______________Milli Kitabxana_______________
edə bilərdi, nə dünyasını. Böhtanlar çirkabında, qurğular torunda, şübhəsiz,
özünü də məhv edərdi. Sultan Əmirlini də.
- Demək, tökülüb itirəm... Demək həm eşq dəlisiyəm... Həm də pozğunam...
Söz verməliyəm ki, Sultan Əmirliyə toxunmuyacam...
Susub nəfəsini dərdi. Canında üzgünlük hiss edirdi. Başı çiyninə əyilir, köksü
ağır-ağır qabarır, enirdi. Qeybalının fısıltısı, nəriltisi eşidildi:
- Ölür ki, bu yazıq, ay nəçənnik! Aman ver toxtasın!
Gülənov güldü.
- Mən amansız olmamışam heç vaxt! Gücünü palıdın altında sərf eləyib əl
qaldırıb sovet milisinə. Olan-qalanını da, bilirsiniz damda qoyub. Güc qalarmı bu
yazıqda - dedi. Və səhvi də elə bunda oldu ki, ləngidi. Neştərlərini açıq, öldürücü
təntənə ilə parıldada-parıldada dayanıb, düşməninin dodaqlarının qaralmış
dərisindən hələ də qan sızdığına tamaşa elədi, Səməd isə, eynilə "əşyayi-dəlil"
nalı görəndə olduğu kimi, bədəninin təpədən dırnağa soyuduğunu hiss edə-edə,
güclü Bezobraziyenin qarşısında güclü olmaq ehtiyacından törəyən gərgin
təmkinlə dayanıb, düşünməyə imkan tapdı və beyni nə qədər sıxılsa da, bu
adamla ilk dəfə üz-üzə dayandığı günü - döşü yazılı saqqızın altını xatırlayar-
xatırlamaz, söz öz-özünə gəldi:
- Tökülüb-itməyim təzə deyil, Gülənov... Yeddi il səkkiz ay keçib o
vaxtdan... Şey-meyi yox, ürəyimi, ağlımı, iradəmi itirmişdim... Təftiş Abbasın
sahəsində, tək palıdın yanında Qılınc Qurban itirdiklərimi yığışdırdı verdi
özümə. Ağlımı, inamımı, etiqadımı tapdım... Nə bu yandırdığınız evi var-dövlət
sayıram, nə də o qızılı. Mənim dövlətim içərimdədi. Dövləti içərisində olan
adamın gözü də hamının gözündən iti olur, Gülənov, əli də hamının əlindən sərt
olur. Vurduğu adam yerindən qalxmır. Sənin milisin mənə ancaq təsadüfən zor
göstərdi. Belə qərara gəlirəm ki, milis adına böhtan olan bu Xaş nəçənniyin əl-
ayağını yığışdırmaq lazımdı. Bakıya aparmışdılar məni. Qayıtmışam ki. Bezob-
raziyeynən döyüşüm.
Üstündə qan ləkələri qaralmış, qolsuz köynəyin altında daş əzələlər oynayıb
öz işini gördü: zərbə Gülənovun alt çənəsini sağdan sola fırladanda Gülənovun
yüz kiloluq bədəni də sağdan sola fırlanıb, dolu çuval kimi dığırlanıb, bir də
dikdirin ayağında dayandı. Elə döşəli halında Gülənovun qırmızı, ətli əli kitelin
ətəyini çirməyib, pistoletin qoburunu
Milli Kitabxana
dartışdırdı. Əmma bir an da keçmədi ki, Təftişin qırx beş nömrə "sapoğu" o
qırmızı, ətli əlin üstünə endi.
İkinci zərbə Qıllını yıxdı: Qeybalı da eynilə Gülənov kimi dığırlanıb, dikdirin
çəmənə qovuşduğu yerdə - Ağsaqqalının ayaqlarına ilişib dayandı.
Üçüncü zərbə Piylini yıxdı: Qayım da dığırlanıb, Qeybalının yanına getdi.
Məhlə milisionerləri Səmədi tutmaq əvəzinə yıxılanları qaldırmağa çalışdılar.
Qışqırtı-bağırtıda, çaxnaşmada Səməd daha heç kəsi görmədi. Gördüyü indi
ancaq həmin zümrüd səma idi - qaranlıq göyün arxasında öz gözəl rəngində
gərilmişdi. Səməd nə yerə baxırdı, nə göyə; qabarıb oynaşan, döyüş tələb edən
əzələlərini yığmaq, toxtamaq üçün gözlərini yummuşdu, əmma səmasının
ucalığını, dərinliyini, genişliyini bütün aydınlığı ilə görürdü. O dərinlikdə sədr
Mədədi görürdü. Atasının səsini eşidirdi: "Səmədim - SimOdum - uca həqiqətim!
Səmədim -SimOdum - uca həqiqətim!.."
