İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə104/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   100   101   102   103   104   105   106   107   ...   180

______________Milli Kitabxana_______________

günün  birə-iki,  birə-üç  azalıb,  aylıq  pul,  yarımillik  taxıl, ətlik  heyvan,  yağ,

pendir,  qarpız,  yemiş,  pomidor,  badımcan  bölgülərində birə-iki,  birə-üç  az

alacaqsan;  "təyyarəyə minmək"  isə o  demək  idi  ki,  gündə yüz əlli,  iki  yüz  kilo

pambıq  yığmısan,  hər  gününə iki,  üç əməkgünü  yazılıb,  aylıq  və yarımillik

bölgülərdə pulun da iki-üç dəfə artıb, taxılın, ətlik heyvanın, yağın, pendirin də,

qarpızın, yemişin, pamidorun, badımcanın da. Üstəlik, əgər cəmaat içində, ailədə

rəftarın,  şəxsiyyətin,  ləyaqətin  də işlədiyin  kimidirsə,  aylıq  və yarımillik

mükafatların  da  var,  bəlkə,  doğrudan  da,  təyyarəyə

minib  Moskvaya

"Vıstavka"ya,  yəni kənd  təsərrüfat  sərgisinə,  mavzoleyə,  Kremlə getməyin  də

var.  Sədr  Mədədin  vaxtında  bu  qanunlar  çox  möhkəmdi:  işləməyən  dişləmirdi,

işləyənlər  dünya  malından  batıb-barınırdılar,  üstəlik  28  Aprel,  1  May,  Oktyabr

bayramlarında  və adi  günlərdə sədr  Mədədin, Lüt  Cəfərin,  Qılınc  Qurbanın,

nəhayət,  Sultan

Əmirlinin  özünün  təriflərindən  sevinirdilər,  rayonun

"Kommuna"  qəzetində,  bəzən,  hətta  mərkəzi  "Kommunist",  "Bakinski  raboçi"

qəzetlərində çıxan  şəkilləri  ilə şöhrətlənirdilər  və beləliklə,  cəmaat  içində də,

ailədə də almaçıq,  üzüağ  gəzirdilər.  Yəni  "zəhmətkeş  insan",  "təmiz  adam"

adlananlar  öz  qiymətlərini  lazımınca  və artıqlaması  ilə alırdılar.  Bunun  hamısı

isə, qapan-tərəzinin dalında Təftiş Abbasın dilindən eşidilən və Çürük Aşığın əli

ilə "uçot  dəftəri"nə yazılan  rəqəmlərdən  asılı  idi.  Odur  ki,  Təftiş  tərəzinin

düzlüyünü yoxlayıb, "Düzdü. Gətirin" deyəndən sonra birinci çuvalın, xaşanın və

ya kisənin qapana qaldırılmağından, axırıncıların qapandan düşürülməyinə qədər

burda - anbarın qabağında ciddi işgüzarlıq və sükut hökm sürürdü.

Səməd lap körpəlikdən belə görmüşdü, qayda-qanunu belə bilirdi və belə də

olmalı  idi. Əgər  təhkimçinin  və ya  bir  başqasının  cəmaata  sözü  vardısa,  çəki

qurtarana, ya da sabaha - briqadalarda nahar vaxtına saxlamalı idi. Ayrıa bacının

"lapatka  götürüb,  ağız-burnunu  sarmalayıb  Üfunətlilərin  üfunətini  kürüdüyü"

barədə deyilənləri  eşitdiyi  anda, əmisinin  "kürüyüb  atacam"  sözləri  beynində

oyanıb  rahatlıq  verməsə də,  Səməd  bu  gecə bir  şey  eləmək  fikrində deyildi  və

heç  gümanına  da  gətirmirdi  ki,  məhz  bu  gecə bütün  qayğılarını,  düşüncələrini,

hətta həyatını və taleyini dəyişdirən hadisələr törəməkdə idi.

Birinci  hadisə ondan  başlandı  ki,  şəhər  onilliyinin  və dəmir  yol  məktəbinin

müəllimləri  ilə şagirdlər  ayaqlarını  sürüyə-sürüyə,  çamadanlarını,  bağlamalarını

sallaya-sallaya meydandan keçib dikdirlərə döşənişəndən sonra bir cüt gur işıqlı

fara çadırdan xeyli sağda - məktəbin



______________Milli Kitabxana_______________

qabağında,  bir  cüt  gur  işıqlı  fara  da  Xəlvətin  darvazasında  parladı;  məktəbdən

gələn maşında - Sultan Əmirlinin boz "Pobeda"sında üçüncü katib "diapozonlu"

Məleykə Muradova ilə maarif müdiri Mirbağır müəllim gəlib düşdülər, Xəlvətin

həyətindən  gələn  dövrəsi  göy  zehli,  gurultulu-qıjıltılı "Qaz"da  isə Gülənovla

qudası  gəlib  düşdülər.  Bu  vaxt  cavanlardan

- Məmməd  Xələf  Zalın

yoldaşlarından hansı isə Səmədin əvvəlcə bir qolunu, sonra o biri qolunu tutub,

pencəyini geyindirdi, çox təmkinli gər səslə:

- Köynəyin kirlidi, - dedi.

Pencəyi sahədə, tək palıdın altında yerə atıb, elə orda da unutduğunu Səməd

indicə xatırlayırdı.  Bu gər  səsli  yeniyetmə eynilə Möhsün  kişi  kimi  alçaraq,

tökmərək,  yastıburun,  enliçənə Kərpickəsənlərdəndi;  Möhsün  kişinin  qırılan

diviziyada qırılan qardaşlarından Rüstəmin yeganə yadigarı idi. Bayaq Ortayolda

görüşəndə özü  tanışlıq  vermişdi:  "Mən  də Zalam da,  ay  qağa.  Rüstəm  Zal!" -

demişdi. Təftişin oğlu Məmməd Xələf Zaldı,  mən - Rüstəm Zal! Məzəlisi budu

ki,  iki  zalın  ikisi  də pəzəvəngdi, - demişdi. Əmbə mən  Sarı  Zalam,  Abbas

əmininki  qara  Zaldı.  Hərdən  "kötük  Zal"  da  deyirik  ona.  Görürsən  də,  necə

kötükdü!"  Və Səmədin  yadına  düşmüşdü  ki,  qırx  beşinci  ilin  yazında  Təftişin

böyük oğlunun "qara kağızı" - ölüm xəbəri gələndə və Məmməd Xələf də böyük

qardaşının adını üstünə götürüb Məmməd Xələf Zal olmuşdu.

Adları bir  olanların  fərqləri  lap  ilk  baxışdan  görünürdü:  Təftişin  Zalı

doğrudan  da,  kötük  kimi,  Möhsününkü  isə dolu  ağır  bədənli,  enli-sifət,  alagöz

idi.  Saçı  çox  gur  olduğuna  görə kepqasını  həmişə qatlayıb  cibində saxlayırdı.

Gur cığaları alnında oyur-oyur oynayırdı.

Bir  yaraşığı  da  indi  meydana  çıxdı:  Səmədin əhvalının  xarablığını  nəzərə

alıb,  yaxınlaşmağı  lazım  bilməyib,  pencəyi  qoltuğunda  gətirirdi;  Maşınlardan

düşənləri  tanıyanda  Məleykə Muradova  ilə Mirbağır  müəllim  kimi  hörmətli

rəhbər işçilərin, Xaş nəçənniklə Xəlvət Rəhim kimi qarı düşmənlərin qabağında

çirkli  köynəkdə ləyaqətsiz  görünməyini  istəməyib,  tezcə geyindirmişdi.  Bu

hərəkət  sarı Zalın  özünün  ləyaqətindən  və kəndinin  istəkli  oğluna  istəyindən

xəbər verirdi. Bayaq "Zalam də, ay qağa, Rüstəm Zal!" - deyəndə Səmədin əziz

və doğma adamlar arasında sinəyə sığışmayan hissiyyatına necə əlavə bir hərarət

gətirmişdisə, sarı Zalın indiki hərəkəti də eləcə hərarət gətirdi. Əmma Səməd bu

ləyaqətli oğlana iki kəlmə "sağ ol" da deyə bilmədi. Çünkı



______________Milli Kitabxana_______________

qanı  yuyulmuş  pencəyi əynində və Gülənovun  bir  cüt  neştərini  faranın  işiğında

görər-görməz,  "Eşq  dəlisi  olanda  nə olar,  çalış  bir  də tökülüb  itmə"  deyən

təntənəli səsi yenidən eşitdi və bu təntənədən soyuq yel əsib, sinəsindəki hərarəti

apardı.

Məğlubiyyətdən,  daha  doğrusu,  bircə yumruqla  yıxılmağından  basılıb,



çənəsinin,  dodaqlarının  şişini  kepqatun  günlüyünün  ailında  gizlədən  Qudalı

atamanının əksinə,  Xaş  nəçənnik  firlanıb  göyərmiş  çənəsini  gur  işiq  altında,

Məleykə Muradovanın  qabağında  nümayiş  etdirirdi.  Aydındı  ki,  Xəlvəti,  Çax-

çuxu ilə məsləhətləşib, yeni zərbə hazırlamışdı. Odur ki, Səməd bayaq quyunun

üstündə necə ehtiyacdan doğan dözümlə dayanmışdısa, burda da eləcə dayandı.

Əmma zorbə bu dəfə birbaş Səmədin özünə doymədi.

"Qudalı kassiri"  Piyli  Qayım  qarnının  üstündə qoşa əlli  tutduğu,  ağzı

surquclu  pul kisəsi  ilə qaranlıqdan  peyda  olub,  Çürüyü  kötüyün  üstündən

itələyib, "ambulatoriya stolu"nun dalında oturanda Səməd nə o Piylinin qoca ilə

elə rəftarından  bir  şey  anladı,  nə də pambıq  çəkilişinin  bu  vaxtında  pul  kisəsi

gətirməyindən.  O  iki  nəfər  məhlə milisionerinin  ardınca  qaranlıqdan  bir  dəstə

Qudalı cavanı  çıxıb,  Xəivətlə birlikdə Təftişin  üstünə yeriyəndə Səməd  bundan

da baş açmadı.

Xəlvət əvvəlcə çox hörmətlə, ağsaqqala və kolxoz sədrinə münasib bəlağətlə

başladı:

-

Məsləhət  belədi  ki,  şəhərlilərin  işini  qabağa  salaq,  Abbas.  Möhsünnən



son  işçilərinizi  dəmir  yolundan,  şəhərdən,  bazardan  yığammırsımz.  Pambığı

düzdə qoyub  alverə qurşanıblar.  Buna  görə xüsusi  cəza tədbiri  görülüb. Əmbə

mənə dəxli  yoxdu  onun.  Mənimki  budu  ki,  şəhrdən  gələn  köməkçilrimizi

hörmətnən  yola  salım... Əmr  eləmirəm mən  sənə.  Xahiş  eləyirəm,  qırağa  dur,

şəhərlilərin pambığını qabaqca çəksinlər...

Təftiş  öz  işində idi.  Qaşlarının çatıb,  burun  pərələrini  gərib,  daşları

saqqıldada-şaqqıldada,  çuvalları,  xaşaları,  kisələri  bir-birinin  ardınca  çəkib,

adları, rəqəmləri diqtə eləyirdi. Çürük yerdə çöməlib, dizinin üstündə yazırdı.

Xəlvət çox arxaym danışırdı:

-

Bura bax, Abbas... Şəhər uşağı dözümsüz olur. Məktəbi boşaltmışıq, öz



evlərimizin xalı-xalçasını, yorğan-döşəyini döşəmişik. İdarə heyətinin qərarıynan

yazabuğa kəsmişik. Dörd qulplu qazanda, kəkotuynan-zadnan, bir toyun xörəyini

bişirmişik. Yekə toy samovarı



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə