______________Milli Kitabxana_______________
OdEyAğ.
EvƏrEyOd.
BağOd.
OdAğSar.
ƏrBağ.
BağOdAğ.
ƏsƏrBağ.
ƏrOdAğ.
ƏrEvÜn.
ƏsOdAğ (Yazıram, oxu).
Bu on bir Bağ, Ulu Bağın BağSar rütbəsi ətrafında 100 Bağdan, Ulu Bağ da
daxil olmaqla, on bir nəfəridir.
On bir Bağ ƏrEydə işləyənlərdir. Əmma mərkəzdə daimi deyilmişlər. Niyə?
Qulaq as!
Birinci "sivilizasion"un birinci ilindən ta geri sananan tarixin dördüncü
əsrinin axırına, yəni İskəndərin basqınlarına qədər GurOdlarda növbəynən Sarlıq
eləyiblər bu əbədi Sarlar. Beşi beş GurOdda oturanda o birilər Əski
EvƏrEylərnən - "Skif'lərnən Şuma gedib, ŞumƏr Sarları olublar, ŞumƏr Sarları
Bağdaya qayıdanda GurOd Sarlan şuma gediblər.
Geri sananan tarixin son üç əsrində "Yer" mühitində "Qrek" cəhaləti o
dərəcəyə çatıb ki, ələ keçən EvƏrEyOdBağdayları - "Pro Metey"ləri, SafAğ
İnsan əqidəsindən, yəni OdƏrlikdən dönməyən Bağları elə ələ keçən anda üzü
üstə yerə yıxıb, əllərinin, ayaqlarının pəncələrini uzun quru ağac mıxlarnan
torpağa mıxlayırmışlar.
1
O əsrlərin OdƏr rəssamları, heykəltaraşları canlarına
həşərat daraşa-daraşa işgəncə içində ölənləri qayalarda elə canlı həkk eləyiblər
ki, hətta "Vərəsə"mizdən qalan səhifələrdə lap kiçik formatlı şəkillərə də sakit
baxmaq olmur. İkinci doğuluşa, əbədiyyətə nə qədər vərdiş eləsək də, insan
əzabına, "ölüm" adlanan ayrılığa dözmək çətindi, oğul. Quldarlar görünür bunu
da bilirmişlər, əlləri, ayaqları zəncirli qul əhalini at döşünə, qamçı altına salıb
torpaqda işgəncə çəkənlərin aralarında gəzdirirmişlər, sonra "Pers" saraylarında
hökmdarların, əyanların hüzurunda nümayiş etdirirmişlər.
Bağdayın müxtəlif dövrlərində ictimai, siyasi, mədoni məişət təfsilatlarını aydın göstərən şəkillər
"Vərəsə" ilə birlikdə gizlədilsə də İngiltərədə, keçmiş SSRİ də Şərqşünaslığa aid arxivlərdə saxlanılır.
Çox az bir qismi "İstoriya Midi" kitabında çap olunub.
______________Milli Kitabxana_______________
İnanılası şey deyil, üç yüz il davam eləyib bu zülm!
Sözü bura gətirirəm ki, adlarını çəkdiyim əbədi Sarlar lap qocalıblar kütləvi
edamlar dövründə. Yəni bətnən dəyişibmişlər, hiddətli, kinli olubmuşlar. Ulu
Bağdan, həmin 1000 nəfərlik SimOd məclisindən tələb eləyirmişlər ki, SafAğ
İşıqdan, ikinci doğuluşdan məhrumluq təhlükəsi labüd olduğuna görə
quldarlarnan döyüşməyə izn verilsin. Məclis isə, ərazini tərk eləyib hər hansı bir
təhrif əraziyə köç buyururmuş. Bayaq dedim, yalnız Yeni tarixin birinci ilində,
bütün GurOdlar, GurOdMon -"Kirdman" qalaları əldən çıxandan sonra şərti
GurOda - SarUcAğa köçmək məcburiyyətində qalanda OdAğÜzdən də icazə
verilib ki, Bağdayı döyüşlə azad eləsinlər.
O vaxta qədər, yəni SağSan - SağƏsÜn rütbəsi hakim olana qədər əbədi
Sarlar sözün əsil mənasında cəhənnəm əzabı çəkiblər. İndi deyəcəm, hətta Ulu
Bağın, OdAğÜzün icazəsi olmadan, çox dəhşətli hiddətnən, əbədiyyətini qurban
vermək bahasına döyüşə girişən bir əbədimiz olub. Qaya yazılarında da,
"Vərəsə"də də BağOddu o Sarın Odu - adı. Çox yüksək rütbə sayılır - "Pat" -
BağOd (Bağ həqiqəti). Midi Qiena "Midi" deyirdi BağOda, belə də yazırdı.
Nəcəfoğlu, Məhərrəm, mən, bir də sənin bəyənmədiyin Məleykə Muradova
bütün imkanlarımızdan istifadə eləyib Nizaminin tədqiqatçısı Bertelsnən Midi
Qienanı qonaq apardıq Mərdəkana, Moskvadan ən populyar bir müğənni qadını
xüsusi gətirtdik, iki gün keyf verdik falsifikatorlara, iki gün bu cür, sənnən
danışdığım kimi, hərtərəfli söhbət elədik, çalışdıq ki, əbədi Sarlardan heç
olmasa, tək birinin adını - BağOdu rusca "Boq Od" şəklində saxlasınlar,
BağOdun quldarlarla məşhur döyüş epizodunu bir az təfsilatnan çap elətdirsinlər.
O döyüş epizodu, qısası, belədi ki, Sar BağOd GurOdlarda kütləvi edam
fəlakətinə dözməyib, ordusunu Şum ərazisindən Bağdaya qaytarıb, fatehlərin
dağınıq qüvvələrini hər yerdən qovub, üç tərəfi dağ olan daracağa salır, ƏsOd
EvƏrEylərə - "Əski" EvƏrEylərə, ƏrSarlara -"Rıtsar"lara əmr edir ki, fatehləri
son nəfərinə qədər qırsınlar, "Qreklar" bir daha öz ərazilərindən kənara çıxa
bilməsinlər. Belə kinli olanda Bağlar Ün eşitmirlər, hətta özləriynən birlikdə
"Əski" EvƏrEyləri,
ƏrSarıları
1
da torpağa çevrilən ölümlü insanlara
döndərdiklərini dərk eləmək istəmirlər. Belə hallarda nəinki OdAğÜznən
QalAğımız, hətta bütün Kainat yasa batır. Yəni OdƏr bəşəriyyoti yeganə
doğuluş planeti
"Rıtsar" adı Avropaya Bağdaydan keçib.
______________Milli Kitabxana_______________
olan "Yer"də ərsəyə çatan övladlardan əbədi ayrılığa dozəmmir... Bu dərdin necə
dərd olduğunu dərk eləmək üçün bilməlisən ki, OdAğÜzdə və bütün Kainatda
yaşayan OdƏrlərin bizə - "Yer" bəşəriyyətinə baxmasına izn veriləndə də
aramızdakı məsafə və maniələr götürülür, yenə deyirəm, mən səni burda -
qarşımda necə görürəmsə, Kainatdakı əzizlərimiz də bizi elə görürlər. İkinci dəfə
doğulan ata, ana, baba, nənə burdakı əzizlərini lap doğulduqlan gündən bayaq
dedim, körpələrini əzizləyə-əzizləyə böyüdürlər, o planetin sakini ikən bu
planetin sakini kimi, bütün xeyir-şər işlərimizin şahidləri olurlar. Bax buna görə
Sar BağOdun özü ilə birlikdə bütün ordunu əbədiyyətdən məhrum eləmək
niyyətinə dözməyiblər. EyOdƏr Babamızın hökmüynən OdÜnEyƏsi -"Günəş"i
söndürüblər. "Günəşin tutulması" dediyimiz başqa şeydi, "Günəş"i tamam
söndürmək isə Kainatın məhvinə bərabər hadisədi. Odu ki, Ün eşitmesə də,
zülmətə düşəndə Sar BağOd başa düşüb hər şeyi, fatehləri mühasirədən buraxıb.
Xahiş elədik ki, Bertelsnən Midi imkanlarını birləşdirib həmin bu epizodu
çap eləsinlər.
Mədəni Bertels dedi: "U.Dyakonova yest takaya vozmojnost!" Dyakonov da
dedi: "Da, u Dyakonova yest takaya vozmojnost, no uçtite, çto rukopisey moyey
kniqi uje predstavlena tovarişu Stalinu. U Qeradota "Madi" vmesto BağOda, u
menya - "Midi". BağOd ili BoqOd mojet imet mesto liş v buduşşem".
1
BağOd - "Madi" əvəzino "Midi" yazmağının səbəbi vardı. Guya Heradotun
"Madi"si "Bağday" sözünə oxşayır!.. "Midi Qiena" adını o qonaqlıqdan sonra
verdik "dyakon" nəvəsi Dyakonova. Niyə "Qiena" -Goreşən? Çünki ən
ləyaqətsiz küçə xuliqanı kimi sərxoşluğa qoydu özünü, dedi: "Mirovaya nauka
okonçatelno umertvila Midiyu. A mne poruçeno smetat ostanki Boqov. Tak çto,
nikomu iz vas ne udastsa vozradit Bağday"
2
"Smetat" - süpürmok atmaq nədi?! Əbədilərimizi büsbütün yedi "Qiyena:"
hamısının təhrif adlarını çap elətdirdi. Yazıram, oxu:
"Baksar", "Deyək", "Fraort", "Madi", "Kiaksar", "Arbak", "Mau-dauk",
"Sosarm", "Artik", "Arbiani", "Astiaq".
"Dyakonovun belə imkanı var". "Bəli, Dyakonovun belə imkanı var, əmma, nəzərə alın ki, mənim
kitabım artıq təqdim olunub yoldaş Stalinə. Heradotda (kitabında) BağOd əvəzinə "Madi"dir, məndə
"Midi". BağOd ya BoqOd yalnız gələcəkdə yazıla bilər".
"Dünya elmi Midiyanı tamam məhv eləyib. Mənə isə tapşırılıb ki, Bağların skeletlərini süpürüm
atım. Nəticə: sizdən heç biriniz Bağdayı bərpa edə bilməzsiniz".
Dostları ilə paylaş: |