İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə11/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   180

______________Milli Kitabxana_______________

nışsaq,  bu  gün  atacam,  sabah  danışsaq,  sabah  atacam.  Onda  özün  görəcəksən,

kimlər vururlar bu  yaranı,  necə vururlar, nə üçün vururlar. Bir az dedim bayaq.

Əmbə hər  şeyi  açmaq  olmur.  Zəmanə çox  dəyişib,  qadası.  Kim  qarantiya  verə

bilər  ki,  bu  plaskart  vaqonun  ora-burasına  səs  yazan  şey-mey  qoyulmayıb?!

Xüsusi  gələcəm  yanına,  xəlvət  bir  guşədə danışaq,  açım  töküm  sənə bu

zəmanənin  iç  üzünü.  Hə. Əmbə,  dediyim  kimi, əvvəlcə Məsimgilə gedəsən

gərək.  Gülbəniznən  kəlmələşəndən  sonra  o  şəkk-şübhələrin  hamısını  özün

çıxardıb  tulluyacaqsan  ürəyindən,  özün  axtarıb  tapacaqsan  məni,  danışmaq

istiyəcəksən hökmən.

Kənddə olacam.  Getmiyəcəm  heç  yana.  Oturub  səni  gözlüyəcəm.  Həm  də

çax-çuxum  var  orda  bir  az.  Kişinin  çax-çuxu  olanda  köhnə arvad  da  xoş  baxır

üzünə. Elə onun yanında qalıram indi, Badsəbanın daxmasında.

Dörd  otağım  var  Bakıda.  İyirmi  səkkiz  aprel  küçəsində.  Qismət  olacaq,

inşallah, görəcəksən. Qonşum da elə Məhərrəm Abbasoviçdi. Köməkləşib şərait

düzəltmişik  ikimizə də. Əmbə Badsəbanın o  cırıq  daxmasını  min  elə şəraitə

dəyişmərəm.  Ağzımın dadı  da  ordadı,  can  rahatlığım  da.  Sehv  eləmirəmsə,  sən

özün  də meylliydin  o  cırıq  daxmaya.  Görürdüm,  qadası,  görürdüm  hər  şeyi.

Bizim  Gülbəniz  çox  istəyirdi  sənin  xətrini.  Nə danım,  açığı,  mən  özüm  də ayrı

göznən  baxırdım  sənə.  Sonra  o  cığalı  qız  gəldi  ortalığa. Əlləzoğlunun  Gülgəzi,

qaraçı  gözəli.  Bir  dəfə istədim  risq  eləyim  açım  sənə ki,  o  Göbələk  Məmiş

deyilənə yazmaq,  oxumaq  öyrədiblər  "mekbez"də - savad  kursunda,  donos

yazandı, ev yıxandı o cırtdan kişiciyəz, alma onun qızını. Sonra gördüm lap pis

çıxır  axı, - ata  qızına  elçilik  eləyir.  Danışmadım  onda.  Nə isə...  Bağışla,  çox

açıqlıq eləyirəm. Məcburam da, neyləyim! Hə!.. Oturub gözlüyəcəm. Bax, bir də

deyirəm,  Gülbəniznən  danışandan  sonra  özün  başa  düşəcəksən  ki,  mənnən  də

danışmalısan  hökmən.  Təkrar  eləyirəm,  çox  şey  deyəcəm  mən  sənə,  qadası.

Sirnən  doludu  bu  sinə. Əslində,  bir  də elə buna  görə qaçırdım  səndən.  Çünki

əminə aiddi  sirrin  çoxu, əmin  də ki,  elə yanmallahıydı.  Nə qədər  səndən

qorxurdum,  hesab  elə ki,  beş  o  qədər  ondan  qorxurdum.  Sənə sirr  açsaydım,  o

saat gedəcəydin onun  üstünə, çünki çox dəhşətli sirrdi, qadası.  Açsaydım, əmin

yapışacaydı  yaxamdan  ki,  de  görüm  Səməd  hardan  bilir  qəsd  işidi?!  Odu  ki,

qaçırdım, qadası. Hə!..

Mayda  o  iş  olanda  birinci  elə mən  bildim  ki,  başqasının istəklisini  gətirib

evinə o yarımallah, başa düşdüm ki, axırı çatıb daha, sənnən gö-



______________Milli Kitabxana_______________

rüşmək olar indi. Hə. O vaxtdan bu günü gözləyirdim. Avqustun iyirmi üçüdü bu

gün.  Yadında  saxla:  iyirmi  üç  avqust,  min  doqquz  yüz əlli  dördüncü  il,  axşam

saat  səkkiz.  Stansiyada  dayanhadayanda,  altıncı  vaqonun  kupesində Çax-çux

Xalıq sənə deyir: "Gözün elə şeylər görəcək  ki, bu gün, ömründə görməyibsən!

Qulağın elə sözlər  eşidəcək  ki, ömründə eşitməyibsən!"  Falçı  sözü  deyil  bu.

Əsasım  var.  Çətin  gündü  bu  gün  səndən  ötrü,  qadası.  Ata  gözündə gordüyün

əmin düşəcək gözündən, adamlıqdan çıxacaq, murdar əskiyə dönəcək nəzərində.

Dözümlü  olmalısan  bugün.  Çox  dözümlü!..  Bir  dəfə sınıbsan.  Bir  də sınsan

düzəlməzsən.  Odu  ki,  unutma  məsləhətimi:  qabaqca,  deməli,  Məsimgilə

getməlisən,  Gülbəniznən  görüşməlisən  hökmən.  Sonra  da,  deməli,  məni

görməlisən. Gözlüyəcəm ha!..

Trubkanın qətran  iyi  və qatı  tüstüsü  ilə birgə,  kupeyə anlaşılmaz  və

anlaşılmaz  olduğu  qədər  də dəhşətli  xof  dolub,  Səmədin  sinəsini  tutub  nəfəsini

daraltmışdı.  İllərlə səndən  gizlənən,  şəksiz-şübhəsiz  qatil,  belə birdən-birə,  belə

sərbəstcə üzə çıxıb,  atasının  müsibətindən  sonra  ata əvəzi əziz əmini  də böyük

müsibətlər  gözlədiyini  xəbər  verib,  "gözün  elə şeylər  görəcək  ki  bu  gün,

ömründə görməyibsən" deyirdisə, "falçı sözü deyil bu, əsasım var" deyirdisə və

sən  bu  adamın  doğrudan  da  nəyəsə əsaslandığını  duyurdunsa, bundan  necə

xoflanmayasan?!

* * *

Çax-çuxu  kupedə qoyub  düşməyə tələsəndə Səmədə aydın olan  bircə bu  idi



ki,  o əvvəlki  üzü  palçıqlı adam,  o  cinayətkar - qatil  yoxa  çıxmışdı,  yaşıl

şlyapanın altında  qara  məxmər  üzünün  qətiyyəti  ilə,  dəyirmi  fənər  gözlərinin

cəsarəti  ilə tamam  başqa  hisslər  oyadan,  "sinəsi  sirlə dolu",  çoxbilən  bir  adam

peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birini də açmayıb, hər şeyi nədənsə

sonrakı görüşə - Badsəbanın daxmasına saxlayıb, ancaq bunu lap aydın demişdi

ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarmı heç də yaxşı tanımırdı,

əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və bilmirdi ki, "Stalin ölən

günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb", üstəlik, dörd ay bundan əvvəl

- may  ayında  başına  nə gəlibsə,  necə sarsılıbsa,  "Sultan Əmirli  deyiləm  mən

daha, arşınmalçıyam" deyib, "Gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə"

deyib, əmma uğuru xeyir ol-



______________Milli Kitabxana_______________

mayıb",  "Gülçöhrə əvəzinə kiminsə - "başqasının  istəklisini"  gətirib!.."  Qətran

iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini daraldan da, əslində elə bu

evlənmə xəbəri  idi  ki,  "canavara  dönüb"  və "dünyadan  kam  alır"  sözləri  ilə

birləşib onu tamam çaşdırmışdı.

Necə yəni "canavara dönüb?!"

Sultan əmi hara, belə bayağı sözlər hara?!

Sultan Əmirlini  Sultan Əmirli  eləyən  elə bu  deyildimi  ki,  "özünü  fədai

sayıb",  "oğul-uşaq  istəməyib",  "həm  gözəllikdə,  həm  də ağılda-kamalda  tayı-

bərabəri  olmayan  Qıymatı"  da  ailə səadətindən  məhrum  qoyandan  sonra  məhz

fədai  kimi  yaşamışdı.  Bu  barədə atasından  eşitdiyindən əlavə Səməd  özü  də

yaxşı  bilmirdimi  ki, əmisinin  ailə ilə bərabər  şəxsi  ev-eşikdən  də imtina  eləyib,

"inventar RKP" içində qalmağının böyük, ciddi səbəbi vardı?

Nə olub,  nə baş  verib  ki,  saç-saqqalının  ağaran  vaxtında  "birdən-birə"

"dünyadan kam almaq" xəyalına düşüb?!

İnsanın "birdən-birə" bu dərəcədə metamorfozaya uğraması mümkündürmü?

Əgər  metamorfoza  yoxdursa,  bəs  Sultan Əmirlini  "Sultan  Əmirli  deyiləm  mən

daha"  deməyə vadar  edən  nədir?  Bəlkə heç  deməyib?  Nəyə görə təsdiq

olunmalıdır  ki,  Sultan əminin  dilinə,  təfəkkürünə bu  qədər  yad-yabançı

"arşınmalçı"  məhz  onun  öz  dilindən  çıxıb?  Bu  kəlmə ilə birgə bu  evlənmə

əhvalatının özündən  də anekdot  iyi  gəlmirmi  və elə anekdot  iyindən  məlum

deyilmi  ki,  Çax-çuxun  dili  ilə düşmən  danışır?  Belə çıxmırmı  ki,  Xudiyev  rədd

olub  rayondan  getsə də,  Xudiyevin  dəstəsindəkilərin  "hərəsinə bir  töhmət

yapışdırılsa"da,  "bezobraziye"  heç  də fəaliyyətdən  qalmayıb,  vaxtilə Əmir

məzarstarundan  qəbirlərin  başdaşılarının  şəkilləri  vasitəsilə

ittihamnamə

düzəltdiyi  kimi,  indi  də başqa  cür  bir  vasitə ilə - qadın filanla,  "başqasının

istəklisi"  ilə ittihamnamə düzəldib?  Azmı  olub  belə şeylər?  Hələ müharibədən

əvvəl  Qudalıların  ağsaqqalı  Rəhim,  Cəfər əmi - Lüt  Cəfəri  partkomluqdan

çıxartdırmağa  çalışanda,  Qudalılar  Cəfəri  möhkəm  içirdib,  otaqda  tək  qoyub,

yanma  qarmonçu  Şənbə - gəzəyən  Şənbə adında  bir  qız  salmışdılar  və taxtda

Şənbə ilə yanaşı  lüt-üryan  yatan  Cəfəri  cəmaata  göstərib:  "Baxın görün  kimdi

böyüyünüz", - deyib  kişini  hörmətdən  salmışdılar.  Doğrudur,  Cəfər əminin

adının  böyründəki  "lüt"  kəlməsi  köhnə şeydi.  Hələ iyirminci  ildə,  Bakıdan  təzə

gəldiyi 

vaxtlar  "dünya  inqilabı"ndan  danışanda  "proletariat"

əvəzinə

"lümbülümlüt proletariat" deyirmiş. Bir ay hər gün belə danışıb, ayın axırında -



maaşını alan günü


Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə