______________Milli Kitabxana_______________
Birinci nəticə budur ki, Səməd "kürünüb atılmalı"ları doğrudan da kürüyüb,
camaatın hüququnu özünə qaytardı.
İkinci nəticəsi isə budur ki, pambıq çəkiləndən sonra təcili "vedomost"la pul
paylananda Torksin birdən şığıyıb, Təftişin "seyf"indən möhürü dartışdırdı:
-
Bura ver! Sən gəzdirmiyəcəksən bunu! Mədədimiz gəzdirəcək!
Neçə il gözləmişik biz onun yolunu?!
Təftiş nəinki möhürü verdi, üstəlik, əlinin ikisini də yuxarı qaldırıb: - Mədədə
mən bir dəfə iyirminci ildə, ikinci dəfə otuzuncu ildə səs vermişəm. Bir də indi
verirəm. Kim Torksinin təklifiynən razıdı, əlini qaldırsın, - dedi və Təftiş hələ
sözünü qurtarmamış, Qəlyanlılardan başlamış Qarışqa qarının quru-taqqanaq
nəvələrinə qədər, bütün Qonaqlılar sevincdən və kədərdən qəhərlənə-qəhərlənə
əllərini qaldırıb, beləliklə, "avariya" günündən yeddi il səkkiz ay sonra sədr
Mədədin "Bircə bala"sının simasında sədr Mədədə yenidən səs verdilər və
Səməd cəmisi bir neçə dəqiqə çəkən qeyri-adi iclasda belə gözlənilmədən kolxoz
sədri seçildi.
11
Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının,
hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə
baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan
çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban
əminin "Qorxmayın! Qorxmayın! Sultan özü gəlir", - dediyini eşidəndə bədəni
tarıma çəkildi.
-
Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin.
Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Heç kəs görmürdü ki, enləri ilə uzunları tən gələsi dərəcədə iki kök qadın
qaranlıqda biri-birindən xeyli aralı dayanıb Səmədin son sözlərini eşidəndən
sonra, hər ikisi eyni iti addımlarla işığa çıxdılar. Gülbəniz Səmədin bir qulağına:
- Neynirsən sən, a canım-ciyərim?! O cırdığın məktubda bədbəxt bacım
dönə-dönə yazmışdı sənə ki, Sultan adında adamdan züryəti olmuyacaq, -
deyəndə, Şənbə Səmədin o biri qulağına: - Cəmaatı niyə yığırsan ora?!
Bilmirsənmi ki, o uşağı daha saxlamaz qarnında?! - dedi.
______________Milli Kitabxana_______________
Səməd mat-məəttəl Gülbənizin enlənib, krem yaxılmaqdan ağarmış üzünə,
gah da Şənbənin əprilmiş yanaqlarına baxırdı: cəmi üç nəfərin - Sultanla
qardaşoğlunun və Müslümün arasında olan söhbəti bunlar hardan bilirdilər,
doğrudanmı o məktubu Gülgəz özü yazmışdı və uşaq söhbəti də ordandı?!
Səməd bu iki nəfər yad ikən məhrəm, məhrəm ikən yad qadının arasından
çıxıb, bir də qışqırdı:
-
Torksin! Eşitmədinmi nə dedim?! Gülgəzin yanına getməliyik! İş var!
Belə qəfil, gözlənilməz, qəribə sözlərdən, əlbəttə, çaşmayan, tutulmayan
qalmadı. Yalnız Səməd meydandan xeyli aralanandan sonra Torksin: - O boş söz
deyərmi? Lazım olmasa çağırarmı bizi? - deyib Səmədin ardınca yüyürəndə
başqaları da tərpəndilər.
* * *
Gülgəz qalın, hündür çəpər arxasında, evin sol səmtindəki çardağın altında,
boz kilim üstündə dizlərini qucaqlayıb oturmuşdu. Ocağın alovu təzə-təzə
qızışıb, qara, yığcam qazanın altından atıla-atıla həyəti az-maz işıqlandırırdı. O
tutqun işıqda, cığaları qaşlarının üstünə sallanmış, zərif, doğma sifəti, qayrıarlığı,
gözəlliyi uzaqdan da sezilən gözləri görər-görməz, Səməd iti, qulac addımlarının
öz-özünə yavaşıdığını, hələ Bakıda rulun-sükanın arxasına keçdiyi dəqiqədən
başlayaraq beynində dolandırdığı sözlərin yoxa çıxdığını duyub, hətta ətrafındakı
cavanları heyrətləndirən sarsıntı ilə dayanıb, başını sağ çiyninə əyib, yazıqlaşdı,
məzlumlaşdı. Heç kəs, o cümlədən Səməd özü də bilmədi ki, belə ləngiməyi
arxadan taleyin hökmü ilə gələn Xızr Abının özünü yetirib dəstənin qabağına
keçməsinə səbəb oldu.
Abının gözləri geniş açılıb Səmədin, sonra sağ-solundakı cavanların, qızların
üzlərində gəzdi. Səsində qəzəb gurtadı:
-
Deyir görüm məhəbbət nə deməkdi?!
Qızlar oyan-buyana baxdılar. Cavanlardan bir-ikisi pıqqıldaşdı. Sonra hamı
Səmədə baxdı, hamısı çaşqınlaşdı.
Səməd özü isə, başı çiyninə əyili, həmin məzlum, yazıq görkəmdə susurdu.
Abı başdan-ayağa müəmma idi.
______________Milli Kitabxana_______________
-
Ələsgərin damında dərs keçibsiniz hamınız. Səməddən başqa...
"Mövlud keçirmək", peyğəmbər
ƏlEy
ƏsƏlimin
əsli-nəsli haqqında
danışmaq ixtiyarı alıbsınız. Peyğəmbərin rütbəsi barədə sual verirəm.
Səsiniz niyə batıb?!
Birinci yenə Torksin dilləndi:
-
Yeridimi, baba?! Səmədin vacib sözü var Gülgəzə. İstəyirsən sən də
gedək.
Abı daha da sərtləşdi:
-
Səməd deyib sözünü! Artıq danışıq nəyə lazımdı?! Səməd qamətini
düzəldib, fikrini toplamağa çalışdı.
-
Mən heç nə deməmişəm... Abı əlini çadır səmtinə uzatdı.
-
O yuvaları dağılan qaranquşların civiltiləri də eşidilir bu həyətdə.
Axşam quyunun üstündə sən o cür danışanda eşidilməyibmi burda?!. Sus indi
sən! Hünər göstərib aləmi çaxnaşdırıbsan! Bir çaxnaşma da burda salacaqsan?!
Tanımırsanmı Əlləzoğlunu?! Xəstəxanadan çıxarıb gətirib salarlar üstünə,
böhtan çirkabında batarsan. Bildin?!. Cavanlara sual verdim. Cavablarına qulaq
as sən bunların, gör nə deyirlər... Niyə dillənmirsiniz, bala? Necə yəni
"yeridirmi?!" Xızr Abı yersiz danışar?!
Cavab ver sualıma! Təzəlikcən dil çıxardıbsan. Danış da!
Torksin, bir gözü Səməddə, bir gözü Abıda:
-
"Məhəbbət" rütbədi, - dedi - İndiki dilimizdə təhrif olunub. Əslində
cəmi Bağların, OdƏrlərin rütbələrindən biridi. OdƏrcəsi Bağ-HəmOddu (Vahid
həqiqət Bağı). Təhrif dillərdə "Muhamməd", "Mühəmməd", "Məhəmməd" və
sairmüxtəlifsözlərəçevrilib. "Muhabbət", "Möhübbət", "Məhəbbət" sözləri də
peyğəmbər ƏlEy ƏsƏlimin Bağ-HəmOd rütbəsindən azıb təhrif olunub. Hər
hansı bir insan SafAğ Elminin əsasını mənimsəyibsə OdƏr - Həqiqət İşığı olursa,
eyni zamanda BağHəmOd (Vahid Həqiqət Bağı) olub, Odun - Həqiqətin köməyi
ilə insanı insana bağlayır. Həqiqəti bilən insan Həqiqəti bilən insana bağlananda
isə, eyni zamanda ƏlEyə - Uca Əlo, yəni ƏlAğa -"Əllah"a bağlanır.
Budur məhəbbət, baba!
Həqiqətdən xəbərsiz insanın "məhəbbət"i təhrif sözdü, təhrif mənadı, yalnız
hissiyyata, başqa sözlə, şəhvətə bağlandığına görə, şəhvət hissi öləndə təhrif
"məhəbbət" də ölür. Bu deyilənlərə əlavə olunmalıdır: ƏlAğ - "Allah" EySarımız
bizi həqiqətdən xəbərsiz insan "məhəbbət"indən qorusun!
Dostları ilə paylaş: |