İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə150/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   146   147   148   149   150   151   152   153   ...   180

______________Milli Kitabxana_______________

OdƏrə "Atri",  Oda  "at",  OdÜnə "kon"

1

("at")  deyən  dilsiz  "Qrek"in



tələffüzündə yazılıb  bu  adların  hamısı.  Adların əslini  bilən  senatorlar  da  gülə-

gülə təhrif  "ad"ları  saxlayıblar.  Niyə?  Yadına  sal:  "hökmdarların  adları

necədirsə, xalq da o dildə danışıb".

Bir də qayıdıram buna, yazıram, bax, dünyamızı təhrif edən "Qrek"in şüurlu-

şüursuz təhriflərinin dəhşətli miqyasını gör.

İzahlarıynan, təhrifləriynən bir yerdə yazıram Od - ad - rütbələri:

2

1.

BağSar - Sarlar Bağı (Təhrifı "Musa", "Moisey").



2.

OdEyAğ - Uca SafAğ həqiqəti (Təhrifi "Deyək").

3.

EvƏrEyOd- Uca İşıq Evinin Həqiqoti (Təhrifi "Fraort").



4.

BağOd- Həqiqət Bağı. (Təhrifi "Madi").

İndi  Carların  adlarının  başqa  məlumat  üzrə sayca  çox  mənalarını  yazıram,

oxu:


5.

OdAğSar- SafAğ Həqiqətinin Sarı (Təhrifi "Kiaksar").

6.

ƏrBağ - Bağ İşığı (Təhrifi "Arbak").



7.

BağOdAğ - SafAğ Həqiqətinin Bağı (Təhrifi "Maudauk").

8.

ƏsƏrBağ - Yaradan İşıq Bağı (Tohrifi "Sosarm").



9.

ƏrOdAğ - SafAğ Həqiqətinin İşığı (Təhrifi "Artik").

10. ƏrEv Ün - Ün Evinin İşığı (Tohrifi "Arbiani").

11. ƏsOdAğ- Saf  Ağ  İnsanın  Yaradan Həqiqəti  (Təhrifi  "Astiaq").  Şuma

gedəndə ƏsOdAğ - ƏrŞumAğ adlanıb. Bunu xüsusi deyirəm, çünki bu rütbəni də

başqa bir Sarın adı sayırlar.

Varisimiz heç vaxt unutmamalıdı ki, "tarixin atası" adlandırılan "Qrek" əsgəri

casus  Heradotun  "Tarix"  kitabından  üzü  bəri,  İlan  "alim"ləri  Bağday ərazisi

haqqında nə yazıblarsa, hamısında əsas bir məqsəd güdülüb: sözü təhrif eləmək,

həqiqəti  gizlətmək, əfsanələşdirmək,  Kainat,  OdƏr  bəşəriyyəti, əbədi  insan

barədə lap  cüzi  təsəvvür  verən  bircə kəlmə də saxlanmayıb.  Gizlin  və ya  açıq

fatehliyə, gizlin və ya açıq quldarlığa yol açmaq! Budu yeganə məqsəd. Birinci

"Kon" Rus sözü deyil; Qreklor OdLlnü "kiün", "kiünü" isə "kon" şəklino salıblar; "at" sözü Qrekin

Od mənasında olan "at"ından alınıb; OdƏrcəsi "Gur"dur. "dəri"cəsi"qur".

Sarların  müxtəlif  dövrlərdo  müxtolif  rütbəlori  (iş  sahələri  üzrəl  hodsiz  çox  olduğuna  görə burada

yalnız ilk - əbədi rütbələri qeyd edilir. Yalnız Ulu Bağın rütbələri bütöv göstərilir: Ulu Bağ ƏsƏlMon

SarOdƏs  (Yaradan  həqiqət  Sarı).  BağSar  (Sarlar  Bağı),  SağSan  və ya  SağƏsÜn  (ƏsAğ ƏsÜn

Yaradan  SafAğın  Yaradan  Ünü),  BağSar  AğEy  ("Əxi"  Sarlarınm  Bağı),  "Comord"  (AğEy

qaçaqlanmn komandanı), "Süleyman (ƏsƏlMenin təhrifi    batin rütbə), "Musa ağa" (batin ad).



______________Milli Kitabxana_______________

"sivilizasion"u sərf-nəzər eləsək, əlli bir min doqquz yüz əlli dörd il müddətində

bu  bəşəriyyətin  təhrif  irsiyyəti  bərpa  olunduqca,  təhrif  insan  öz  vəhşiliyini,

murdarlığını,  ölümə məhkumluğunu  dərk  elədikcə,  hər  şeyi  özüynən  bir  yerdə

qəbrə sürükləyib. Əmma  bu  təhrif,  murdar,  ölümə məhkum  bədbəxtin ən

murdarında - iyrəncində də lap cüzi saf zərrə olsa, Bağ, OdƏr adı daşıyanlarımız

o zərrələri qorumalıdılar, oğul!

Təhrif  insan  təsəvvürünə görə,  Bağlar  can  ağrısının nə olduğunu  bilmirlər.

Bağlar  isə, əksinə,  Ün  dinləməknən  təhsil  almaq  illərində çirkablardan  keçə-

keçə, çox dəhşətli can ağrıları da çəkirlər ki, təhriflərin bütün əzab-işgəncələrini

duysunlar.  Uşaqlıqda,  ilk  gənclikdə sən  Qudalı  cavanlarını  qırıb-çatırdın.

Musqullarını borkidə-bərkidə qoçuluğunnan fəxr eləyirdin. Bir vaxt geləcək, cin-

şeytan  yığnağı  saydığın  o  uşaqlara,  o  cavanlara  verdiyin  işgəncələri  özün  də

çəkəcəksən.  Vurduğun  zərbələr  sənin  özünə dəyəcək,  birə on,  birə yüz  artıq

ağrıdan,  işgəncədən  qıvrılacaqsan.  Yalnız  o  vaxt  dərk  eləyəcəksən,  aydın

görəcəksən ki, Kainatda insanın insana bağlılığı bircəhətli deyil. Məsəl var: "Nə

əkərsən, onu biçərsən". Qudalı cavanları, məhlə milisənerləri, Qılh, Piyli də, Xaş

nəçənnik  Gülənov  da,  Xəlvət  Rəhim  də,  Yağır  Məmmədəliynən  Çax-çux  Xalıq

da  insandılar.  "Süleyman  padşahın"  xəzinəsinin  üstündə yatan  İlan,  indiki  Papa

özü də, Keşiş Vissarion, Stalin, Serqo, Beriya, Mirqəzəb, Midi Qiyena, Pers-filan

da  təhrif  dünyamızın ən  təhrif, ən əzabkeş, ən  bədbəxt  insanlarıdı!  Hərə öz

əməlinin bəhrəsini dərir! Dərk elə bunu, əzizim! Dərk elə ki, "Babək"in təxtində

oturan bədbəxtin can ağrıları bütün bəşəriyyətin can ağrısıdı! Ağrıyır, ağrıyır, ölə

bilmir, ağlayır işgəncə çəkir. "Otpuşşenmy on!"

Səmədin  başı  ağır-ağır  sağ  çiyninə əyilib  hərəkətsiz  qalmışdı,  gözlərində də

son həddə çatmış kədər, yas hərəkətsizliyi vardı.

Sultanın sifətində, gözlərində isə ciddi qayğı həkk olunmuşdu.

- Özbaşına  buraxılmış,  öz  təhrif  mənəviyyatıynan  özünü  qəbrə aparan  təhrif

insana, kolxozları, sovxozları, idarələri söküb-dağıdan, cəmaatı ac-yalavac, səfil

kütləyə döndərən  yırtıcılara  inzibati  cəza  vermək  məcburiyyətində qalanda,

milisə,  prokuraturaya  ittihamnamə oxuyanda,  yəni,  qısası,  içim qaynıyanda

həmişə üç  kəlmə eşidirəm:  "Günəşimizi  söndürmə,  Sultan!"  "Günəş" -

OdÜnEyƏs "insan"ın özüdü,  oğul! Elmimiz heç olmasa, qısa  məlumat şəklində

yayılıb ÜnƏsin - "ins"in nəzərini UnƏsə yönəltməyincə təhrif "ins" təhrifliyində

qalacaq. Əsrimizin  axırında  Bağday,  Bağlar,  OdƏr  bəşəriyyəti,  OdƏr  dili

ətrafında  bu  cür  söhbətlərin  miqyası  genişlənəndə,  planetin  hər  yerində

"Bibl"dəki



______________Milli Kitabxana_______________

"bojiy  yazık"a - "Türk"  dilinə,  OdƏr  istilahlarına  maraq  yarananda  türkcə bir

ifadə yayılacaq:  "ƏnŞər - MənŞər".  Yəni  "Yer"də ən  böyük  şər  mən - insan

özüməm;  qılıncı  Ulu  Bağın başına  yox,  öz  başıma  endirmişəm;  EySar,  ÜnEvi,

ƏlAğ,  EySarı  yox,  özümü  çarmıxa  çəkmişəm  odur  ki, ƏnŞərdən,  MənŞərdən,

"atom"un  selləmə yağışlar  fəlakətindən,  subasqınından  yaxa  qurtarammıram,

EySarım xilas eləsin məni!

Necə xilas  eləsin  EySar?!  ...Bəix  şəhərində Ulu  Bağı  göstəriblər  bir  təhrif

nadana,  deyiblər:  "Atəşpərəst  Zərdüşt  budu,  kəs  başını,  müsəlman  ol!"  Qılıncı

endirib  bədbəxt,  Ulu  Bağın  başını  yarıb.  OdAğÜz-dən  gur  SafAğa  bürüyüb

aparıblar Ulu Bağı. Altı yüz səksən yeddinci ildə olub bu. Yəni müharibənin lap

şiddətli vaxtı. Ulu Bağ elə uçuş vaxtı sağalıb, OdAğÜzdə lap az qalıb, qayıdıb ki,

vəhşiləşən  fatehləri  özü  cilovlasın. Ərdəbildə yenə görüb  o  qatili,  bir  kəlmə:

"Təriksən!" - deyib.  Sonra məlum  olub  ki,  "Zərdüşt"  deyilən  adam  UluBağ

SarOdƏsdi.  "Tərik"  bədbəxt  Qılıncı  öz  başına  endirib  bu  dəfə,  kəlləsini  iki

parçalayıb.

Ulu  Bağ  deyib:  "Mən  o  təriki  dünyanın  işgəncələrindən  qurtardım. Əmma

düz eləmədim!"

Əllərinin  pəncələrində iki  yoğun  demir mıx,  ayaqlarının  pəncələrində de  iki

yoğun  dəmir  mıx,  çarmıxda,  işgəncə içində də təhrif  insan  haqqında  düşünüb

EySanmız,  üzünü  OdAğÜzə tutub,  inildəyib:  "ƏlEy!  ƏlEy!  SafAğ  Olamı

fanidimi?!" ƏlEy - Uca Əl, yəni ƏlAğımız EySar ÜnEv idi o vaxt. Qardaşından

gör nə soruşur EySar: "SafAğ Olamı (yəni insanın beyni) fanidimi?"

Ölüm ayağında qayğıya bax, Bircə balam!

Bir də deyirəm: "ƏlEy! ƏlEy! (Uca Əl! Uca Əl!) SafAğ Olamı fanidimi?!"

"Fani" - EvÜnün təhrifidi.

"Bibliya"da,  "Novıy  zavet"in - "Şad  xəbər"in  ruscaya  tərcüməsində dönə-

dönə təhrif  eləyiblər  EySann  bu  son  sözlorini. Əmma  qrekcəsində cəsarətləri

çatmayıb toxunmağa. Çünki "Rim"də Türk çoxmuş, bu sözlər çox yayılıbmış.

Peyğəmbərin möhüründən sonra bir sual verdim sənə. Bir də indi soruşuram:

de görüm, EySann "ƏlEy! ƏlEy! SafAğ Olamı fanidimi"  sözləri nə verdi sənə?

Uzun,  üzüntülü  sükut  oldu.  Söhbətin - dərsin ən  həlledici  mərhələsində

Səmədin  belə çox  susmağının  səbəbi, əlbəttə aydındı:  İlanın  özündən  başlamış,

Bezobraziye  dünyasında  bütün  ilanların  da  özbaşına,  yəni  sərbəst,  azad

buraxılması Bağ hökmü idisə, EySarın müqəddəs



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə