______________Milli Kitabxana_______________
O vaxt Cəfər əmi idarə heyətinin qərarını çıxarıb, "qırılan diviziyada
qırılanların" uşaqları, yəni evində saxladığı yetimlərə "Fond hesabına" on bir çiy
kərpic ev tikdirmişdi, qarğıdalı, taxıl, noxud, maş və sair belə-belə şeylər əkib
"yetimləri dirçəltməkdən ötrü" əlavə əkin sahələri paylamışdı. Yetimlər isə,
qəribə idi ki, elə bil Cəfər əminin yaxşılığının əvəzində hər il "qara-quru
qızlar"dan bir-ikisini "götürüb qaçıb" o evlərə - yetimlər məhləsinə aparırdılar,
heyətə ərizə yazıb öz yeni ailələri üçün "bir baş sağmal inək", "beş-üç qoyun"
alıb, "kişiləşib" "adam olurdular". İndi isə... Səməd diksinib, ayaq saxlayıb,
təəccüblə soruşdu ki:
- Yetimlər məhləsi niyə boş kimidi?!
- Hə... Boşalıb... yoxdular, ay Mədədimiz, - dedilər.
Niyə? Demə, Qudalı gombulları "rayonu materialnan doldurubmuşlar;
yazıbmışlar ki, "bu var-dövlətin hamısı kolxozun hesabına düzəlib, "Belə
qanunsuzluğa dözəmmərik biz!" Gecələr, yetimlərdən kim isə evdə olmayanda
içəri soxulub, Lütün qızlarına əl uzadırmışlar". "Vağzal bufetində içib dəmlənib
kəndə qayıdanda məhlənin həyət bacasında şalvarlarını aşağı salıb hər yeri
batırırmışlar", "gecənin bir aləmində bar-bar bağırırmışlar ki, "o əkin yerləri
dədə-babadan Qudalıların olub! Vermiyəcəyik sizə!" Və doğrudan da suvarma
vaxtlarında arxın suyunu Qudalı məhləsinə ötürüb, yetimlərin qarğıdalılarını,
taxıllarını yandırırmışlar.
- Köçdülər bədbəxt yetimlər, ay Səməd! Getdilər! Yurdları boş qaldı.
Əkinləri Rəhim kişi öz "çoxuşaqlı Qudalılar"ına paylatdırdı. Xaraba qalıb
yetimlər məhləsi!
Səməd hiss etdi ki, bu "xarabalıq"da köhnə düşmənliklə bağlıdır; yadında idi
ki, Xəlvət Rəhim idarəyə heç vaxt qalmaqalsız getməzdi. Hələ Ortayolda ikən
bar-bağırardı ki, "öz kürəkənlərinə yedirdirsən kolxozu. Bəs bizimkilərin aclığı-
susuzluğu yoxdumu, ay Lüt milyoner köpəyoğlu!" - Kabinetə girən kimi hər dəfə
bir şagird vərəqini Cəfər əminin stolunun üstünə şappıldadıb: "Qol çək bura!
Qalanını özüm yazacam. Pendir lazımdı! Yağ lazımdı!.." - O qədər bağırardı ki,
yazıq Cəfər əmi köksünü ötürə-ötürə ağ kağıza qol çəkərdi, mızıldanıb: "Al!
İtaparan olsun!" - deyərdi.
Səməd boş məhlədən gözünü çəkib Dinişə baxdı. Yadında idi ki, "qara-quru"
qızların, yetimlərin sayı lap azalandan sonra da Dinişin çığır-bağın kəsilmədi.
Bütün kənd kimi, nəhayət, "Dəli Səməd" də laqeyd qala bilməyib, gedib Ayna
bacını eşiyə çağırdı: "Bu nə biabır-
______________Milli Kitabxana_______________
çılıqdı, ay bacı! - dedi. Bir o qalıb kəndə car çəksin Dəli Səməd alır məni!.."
Bununla da, Dinişin səsi batdı, əvəzində, hər dəfə Səmədlə rastlaşdıqca, səssiz-
səmirsiz tökülən göz yaşları seli başlandı... Yolda kim isə gülə-gülə bu əhvalata
əlavə elədi:
- Sən gedəli gözünün yaşı qurumurdu! - dedi.
- Dirildi!
- Gəlişin Torksini də güldürdü, diriltdi, a xoşqədəm! - dedilər. Əmma "Diniş"
adı ilə "torksin" kəlməsi ayrıca mahnı oxuyub, "qırılan diviziyada qırılanlar"
adlanan köhnə yara yerində "Cəfər əmi - Lüt Cəfər" adlanan təzə yaranı da
ağrıtdı. Məhz buna görə də Səmədin qolları öz-özünə qalxıb Dinişə - Torksinə
doğru uzanıb, Torksinlə birlikdə Cəfər əmini də, on bir yetimi də, Ayrıa bacını
və qızlarını da qucaqlamaq istədi.
Səmədin xəbəri yoxdu ki, bayaq quyunun dikdirində Süduşənin, Hacehsanın
axşam sərinliyi boynuna sarılanda, o sərinliyi gətirən qollar arasında Dinişin
qolları da vardı, bir yox, bəlkə beş dəfə sarılmışdı; o kəpənək, qaranquş qanadları
alnından, o üzündən-bu üzündən öpəndə, o qanadları gətirən dodaqlar arasında
Dinişin dodaqları da vardı, bir yox, bəlkə beş dəfə, on dəfə öpmüşdü. Əmma
orda Səməd qırılan əsgərlərin vaxtsız qocalmış arvadları ilə onların qızlarını,
gəlinlərini görmüşdü, daha doğrusu, hamını eyni gözlə görmüşdü.
Mahnının davamı yetimlərin taleyindən söz açıb Səmədin qollarını yanına
saldı və Torksin tay-tuşlarının arasından çıxıb böyrünə qısılanda Səməd onun
pioner qalstuku kimi ensiz, qara qıymaçasının arxasında sığalsız, pırtlaşıq saçını,
qara qoftasının altında tamam ətsiz, quru-taqqanaq çiynini sığallaya-sığallaya
dayanıb hərəkətsiz qaldı.
Səhər alatoranda Əmirli mülkünün alov sütunu göyə dirənəndə, o sütunun
işığında Səməd Ortayolla üzüaşağı tökülən cəmaatdan başqa, bu yanda - yolun
sağında bir cərgə təzə ev görmüşdü, əmma at belində qoşalüləsini guruldadan
Qurban əmi ilə cəmaata necə laqeyd baxmışdısa, təzə evlərin cərgəsinə də eləcə
laqeyd baxıb, dərhal da unutmuşdu. İndi isə... məlum oldu ki, "Yetimlər
məhləsi!" "Xaraba!" Səbəb isə budur ki, "İt nəfəsi dəyib bu məhləyə. Qudalı
xılının nəfəsi dəyib. Elə murdarlayıblar ki, yetimlərin qayıdıb bu bağlı qapılan
açmağına daha heç kəsin umudu yoxdu".
Səməd heç nə başa düşmürdü. Ətrafında isə birdən-birə sükut başlanmışdı.
______________Milli Kitabxana_______________
İrəlidə - otuz-qırx addımlıqda Təftiş qapan-tərəzinin üstündə qalxıb, anbarın
dirəyinə "yel fanarı" asdı. İkinci "yel fanarı"ın Möhsün kişi aparıb, Məmməd
Xələf Zalın maşınının kabinəsinin açıq qapısından asdı. Fanarlar anbarın
qabağındakı meydanda arabaların dayandığı yerdən kənara işıq salmasa da,
Səməd böyrünə qısılıb üzünə baxan Torksinin gözlərinin dövrəsini yaşla dolu
gördü. Torksin ağır-ağır başını bulayırdı, ağır-ağır inildəyirdi.
- Qurbanın olum, məhlə barədə soruşma daha. Ayıblı eləyiblər bizi, qurbanın
olum. Ayıblı eləyiblər! - deyirdi.
Səməd çox təkid elədi. Qudalıların o məhlədə "açdıqları oyunlar" barədə
daha heç kəs danışmadı. Gecdən-gec kim isə bir neçə kəlmə: -Lütün
tutulmağının səbəbi elə o məhlədi, - dedi. Və bununla da yeni-yeni heyrətli
sirrlər açıldı...
* * *
O ili - on yeddi sədr bircə gecədə maşınlara basılıb rayon mərkəzinə
aparılanda cəmaatda tökülüb gedib. Günortaya qədər raykomda Sultanlı
generalın arasında "qılınc-qırğın" olub. Sonra qırmızı tuf daş binanın həyətinin
çökəyindən o yandakı yarım metrlik daş hasarın üstündən Persin səsi gəlib: "Bir
ton kağız yığıblar, qovluqlara doldurub, veteranların qoltuqlarına veriblər ki,
təmiz adamlardı bu sədrlər. O bir ton kağızın müqabilində bircə sənəd oxuyacam
mən sizə..."
Əlində miləmil dəftər vərəqi varmış. Vərəqin iki üzü də yazılı imiş.
Lüt Cəfəri çağırıb, vərəqin ayağındakı imzanı göstərib, soruşub ki, "Bu qol
sənindimi?"
Lüt Cəfər baxıb, deyib: "Mənimdi".
Pers yenə soruşub ki, "Saxta deyil?"
Lüt Cəfər deyib: "Yox, saxta deyil". Qonaqlı kənd sakini gətirərdi mənə belə
dəftər vərəqlərini elə-belə, yazı-pozusuz, altdan qol çəkərdim ki, anbardar yağ,
pendir versin!
Pers vərəqi ətrafındakı adamlara da, camaata da göstərib, deyib: "Bu
gördüyünüz sənəd Sultan Əmirliynən Qılınc Qurbanın müqəddəs adam kimi
qələmə verdikləri kolxoz sədri Cəfərin ilkin istintaqda ifadəsidi!"
Yazıq Lütün ağzı açıq qalıb.
Qılınc qışqırıb ki, "Nə istintaq?! Nə ifadə?! Cəfəri kim dindirib, ə, general
qırışmal?! Nəyə görə dindiriblər, havaxt dindiriblər?!" Şığıyıb
Dostları ilə paylaş: |