______________Milli Kitabxana_______________
dim... Bağışla kobudluğumu, Gülbəniz. İnanıram ki, sən də çox əzab çəkirsən.
Mənə görə yox, yəqin ki, hisslərinə xəyanət eləmək istəmədiyinə görə əzab
çəkirsən. Hisslərinə sadiq qaldığına görə mələksən, İlana qulluq elədiyinə görə
ilansan! Necə ki sən mənim qulluğumda durmaq arzusundasan, mən də ömrüm
boyu bütün yaxşı adamlara, o cümlədən Sultan Əmirliyə qulluq eləmək
arzusundayam!
Çayın suyunu duruldan çaylaq daşıdı, Gülbəniz! Sən daşın bir üzünün
soyuqluğuna fikir vermisən, mən daşın üzünə sürtünüb enib çaxrağın altına yatan
lilə-palçığa fikir vermişəm. Çaylaq daşı olmasa, daş-daşa söykənib çaxraq
yaratmasa, çaxraq lili-palçığı udmasa, sular durulmaz, Gülbəniz!
İcazə ver, mən də öz təbiətimə sadiq qalım.
Qurban əmi, Qılınc Qurban həmişə əzab çəkir ki, təhsil görməyib. Əmma
alimlər mühitində olub o kişi, nadir alirmərdən dərs alıb. İnsan haqqında, dünya
haqqında! Sən onun əzabını duymamısan, səni inandırıblar ki, Qılınc Qurban
ürəksiz adamdı, başqalarının ürəyindən xəbərsizdi. Mən isə duymuşam onun
əzabını, dərk eləmişəm ki, məhz əzab çəkdiyinə görə həssaslaşıb, gözü
"fotoaparata", zehni "kapirovalnaya bumaqa"ya dönüb. O adi sovet sədri,
beynəlxalq miqyaslı casusu - kəşfiyyatçını necə ifşa elədi, eşidirdin ki?!
Atamın dəfnində nə qədər adam olub, Qılınc Qurbandan başqa görən, bilən
varmı ki, nəfəsi kəsiləndə mənim üzümə baxmaqnan nəfəs alır Sultan Əmirli?!
Hamınız Bezobrazıyedən danışırsınız, Sultan Əmirlini də Bezobraziye
çirkabına batırırsınız. Car çəkirəm, hamı eşitsin: Stalin, Bağırov, Ordjanckidze,
Beriya, Şahənşah və sair Bezobraziye ustaları sözün əsil mənasında cəhənnəm
yaradıblar o tayda, bu tayda. Sultan Əmirli, Mədəd Əmirli, Qılınc Qurban isə
Bezobraziye cəmiyyəti içində insan saxlayıblar! Bu gün dərk elədim mən bu
həqiqəti. Qılınc Qurbandan başqa görən, bilən varmı ki, Bezobraziye qazanında
Sultan Əmirli neçə dəfə ölüb-dirilib?!
Çürük aşıqnan Xızr Abının "Ustadnamə"sini eşitmiyən adam yoxdu: "Can
cana bağlıdısa, can da cahana bağlıdı". Təzə-təzə dərk eləyirəm mən bu
sözlərdəki hikməri. Mənim səcdəgahlarım Sultan Əmirliynən Qılınc Qurban,
Xızr Abıynan Çürük Aşıq məhz cahana bağlı, vətənə bağlı adamlardı! Sultan
Əmirlidən məni ancaq ölüm ayıra bilər! Buna görə də tələb eləyirəm ki, bizim
axar çaymızın suyunu bulandırmasın
______________Milli Kitabxana_______________
heç kəs! O cümlədən Təftiş Abbas da, çörək ucundan dəmir yoluna ayaq
döyənlər də, şəhərə-bazara dağılışanlar da! Sultan Əmirlidirmi kolxozu xaraba
qoyan?! Rayonda əsən səmumu Sultan Əmirli əsdirib?! Aydın deyilmi ki, katibi
bütün səlahiyyətlərdən məhrum eləyiblər?! Aydın deyilmi ki, rayon partiya
komitəsinin ancaq adı var! Əlləri qanlı siyasi cinayətkarlar hökmrandı burda!
İlanlar! İlanlar!
Mirqəzəbin qəbrini qazıb qayıdandan sonra, burdakı Bezobraziye ilanlarını
kürüyüb atandan sonra bilərsiniz kimdi Sultan Əmirli!..
Qışqırtısı nə qədər boğuqdusa, bir o qədər də heybətli idi. Eynilə Təftişin
arabasının dalınca cumanda olduğu kimi, gözlərində qırpım-qırpım döyüntülər
atılıb-düşürdü və bu döyüntülər işıqla qaranlığın qarışığında əks eləyib, havada
bir cüt xırdaca ürək kimi açılıb yumulurdu. Əmma Səməd taya kimi yüklənmiş
arabaların taya qaraltılarından başqa cavanların arasında Təftişin div qaraltısını
da, Kərpickəsənlərin qocalan, qanları arasında Möhsün kişinin şəlit geyimli
yastıraq qaraltısını da görürdü. Qudalıların gur dəstəsi arasında üç yoğun adamın
- Xəlvət Rəhimin, Qıllı Qeybalının, Piyli Qayının qaraltılarını da, kanal boyunda
cığırdan enib, əlləri çamadanlı, çiyinləri xurcunlu, heybəli gələn "alça-malça
satanlar"ın cərgələrini də görürdü. Səhər-axşam cəmaatın, at-arabanın, mal-
heyvanın ayağı altında nə qədər tapdansa da, gur-kükrək otu yapıxmayan
Sudüşən çəməni adamların ayaq səslərinə, arabaların tıqqıltılarını udub, hərəkət
axınındakı bu sükutu gizlin, müəmmalı həyəcanla doldururdu: Səmədin bütün
varlığını göstərən sözlərə hamı laqeyd idi?! Yoxsa, bu sükutda nə isə başqa məna
vardı?
Toran qatdaşdıqca meşədən Sudüşənə əlavə toranlıq gəlib, arabaların taya
qaraltılarından aşağıda boyunduruqlu kəlləri, öküzləri uddu. Həmin bu vaxt
Gülənovla milisionerlərin əllərində Çin fanarlarının işıqları çadırın arxasından
çıxıb çəmənə düşəndə kəllərin, öküzlərin gözləri parıldaşdı, adamların kölgələri
çaxnaşdı, bununla birlikdə Səmədin ürəyində, ağlında, iradəsində də çaxnaşma
başlandı.
Gülənov məhlə milisionerləri ilə, birbaş onun üstünə gəlirdi.
Səməd o dəqiqə başa düşdü ki, qatili qoşalülənin qabağından alıblar və indi
özləri həbs niyyətindədirlər.
Dikdirə qalxanda Gülənovun qarnı sallanıb dizlərinin bərabərinə endi.
Dikdirdə, Səmədin iki addımlığında dikələndə isə qarnı qabarıb irəlidə durdu,
parıltılı çiyinləri dala dartıldı, qoltuğundakı qırıq, əzik çamadan tappıltı ilə düşüb
açıldı və daşın, xırın üstünə yaymalandı.
______________Milli Kitabxana_______________
Gülənov kitelin bir cibindən qırmızı diplom, o biri cibindən bir ovuc axça-
qızıl çıxartdı. Əmma nə diplomu Səmədə verdi, nə də axçalan. Cildinin zəri
parıldayan diplomu da ovcunda bərq vuran qızılla birlikdə cəmaata göstərib, yəni
nümayiş etdirib, çamadanın üstünə tulladı. Bir cüt at gözü əvəzinə, bir cüt neştər
işıldadı:
- Eşq dəlisi olanda nə olar. Baxmayaraq ki, bu eşq dəlisi Şənbənin nənəsinin
damına gedir. Deyəsən yaxşı sağaldıb səni qarmonçu. Dodaqlarıyın, üz-gözüyün
dərisi sağalır... - çəmadanı göstərdi - çalış bir də tökülüb-itmə! Milisəynən aranı
vursan da, şeylərini yığışdırmağa həməşə hazırdı milis. Mən istəməzdim ki, əl-
ayağını da milis yığışdırsın. Odu ki, tövsiyəm var sənə, qadası. "Əmimin
namusu", Əmimin namusu" deyib, xəlvətdə tərsinə eləməyinə yenə dözmək olar.
"Sultan Əmirlidən məni ancaq ölüm ayıra bilər" deyib gözümüzə kül üfürüb,
xəlvətdə başqa məqsəd güdməyinə heç cür dözmək olmaz!.. Yaxşı ki, Əllozoğlu
ölməyib hələ. Ağaca dəyəndə beyni silkələnib. Xəstəxanadan sağ çıxsa, onun
məsələsinə də baxarıq. Bu boyda mülkü yandırıb. Bir aləm avadanlıq, rəhmətlik
Mədədin palpaltarı... Cinayət işi qaldırılıb. Sənnən bərabər gərək onu da
məsuliyyətə alaq. Əmbə yaşı ötgündü, özü də Sultan kimi adamın qayınatasıdı,
məsuliyyətə alınsa, Kişiyə də ləkə gətirər. Bütün bunları nəzərə alıb, nə sənə
toxunuruq, nə ona. Bu şərtnən ki, əvvəla, belə tökülüb-itmiyəcəksən. Partiya
işçisisən, məsul vəzifə tapşırılıb sənə. Belə şeylərnən belə vəzifə bir araya
sığışmaz.İkincisi və ən vacibi də budu ki, Kişiynən ədavətini bəri başdan qurtar.
Gecəni qarının damında yatıb, burda cəmaatın gözünə kül üfürə bilərsən, milisin
yox! Milisin gözü itidi, yumruğuna fakt yığanda vurduğu adam yerindən
qalxammır. Odu ki, sən yalan əmi məhəbbətini dilinə alma, rahat otur, qadası...
Həm tövsiyyədi bu dediklərim, həm də xəbərdarlıqdı!.. Xalq qarşısında söz ver
ki, Sultan Əmirliyə xətərin dəymiyəcək. Söz ver! Yoxsa, tutaram səni!
Bir cüt neştər də aşağıdan - Qıllı ilə Piylinin arasından parıldadı:
- Mən tövsüyəmi demişəm. Bir də deyirəm: "Kişi biznən çörək kəsir. Sən də
kəs, bala! "Yoldaş Səməd" dedim, hörmət mərtəbəsinə qaldırdım... Durammır
hörmət mərtəbəsində, ay nəçənnik. Belə ki görürəm, heç vaxt durammıyacaq.
Eşq dəlilərinin hansı durub ki, bu da dursun?! Söz-zad verən deyil bu. İşini gör!
Neştərlər elə kəsdi, elə doğradı ki, ətrafda heç kəs səsini çıxartmadı. Əgər
Səməd lap azacıq da olsa səbrini itirsəydi, daha nə özünü xilas
Dostları ilə paylaş: |