______________Milli Kitabxana_______________
qoydurmuşam. Öz qızlarımın cehizliyindən stəkan-nəlbəki düzdürmüşəm.
Möhtərəm Muradova yoldaşnan Mirbağır müəllim getdilər baxdılar indicə,
ağızları açıq qaldı. Nədən ötrüdü bunun hamısı, Abbas? Ondan ötrüdü ki, şəhər
uşağı zillət çəkməsin, naxoşlamasın. Həvəsnən işləsin. Bə sən neynirsən, a
yoldaş Təftiş? Hər axşam bu yanıq təpəliklərdə, toz-torpağın içində gözlətsək,
həvəs qalarmı o uşaqlarda? Bu əziyyətdən sonra çənələri çörək tutarmı?
Elədiyimiz hörmət də hörmətsizliyə dönməzmi? Qaçıb dağılsalar, pambıq çöldə
qalsa, Sultan Əmirli yoldaşa nə cavab verərik?! İnad eləmə, Abbas, qırağa dur!
Daşdan səs çıxırdı, Təftişdən yox.
Xəlvət rəhbər işçilərə baxıb, həmin bəlağətlə: - Tərpənmiyəcək bu, - dedi.
-
Revkom vaxtı Sultan, sonra da rəhmətlik Mədəd belə ərköyün eləyib
bunu. Özü də ki, belə şalban. Yaxın düşmək də olmur. Sən danış bunnan,
nəçənnik, - dedi.
Gülənovun neştərləri işıldadı:
-
Biz zor işlətmiyəcəyik. Biz qanunnan hərəkət eliyəcəyik... Qılınc
Qurban yenə şəkkaklığa başlayıb. Yeddi il səkkiz ay bundan əvvəlki ölüm
hadisəsini yuxuda görüb, elə yuxuda da Sayılovdan sanksiya alıb Xalıqı dustaq
damına salmışdı. Qapıya da nəhəng bir qıfıl vurmuşdu.
Azərbaycan SSR-in cinayət məcəlləsinə əsasən, birincisi, vəzifəsindən və
ictimai mövqeyindən sui-istifadə elədiyinə görə, ikincisi, silah işlətdiyinə görə,
üçüncüsü, gunahsız vətəndaşı əsassız ittihamla təhqir elədiyinə görə Qılınc
Qurbana iş düşür. Biz onun "maniya prisledovaniye" deyilən psixi azarını nəzərə
aldıq və RİK-ə məlumat yazmaqla kifayətləndik. İşdən qovulacaq.
Buradakıların hamısı öz gözüynən gördü ki, o quyunun üstündə çamadanını,
qızılını, diplomunu qaytaranda Səməd Əmirliyə mən nəyə görə, necə tövsiyə
dedim və xəbərdarlıq elədim. Səməd Əmirli Qılınc Qurbanın tərbiyəsindən çıxıb
"Maniya prisledovaniye" deyilən azar bunda da var. Bəlkə, hətta Qılınc
Qurbandan da şəkkakdı. Mənim xeyirxah tövsiyəmdən nəticə çıxartmaq əvəzinə,
dözülməz dərəcədə xuliqan hərəkətinə yol verdi. Mənim heysiyyətimin
tapdandığına dözməyən yoldaşlardan iki nəfərə də əl qaldırdı. Bu hərəkətinə
görə, Azərbaycan SSR-in cinayət məcəlləsinə əsasən, Səməd Əmirliyə də iş
düşür. Bu barədə prokurorluğa və raykoma rəsmi məlumatlarımız da yazılıb,
mənim bu döş cibimdə hazır durur. Əmbə bir sıra məsələləri nəzərə alaraq,
hələlik bunnan kifayətlənib, Səməd Əmirliyə də xəbərdarlıq eləyirəm ki,
hərəkətlərinə son qoymasa, o da işdən kənar sayılacaq və dərhal məsuliyyətə
alınacaq. Günü bu gün!..
______________Milli Kitabxana_______________
Qaldı Təftiş Abbas... özü təftiş komisyonunun sədri ola-ola briqadasındakı üç
manqada əlli beş nəfər kolxozçudan cəmi yeddi adam çıxarıb işə: arvadına gücü
çatıb, bir də özünün Qara Zalınnan, Möhsun kişinin Sarı Zalına, vəssəlam! Qırx
səkkiz nəfər əldən-ayaqdan saz, candan sağlam adamı alverə buraxıb. Bu heç.
Kolxozun sahibləri var. Təftiş Abbasın bu hərəkətini özləri müzakirə eləsinlər,
özləri nəticə çıxartsınlar görək yığım kompaniyasının birinci günü, təşkil günü,
poçti hərbi vəziyyət vaxtı bu cür məsuliyyətsizliyə yol verən adam briqadirlikdə
və təftiş komisyonunun sədri kimi məsul vəzifədə qala bilərmi?! Təkrar
eləyirəm, kolxozun öz işidi bu, mən qarışmıram. Mən ancaq həbs edə bilərəm,
onu da ki, görürsünüz, hələ eləmirəm.
Kişi mənə başqa iş tapşırıb, Sultan Əmirli yoldaşı nəzərdə tuturam. Bəziləri
kişi saymasa da, Sultan Əmirli yoldaşa mən elə əvvəldən Kişi demişəm, indi isə
Mirqəzəbə qalib gələn Kişi deyirəm. Özüm də fəxr eləyirəm ki, bu mötəbər
maarif müdirimiz məktəblərin yığıma cəlb olunmağından bir qədər narazı
danışanda, Kişi monə çox məsuliyyətli iş tapşırdı. Yığım müddətində şəhər
məktəblərinin, maldarlıq texnikumunun bu zonada üç kolxozun üçünə də
səmərəli köməyinə cavabdehəm. Bundan başqa, raykomun təlimatçısı və rəsmi
təhkimçisi Səməd Əmirlinin burda yığım kompaniyasını təhlükə altında
qoyanlarnan qucaqlaşa-qucaqlaşa cici-bacı oynadığını nəzərə
alaraq, öz
vəzifəmin tələbi üzrə, ciddi tədbir tökməliyəm. - Neştərlər Səmədin üzünə
sancıldı.
Səməd hiss edirdi ki, Xaşın zərbəsi hələ irəlidə idi. Dillənmirdi. Dözürdü.
Gözləyirdi.
Qapan-tərəzinin yanında nə oldusa, birdən gurultu qopdu: Təftiş əlindəki iri,
ağır çəki daşını tərəzinin üstünə çırpdı.
- Düzələn deyil bu xaraba! - dedi.
Babası Qolyana gülərdik biz uşaqlar o vaxt, Qıdllıyan deyərdik. Gördü
Qonaqlıda atı işləmir, getdi Orta kənd Tahirliynən qohumlaşıb Gülənov oldu,
bunun qardaşı meçidə getdi, müsəlmanlığı qəbul elədi Molla Gülən oldu, özünü
də ki, görürsünüz - Zorri-Zor! Səsimizi çıxardan kimi Anastas Mikoyannan
qorxudur bizi! Erməni deyilən! Hay addım-addım gəlib bir yanda Qazağımızın
böyrünə çıxıb, vayenkoma qədər dolub. Nırxı var orda Yervandin, kim onca min
verir, bir illiyinə
______________Milli Kitabxana_______________
buraxılır əsgərlikdən, kim iyirmi min verir, iki illiyinə buraxılır!.. Nədi mənim
bu danışdığım, ay camaat?
El qalıb əyriyə, həm yeyə, həm səyriyə! - Təftiş "Tfu!" - elədi. Və
"sapoqlarını sürüyə-sürüyə aralanıb, çardağın o başında, qaranlıq küncdə oturub,
"seyf"lərini eşələyə-eşələyə qəlyanını, tütün qabını, kibritini çıxartdı. Möhsün
kişi gedib Təftişin bir tərəfındə, Çürük o biri tərəfində yerə çökdü. Xızr Abı isə
əvvəldən orda idi. Sükut və çaşqınlıq içində o qaranlıq küncdə dörd qəlyan
közərdi, dörd Qəlyanlarının tüstüləri ağardı... Vaxtilə axşamlar bu vədə qocalar o
küncə yığışıb tüstünü tüstüyə qatanda sədr Mədəd bu yandan – tərəzi tərəfdən
soruşardı: "Qəm çəkirsiniz, ya dəm?" Çürük Aşıq deyərdi: "Tüstümüzə bax".
Sədr Mədəd də baxıb, tüstülərdəncə bilərdi ki, Qəlyanlılar qəm çəkirlər, yoxsa
dəm. İndi tüstüsüz də məlumdu ki, Qəlyanlılar nə çəkirdilər; əgər Təftiş sözünün
sonunda "Tfu!" - eləmişdisə, bu "imennoy naqan"ın gülləsinə bərabər bir şey idi.
Çürüklə Möhsün kişi də gedib Xızr Abının yanında oturmuşdularsa, demək
Təftişin fikri ilə şərikdilər. Bütöv bir rayonun fəxri Qılınc Qurbanın "maniya
prisledovaniye deyilən azan" varmış! Qılınc Qurbanın tərbiyəsindon çıxdığına
görə Səməd Əmirlinin də həmçinin psixi azan varmış! Hətta xuliqanmış! Təftiş
Abbas isə nə briqadirliyə, nə də təftiş komisyonunun sədrliyinə yarayan
məsuliyyətsizin birisi imiş! Qırx səkkiz nəfər "əldən-ayaqdan saz, candan sağlam
adamı alverə buraxdığına" yalnız özünün Qara Zalı ilə Möhsün kişinin Sarı
Zalına gücü çatmışdısa, əlbəttə, işi "kolxozun sahibləri"nin müzakirəsinə
verilməli idi!..
Səməd kənardan fikir verirdi: kim onu - Səmədi müdafiə edirdisə, hamısı
cinayətkar sayılırdı, susdurulurdu.
Sükut və çaşqınlıq içində Qudalı cavanları birdən qopub cəmaatın üstünə
cumanda Səməd əvvəlcə bunu anlamadı. Ətrafında tarap-turap düşdü: "alça-
malça" satanlardan bəziləri xurcunlarını, ala-bula faner çamadanlarını,
heybələrini yerdən qapıb o yan-bu yana qaçışdılar. Bir-birindən gobıd - yoğun ət
torbaları - Qudalı cavanları hamını basıb geri itələdilər, anbarın alçaq, uzun
çardağının tavanından sallanan quru həmişəcavan
1
çubuqlarından sındıra-sındıra,
cəmaatın ətrafında dövrə vurdular.
Milisionerlər başqa iş görürdülər: xurcunları, heybələri, çamadanları,
bağlamaları, vedrələri, bidonları dartıb aldıqca, on addımlıqdan
Tanak - meynəsayağı növ.
Dostları ilə paylaş: |