İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə102/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   98   99   100   101   102   103   104   105   ...   180

______________Milli Kitabxana_______________

o  "sənədi"  Persin əlindən  almaq  istəyib,  Pers  Bakıdan  özü  ilə gətirdiyi

"çarvadarlar"ına baxıb, "çarvadarlar" Qılıncı araya alıb, gizlincə qolunu burublar,

"Hövsələn  olsun.  Ağzını  da  dağıtma.  Bircə o  "qırışmal"  kəlməsinə görə itirib-

batirarıq, izin-tozun da qalmaz!" - deyiblər. Sonra da asta-asta itələyib raykomun

dəhlizinə salıblar. "Özünü aparammırsan!"-deyiblər.

Pers işində imiş.

"Cəfər  Qaryağdı  oğlunun  bu  ifadəsi  Sultan Əmirliynən  Qılınc  Qurbanın

dövlət əmlakını mənimsəyənlərə və əxlaq pozğunlarına himayədarlığını açıb hər

ikisini  ifşa  elədiyinə görə,  hər  ikisi  Cəfər  Qaryağdı  oğluna  təzyiq  göstərir,  o  da

öz əliynən  yazıb, öz əliynən imzaladığı ifadəsini dəyişdirmək istəyir. Əmma bu

sənəd qüvvədədi. Oxuyuram, cəmaət, eşidin!"

Oxuyub, cəmaat da eşidib:

"Mən, Cəfər Qaryağdı oğlu, bunnan yazıb boynuma alıram və etiraf eləyirəm

ki,  şəxsi  dostlarım  və sirdaşlarım  Sultan Əmirliynən  Qılınc  Qurbanın

himayədarlığı 

nəticəsində

ömrümün 


çoxunu

əxlaq 


pozğunluğu 

cinayətkarlıqnan keçirmişəm.



Birincisi,  etiraf  eləyirəm  ki,  rayonda əxlaqsız  qadın kimi  məşhur  olan

Qarmonçu  Şənbəynən  uzun  müddət  açıq  yaşamışam  və bunnan  ailəmə pis  təsir

göstərib, arvadımın, sonra da qızlarımın əxlaqının pozulmağına səbəb olmuşam.

İkincisi,  etiraf  eləyirəm  ki,  müharibədən  sonra  Qonaqlı kəndində sahibsiz

qalan  evlərdən  həddi-buluğa  çatmamış  on  bir  nəfər  yetimi  evimə gətirib,  sovet

sədri  Qılınc  Qurbanın  vasitəsiynən  hər  biri  iyirmi  beş  sotdan  ibarət  on  bir

həyətyanı  sahədə taxıl,  qarğıdalı,  maş,  lobya əkdirmişəm,  həmin  həddi-buluğa

çatmamış  uşaqları işlodib,  istismar  eləyib,  külli  miqdarda  gəlir  götürmüşəm.

Uşaqlar  böyüyüb  xeyir  və şərlərini  bilib,  nökər  saxlandıqlarını  başa  düşəndən

sonra  isə, əvvəlcə böyük  qızım  Dilişi  böyük  nökərim Əsədin  yatağına  salıb,  bu

yolnan Əsədi  susdurmuşam.  Sonra  da  başqa  qızlarımın namuslarını  satmaq

yoluynan nökərlərimin hamısını susdurmuşam.

Üçüncüsü,  etiraf  eləyirəm  ki,  şəxsi dostlarım  Sultan Əmirliynən  Qılınc

Qurbanın  himayədarlığı  nəticəsində,

əllinci  ildə

Təftiş  Abbası  kolxoz

sədrliyindən  çıxartdırıb,  Qonaqlıda  sədr  olandan  sonra  kolxozun  "bölünməz

fondu"nun hesabına, nökərlərimin on ikisinə də ev tikdirmişəm, hərəsinə bir baş

buzovlu inək (cəmi on iki inək, on iki



______________Milli Kitabxana_______________

buzov), hərəsinə beş baş qoyun (cəmi altmış qoyun), hərəsinə bir at (cəmi on iki

at) vermişəm, beləliknən, təsərrüfatım da daxil olmaqnan on üç təsərrüfatdan, bir