Səməd görüntündən və səsdən bu dəfə heç təəccüblənmədən, vəziyyətinin
qeyri-adiliyini düşünmədən, özünü də orda - zümrüd ucalıqda, dərinlikdə,
atasının yanında gördü: ayaqları burda - quyunun dikdirində idi, başı orda -
yuxarıda idi; hiss etdiyi, anladığı isə bircə bu idi ki, həyatında kəskin dönüş
yaranmışdı. Bu dəqiqədən etibarən nə isə olmalı idi, çox ciddi hadisələr baş
verməli idi.
Səməd səhv eləmirdi...
8
Gülənov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi'? "Yoldaş Səmədi"
gündüz "çörək kəsməyə" çağırıb, axşamısı burda neştər çıxardan Qudalı
ağsaqqalı, Qıllısı, Piylisi və it xılı məhləsinin gur dəstəsi ilə hara rədd oldu?
Səməd bunların heç birini bilmədi. Sədr Mədədin Bircə balası ilə Qonaqlı
cəmaatının yeddi il səkkiz ay ayrılığından sonra birdən-birə elə görüş vulkanı
püskürmüşdü ki, bu vulkanın gözündə Sudüşən, Hacehsan çəmənlərinin axşam
sərinliyindən, moy, mixək ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma
səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox,
Sudüşənin,
Hacehsanın axşam
sərinliyi
ilə qucaqlayırdılar; alnından,
yanaqlarından dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər;
öpəndən sonra
291
______________Milli Kitabxana_______________
üzünü kəlağayılarının, qıymaçalarının ucları ilə yox, moy, mixək ətri ilə
silirdilər; qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox ən gözəl
mahnıdan da gözəl mahnı ilə deyirdilər:
- Mədədimizin balası, Mədədimizl Umudumuzu sənə bağlamışıq, ay
umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! - deyirdilər.
- O vuran əlini ver, ürəyimizin üstə qoyaq, ürəyimiz toxtasın, ay ürəyimiz!
Lap körpəlikdən haqq-ədalət əlidi sənin əlin, ay ədalətimiz! - deyirdilər.
- Bilirdik ki, sədrimizin qisasını sən özün alacaqsan. Kişiliyi olanlarda da
kişilik, namus, qeyrət qoymayıblar, a namusumuz! Ay qeyrətimiz! - deyirdilər.
- Səndən başqa heç kəs öhdəsindən gələmməzdi Xaş nəçənniyin! Dana,
buzov qoymayıb kənddə. Həyət-bacamız bərəkət tutar bundan sonra, a
bərəkətimiz! - deyirdilər.
- Böyüklü-kiçikli, oğullu-qızlı, hamımız yolunu gözləyirdik. Sən gələn
yollara qurban, a Koroğlumuz! Daha heç yana buraxmarıq səni burdan! –
deyirdilər.
Və bu mahnının sonu yoxdu...
Arada Səməd Təftişlə Möhsün kişinin səslərini də, atının belində, çiyni
qoşalüləli gəlib-gedən Qılıncın səsini də eşitdi; Təftiş kənardan-kənara, qəzəbli-
qəzəbli: - Ay cəmaat! Bəsdi, ay cəmaat! Buraxın onu görək nə çarə qılırıq
başımıza! Xalıqı Qurbanın əlindən alıb Bezobraziye! Qan tökülür! - dedi;
Möhsün kişi də açıq narazılıqla: - İşin kökü dərindədi, ay uşaq. Bu xəmir hələ
çox su aparacaq! - dedi; Qılınc isə atı birbaş quyunun üstünə, qız-gəlinin arasına
sürüb:
- İt xılı qudurub! Ehtiyatlı ol! Sultana zəng vurdum, özü gəlir. Ancaq gözlə
özünü! Belə getsə, tutacaqlar səni! - dedi, əmma bunların heç biri mahnının
ahəngini pozmadı.
Çadırın bərabərində, Ortayolun sağında, çəpər arxasında Əlləzoğlunun evinin
qamış damı bozarırdı. Yol boyunca qara hasar kimi uzanan çəpərin
qurtaracağında nə vaxtsa şumlanıb, elə şum qalıb bərkimiş əkin sahəsinin
ortasında, şax budaqları mal-heyvanın ağzında getmiş beş-altı qırıq-qırtıq əvik,
şaftalı ağacının arasında Lüt Cəfərin yastı damlı çiy kərpic evinin suvağı
tokülmüş divarı bozarırdı. Bəriyə - yola baxan tək pəncərə də, aşağıya -
Əlləzoğlunun çəpərinə baxan iki pəncərə də, qapı da bağlı idi. Yolun solundan -
Xəlvətin həyətindən vuran gur işıqda, o bərkimiş şumla qırıq-qırtıq ağaclar da,
qapı-pəncərəsi bağlı evin su-
Dostları ilə paylaş: |