İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə111/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   107   108   109   110   111   112   113   114   ...   180

______________Milli Kitabxana_______________

oxşayırdı.  Bir  az  bundan əvvəl  Xaşın  özünün  işarəsi  ilə motoru  işə salıb  hazır

dayanmışdı ki, "Dəlini birbaş dəlixanaya" aparsın. İşi tərsinə görəndə sözün əsl

mənasında  gözləri  kəlləsinə çıxdı.  Səmədin  heybətli  bağırtısı  şoferin  olan-qalan

ağlını da aldı:

-

Sür, köpəyoğlu! Rədd elə Xaşınızı burdan! Yoxsa, özüm sürrəm, aparıb



meşənin  fızıllığına  tulluyaram,  çaqqallara  yem  olar,  sabah  bağırsaqlarını

yığarsınız kol-kosun arasından! Rədd ol burdan!

Təkərlərdən  tükürpədən  vıyıltı  qopdu.  Geriyə,  yanlara  toz-duman  və yanıq

rezin  qoxusu  yayıldı.  Maşın  meydanda əyri-üyrü  qara  izlər  sala-sala,  qıjıltı,

gurultu ilə uzaqlaşdı.

Xəlvətlə Qıllı  Çax-çuxa  doğru,  məhlə milisionerləri  isə maşının  ardınca

getdilər.

Nə Abıdan,  Təftişdən,  o  biri  Qəlyanlılardan,  nə də cəmaatdan  səs-səmir

çıxırdı.  Bayaq  Abı  ayağa  qalxıb  qocalarla  birlikdə irəli  gələndə,  Səməd  ağ  daş

binanın həyətindəki xançal əhvalatını və Seyid kişinin qonaq evinin həyətindəki

nitqi xatırlamışdı və Abı irəli gələndə məhz xançal əhvalatına və o nitqə bənzər

bir  şey  olacağını  zənn  eləmişdi. Əmma  Abı  susurdu.  Hadisə elə gözlənilmədən

və elə sürətlə olmuşdu ki, nə baş verdiyini hələ heç kəs dərk edə bilmirdi.

Belə bir  vəziyyətdə Səməd  yenə də nəfəsini  dərməmiş,  bayaqkı  ağ-bəniz,

qaraqaş, qaragöz qızı - Müşərrəf Mirbağır qızı Bağırlını çağırdı:

-

Müşərrəf... bura zəhmət çək.



Qızı  çağırırdı, əmma  o  yenə bədbəxt  ailənin - Qarısqa  qarı  ilə gəlinlərinin,

nəvələrinin havada şəklini görürdü.

Müşərrəf  vahimələnmişdi.  Atası - Mirbağır  müəllim  də narahat  olmuşdu,

yenə də dodaqaltı, "Vay, vay! Bu nədi, bu nədi?!" - deyirdi.

Səməd üst-başını düzəltdi. Əllərini daraqlayıb, gombulların dırnaqları altında

yaymalanan qandan, tərdən, toz-torpaqdan bərkimiş saçını alnından dala apardı,

boynuna tökülən qana bulanmış ovuclarını çirkli yaylığı ilə qurulayıb, Müşərrəfə

təpindi:


-

Dedim bura zəhmət çək! Yemiyəcəm səni!

Qız  torəddüdlə,  ağır-ağır  yaxınlaşdı.  Nazik  aypara  qaşlarını  və kirpiklərini

titrədə-titrədə Səmədə baxdı, əmma  bu  qorxunc adamın  gözlərində nə gördüsə,

dərhal dirçəldi.

Səməd özü də ürək-dirək verdi:

-

Qorxma məndən, - dedi, - pis niyyətim yoxdu. Mən pislərə pisəm... De



görüm... Sən bilirsənmi ki, o qarının haqqını verdilər sənə?!-

Atan başa düşər bunu, məncə. Sən özün de görək...




______________Milli Kitabxana_______________

Müşərrəfin ağca üzü pörtdü. Aypara qaşlar gərildi.

-

Qannın?!.  Xeyr!..  öz  zəhmət  haqqımı  almışam  mən.  Yüz  kilo  pambıq



yığmışam!.. Hələ bir az da artıqdı. Düz çəkmədi o kişi!.. Günorta hamı tənəffüsə

çıxanda mən çıxmadım. Özümə söz vermişdim ki, yüz əlli kilo yığacam. Azı yüz

iyirmi, yüz otuz kilo pambıq var orda.

Bildir  də belə işlədim  mən  burda,  təşəkkürnamə aldım... - Qızın  nazik,

hissiyatlı dodaqları civə kimi qayrıayırdı. - Atamı qarışdırma bura! Bizim ailədə

heç kəs heç kəsin işinə qarışmır"!

Səbirsizlikdən, az qaldı ki, Səməd əlini o nazik dodaqların üstünə bassın.

-

Çalış  artıq  söz  danışma,  Müşərrəf.  Sualıma  cavab  ver.  Neçənci  sinifdə



oxuyursan?

Müşərrəf heç nə anlamırdı.

-

Onuncuya keçmişəm. Necə ki?



-

İnstituta gedəcəksən?

-

Darülfünuna  gedəcəm.  Sergey  Mironoviç  Kirov



1

adına  Dövlət

Darülfünuna. Filologiya fakultosinə girəcəm. Necə ki?!

-

Girə bilmiyəcəksən,  Müşərrəf. Əgər  atan  doğrudan  da  sənin  işlərinə



qarışmırsa, qəbul imtahanmda kəsiləcəksən!

Müşərrəfin  pörtmüş  üzündə ağ  ləkələr əmələ gəldi.  Qız  dönüb  yoldaşlarına

baxdı.

-

Bu nə danışır?!



Qarışqa  qarı  ilə gəlinlərinin,  nəvələrinin  havada  şəklinə Mirbağır  müəllimlə

Muradovanın qaraltıları qarışdı. Səməd əlini qızın çiyninə toxundurdu.

-

Maarif  müdiri  bilir  mən  nə deyirəm.  Rayonda  özü  bu  barədə danışıb.



Sultan Əmirli  kimi  nüfuzlu  yoldaşnan  döşləşib.  Xahiş  edək,  köhnə,  təcrübəli

tədris mütəxəssisi kimi izah elosin, başa salsın qızını, görək niyə kəsiləcəksən.

Mirbağır müəllim duruxmuşdu. Xahişi eşidəndə ortasını fırladıb Muradovaya

baxdı:


-

İzaha ehtiyac varmı?! Bu nədi belə?! İzahat vaxtıdı?!

Muradova  dillənmirdi.  Səməd  təkidlə: - Rayonda  danışdığınızı  danışın! -

deyəndə Mirbağır müəllim Səmədlə Muradovanın arasında fırfıra kimi firlandı.

1934-cü  ildə Kirov  öldürüləndən  sonra  onun  adına  şəhər  və müəssisələrin  sayı-hesabı  yox  idi.

Azərbaycan Dövlət Universitetinə də Kirovun heç bir aidiyyatı yox idi.




______________Milli Kitabxana_______________

-

Rayonumuzda maarif-mədəniyyət işlərinə baxan raykom katibi dayanıb



burda...  Mənim  danışdığım  orda  qaldı.  Hamı  şahiddi,  Sultan Əmirli  yoldaş  nə

kökə saldı  məni.  O  barədə bir  də danışmaq  istəmirəm,  yoldaş  Səməd.  Bu  gün

vəziyyt də başqadı, tləb də.

Səmədin səsi sərtləşdi:

-

Tələb?! Tələb olunur ki, kolxozçunun təminatına buraxılan pulu yığıma



kənardan cəlb olunanlar aparsınlar?!

Müşərrəf necə portmüşdüsə, Mirbağır müəllim də eləcə pörtdü:

-

Sultan Əmirli  yoldaş  qayıdanda  ondan  soruş.  Bu  işlərin  hamısı  onun



göstərişidi.  Qarışqa  qarı  ilə gəlinlərinin  və nəvələrinin  şəklinə qırmızı  tuf  daş

binanın  foyesindəki  adamların  qaraltıları  qarışdı.  Səməd  pırpız  qaşlar  altında

əzabla dolu boz-ala gözləri gördü. Səsi endi, hətta titrəyən kimi oldu:

- Sultan Əmirli nə vaxt, harda, kimə göstəriş verib ki, o pul qırılan diviziyada

qırılanların uşaqlarına yox, şəhər məktəbiynən dəmir yol məktəbinin şagirdlərinə

paylansın?!

Mirbağır müəllim yenə duruxdu. Şalvarının cibindən baş yaylığısayağı böyük

dəsmal  çıxardıb  buxağını,  boğazını  sildi.  Gözünün  biri  Muradovada,  biri

Səməddə idi.

-

Başa  düşmürəm,  sən  nə istəyirsən  məndən.  Tutaq  ki,  izah  elədim,



Müşərrəf  də bildi  ki,  tədris  proqramı  alayarımçıq  keçiləndə şagirdin  biliyi  də

alayarımçıq  olur.  Bu  il  AMİ-yə

1

göndərdiyimiz  uşaqlardan  soruşublar:  "Üzvi



kimyadan  müəlliminiz  kimdi?",  uşaqlar  bilməyiblər  üzvi  kimya  nə olan  şeydi.

Çünki  keçən  il  noyabrın  axırınacan  pambıqda  qalmışdılar,  dekabrda  da

suşilkalarda

2

qoza  arıtlamışdılar.  Yanvarda  tədris  müdirləriynən  kimya



müəllimləri  yığışdılar  maarit  şöbəsinə,  dedilər  qeyri-üzvi  kimyanı  zornan

çatdırırıq, üzvi kimyaya vaxt qalmır...

Qısası, "Kamal attestat"larında üzvi kimyadan qiymət yazmadıq. Nazirlikdən

bir  axmaq  inspektor  qışqırdı,  bağırdı  ki,  "tədris  proqramını  pozduğunuza  görə

hamınıza töhmət verdirəcəm". Məcbur elədi bizi, yazdırdı qiyməti.  Axırı,  AMİ-

dən uşaqlarımız kor qız kimi qayıtdılar.

Burdakı onuncuların aqibəti də elə olacaq. Bu da izahat! Nə çıxar mə-

"Tibb institutu" da dilə rus təbirilə ("AMİ" - Azerbaydjanskiy medisinskiy institut) daxil olmuşdu.

Havalar  soyuqlaşandan  sonra  açılmayan  qozaları kollardan  dərib  "suşilka"larda  (soba - "peç"

istisində) açırdılar.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə