______________Milli Kitabxana_______________
Səməd etiraz gözləyirdi. Hesabla, "işin ikinci qismində" Gülənov
ehtiyatlanmalı idi. Əmma Xaşdan çox qəribə, müəmmalı qəhqəhə qopdu.
-
Ay uşaq, çağırın Xalıqı! - dedi.
Çax-çux uzaqda deyilmiş. Gizlinin birinin meydandan qaranlığa cumması ilə
qayıtmağı bir oldu. Ardınca Çax-çux qaranlıqdan çıxıb, trubkası damağında,
sakit yerişlə birbaş Səmədə doğru gəldi. Lap yaxınlaşıb, üç addımlıqda ayaq
saxladı.
-
Buyur, qadası. Bu da mən!
"Bu da mən" sözləri ilə birlikdə Xaşın qəhqəhəsindəki müəmma da açıldı:
Səmədin qənşərində tamam başqa bir adam dayanmışdı. Bu adamın dəyirmi
fanar gözləri, sifətinin qaralığı və trubkası "Çax-çux Xalıq" adında qatil olsa da,
tün abı, yumşaq şivyot kitelinin döşündə bu dəfə iki qızıl ulduz, çiyinlərində
polkovnik paqonları parıldayırdı.
Gizlinlər yığnağından başqa meydanda hamı sehrlənmişdi. Uzun illər ərzində
"çax-çux eləyən", İran kişmişi, Çin makentoşu, Çin fanarı sata-sata "ekspeditor",
alverçi və möhtəkir kimi tanınan Qudalı Xalıqın metamorfozası Muradova ilə
Mirbağır müəllimi də çaşdırmışdı. Bu adamın haqqında əvvəlki təsəvvür elə
yerli-yataqlı və möhkəmdi ki, indi gözlə görüləni ağıl kəsmirdi. Səməd isə elə
sarsılmışdı ki, tamam kütləşib, Çax-çuxu nə üçün çağırtdığını unutmuşdu.
Ayılması həmin "çəkic zərbələri" ilə başlandı. Möhürü Xəlvətin cibindən
çıxardıb Təftişə verəndən sonra beynindəki guppultular getmişdi, burda yenidən
başlandı və Səməd özünə gəlib, yəqin ki, gün ərzində əzab çəkdiyini görə sifəti
nisbətən solğun, hətta kübar kimi görünən iki dəfə Sovetlər İttifaqı qəhrəmanı
polkovniki yaşıl furajkasından qara xrom çəkmələrinə qədər, yenidən gözdən
keçirdi. Qoşa qızıl ulduzun bərqindən bir şəkil əmələ gəldi: Çax-çux indiki
libasında əlli birinci ilin yayına qayıdıb, vaqonun açıq pəncərəsi arxasında əlinin
ekzemasını Şüşəyə sürtən Mirqəzəblə yanaşı dayanıb, "Cəlladla bir camdan qan
içən qaniçən" oldu və bununla da Səmədin beyni tamam açıldı.
-
Xidmətlərini yüksək qiymətləndirib Stalin yoldaş!.. Gecə Bakıda
gördüyüm mayor Qudalovnan indiki polkovnik Qudalovun fərqindən məncə belə
nəticə çıxır ki, bu Qudalov yalnız o tayda Milli hökumətin devrilməyində yox,
yalnız "Boqi obezqlavlenı" yazdıran Yağıra köməyinə görə yox, indi Ermənistan
adlandırılan torpaqlarımızdan sürülənlərimizin müsibətlərində iştirak elədiyinə,
Borçalıdan Lerikə qədər ərazinin müsibətlərinə görə də yüksək mükafatlar alıb!
______________Milli Kitabxana_______________
Gülənov ustubluca yaxınlaşıb, Çax-çuxun bir tərəfində, möhürü cibindən
çıxarıldığına baxmayaraq, daha da mötəbər görünən Qudalı ağsaqqalı da hiss
olunmadan yaxınlaşıb, Çax-çuxun o biri tərəfində dayanmışdı. Səməd kürəyində
bir-birindən zorba Gizlinlərin və bütün Qudalı xılının təpərli nəfəsini hiss edirdi.
Çəkic zərbələri gücləndi.
-
Mən dedim xidmətlərini yüksək qiymətləndirib Stalin yoldaş.
Dedim, saydım xidmətlərini, niyə dillənmirsən?!
Çax-çux əmin-arxayın, trubkasını tüstülədirdi.
-
Sən bu döşümdəkiləri sərf-nəzər elə. Qatil saydığın, qatil kimi tanıdığın
Çax-çux Xalıqa deyilməli sözün nədi, onu de, qadası. Qulaq asıram. Buyur!..
Əmbə nəzərə al ki, Qılınc Qurbanın Məhərrəm Abbasoviçə umudu boş xülyadı.
Nəinki respublika prokuroru, heç SSRİ prokuroru da sanksiya verəmməz mənim
tutulmağıma. Diqqətli ol, gör necə ciddi danışaram sənnən. Bu iki ulduzdan
başqa, müharibə müttəfiqlərimiz prezident Ruzveltin və Çerçillin şəxsən təqdim
etdikləri böyük mükafatlara layiq görülmüşəm mən. Çax-çux Xalıq belə
adamdı!..
Avtobioqrafiyamın gizlin tərəfləri çoxdu. Açmağa ehtiyac görmürəm, qadası.
Bir başqa yerdə
böyük məmnuniyyətnən açıb-tökərəm, bu aralıqlarda
vurnuxmaqdan birdəfəlik əl çəkib rahat oturarsan. Dünya çox mürəkkəbdi,
qeylü-qallıdı, qadası. Çax-çux Xalıq, Xaş nəçənnik, Xəlvət Rəhim və sair
"mikroilan" adlandırılanlar "mikro" deyillər, qadası. Süleymanınızın xəzinəsinin
üstündə bir yox, milyonlarnan ilan qıvrılıb, ay dünyadan xəbərsizlər! Buyur, indi
sözünü de!
Səməd kürəyində Zorbaların nəfəsini duya-duya hiss etdi ki, burda basılsa,
cəmaatın ümidi sınacaq, özü də sınacaq və bəlkə, doğrudan da məhv olacaq. İki
dəfə qəhrəmanın inam və təmkinlə dediyi "Xəzinə" sahibi olammıyacaqsınız"
sözlərinə şübhə etmədən, özü ilə birlikdə əmisini də, bu cəmaatı və bütün xalqı
da dərin uçurum qırağında görüb, bayaq Çax-çuxu çağırtdıranda nəzərdə tutduğu
"iş"in üstündə daha da möhkəmləndi.
-
İlana bir kəlmə də sözüm yoxdu, - dedi. – Yəni söz deməyə
çağırmamışam səni. Yadından çıxmayıbsa, yuxu danışmışdın məno. O yuxun çin
olub... - Kitelin yaxasından yapışıb sağa, sola necə dartdısa, düymələrin hamısı
partapart töküldü. Təpərli, pis qoxulu nəfəslər Səmədin boyun-boğazına dolub
tükünü ürpətdi: Gizlinlərlə birlikdə daim içkili məhlə milisionerləri də üstünə
tökülmüşdü.
-
Demədimmi toxunmayın! Çəkilin! - bu Gülənovun qışqırtısı idı.
______________Milli Kitabxana_______________
Kiteli Çax-çuxun əynindən çıxardanda elə bir an oldu ki, Səməd ətrafindan
dağılışan gombullarla, milisionerlərlə birlikdə Xaşı da gördü. Daha doğrusu,
ancaq neştərləri gördü: sevinc yox, təntənə də yox, neştərlərin parıltısında qələbə
himni vardı. Əmma Səməd "işin ikinci qismi"ndən qalmadı: yeddi il səkkiz ay
ərzində yuxuda və xəyalda qatili nə hala salmışdısa, indi eləcə bir hala saldı: ağ
maykada cəsədsayağı qabırğaları sananan "qara həyula"da nəfəsdən başqa heç nə
qalmadığını hiss edəndə nəfəsə toxunmayıb, Çax-çuxu it məhləsinə tərəf
tolazladı.
Nə qədər imkanlı adam olsa da, belə xınc-mınc bədənlə qatil, cinayətlərini
Persin üstünə yıxmaq imkanından məhrum olub, azı bir həftə, on gün yataqda
qalmalı idi. O vaxta qədər, şübhəsiz, məhkəmənin qərarı çıxmalı, Sultan
Əmirlinin, Məhərrəm Abbasoviçin başları açılmalı idi. Səmədə lazım olan da elə
bu idi.
Xaş "Dəli Səməd"in belə uzağa baxan gözlərini görmürdü. Xaş bu günə, bu
meydana baxırdı və qələbəsini də burda görürdü; Çax-çuxdan əl çəkib geri
dönəndə Səməd dərhal başa düşdü ki, "çəkiyə çəkilən"rin özünün özünü məhv
etdiyinə heç kəsin şübhəsi yoxdur: Xaşın qələbə himni indi Bezobraziye
törəmələrinin üzlərində, duruşlarında, tərpənişlərində də çalınırdı: əziz qohum və
himayədar Xalıqa baxmırdılar, Xalıqın yerdə döşəli qaldığı bir vaxtda bu
adamabənzər adamların hamısı bayram təntənəsilə dingildəşirdi, yırğalanırdı.
Çünki Xəlvət Rəhim də paqonlarını taxmış kimi, gurultulu-amiranə səslə "Səməd
Mədəd oğlu Əmirlinin çox açıq şəkildə nümayiş etdirdiyi siyasi əqidəsinə və
cinayətinə şahidlərin" ad və familiyalarını deyə-deyə, Piylisinin əlindəki dəftərə
siyahı yazdırırdı Gülənovun qoşa ovcunda isə "naruçnik" işıldayırdı. Səməd
nəfəsini dərmədən, bu dəfə birbaş Gülənovun üstünə yeriyib, əllərini irəli uzatdı.
-
İşimin ikinci qismini də qurtardım. Taxa bilərsən naruçnikini, Xaş
nəçennik! Gülənov təhqirə cüzi əhəmiyyət də vermədi.
-
Hə, indi doğrudan da taxmaq olar, eşq dəlisi!
Bircə an sonra Gülənovu yerdə - Səmədin dizinin altında, "naruçnik"i isə
"nəçənniyin" özünün biləklərində görəndə Bezobraziye törəmələrinin işarələrə -
əmrlərə tabe cəmdəkləri tamam hərəkətsiz qalıb qurudular.
Səmədin hərəkətlərində isə ildırım sürəti vardı. "Naruçnik"in zəncirindən
yapışıb, yüz kiloluq xaş bədəni sürüyüb, Gülənovun öz maşınına tulladı. Şofer
do məhlə milisionerlərindəndi: Gülənoğlu Molla Gülənə
Dostları ilə paylaş: |