobraziyenin əməlini:  Varisin  başındadı  hər  şey  deyir,  o  cür  taraqqa-taraq

vuruşmanın  arasında  qabağını  kəsib  başa  salır  səni,  yenə başa  düşmürsən

kimsən, kim olmalısan!

Abı üzünü cavanlara tutdu.

-

Aparın bunu, dərs deyin o çadırda!.. Eşitdinmi, ey pak nadan?!



Dərs  keçməlisən!  SafAğ  Varisi  rütbəsinə layiq  olmalısan!  Yoxsa,  özünü  də

məhv eləyəcəksən, əmini də, bizi də və o dizlərini qucaqlayan xoşbəxt bədbəxti

də! Bəli, xoşbəxtliyi də var onun. Vaxtı çatanda biləcəksən. Nə baxırsan üzümə?!

Göyə bax!  Bu  aylı,  ulduzlu  Kainat  miqyasında  nə qodər  bilmədiyin  şeylər  var!

Bir  dəfə BağHəmOdun  Öz  sağlığında,  iki  yüz  illik  müharibənin  lap

başlanğıcındaca  məhv  eləyiblər  bu  Elmi.  Yeddinci əsrdə.  Bir  dəfə Mənsur

Hollacın  zamanında – onuncu əsrdə qırıblar  alimlərimizi.  Bir  dəfə Firdovsinin

zamanında!  Bir  dəfə Nizaminin  zamanında! Bir  dəfə Nəimi  ilə Nəsimi

bədbəxtlərimizin  zamanında!  Bir  dəfə "Şeyx  Səfi"  dedikləri  Şeyx  SafAğın

zamanında!




______________Milli Kitabxana_______________

Bir  dəfə onun  oğlunun,  bir  dəfə də nəvəsi  Şah  İsmayılın  zamanında!  Bütün

Kürreyi-ərz deyilənin bəşəriyyəti məşğul olur bu işnən ay yazıq Varis balam! Bu

doqquzuncu dəfədi. ƏlAğ EySanmızın edamını da əlavə eləsək, onuncu dəfədi!

SafAğ Elminin minlərlə ad altında gizlənən milləti özü-özünə qılınc qaldırır indi!

"Faraon"  dedikləri  EvƏr-EyÜnlərin  zamanlarında  EvƏrEy  OdƏrlərimizin

özlərini  o  dərəcədə nadanlaşdırıblar  ki, ƏrAğları - "ruh"ları  birbaşa  OdAğÜz

BağOdƏrə uçan  EvƏrEyÜnlərin  hamısına  mavzoley  tikdirib,  yanına  da  azuqə

qoyub  guya  Yerdə saxlayıblar.  İndi  cəmi  Yer  üzündə "Yevrey"  düşmən  sayır

EvƏrEyÜnləri - "Faraon"ları.  Niyə?  Çünki  İlan  belə qandırır!  "Misr" - BağSar

tariximizi  öyrənsən,  görərsən  ki,  on  bir  dəfə yox,  bəlkə yüz  bir  dəfə məhv

eləyiblər Varislərimizi! Get öyrətsinlər! Get! Səməd quruyub qalmışdı.

-

Abı!.. Abı, axı, əmimin özünün sözüynən gəlmişəm mən bura!



-

Dedim  Sultanı  başdan çıxaranlar  var!  Sultanın  yox,  Müslümün

sözüynən  gəlibsən!  Daha  doğrusu,  Çax-çuxun!..  Tanıdınmı  Müslüm  Müslüm

oğlunu?!


- Nə?! Nə dedin?! Müslüm bizimkidi, Abı!

-

Təkrar  eləyirəm:  çox,  çox  sadəsən,  uca  nadansan,  oğul!  Bakıda  tək



ulduzla,  mayor  paqonuyla,  burda  qoşa  ulduzla,  polkovnik  paqonuyla  qabağına

çıxan, kül-xınc elədiyin adamı tanımırsan sən. Xalıq deyil o!

Qudalı deyil! Yağır Məmmədəlinin oğlu deyil! Xəlvət Rəhimin qardaşı oğlu

deyil!  On  birinci  ildə Səttar  xan  vurulandan  sonra  Yağırı  aparıb  Londonda,

Romada - filanda saxlayıblar. Sonra Peterburqa göndəriblər.

Sonra  yenə Cənuba  qaytarıblar.  Bax  onda  Jalə adında  bir  dul  arvadla

evləndiriblər, arvadın Xudat adında oğlunu da "Xalıq" adıyla yazdırıblar Yağınn

üstə, olub Xalıq Qudalı!.. Əslində heç Xudat da deyil! Heç o dul arvadın da oğlu

deyil! Nikolay vaxtından, on yeddi yaşından göndərilib Azərbaycana, burdan da

göndərilib  dul  arvadın  evinə...  Aç  gözünü,  yenidən  bax  Xalıq  Qudalıya!  Bütün

Azərbaycanda  Mirqəzəbnən  Pers  bilir,  bir  də Sultannan  mən  bilirik  kimdi  o.

