______________Milli Kitabxana_______________
sözləri barədə sualın cavabı nə idi?! Beyin fani idi?! Və dünya fani beyinlərin
dünyası idisə, Səməd nə deyə bilərdi?!
-
Mənə belə qəmli baxma, əmi... Partiya məktəbinin müdavimi Səməd
hara, bu Səməd hara? Tamam başqa adamam... Əmma... açığı, çaşdım... Bağışla
məni... "Allah"nan ƏlAğın fərqini dərk eləmişəm, əmma Bağ olammaram mən,
OdƏr olammaram, əmi... Başa düşürəm, səndən ötrü çox ağırdı bu sözlər. Əmma
bu elə məsələdi ki, burda yalan danışmaqdan böyük qəbahət ola bilməz. Bağışla
məni, görürəm çox əzab verəcəm sənə. Özüm də əzab çəkirəm. Başım, boynum
partdayır ağrıdan!.. Sənin, Abının arzuladığınız Varis olammaram mən...
Peyğəmbərin möhürü dərya-dəniz şadlıq verdi mənə. Dünyamız, dilimiz barədə
hər şey verdi. Doğrudan da hər şey, əmi! ƏlAğ - "Allah" verdi mənə!
Kor gözlərimə işıq gəldi. Sədr Mədədi gördüm. İkinci doğuluşa inandım,
atamın, anamın,
əmilərimin, babamın sağlığına inandım. OdƏrliyimizə,
Bağlarımıza inandım! Ulu Bağın möhtəşəmliyini gördüm. Faciəsini duydum.
EySar ÜnEvin, EvƏrimin faciələrini duydum. EySarımızın faciəsini duydum.
İrəli sananan, geri sananan yüz min illik tarix heç. Yeni tarixin min doqquz yüz
ili müddətində faciənin həddi-hüdudu yoxdusa, kor balasının gözlərinə belə
möcüzəli işıq verən bu nadir insan Sultan Əmirli də ölümə məhkum olunubsa,
özün bilmirsənmi EySarın son sözləri nə verirmənə?! SafAğ Olamı fanidi!
BağÜn lazrm deyil bu xarabada!
Sultanın gözləri böyüdü.
-
Budu cavabın?!. İkinci doğuluş lazım deyil?! Yerdə
ölümə
məhkumluğum ölümümdü?! Bu dəqiqə burda yıxılsam, cəmisi bir neçə saatdan
sonra qardaşlarımı, atamı, anamı, babamı, nənəmi bağrıma basacam!
Budumu fanilik?! Bu beyin - BağÜnün əbədiyyətini dərk eləyə-eləyə
deyirsən fanidi?! Otar Kiknadze nə zibildi Bağ Sultanı əbədi işgəncəyə salsın?!
Yağır Məmmədəliynən şah necə öldürə bilərlər Ağ Əmirnən Boz Əmiri?! Çax-
çux necə öldürə bilər sədr Mədədi?! İndi de! De görüm nə verdi sənə EySarın
son sözləri?!
Səməd başını sinəsinə oyib, qaldıra bilmirdi.
-
Necə
yəni
"Çax-çuxa
toxunmaq
olmaz",
ay
əmi?!
Planet
Bezobraziyenin pəncəsində qalırsa, EySarımın azərbaycanca "ƏlEy! ƏlEy!"
iniltisi nəyimə gərəkdi mənim?!
Yenə üzüntülü sükut çökdü. Sonra birdən sərt taqqıltı eşidildi: Sultan
yumruğunu başına çırpdı.
Səməd elə bil daşa dönmüşdü... Hələ bilmirdilər ki, bu gecə əmi ilə
qardaşoğlunun birgə Yer həyatının son gecəsi idi.
______________Milli Kitabxana_______________
* * *
Elə orda, hərəsi bir "tyubik"in üstündə donqarlanıb, daş kimi yatıb bir də
Müslümün öskürəyini eşidəndə oyandılar. Yuyunub, çay içib məhkəmənin səhər
iclasına, qərarı eşitməyə getdilər.
Mirqəzəbə güllələnmə, "Pers"ə iyirmi beş il həbs cəzası kəsiləndə bütün zal
ayağa qalxıb qatillərə lənət oxudu.
Tək bir nəfər nə ayağa qalxdı, nə də səsini çıxartdı. O bir nəfər Sultan idi.
Keçinib, necə oturmuşdusa, eləcə də qalmışdı. Termosla "qranyonnı stəkan"
döşəməyə düşmüşdü, rəngi dəyişirik - göyümtül çalan YemSən suyu kresloların
altına axıb yayılmışdı... Bircə balanın hədəqədən çıxmış gözləri qonşu
kreslolarda Müslümü axtardı, zalı dolandı görmədi.
Əmisini qucağına götürdü. Meyidin hələ tamam soyumamış üzünü üzünə
söykəyib, sinəsini sinəsinə sıxıb zaldan həyətə çıxartdı. Müslümün yerində
oturan yad adamın nazik, qırışıq boynuna ötəri baxıb, meyid qucağında, maşının
dal oturacağına keçdi, bütün yolu elə o vəziyyətdə-qucağında apardı. Yolda
qulağına dəydi ki, "rəhmətlik Mədəd də Suranı belə aparmışdı. Qucağında. Bu
ata uşağında adətdi, nədi..." Bu sözlərdən sonra, yarımyumulu gözləri önündə,
fəzanın dərinliyində ikən lap yaxın görünən sədr Mədədi, sonra isə əmisini gördü
və çox aniaşılmaz oldu ki, dünəndən bəri az-maz da nəmçiməyən, quruluqdan
alışıb-yanan gözləri məhz o fəzadakı sağ-səlamət Sultanla Mədədi görəndə yaşla
dolub, qucağındakı Sultanın sifətini iri damlalarla islatdı. Xəbəri yoxdu ki, bir də
əlli beşinci ilin yanvar günlərindən birində, Əlləzoğlunun çəpərinin arxasından
çağa çığırtısı və Torksinin darvazadan eşiyə atılıb: - Muştuluğumu ver, Mədəd
əmi gəldi! Mədəd əmi gəldi! -dediyini eşidəndə gözlərindən belə iri-iri damlalar
səpələnəcəkdi...
ÖLÜM-DİRİM
Min doqquz yüz əlli dördüncü il ilə min doqquz yüz səksən səkkizinci illər
arasında, yəni Sultan Əmirlinin yeganə yadigarı Mədədın otuz dörd illik
ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd uni" versitetin dissertantı olub,
tarix elmləri namizədlik dissertasiyasuıı tamamladığı bir vaxtda gözlənilmədən
hər şeyi atıb, Qonaqlıdakı Əmin mülkünə qayıtdığı günə qədərbaş verən
hadisələr içində, Əmirli nəslının
______________Milli Kitabxana_______________
sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz
salmışdı. Birinci hadisə: Mədəd hələ beş yaşında ikən əmisi Səməd Əmirli
rayonda ən məşhur - bilikli, bacarıqlı kolxoz sədri sayılarkən Bakıdan general
Məhərrəmov ağ, par-par "Volqa"sında gəlib onu - Səmədi zorla maşına basıb
aparmışdı və Səməd cavan, gözəl arvadı Torksinlə oğulluğa götürdüyü körpəni
Qonaqlıda qoyub, ildə bir-iki dəfə bir-iki günlüyə qayıtmağı sayılmasa, uzun
müddət yoxa çıxmışdı. İkinci hadisə: beş il bundan əvvəl, yəni səksən üçüncü
ildə Səmədin "barmaqla göstərilən" arvadı Torksin, Mədədin lap körpəlikdən
"Gül xala" dediyi Gülbənizin Sudüşəndəki evindən qayıdarkən oradan-
Sudüşəndən atılan güllələr onun - Torksinin kürəyinə dolmuşdu. Qəsəbədən
yüyürüşüb gələn adamlar arasından Rəhim kişi - Xəlvət Rəhim irəli çıxıb
meyidin gozlərini sığayıb "Heyif səndən, ay gözəl bala", - demiş, meyid Əmirli
mülkünə aparılıb, kəfənə büküləndən sonra isə o - Xəlvət Rəhim cibindən bir
naxışlı tütün kisəsi dolusu qızıl çıxarıb, stolun üstünə qoyub, "Səməd burda
yoxdu. Heç bilinmir Bakıdadı, yoxsa xaricdə. Yaxşı dəfn eləyin bu bədbəxti,
qəbrin üstündə büstünü qoydurun, ətrafında qışda da solmuyan gül-çiçək əkin",
demişdi. Əmma Mədəd qızılı Xəlvətin sinəsinə çırpıb, "Nə səndən, nə də o
qəsəbədən bir qəpik almaram! Özünüzü də bu mülkdə hüzrə buraxmaram! Çıx
burdan!" - deyib qocanı kandara itələmişdi.
Üçüncü hadisə: keçən ilin avqustunda Sultan Əmirlinin sovxası kitelin döş
cibindən vəsiyyət tapılmışdı. Əslində bu, birinci hadisə sayılmalıdır, çünki məhz
o vəsiyyət Mədədin həyatını kökündən dəyişdirmiş, aspiranturanı atmağa məcbur
eləmiş, üstəlik, lap ilk gənclikdən ona saz-söz öyrədib məclislərdə gəzdirən
ustadlan Xızr Abı ilə Çürük Aşığa yenidən bağlanmışdı.
Vəsiyyət cəmi bir neçə cümlədən ibarətdi: "Məni Varisim öldürdü. Varisimi
də Varisi öldürəcək. Bu nə sirdir?! Baş açmıram. Daha heç nə eşitmirəm. Heç nə
görmürəm.
Adı
ƏlifBey
olanıma
yalvarıram,
Sahibimizə
yalvarsın,
mümkündürsə, nəslimizin bu əcaib bədbəxtliyinin səbəbini öyrənsin, hadisələrə
müdaxilə eləsin, sən dönə-dönə oxu, Səmədim, dərk etsən, qulun Elmə qul ol!
Yalnız "Muğ" - Bağların anlaya biləcəyi bu vəsiyyəti hələlik üç nəfər -
Mədəd özü, "adı ƏliyBey olan", yəni Xızr Abı, bir də hədsiz qocaldığına görə
qara cürəsinin simlərinin parıltısından başqa ancaq odAğÜzdən göstərilənləri
görən Çürük Aşıq oxumuşdu. Qocalar- Abı
Dostları ilə paylaş: |