naxır  iribuynuzlu  mal-qaradan,  bir  sürü  qoyundan və bir  ilxıdan  ibarət  fərdi

təsərrüfat sahibi olmuşam. Bunlardan əlavə, yenə də haman vəzifəli dostlarımın

himayədarlığı  nəticəsində,  Qonaqlı,  Tahirli  və Qurbanlı kolxozlarının ilxılarını

birləşdirib, Xırran-çay deyilən yerdə atçılıq zavodu təşkil eləmişəm, məhləmdəki

əxlaqsızlıq  mənnən  qonşu  olan  Qudalı  camaatını  qəzəbləndirdiyinə görə,  o

camaatın  qəzəbindən  qorxub  nökərlərimin  hamısını  haman  atçılıq  zavoduna

göndərmişəm.  Boynuma  alıram  və etiraf  eləyirəm  ki,  nökərlərimi  kənddən

uzaqlaşdırandan  sonra  qızlarımnan  nökərlərimin əlaqəsindən  daha  səmərəli

istifadə eləyib,  çox  baha  qiymətə gedən  "Xarle"  cinsli  atları əhaliyə satmağa

başlamışam, əldə olunan məbləğlərin cüzi qismlərini "hökumət qiyməti" adıynan

Qonaqlı,  Tahirli  və

Qurbanlı

kolxozlarının  hesabına  keçirib,  qalanını

mənimsəmişəm.  Bundan əlavə,  Sultan Əmirliynən,  Qılınc  Qurbannan  bir

kompaniyada  olan  adamlara  üçyaşar  ürgələr,  Cəbrayıl  Cəbrayıllıya  da  bir

üçyaşar ürgə bağışlamışam ki, mənim sədr vəzifəsində zərərli fəaliyyətim, şəxsi

pozğunluğum 

ailəvi


əxlaqsızlığım 

haqqında 

danışan 

adamların

susdurulmağında Cəbrayıl Cəbrayıllı da iştirak eləsin..."

Cəmaat elə sarsılıbmış ki, cınqırını çıxaran da yoxmuş.

Bədbəxt Lütü əsməcə tutubmuş. Əsə-əsə onun-bunun üzünə boylanırmış. "Bu

nədi, ay cəmaat?!" - deyirmiş. "Biz hardayıq, hansı ölkədəyik?!" - deyirmiş.

Pers bu sözlərin ucadan deyilməsinə imkan verməyib: hasarın üstündən işarə

eləyib,  Gülənovun  milisionerləri  şığıyıb  Lütü  süpürləyiblər,  on  yeddi  sədrin  on

yeddisini  də dəstələyib,  raykomun  dal  həyətindən  o yana - dəmir  yoluna

çrxarıblar, kəmərlərini açıb, vaqona doldurublar.

Səmədin  Cəfər əmisi - Lüt  Cəfər  belə gedib.  Yetimlərlə bacılar  isə yoxa

çıxıblar.  Sonradan  məktub  yazıb  bildiriblər  ki,  Mingəçevirdədirlər,  su-elektrik

stansiyasının tikintisində işləyirlər və kəndə qayıtmaq fikirləri yoxdur. O vaxtdan

bu  on  bir  evin  on  birinin  də qapısı  bağlı  qalıb.  Qonaqlılar,  Kərpickəsənlər,

Kətyənlilər bu  məhləyə yenə də elə "Yetimlər  məhləsi" deyirlər, Qudalılar isə -

"Xaraba!" Əmbə bir  söz  də var  ki,  o  sözü  Qudalı atamanı  Qıllı  Qeybalı  ilə

Qudalı  cavanları,  bir  də ayaqyolu əvəzinə bu  evlərin  həyətinə gedən  "üfunətli

uşaqlar" çox tez-tez təkrar eləyirlər: "Qəhbəxana! Qəhbəxana!" - deyirlər-




______________Milli Kitabxana_______________

Ayna  bacı  da  çoxu  elə bu  sözə görə lap  o  başdan - qaranlıqlı,  səbətlərini

götürüb kənddən çıxır, meşədən alça-malça yığıb, Məhərin budkasının qabağına

gedir,  vaqonların  ayaqlıqlarına  baxa-baxa  mələyir:  "Gəl,  ay  Səmədim,  ay

Mədədim, ay umudum! - deyir. "Gəl ki, Yusifim də gəlsin! Ceyran balalarım da,

yetim  balalarım  da  gəlsinlər!" - deyir.  Bir  də qaranlıq  qarışıb əl-ayaq  yığışanda

qayıdır  ki, nə Qudalıların  üzlərini görsün,  nə də bu  "Xaraba"  məhlənin  həyət-

bacalarını.  Lapatka  götürüb,  ağız-burununu  sarmalayıb,  həyətləri  bir-iki  dəfə

təmizləyib.  Dalkı  günü  baxıb  ki,  üfunətlilər  qapıları,  pəncərələri  də batırıblar.

Ondan  sonra  daha  yaxın  gedəmmir  evlərə.  "İçərim  çaxnaşır", - deyir.  "Sudan

savayı  dilimin  arasından  heç  nə keçmir", - deyir.  Qısası  budur  ki,  Səmədin

gördüyü  Ayna  bacı yoxdur.  Qaraltısı  qalıb.  Torksin  isə,  qara  geyinib  yas

bağladığı  gündən  lal-kar  olubmuş,  indi  birinci  dəfədir  dil  açıb;  ana-bala,  damın

altında nə çəkirlər, necə dolanırlar - Torksin özü danışsın.

Əmma nə Torksin daha o "ayıblı olmuşuq" sözlərindən başqa bir söz dedi, nə

də Səməd daha bir şey soruşdu. Yeddi il səkkiz ay bundan əvvəl, qapağının hər

küncündə bir  mismar  işıldayan  tabutun  yanında  Bircə bala  boz  kitelə necə

sığınmışdısa,  indi  Torksin  də qurumuş  qandan  bərkimiş  köynəyin  döşünə eləcə

qısılmışdı;  ata  hənirli əminin  hənirindən  Bircə balanın qanına-canına  necə

məhəbbət  hopmuşdusa,  sədr  Mədəd,  Lüt  Cəfər  hənirli  Səməd Əmirlinin

hənirindən  Torksinin  qanına-canına  da  elə məhəbbət  hopurdu;  "avariya  günü"

deyilən günün uzaqlığında qalmış Bircə bala ilə atalı ikən atasız qalmış bu arıq-

sısqa  qızın  arasında  heç bir  fərq  yoxdu;  "avariya"  günü  hamıdan,  hər  şeydən

ayrılıb  "qara  hoyula"dan  başqa  heç  kəsi  görməyən  o  dünyadan  xəbərsizlə

"torksin donunu" - qırmızı paltarı sandığa atıb, "Dəli Səməd gedəli" yas saxlaya-

saxlaya heç kəslə kəlmə kəsməyən "lal-kar"ın arasında da heç bir fərq yoxdu.

Səməd  Torksini  qucaqladı,  elə bil  bacısını  sinəsinə sıxdı.  "Avariya"  günü

dünyadan  ayrılanda  bu  bacısından  da  ayrılıbmış.  Dünyadan  xəbərsiz  olduğu

kimi,  bacısının əzablarından  da  xəbərsizmiş.  Bu əzablarla  öz əzablarının

eyniliyindən də xəbərsizmiş. Bilmirmiş ki, sədr Mədədin "avariya"ya düşməyi nə

imişsə, Lüt Cəfərin üzünə "sənəd" oxunmağı da eləcə bir şeymiş; Əlləzoğlunun

Əmirli  mülkünü  yandırmağı  nə imişsə,  Qudalı  atamanı  Qıllı  Qeybalı  ilə Qudalı

cavanlarının və üfunətli  uşaqların Yetimlər  məhləsinə "qəhbəxana"  deməyi  də

eləcə bir  şeymiş;  "əmisinin  arvadının oynaşı"  damğası  nə imişsə,  "ailəvi

əxlaqsızlıq"



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə