İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə100/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   96   97   98   99   100   101   102   103   ...   180

______________Milli Kitabxana_______________

vağı tökülmüş divarı da sahibsizlikdən, yoxsulluqdan xəbər verdi. Səmədin Cəfər

əmi - Lüt Cəfər barədə eşitdiyi, bildiyi faciədən əlavə, Ayna bacı barədə daha bir

"Durnaboğaz  elqızı"nın  dərdini  danışdı. Əmma,  bu  da  mahnının ahəngini

dəyişdirmədi,  çünki  "Mədədimizin  balası,  Mədədimiz"  deyən  gözəl  mahnının

özü  də kədərlə dolu  idi;  Ortayolun  çala-çuxurunda  arabaların  taqqıltıları,

cırıltıları içində aramsız ötənlərin mahnılarını dinlədikcə qəhərini necə udurdusa,

Səməd  o  şuma,  ağaclara,  divara  baxanda  da  qəhərini  eləcə udub, ətrafına

boylandı.

- Bəs Ayna bacı hanı? Niyə görmürəm?

- Görəcəksən. Onu da görəcəksən, a Mədədimiz! - dedilər.

- Ölməyib Ayna bacın! İnsanın üzü daşdan qayımdı, - dedilər.

- Məhərin  budkasının  qabağında  obaşdandan  gecə yarıyacan  vaqonların

ayaqlıqlarına baxır. Gözləməsi çoxdu, - dedilər.

- Qardaşı Yusif  kənddən  üz  döndərib,  Şənbənin  şəhərdəki  evinə girib,

rayonda.  Onu  da  sizə qatır,  səhərdən  axşamacan  alça  sata-sata  mələyir  orda.

Gecə də mələyə-mələyə qayıdır! – dedilər.

Quru  taxtaya  dönüb.  "Öldür  məni,  ya  rəbbim!" - deyə-deyə yumruğunu

sinəsinə çırpanda sinəsi taxta təki taqqıldayır! - dedilər.

Və bu  mahnının  arasında  bir  ad  çəkdilər:  Cəfər əminin  sonbeşik  qızı

Dinarənin - Dinişin adım...

* * *


Cəfər əmi - Lüt  Cəfərin  qızları bir  yaş,  yaş  yanında  bir-birinin  üzlərini

görmüşdülər. Yəni çox südəcər doğulmuşdular, hamısı da Ayna bacıya çəkdiyinə

görə bir-birindən seçilmirdilər. Üstəlik, böyük qız Dilarədən - Dilişdən başlamış,

sonbeşik  Dinarəyə - Dinişə qədər,  səkkizinin  də adı  "D"  ilə başlayıb,  "arə"  ilə

qurtardığına  görə adları da  qarışırdı  və bütün kənddə cəmisi  on-on  beş  adam

bilirdi ki, Dilarə -Diliş hansıdır, Dinarə - Diniş hansıdır.

O on-on beş adamdan birincisi, yəni Cəfər əmi - Lüt Cəfərin qızlarına ən çox

bələd olan isə Bircə bala "Dəli Səməd"di.

Bu  srik,  şaftalı  ağaclarının ağ,  çəhrayı  çiçəklərlə bəzəndiyi  vaxtlarda  Cəfər

əmi  arı  pətəklərinin  qapağını  qaldırıb  uzun  burnunu  sallayıb,  "canındakı

revmatizmi müalicə eləməkdən ötrü özünü arıya vurdurandan" sonra bir-iki gün

həyətdən bayıra çıxmırdı. Haman günlərdə qız-




______________Milli Kitabxana_______________

ların  cingiltili  gülüşləri gedib  "Dəli  Səməd"ə də çatırdı və Səməd  öz  daimi

dəstəsi ilə - Yusif kimi gözəl Yusiflə, Qaraçı gözəli və Gülbənizlə birlikdə dərhal

o  gülüşə gedib  görürdü  ki,  Cəfər əmi  qurşaqdan  yuxarı çılpaq  bədənini

döşəkağına  bürüyüb,  başına  da  Ayna  bacının  kəlağayısından,  şaldan-zaddan  bir

şey  salıb,  duvaqlı  gəlinsayağı  örtünüb,  divarın  dibində - günəqarşıda  oturub.

Qızların səkkizi də ayaqqabını çıxarıb, evin sağ-sol tərəflərindən pişik  yerişi ilə

gedib,  gah  kəlağayını,  şah,  gah  da  döşəkağını  birdən  çəkib  aparırdılar.  O

cingiltili  gülüş  də bu  vaxt  qopurdu.  Çünki  "özünü  arıya  vurdurandan"  sonra

Cəfər əminin  arıq,  nazik  sifəti  şişib  bir  ləyən  qıcqırmış  xəmirə dönürdü,  burnu

daha  da  uzanıb  batıq  dodaqlarının  üstündə dururdu,  qabırğaları  sananan  quru

taxta bədənində döşləri "məmə"yə çevrilirdi. Qızları ən çox güldürən, əyləndirən

isə bu  idi  ki,  kəlağayı,  ya  da  şal  üzündən,  döşəkağı  bədənindən  gedəndə

uşaqların əyləncəsini  oyuna  çevirmək,  gülüşlərini  şaqqıltıya  çevirmək üçün

Cəfər əmi artistliyə başlayıb "qəzəblənir"di: "Bu saat hamınızı soyundurub, arını

canınıza  daraşdıracam" - deyib  guya,  gözləri  şişib  qapandığma  görə kor  kimi

əllərini  qabağa  uzadıb,  evin  dövrəsində fırlanırdı.  "Dəli  Səməd"lə Yusif  və

Gülbəniz də bu oyuna qoşulub, böyür-başdan Cəfər əminin "məmələri"ni, sallaq

burnunu  çəkişdirib,  qızlarla  birlikdə qaçışmağa  başlayırdılar.  Bu  oyunda

uşaqlardan ancaq ikisi iştirak eləmirdi. O ikidən biri Qaraçı gözəli idi; ağacların

çiçəklərinin  altında,  yerə səpələnmiş  ağ,  çəhrayı  ləçəklərin  arasında  oturub,

başını  yana əyib tamaşa edirdi. Səməd  gedib əl-qolundan çəkişdirəndə "Ayıbdı,

Cəfər əmi  çılpaqdı" - deyirdi.  Oyunda  iştirak  eləməyənin  ikincisi  isə Cəfər

əminin  sonbeşiyi  Dinişdi. Əsil  oynamalı,  gülməli  vaxtı  olsa  da,  nə isə çox

fağırdı,  eyni  ilə Qaraçı  gözəli  kimi,  başını  yana əyib  tamaşa  eləməyi  daha  çox

xoşlayırdı.

Qırx-qırx  birinci  illərdə və hətta  "Lüt  qabırğalarını  qospitalda  qoyub

qayıdanda" – müharibə vaxtı  da Cəfər əminin  həyətində belə oyunlar olurdu  və

balaca,  fağırca  Diniş  de  elə orada - ağacların  atlında  Qaraçı  gözəli  ilə yanaşı

oturub, fağırlığında qalırdı.

Müharibədən sonra, qırx altıncı ilin yayında "Tərksin" mağazası açılmışdı. O

vaxt  kənddə dükanda  işləyən  Qudalı Qayıma,  sonrakı  ofisiant  Qayıma,  indiki

"Qudalı kassiri" Piyli Qayıma da 'Tərksin malı" ipək vermişdilər ki, müharibədən

"trafeya  qızdı"  gətirənlərə satsın. Əmma  bədbəxtlikdən,  Qonaqlıdan  gedənlərin

çoxu "qırılan diviziya" deyilən diviziya ilə birlikdə qırılmışdı. Qayımın "torksin

malı" satdığı




______________Milli Kitabxana_______________

günlərdə cəmi  iki əsgər  gəlmisdi.  Biri  o  vaxtkı Komsomol  Məleykənin,  indiki

raykom  katibi  Məleykə Muradovanın  qardaşı  idi - o  vaxtkı Əkə Murad,  indiki

"xüsusi  qrup  üzvü"  Murad  Muradovdu,  ikincisi  indiki  Dam  direktor Ələsgər

müəllimdi  ki,  onların  da  "trafeya"sı-filanı  yoxdu.  Bütün  kənddə ikicə adam -

Xəlvət  Rəhim,  bir  də Qayım  özü  hardansa  "trafeya  qızılı"  tapıb,  Qudalı

məhləsində gəlinləri,  qızları  qırmızı-yaşıl  ipəyə bürümüşdülər.  Bu  vaxt  "Dəli

Səməd"in  on  ahı  yaşı  vardı,  "əzələlərini  daşlaşdırdığı"  çağların  dalaş-davalı

qayğıları Cəfər əminin  qızlarının  oyunlarını  unutdurmuşdu.  Qızlar  özləri  də,

Ayna bacı kimi  xırda sümüklü olduqlarına baxmayaraq, nisbətən böyümüşdülər

və Cəfər əminin  haman  "qırılan  diviziya"da  qırılanların  evlərindən  yığıb  evinə

doldurduğu yetimlərə qulluq elədiklərinə görə susqunlaşmışdılar. Sonbeşik Diniş

isə, məktəbə ayaq basdığı gündən birdən-birə üz açıb, dalaşqan və qara-qışqırıqçı

olmuşdu.  Məktəbdə hamısı  qabaq  partalarda  oturan  Qudalı  qızları ilə

saçyolmasına  çıxırdı,  Ayna  bacının  "cana-qana  gətirməkdən  ötrü  gah  yağ

yaxması,  gah da  qoqlu-moqlu"  yedirtdiyi  yetimlərlə cırmaqlaşırdı  ki,  "Mən  də

tərksin  donu  istəyirəm!"  Məktəbə və ya  idarəyə gedəndə,  məktəbdən  və ya

idarədən  qayıdanda  "Dəli  Səməd"  Cəfər əminin  evindən  həmişə Dinişin

çığırtısını, boğazını yırta-yırta hönkürdüyünü eşidirdi.

Günlərin  birində Dinişin əməlli-başlı göynəyə-göynəyə hönkürdüyünü

eşidəndə evə cumdu,  anasının  "saxlancın"dan  bir  ovuc  qızıl-"axça"  götürüb,

aparıb dükanda "daxıl"ın üstünə atdı, əvəzində bir top ipək alıb, qoltuğuna vurub

aparıb Ayna bacının "Sinğer" tikiş  maşınının  yanına atdı. "Tik". Birinci Dinişə,

torksin donu!" Heç iki günkeçmədi ki, bütün qızların bədənlərində torksin ipəyi,

yetimlərin əyinlərində isə al-qırmızı  köynəklər  parıldadı.  Sonra  isə "Dəli

Səməd"i  daha  da  dəli  eləyən  bir  hadisə başlandı...  Məlum  oldu  ki,  "Dəli  Diniş"

"Dəli  Səməd"ə vurulub!  Buna  görə də yetimlərin  "qoqulu-moquluları"nı

oğurlayıb  aparıb,  Kətyənli  məhləsində "acından  ölən  gədələrə",  süddən  kəsilən

gəlinlərin körpə qızlarına yedirdib, möhkəm-möhkəm tapşırırdı ki, "gedin kəndin

ortasında hoppanışın, qışqırışın ki, "Dəli Səməd Dəli Dinişə vurulub, Dəli Diniş

də Dəli  Səmədə vurulub".  Kətyənli  uşaqları  "qoqulu-moqulunu  guppultuynan

udub", gedib Ortayolda "...vurulublar"-filan qışqırışanda isə Ayna bacıya dərhal

məlum oldu ki, "hamısı Dinişin işidi", Ayna bacı qızının donunun dalını qaldırıb

"yumşaq yerini" qıp-qırmızı eləyənə qədər şappıldadırdı.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə