______________Milli Kitabxana_______________
Gülənovun maşınının yanına atırdılar. Çamadanlar, bağlamalar partlayıb
açıldıqca, xurcunların gözəmə ipləri qırıldıqca "buxanka" çörəklər, "bulka"lar,
"bublik"lər tökülüb toza-torpağa bulanırdı. Heybələrdə şüşələr, bankalar sındıqca
tünd qoxulu günəbaxan yağı süzülüb yerdə göllənirdi. Vedrələr, bidonlar
dığırlandıqca yumurta xıncılıb axıb pavidlaya, şorabaya qarışırdı.
Gülənovun neştərləri istehzalı kinlə işıldayırdı.
- Müsəlmam elə həmişə belə rəzil gördüm! Nə qədər ki, "alça, alça", "zoğal,
zoğal" deyə-deyə vağzallarda tüyünəcəksiniz, belə olacaq! Nə qədər ki, pambığı
şəhərdən gələnlər yığacaqlar sizin əvəzinizdə, bundan da betər olacaq!.. Dövlət
bangın ağzını açıb, külli miqdarda pul buraxıb yığıma. Dördcə yüz min manat
nəqd avans buraxılıb kolxozunuza ki, vedomost tutulsun, təcili avans paylansın
sizə. Dövlətin qayğısına necə qiymət verirsiniz, öz qiymətiniz də elə olacaq. O
dörd yüz min manatdan qəpik də görmüyəcəksiniz! Şəxsən mənim təklifimdi bu.
İdarə Heyətinin sədri də razıdı mənnən! Qurtardıq!.. Pambığı çöldə qoyub alverə
qaçdığınıza görə bu şeyləriniz də qaytarılmıyacaq! Di gedin köpük qusun
acından! Beləliklə, "cəza tədbiri" də məlum oldu. Səməd hələ dillənmirdi.
Dözürdü. Gözləyirdi. "Alça-malça" satanların arasından ortası incə, başı balaca,
"Qarışqa qarı" deyilən, doğrudan da qarışqaya oxşayan bir ağbirçək çıxdı, ortası
üzülə-üzülə, yavaş-yavaş Gülənova doğru getdi. Kətyən kişinin qarısı idi.
"Kətyən" çölün düzündo kətyən koması kimi tək adam deməkdi. On
səkkizinci ildə atası "Osmanlı davasından" qayıtmamışdı.
1
İyirminci ildə Qılınc Qurbanın otryadında, bəylərlə vuruşmada kiçik
qardaşları, qırx ikinci ildə qırılan diviziyada da oğulları qırılmışdı, beləliklə,
Kətyən kişi on ev, on ailə içində tək qalıb, Kətyən İbrahim olmuşdu və çox tez
düşkünləşib, idarədən o yanda düzənliyə səpələnmiş yanuçuq daxmalardan
birində, günü divar dibində keçən qocaya çevrilmişdi. Qarışqa qarı isə "ərinin
işini görürdü".
Şimali Azərbaycan "Rusiyanın ucqarı" (tərkib hissəsi) sayılırdı; azərbaycanlıları da Türkiyə ilə
müharibə cəbhəsinə göndərirdilər. "Qazax bəyləri" adlanan əcdadlarını, özlərini tanımayanlar
Türkiyəyə, Cənubi Azərbaycana soxulub hətta dövlətdən "xərac" tələb edirdilər. Bu cür anlaşılmaz
müharibədən qaçanları isə güllələyirdilər ki, "Qaçaqlara qoşulmasınlar". "Padşah"ın (çarın) üzünə ağ
olanların ailələri hər cür vasitə ilə güzəranlıqdan məhrum edilirdilər. Buna görə də "Kətyənlilər"
məhləsi həm də "Aclar məhləsi" adlanırdı.
______________Milli Kitabxana_______________
Ortası üzülə-üzülə gedib, "buxankalar"dan birini yerdən götürüb qoynuna
soxdu, ağlı-qaralı yamaq-yumaqla sarınmış xırdaca başını qaldırıb, altdan-dik
Gülənovun at üzünə baxdı.
Səməd gözlərini yummuşdu. Əmma nə neştərlər gözündən gedirdi, nə qan, nə
də "buxanka".
Bu vəziyyətdə əvvəlcə qarının səsini eşitdi:
-
Yağ, yumurta zay oldu. Gəliniərimin, nəvələrimizin boğazı tikildi. O
yuxarıdan baxana tapşınram səni! Kişi acdı, ona dözəmmirəm. Burax, bu quruca
çörəyi aparım gəvələsin.
Sonra Təftişin dili üə adı "Zövcə" qalan Zövcə arvadın səsini eşitdi:
-
Bərəkəti də elə tullayarlarmı, a bərəkət kəssin səni?! Qurandı, o, a
Quran kəssin səni! Sonra da "alça-malça" satanların qarışıq səslərini eşitdi:
-
Vağzallara ağ günümüzəmi gedirik biz?! Necə yəni "qəpik" də
görmüyəcəksiniz?!"
-
Kim ketmənləyib, kim becərib o pambığı?! Şəhərdən gətirilənlər, yoxsa
biz baxtıqaralar?!
-
Şahmar günün altında körpələrimizi ona görəmi yandırırıq ki, bildirki
kimi yenə çöpnən-çərtdək verəsiniz əlimizə?!
-
Şəhərli gəlib kilosu əlli qəpikdən, gündə əlli manat, yüz manat qoysun
cibinə, silsin-süpürsün aparsm, biz do baxa-baxa qalaq?! Pambıq kimindi?!
Havaxtacan ad bizim, at özgənin olacaq?!
Gülənovu maşına qısnamışdılar.
-
Xaşamı gedirik biz dəmir yoluna, a Xaş köpəyoğlu?! Varlanmağamı
gedirik, ay Erməni törəməsi?! Sənin o Mikoyanm, Markaryanlarıyın kökü
kəsilsin!
-
Alver nədi! Bu zay clədiyinə göro getmirikmi ki, beş günlük azuqəmiz
olsun! Bu da əlimizdən alınandan sonra sabah nəynən çıxaq pambığa?!
-
Çənəndəki fırdan dərs götür heç olmasa!.. Tapançandan qorxmuruq!
Tapançanı alıb ... soxarıq!..
-
Süpürül, sürük burdan! Cana doydurma bizi!
-
Ya cəhənnəm ol get, ya da necə qadağa qoyubsan, elə də əmr elə o
Xəlvətinə, o kassirinə, haqqımızı versinlər! "Şəhərli" adıynan siyaha tutub
haqqımızı altdarına doldurmasınlar! Bəsdi!
Bu, üsyan kimi bir şey idi.
Gülənov dalını maşına söykəyib, başını dik qaldırmışdı, Paqonların və orden
"kalotkaları"nı dartışdıran boz-torpaqlı, qara, qırış, kərtdəş əlləri itələməkdən
başqa heç nə eləmirdi, heç nə demirdi və çox qəribə idi ki, o həngamənin içində
də tez-tez Səmədə boylanırdı.
______________Milli Kitabxana_______________
Məleykə Muradova qara, uzun, sıx kirpiklərini endirib, yumruqlarını qara
şivyot kostyumun ciblərinə basıb, tamam hərəkətsiz dayanmışdı.
Mirbağır müəllim, katibin əksinə, otuzuncu illərdən qalma "butulka" şalvarda
nazik qıçları ilə təzadlı yoğun ortasını qısa boynu ilə birükdə tez-tez o yan-bu
yana fırladıb, gah yan-yörəsinə
səpələnmiş "buxanka"lara, "bulka"lara,
"bublik"lərə, gah da milis rəisini didişdirən arvadlara baxa-baxa: - Vay-vay!
Vay-vay! - deyirdi və qəribə idi ki, hay-küydə elqızlarının qəzəbli qışqırtıları
Səmədə necə aydın çatırdısa, maarif müdirinin o asta "vay-vay"ı da elə çatırdı.
Bir söz də çatdı:
-
Tərpənin!
Gülənovun bu sözündən sonra Qudalı gombulları bu dəfə elə "tərpəndilər" ki,
hətta Zövcə arvad kimi mötəbərin saç-birçəyinə, yenidən həmin "çığırqan
Dinişə" çevrilən Torksinin hörüklərinə də əl atdılar. Səməd indi başa düşdü ki,
"Fars qohumlar"dan seçilmiş "çarvadarlar" Persin əlində nə idisə, Qudalı
qohumlardan seçilmiş bu gombul cavanlar da Xaşın əlində elə bir şeydi: gizlin
"rabotnik"lər - paqonsuzlar dəstəsi. Bu "rabotnik"lər bayaq qırılan diviziyada
qırılanların arvadlarını, qızlarını, gəlinlərini, Kotyən İbrahimlə Qarışqa qannı
tapdalamışdılar, Səməd o qoca ilə qarının ağrılarına dözməyib gözlərini
yummuşdu. İndi isə bu "rabotnik"lər qırmızı tuf daş binanın foyesində Zora iş
tapşıran Sultan Əmirlinin özünün nüfuzunu tapdaladılar və Səməd bu ağrıya
dözməyib titrədi, başdan-ayağa bütöv - nəhəng bir əzələyə döndü, Zövcə arvadın
saçına əl atan gombul cavanı dala çəkib, on addımlığa tulazladı. Ağrısından
heybətli bağırtı qopdu:
-
Zənənə əl qaldırmayın, it uşağı! Şil-küt eliyərəm hamınızı!
Məmməd Xələf - Qara Zal maşınının belindən - taya hündürlüyündən birbaş
yerə atıldı, ordan da Torksinlə süpürləşən Qudalının üstün atıldı. Sarı Zal, əksinə,
qəribə təmkinlə Qəlyanlıları baxıb yerindən tərpənmədi.
Şoferlor faraları söndürdülər. "Yel fanarları"nı sarımtıl nöqtələrə döndərən
qəfil zülmət içində əvvəl Qara Zalın qışqırtısı eşidildi:
-
Ə, Sarı, ölübsünüzmü?!
Sonra həmin qışqırtıdan kəskin fərqli - gər, rahat səs Qəlyanlılara doğru: - Ay
Abbas əmi, oğlun yenə qanmır! Palıdın altıynan burdakının fərqi nədi?! - Sarı
Zal idi, birdən Səmədin qabağına yeridi:
Dostları ilə paylaş: |