______________Milli Kitabxana_______________
Ilə Çürük yəqin bilirdilər ki, Sultandan qalan sovxalan göz bəbəyi kimi qoruyub
saxlayan Gülgəzin sandığındakı boz kitelin yan cibindəki bloknotdan cırılıb,
dörd qatlanıb həmin kitelin döş cibinə qoyulmuş bir parça kağızda vəsiyyət
Sultanın öz dəst-xətti ilə yazılmışdı və tamamilə aydındı ki, ölüm ayağında, son
nəfəsdə yazılmışdı. Sağlığında Sultanın bircə Varisi vardı, o da Səməddi, ikincisi
yoxdu. Qocaları dəhşətə gətirən də elə bu idi ki, yazı Səmədlə Səmədin yetirdiyi
Varisı - Mədədə aiddi. O Səmədə ki, dünyaya göz açdığı gündən Sultanın
keçindiyi günə qədər əmisinə "İdealım" demişdi, Sultanın keçindiyi gündən
indiyə qədər - otuz dörd il müddətində isə vaxtilə Arazın o tayından gəlmiş
mühacir Demokratların sadiq pənahı AdıPünhan general Məhərrəmovun "əlinin
altında işləyə-işləyə" ömrünü yeddi yüz əlli cildlik "Vərəsə" kitabxananın
tədqiqinə həsr eləmişdi və əmisinin yeganə övladı Mədədi - oğulluğunu
mühacirlərin ailələrində "Cənubun ab-havasına alışdırıb", gah rayonun inqilab
veteranları cəmiyyəti üzvləri, "qəlyanlı qocalar"dan Qılınc Qurbanın, gah da
"Məhərrəmovun çekistlərinin qanadlarının altına ötürə-ötürə", "xüsusi təlim-
tərbiyə" ilə böyüdüb, universiteti qurtarandan sonra bir müddət Daxili İşlər
Nazirliyinin şöbələrindən birində işlədib, nəhayət, aspiranturaya aparmışdı ki,
Mədəd də ömrünü yeddi yüz əlli cildlik "Vərəsə"nin, daha doğrusu, əzik-üzük
səhifələri təxmini nömrələnmiş axırıncı cildlərdəki "Sirli dastanlar" adlandırılan
"OdƏs OdÜn'Mərdə rəmzlərin tədqiqinə - şərhinə həsr eləsin. Nə olmuşdu, ölüm
ayağında, son nəfəsdə nə baş vermişdi ki, Sultan Əmirli "Bircə balam" deyə-
deyə ömrü boyu əzizlədiyi SafAğ Elmi Varisinə birdən-birə düşmən kəsilib elə
sözlər yazmışdı? Heç düşünməmişdimi ki, Bezobraziye mühitində dostdan çox
düşmən vardı, günlərin birində kim isə əlini kitelin cibinə salıb o qorxunc kağızı
ortalığa çıxara bilərdi.
Sual çoxdu. Cavab yoxdu.
Yaşları yüzü çoxdan aşmış, saysız-hesabsız ölüm-itim görsələr də, hələ də
dünyanın gərdişindən heyrətlənən qocaları dəhşətə gətirən bir də bu idi ki,
atasının vəfatının otuz beş ili tamam olan günü, yəni 1988-ci ilin avqustunda
kağızı kitelin cibindən çıxarıb onlara - Abı ilə Çürüyə oxutdurandan sonra
Mədəd, Abının əlindən yerə düşən kağızı tamamilə sakitcə götürüb, sakitcə də
dörd qatlayıb penceyinin döş cibinə qoyub, qalınaraq, cod səslə "Bakıya ayağım
dəymiyəcək daha. Aspiranturaya da tüpürdüm, "Vərəsə" kitaxanamıza da,
tədqiqatçısına da" - demişdi və o gündən üstündə gəzdirdiyi o qorxunc sənəd
barədə bir kəlmə də danışmadan, səsləri çıxmasa da saz çalmağa hələ əlləri
______________Milli Kitabxana_______________
tutan köhnə saz-söz ustadlarına qoşulub, aşıqlığa qurşanmışdı. Harda, nə
münasibətlə çalıb oxuduğuna qətiyyən fikir vermədən, ustadlarının "Zarıncı",
"Dilqəm", "Mənsuri" və sair bu qəbildən qəm-kədər, dərd-ələm havaları üstə,
cəmaatı ağlada-ağlada toyları da yasa döndərirdi. "Badamlı" suyu şüşəsində
"levi" araq
1
verən Gülenoğludan araq alıb içib, yenə də ustadlarının qəm-kədər,
dərd-ələm havaları üstə çalıb oxuya-oxuya yasa batıb, tez-tez "Şüşəli" pavilyona
yığışan cavanları da yasa batmrdı. Ən kədərlisi isə bu idi ki, "adı ƏlifBey olanın"
- Abının "uca göylərə", Sahibə - EySara yalvarışlarından da bir nəticə çıxmırdı.
OdAğÜzdə kim isə, hətta səsini gizləyib pıçıltı ilə eyni sözləri təkrar edirdi:
"Mədəd
Əmirlinin doxsan illiyində
biləcəksiniz. Biləcəksiniz! Gizlin
"Muğanna"larla - Əmirlilərlə yaxınları, uzaqları da bilirdilər ki, qırx altıncı ildə
Mədəd Əmirlinin, əlli dördüncü ildə Sultan Əmirlinin faciəli ölümlərindən sonra
bu nəsildən heç kəsə ad günü -"yubiley"-filan keçirmirdilər. Tək bir dəfə - əlli
beşinci ildə Sultan Əmirliyə "illik" verilmişdi. Onda da Səməd, Qonaqlı cəmaatı
ilə birlikdə, rayondan gələnlərə və qonşu kəndlərin - Tahirli ilə Qurbanlının
cəmaatlarına da tapşırmışdı ki, daha heç kəs yasa gəlməsin. "Çünki, birincisi,
Sultan Əmirli ölməyib, ikincisi, körpə Mədəd öz əmisi oğlunu - Səmədi ata əvəzi
bilib yetimlik çəkməyib". "Sultan Əmirli ölməyib" sözləri bu həndəvərlərdə heç
kəsi təəccübləndirməsə də, cəmaat "el adətinə hörmətsizliyə" - ehsan
verilmədiyinə görə Səməddən incimişdi. Ata əvəzi əmioğlunun xəbərdarlığından
sonra Qonaqlı, Tahirli, Qurbanlı cəmaatları ilə birlikdə, mərhumu "bu dünyaya
tək gəlib tək gedən yeganə vətənpərvər katib" adlandıran və "heç olmasa
yubileytəhər bir şey eləyib mərhumların adlarını anmaq" istəyən inqilab
veteranları cəmiyyətinin üzvləri - köhnə bolşeviklər də Səmədin sözünü
təsdiqləməyə məcbur olmuşdular. Beləliklə, o birinci və axırıncı illikdən sonra
heç yerdə heç bir yas və ya yubiley əlaməti görünməmişdi. "Bu dünyaya tək
gəlib tək gedən yeganə vətənpərvər katib"in yeganə övladı, veteranlar
cəmiyyətinin sədri Qılınc Qurbanın ölümündən sonra da orada da - cəmiyyətdə
sədrin katibi işləyə-işləyə, demək olar ki, bütün rayonun himayəsində,
universiteti qurtarmış, Nazirlikdə, Adı-Pünhan general Məhərrəmovun "əlinin
altında" işləyə-işləyə aspiranturanı bitirəndən sonra isə, dissertasiyası ilə yanaşı,
"Əmirlilərin köhnə sirdaşları" gizlin "Muğ"ların köməyilə "Ağ Əmirlə Boz Əmir
Ağlar"
"Levıy" gizlin satış: dövlət standartlarından kənar mal satmaq qadağan idi.