Eşitsə ki,  sirr  açıram,  bax  bu  cəmaatın  gözünün  qabağındaca  gülləliyər  məni!

Səni  də gülləliyər,  Sultanın  özünü  də.  O  yekəlikdə,  o  təcrübədə qatil  zır-zır

ağlayır 


ki, 

"Yağır 


Məmmədəlidi 

mənim 


atam! 

Kim 


uydurub 

bu

avtobioqrafiyanı?!



Rəhim kişi doğma əmimdi mənim!.." İnanmaz! Çünki Peterburqda Rəhimnən

Məmmədəlinin qoşa şəklini veriblər, bir-birinin kopyasıdı!

Odu ha, Rəhimin evinin divarında!.. Müslüm çox biləndi. Nəsə duyub,



______________Milli Kitabxana_______________

ya da nəsə bilir onun barəsində. Odu ki, öl deyəndə ölür, qal deyəndə qalır. Sənə

deyib:  "Məktub  yaz,  verim  bacıya,  uşağına  xətər  yetirməsin".  Sultanın  tapşırığı

deyil  bu!  Çax-çuxun  tapşırığıdı!  Nəyinə lazımıymış  elə bir  məktub,  Qurban

soruşub. Açıq deyib ki, "Səməd əmisini vurandan sonra məhkəmədə əşyayi-dəlil

nə qədər çox olsa, bir o qədər yaxşı olar". Yəni Müslüm Gülgəzə yox, Çax-çuxa

verməliydi sənin məktubunu. Sultan da bilir bunu, Məhərrəm də. Sən elə bir şey

eləsəydin,  Müslüm  məktubu  Çax-çuxa  verəndə

Məhərrəmin  adamları

almalıydılar  Çax-çuxdan.  Belə şeylər  var,  oğul!.. Elə xurd-xəşil  süründü  hara

getdi,  bilirsən?  Prokuror  Sayılovnan  həkim  gözləyirmişlər  Xəlvətin  həyətində.

Çəkməsinin boğazından xançal çıxarıb, sinəsinin qanına bulayıb verib həkimə ki,

"Bax  bunnan  öldürmək  istəyirdi  məni  o  dəli".  Bildinmi  hansı  xançaldı?!  Kim

aparıb,  necə aparıb əmiyin  bağından  o  xançalı?!  Necə olub  ki,  Bakıda  Xalıqın

dizlərinin  üstündə görübsən  o  xançalı?!  Gör  nələr  eləyir  Bezobraziye!..  Ayıl,

oğul!  Yazıq  Qurban  lap  cana  doyub.  Deyir  "iki  yerə bölünsəydim,  yarım

Bezobraziyeni  izliyərdi, yarım  da  dəlimizin  özünü!"  Qılınc  Qurban  deyir  ey

bunu!  Di  get!  Get!  Aparın  bunu  o  çadıra!  Yenə qan  axır  başından.  Sestranı

çağırın. Acdı həm də bu bədbəxt! Aparın!

Səməd  yenə də gedə bilmədi.  Necə deyərlər,  dirigözlü  ölmüşdü.  Elə bu

vəziyyətində yenə nal səsləri və Qurban əminin xırıltısını eşitdi:

-

Müslüm Səmədin dalınca gəlib. Çadırın qabağında gözləyir. Sultan zəng



vurub  ki,  gedəsi  olmadım,  Səməd  özü  təcili  gəlsin.  Yoxsa,  həbs  eliyəcəklər...

Mən sındım, Abı!.. Qılınc Qurban yoxdu daha.

Abının səsi də xırıldayırdı:

-

Eşidirsən?! Eşidirsən?! Sındım! - dedi.



Sonra birdən yan tərəfə - alaqaranlıqda qısıq duran Şənbəni görər-görməz atı

onun  üstünə sürdü.  Şallaq  iki  dəfə şaqqıldadı.  Lap  güllə kimi.  Zərbənin  biri

Şənbənin  sarı,  nazik  qofta  altından  qabarmış  sağ  döşünə,  o  birisi  sol  döşünə

dəymişdi. Şənbə titrəyib üzü üstə sərildi, qıvrılıb qaldı. Sonra iki şallaq şaqqıltısı

da  eşidildi.  Gülbəniz  dözümlü  imiş;  qoşa əlləri  ilə doşlərini  sıxıb,  ağrıdan

gözlərini yumub, ayaq üstə qaldı.

Qılınc atın yüyənini geri burdu.

-

Xudiyevdən qalıb bu. KQB-nin zənənlərini qoşa-qoşa işlədirlər!



At  dəhşətli  tər  qoxusu  yaya-yaya  irəli  gəlib  nəfəsi  ilə Səmədin  boynunu

yandırdı və Səməd istər-istəməz geri dönüb, Qurban əminin sifətini də tər içində

gördü.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə