İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə112/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   108   109   110   111   112   113   114   115   ...   180

______________Milli Kitabxana_______________

nim bu  izahatımdan?! Rayonda o cür danışdığıma  görə möhtərəm əmin  yaxamı

Gülənovun əlinə verdi! Bu yaşımda, iyirmi ilin maarif işçisi, şəhərin küçələrində

özüm  qapı-qapı  düşdüm,  uşaq  yığdım!  Bugünkü  danışığıma  görə də möhtərəm

omin, şübhəsiz, özü yapışacaq yaxamdan ki, məktəblilərin əhval-ruhiyyəsinə pis

təsir eləmisən! Başa düşmürəm, sən özün nə cavab verəcəksən ona!

Çal,  pırpız qaşlar  altında əzabla  dolu  boz-ala  gözlərlə Qarışqa  qarının,

gəlinlərinin, nəvələrinin şəkillərindən başqa, Səmədin nəzərində tək bir nəfərin -

Muradovanın qaraltısı qaldı.

-

İndi Muradova yoldaşadı sözüm... İcazə ver sənnən elqızı kimi danışım,



Məleykə bacı...  Bayaqdan  baxıram.  Susursan.  Raykomun  təlimatçısı əlləşib-

vuruşur  ki,  kolxozda  bu  dözülməz  vəziyyəti  birtəhər  düzəltsin,  katib  heç

münasibətini  də bildirmir.  Niyə,  Məleykə?!.  Mən  hiss  eləyirəm,  susmağın,

əlbəttə,  boş-boşuna  deyil.  Baxışında  soyuqluq görürəm.  Laqeydlik,  yox,  məhz

soyuqluq!  İncimə məndən,  elə bil  ocaq  sönüb,  külü  qalıb.  Hanı  məşhur

"Diapozonlu  Muradova?!"  Yalvarıram,  incimə sözümdən!  Mən  səndən  kömək

umuram.  Bu  rayonun  üç  katibindən  birisən.  Rayonumuzda  on  yeddi  təsərrüfat

başsız  qalıb. General  Persin  bircə gündə təyin  elədiyi  Bezobraziye  toxumları

hakimdilər  hər  yerdə.  Elimizə-obamıza  ürəyi  yanan  adamlardan,  Qılınc

Qurbandan,  Təftiş  Abbasdan  eşitdiklərimə görə,  cəmaatı  sındırıblar  hər  yerdə.

Bu  cinayəti  törədənlər  mühakimə olunurlar. Əlaltıları  hələ fəaliyyət  göstərirlər.

Stalini,  Mirqəzəbi,  Persi  pisləyirlər,  Sultan Əmirlini  "Mirqəzəbə qalib  gələn

Kişi"  adlandırırlar,  Sultan Əmirlinin  özünə istinad  eləyə-eləyə cəmaatı  rəzil

kökünə salıb,  rayonu  özülündən  sarsıdırlar.  Belə vəziyyətdə susmaq  olarmı,

Məleykə bacı?!  Mayda  "Şəxsiyyətə pərəstiş"  məktubu  oxunanda  Sultan

Əmirlidən  narazı  danışmısan.  "Administrativ  tədbirləri"ni  pisləmisən.  Bəs

burdakı  bu  "cəza  tədbiri"nə münasibətini  niyə bildirmirsən?!  Sultan Əmirli

məcburiyyət qarşısında, kənardan işçi qüvvəsi cəlb eləyirsə, bu o deməkdimi ki,

yerli camaat daha da rəzilləşməlidi?! Xahiş edirəm, susma, bacım!

Nəlbəki gözlər açılıb Səmədə dikildi.

-

Yoldaş Səməd!.. Biz bura mitinqə yığışmamışıq! Kənardan cəlb olunan



işçi  qüvvəsinin  kolxozlara  zərəri  haqqında  da,  yığım  kompaniyası  müddətində

məktəblərdə yuxarı  siniflərin  bağlanmağının  maarifə,  mədəniyyətə zərəri

haqqında da çox danışmışıq. Düzdür! Şəxsən mən maarif müdirinin fikrinə şərik

çıxmışam və raykomun bürosunda öz




______________Milli Kitabxana_______________

şəxsi  rəyimi  tamamilə açıq  bildirmişəm.  Nəzərinizə çatdırıram  ki,  bizim  şəxsi

rəylərimiz  şəxsi  rəy  olaraq  qalır.  Pambığı  "sürətlə,  itkisiz  yığmaq"  haqqında

göstəriş  Moskvadan  verilib  bizim  Mərkəzi  Komitəyə.  Yəni  Sovetlər  İttifaqı

adlanan  dövlətin  mənafeyi  güdülməlidir  burda,  yoldaş  Səməd!  Budu əsas

məsələ! İşi atıb alverə qaçanlara qarşı cəza tədbiri də, məktəblilərə zəhməthaqqı

paylanması  da  kolxozun  rəhbərliyi  ilə milis  rəisinin  Mərkəzdən  göstərişə

diqqətlərinin  nəticəsidir!  Qonşularınız  Tahirlidə də belə nəticə çıxarılıb,

Qurbanlıda  da.  Tahirlidə

maldarlıq  texnikumunun  təiəbələrinə

gündəlik

zəhməthaqqı  verilib.  Orda  bu  tədbirə etiraz  edən  yoxdur.  Qurbanlıda  şəhər

fəallarının  ailələrindən  cəlb  olunanlara  gündəlik  zəhməthaqqı  verilib.  Orda  da

etiraz  edən  yoxdur.  Tək  siz,  partiya  işçisi,  Mərkəzi  Komitənin  göstərişinə qarşı

çıxırsınız.  Özü  də belə kobud  şəkildə!  Səbəblərini  dedilər  burda.  Sizin

əsəbləriniz  pozulub,  yoldaş  Səməd!  Aldığım  məlumata  görə və burda  öz

gözümlə gördüklərimə əsasən  deyə bilərəm  ki,  partiya  işçisinə yaraşmayan

nalayiq  hərəkətlər  edirsiniz.  Adamlarla  partiya  etikası  çərçivəsində danışmaq,

qüvvələri  səfərbərliyə alıb,  bütün  imkanlardan  istifadə yolu  ilə yığımı  təşkil

etmək əvəzinə,  şəxsi  hisslərinizi  ictimai  işə qatışdırıb  dava  salırsınız!  Sovet

adamları  arasında düşmənçilik  törədirsiniz!  Dəfələrlə xəbərdarlıq  olunduğuna

baxmayaraq,  bir-birinin  ardınca  adam  döyürsünüz!  Sizi  məsuliyyətə cəlb  edən

milis  rəisini  vəzifə başında  yıxıb  sürüyüb,  dözülməz  zorakılıqla  iş  üstündən

qovursunuz! Bütün bunlardan sonra isə məni öz biabırçı işlərinizə şərik çıxarmaq

istəyirsiniz?!.  Sizə nə deyim?  Necə yəni  "bacı?!"  Nə vaxtdan  bacınız  olmuşam

sizin?!  Kommunist  partiyasının  rəsmi  işçisiyəm  mən!  Və rəsmi  surətdə

bildirirəm ki, əsəbləri bu dərəcədə pozulmuş adamın belə şəraitdə işləməyi qeyri-

mümkündür.  Siz  çox  ciddi  xəstəsiniz,  yoldaş  Səməd! Əgər  xəstəliyinizi  başa

düşürsünüzsə,  raykoma ərizə yazın,  təhkimçilikdən  imtina  edin!  Onsuz  da  bu

hərəkətlərinizin  çox  pis  nəticələri  olacaq.  Xəstəliyinizi  etiraf  etsəniz,  həm

prokurorluq  xətti  ilə,  həm  də partiya  xətti  ilə müəyyən  güzəştə gedə bilərlər.

Başqa  sözüm  yoxdur  sizə.  Yalnız  bunu əlavə etməliyəm  ki,  mənim  adımın

yanında "diapozon" sözü raykomun divarları arasında zarafatla işlənir. Siz hətta

bu incəliyi anlamaqdan da məhrumsunuz!

Qarışqa qarı Səmədin qucağında idi. Sol qolunun  üstündə sinəsinə sıxmışdı.

Titrəyə-titrəyə,  hıçqıra-hıçqıra  uşaq  kimi  ağlayan  qarı  ilə birlikdə özü  də

hönkürməyə hazırdı. Əmma gözlərinə yaş yox, yenə də od



______________Milli Kitabxana_______________

dolmuşdu.  Qarının  calaq-calaq əski-üsküdən  ibarət  şalını,  qoftasını,  corabın

altındakı gön parçalannı göstərə-göstərə Muradovanın üstünə getdi:

-

Budu  mənim  anladığım!  Mən  bunun  xəstəsiyəm!  Bunun  o  sızıldaşan



nəvələrinin,  o  göynəyən  gəlinlərinin  xəstəsiyəm!  Divar  dibində oturub

gəvələməyə quru çörək gözləyən Kətyən İbrahimin xəstəsiyəm!

Qırılan  diviziyada  qırılanların  arvadlarının,  övladlarının  xəstəsiyəm!  Səkkiz

qıznan  on  iki  yetim  böyüdən  Ayrıa  bacının  xəstəsiyəm! Əgər  bunları

görmürsənsə, bunların qeydinə qalmırsansa, mən səni nəinki raykom katibi, heç

insan  da  saymıram!  Diapozonunuz  partiya  instruksiyalarından  kənara  çıxmır,

diapozonsuz  Məleykə!  Bu  Bezobraziye  qazanında  çox  adam  şikəst  olub.  Sən

kimi  şikəsti  birinci  dəfə görürəm.  Katib  deyilsən,  protokolsan  sən!..  Qadın

deyilsən, buzsan!.. Gözəl deyilsən, idbarsan!..

Sönmüş  ocaq  dedim  mən  sənə!  Elə sönmüsən,  külün  də qalmayıb!  Mən  isə

yanıram!  Nə

qədər  ki,  yanıram,  bu  Bezobraziye  törəmələrini,  gizlin

"rabotnik"ləri,  mikroilanları  yandıracam  alovumda!  Yaşamağa  haqqı  olanlara

işıq  saçacam!..  Raykoma ərizə yazmıyacam.  Raykomun  tribunasına  qalxacam,

insanlıqdan  məhrum  qadın  çinovnik  haqqında  danışacam!  Get  burdan!  Bir  də

ayağın dəyməsin Qonaqlıya! Qancıq!

Muradovanı elə bil ilan çaldı; dik atıldı, rəngi ağardı.

Səməd hiss etdi ki, bu dərəcədə sərtliyinin üzərində əmisinin nüfuzu da vardı.

Çünki katib zənən titrəyib, cavab qaytara bilməyib, maşına doğru yönəldi.

Səməd  "Pobeda"nın  ardınca  da  baxmadı.  Qan  qucağında,  qapan-tərəzinin

yanına qayıtdı. Dümağ piy üzlü Piylini saqqız kötüyünün üstündə oturdub, özləri

"ambulatoriya  stolu"nun  dövrəsində dayanıb  pul  sayan  Qəlyanlıların  arasından

əlini uzadıb bir dəstə yüzlük - min manat götürdü.

-

Belə şeylərnən sənin yaran sağalmaz, a qarı. Hələlik al bunu. Bölünməz



fondun hesabına yazarlar, - deyib pulu əski-üskü qoftanın qoynuna saldı...

* * *


Anbarın  qabağında,  Təftişlə Möhsün  kişinin  asdıqları  "yel  fanarları"nın

işığında hadisə bununla qurtarmadı. Hadisənin iki əsas nəticəsi oldu.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə