İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə10/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   180

______________Milli Kitabxana_______________

mın işidi.  Körpə uşaq  da  başa  düşür  ki,  nə isə gizlin  kompaniyadı  bu,  qırğındı.

Qırx  səkkizinci - əlli  birinci  illərdə Sibirə,  Qazaxıstana  sürülən  azərbaycanlılar

ordan  Moskvaya  şikayət  yazırlar, əvəzində burdakılar  bədbəxt  olurlar.  Öz

aramızda  qalsın  ha!  Siyasi  məsələdi.  Dilindən  çıxar,  səni  də birtəhər  eliyərlər!

Hə... Əmin susur. Heç cınqırını da çıxartmır! Niyə, bilirsən? Çünki tüpürüb hər

şeyə!  Keyfindədi!  Hə...  Özü  də yaxşı  bilir  ki,  bu  gün-sabahlıqdı.  Uzaqbaşı,

konfransacandı.  Bir-iki  aya  başlanır  rayonlarda  hesabat-seçki  konfransları.

Bizimki  oktyabrda  olur  həmişə.  Deməli  ikicə ay  qalıb.  Yeşikdən  çıxmıyacaq

əmin o seçkidə. Tək vəzifəsi yox, özü də yeşikdə qalacaq. Bəs nə! O cür adamlar

elə vəzifəynən  nəfəs  almırlarmı,  qadası?  Nəyi  var  axı  onun  vəzifədən  başqa?

Evində oturduğu stul da dövlətindi. Bəs nə! Fikir verməyibsən?! Ayağının altına

saldığı  xalçanı  qaldır  bax  astar  üzünə,  orda da  birka  var:  "İnventar  RKP".

1



inventar, heç o ev də özünün deyil. Revkomun

2

qəza komitəsi olurmuş vaxtıynan



o  bağın  içindəki  binada.  Yeşikdə qalan  günün  sabahısı  təzə katib  çağırıb

deyəcək: "Zəhmət çək, çıx o evdən". Ordaca yatacaq ürəyi. Bəs necə? Belədi bu

vəzifəlilər,  qadası.  Vəzifəsi  var - adamdı,  yoxdu  qurtardı,  tamam  oldu  ömrü.

Əmin  təzə qanır  bunu.  Elə buna  görə də ac  canavara  dönüb  indi, əlinə keçəni

basır ağzına, kam alır bu dünyadan. Nədi yediyi, kimin qismətidi? Fikir vermir,

udur!  Fikir  versəydi,  başqasının  adamını  arvad  elərdimi  özünə?!  Belədi  indi

əmin, qadası. Otuzca yaş kiçikdi deyirlər Özündən o gözəl. Sürüdə əmlik təki bir

şeymiş, canavar ağzına keçib, hə... Görəcəksən o gözəli. Onda biləcəksən kimdi

başına and içdiyin əmin! "Əcaib məsələ" dediyim elə o gözəlnən bağlıdı.

İndiyəcən  bir  kəlmə də demək  olmurdu  onun  barəsində.  Katib  deyildi  ha,

yarımallahıydı o teleqramdan sonra. Xudiyevi, bilirsən, elə teleqram gələn günü

qovdu  rayondan,  o  heç.  Bir  töhmət  Gülənova  yapışdırdı,  birini  prokuror

Sayılova, birini də RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o

teleqramıydı  stolun  üstə,  bir  də Sultan Əmirli.  "Prekratite"  deyib  ayaqlayırdı

hamını.

Məni  necə ayaqladı,  bilirsən?  Büro  iclasına  çağırdı.  Getdim  gördüm  yeddi



nəfər  büro  üzvündən  altısı  cərgəynən  oturub  divarın  dibində. Əlləri  dizlərinin

üstə, gözləri bərələ qalıb, quruyublar, elə bilirsən nəfəs də almırlar. İstədim him-

cimnən soruşum Gülənovdan ki, məni niyə

"Rayon partiya komitəsinin əmlakı".

İnqilab komitəsi.



______________Milli Kitabxana_______________

çağırtdırıb bu "həqiqətən sultan olan Sultan"? Gördüm dirigözlü ölüb o gördüyün

heyvərə nəçənnik, mənim üzümə baxmaqdan da qorxur. RİK Atamalıya baxdım,

o  da  ölmüşdü  dirigözlü.  Həmişə Sultanın  böyründə,  yumşaq  kresloda  oturan

"fəhlə sinfinin nümayəndəsi"ndən başqa heç kəs baxmadı üzümə. O da elə qanlı-

qanlı  baxdı  ki,  elə bil  atasını  öldürmüşdüm.  Hə!.. Əlahəzrət  "sultan  olan

Sultanımız"  ayaq  üstəydi.  Yumruqları stolun,  şüşənin  üstə.  Pırpız  qaşlar  çatılı.

Gözlər  qan  çanağı.  Başladı  ki,  "RİK  sədriynən,  milis  rəisiynən əlbir  olub

rayonun  bütün  mağazalarına  gələn  malları hökumət  qiymətinə kürüyüb

aparırsan,  bədbəxt əhaliyə iki  qat  artıq  qiymətə sınyırsan!  İş  o  yerə çatıb  ki,

partiya  komitəsinin  bürosu  məşğul  olur  sənin  işinlə.  Öz  iştirakınla  rəy

soruşuram,  qulaq  as"  Rəyi  isə,  bilirsən  ki,  "fəhlə sinfinin  nümayəndəsi"  deyir

həmişə.  Döşündə bir  qatar  dəmir-dümür,  o  uzun-hoqqar  fəhlə "fatihə"  oxudu

mənə: "Rayonumuzun müdrik və ədalətli rəhbəri Əmirli yoldaşın qısa, lakin çox

aydın məlumatı əsasında  prokuraturaya  verilməlidi  bu  iş!"  Qılınc  Qurban  malı

yüklədi  belimə,  eşşək  kimi  saldı  qabağına,  milisə qədər  piyada  apardı:  "Əmirli

yoldaş  tapşırıb  ki,  bu  eşşəyin  palanını  alın,  özünü  də qovun  ticarət

sistemindən..."

Məsimnən Gülbənizi qoşdum bir-birinə, yolladım yanına ki, buyruq quluyam

mən,  Xudiyev  elə buyururdu,  o  ayrı  cür  buyursun,  nə oyun  açır-açsın  başıma,

əmbə çörəyimi  kəsməsin.  Yalvardım  ki,  bir  parça  vaxtımdan  daşda-tərəzidədi

əlim, ayrı şey gəlmir əlimdən... Eşitmədi. Ayaqladı!.. Bədbəxt hardan biləydi ki,

orqandanam  mən,  "zasekreçen-niyəm"!

1

Lazım  gələndə lazımi  adamlara



göstərirəm üzümü. Aydın oldumu?!

Məsələ ayrı  cürdü,  qadası.  İcazə ver,  nəzər-diqqətinə çatdırım  ki,  sənin

özüyün  də vəziyyətin  yaxşı  deyil. Əmiyin  evinə getməməlisən  sən.  Niyə?

Orasını  demiyəcəm  indi.  Yaxşı  olar  ki,  düşüb  burdan  birbaş  gedəsən bizim

Məsimgilə.  Mən  bilirdim  ki,  sən  bu  il  qurtarırsan  məktəbini.  Qohumum  var

mənim  orda.  Sizin  də qohumunuzdu  ata  tərəfdən.  Hə,  tanıyırsan.  Professor

Məhərrəmov  Məhərrəm  Abbasoviç.  Hə.  Onu  da  bilirdim  ki,  təyinnamən  öz

rayonumuzadı.  Dünən  partiya  uçotundan  çıxıbsan,  ordan  da  gedib  bilet  alıbsan

bu altıncı vaqona. Gör iş nə yerdədi ki, vaqonunu da öyrənmişəm. May ayından

indiyəcən  fikrim-zikrim  sənnəndi,  qadası.  Niyə?  Orasını  da  demiyəcəm  indi.

Bircə şey deyirəm hələlik: getmə o evə!

Hərtərəfli məxfiləşdirilmiş (agent).




______________Milli Kitabxana_______________

Gülbənizə bir  neçə dəfə tapşırmışam  bu  dörd  ayda,  bəzi  sözlər  deyəcək  o

sənə. Bilirəm, şübhən var mən sarıdan, yaxşıyaman fikirləşirsən. Soruşma hardan

bilirəm.  Bax,  birinci  kərədi  belə üz-üzəyik, əmbə səni  mən  sənin  özündən  də

yaxşı  tanıyıram,  qadası!  İçərin  qaynayır  sənin.  Düşmən  görükür  gozünə.  Qan

düşməni...  Hesablamışam,  bu  gün  düz  yeddi  il  səkkiz  aydı  beləsən.  Rəhmətlik

Mədəd  maşını  o  cür  sürüb  bizim  həyətdə kişmişi  dağıdanda  idarədəydin  sən,

pəncərəni açıb baxırdın. Yaman söydü məni rəhmətlik, yaman hədələdi. Sonra da

getdi elə iş gəldi başına... Deyirlər elə o vaxtdan başlanıbmış bu qırğın - terror.

Lap  belə müharibədə qırırmışlar  ey  bizimkiləri!  Qırx  səkkizinci  ildə erməniləri

xaricdən  bizim irəvana - Göyçəyə-zada  köçürdəndə,  deyirlər,  planlaşdırılıb

Moskvada  ki,  azərbaycanlı-türk  deyilənin  dünyadan  bir  şey  qananı  səlamət

qalmamalıdı.  Tuturlar,  sürürlər,  qırırlar!..  Son  uşağıydın  onda...  Atan əmbə

qananlardan,  görənlərdəniydi.  Elə ona  görə də elə oldu.  Budu  açığı.  Hə!.. inan,

sevinmədim..  Həyətdəydim  onda  mən.  Oturub, podpolkovnik  Xudiyev  Aron

İsayeviçə lənət  deyirdim.  Xudiyev  çağırtdırmışdı  axı  onda  Mədədi  rayona.

Doprosamı,  tutmağamı,  nə bilim,  allah  bilir.  Şübhəsiz,  bilirmiş  Mədəd.  Çünki

hirsliydi  yaman.  Heç  nədənsə güdaza  getdi  rəhmətlik.  Heç  nədəncə!  Gülbənizi

göndərdim  xəbər  eləsin  sənə.  Getdi  gəldi  ki,  "yatır.  Qıymadım  oyadım".  Açığı,

çox  qorxurdum  səndən,  qadası.  Yaman  dəliqanlıydın  o  vaxt.  Nə danım,  qızı  da

elə ona  görə göndərdim  ki,  gedib  öz  gözünnən  görəsən  necə olub  o  bədbəxtlik,

qəsd  işidi,  yoxsa  avariyadı?..  Sən  qınama  məni,  can  şirin  şeydi,  qadası,  o

müsibətin  içində öz  canımın  qeydinə qaldım.  Gülbəniz,  deyirəm,  oyatmamışdı.

Özüm  getdim.  O  şəkilləri  gördüm,  qorxu  aldı  canımı,  dabanı üstə qayıtdım.  O

vaxtdan qaçırdım səndən. Yeddicə il gündə bir evdə yatdım Qudalı məhləsində.

Keşikçim  olmuyanda  yuxu  getmirdi  gözümə.  Mürgülüyən  kimi  görürdüm

gəldin...  Danışılası  şey  deyil.  Allah  heç  kəsə göstərməsin  mən  çəkəni...  Sən

Bakıya gedəndən sonra bu iki ildəcə adam sifətinə düşmüşəm. Sən də dəyişibsən,

şükür,  necə deyərlər,  inteligent  olubsan.  O  Səməd  hara,  bu  hara? indi  söhbət

eləmək olar sənnən, hə. Məni sən elə "Çax-çux" təki tanıyırdm. Savadım-zadım

haqqında  təsəvvürün  yoxdu.  Bir  az  dedim,  vaxtı  çatanda  biləcəksən  hər  şeyi,

inşallah.

Çox şey deyəcəm mən sənə, qadası.

O avariya günü bir yaradı, bu gün yeddi il səkkiz aydı qövr eləyir o yara bu

sinədə. Vaxtı çatıb, kəsib atmalıyam daha yaranı. Bu gün da-



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə