İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə9/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   180

______________Milli Kitabxana_______________

Bəs Səməddən niyə qaçırdı? Niyə belə ardıcıl yayınıb gizlənirdi?!

Bu barədə Çax-çux, əlbəttə, heç kəsə heç nə deməmişdi və deyə də bilməzdi.

Çünki  Səmədə görə Çax-Çux  Xalıq  daha  böyük  günah  sahibi  idi:  cinayət

işləmişdi,  adam  öldürmüşdü.  Səməd  bunu  bütün  varlığı  ilə hiss  edirdi,  bütün

qəlbi ilə duyurdu, hətta atası maşını nərilti, gurultu ilə sürüb kişmişi, daş-tərəzini

dağıdandan  sonra  Çax-çuxun  onu  harda,  necə,  nə ilə vurduğunu  da  bütün

təfərrüatına qədər görürdü.

O təfərrüat  hələlik, əlbəttə,  xəyaldan başqa bir şey deyildi. Yəni dəlil-sübut,

şahid-filan yoxdu. Əmma Səməd yəqin bilirdi ki, içərisini alovlandırıb kürə kimi

qaynadan  xəyalı  nə vaxtsa,  hardasa  çəkib  onu  Çax-çuxun  üstünə aparacaq,

cinayətkarla - qatillə onu qarşılaşdıracaq və o vaxt mütləq bir hadisə baş verəcək;

çox ola bilər ki, illərlə gizlənəndən sonra qatil onunla üz-üzə gəlməyə dözməyib,

nə isə bir əlamətlə öz  daxilini  göstərməyə məcbur  olacaq  və elə o əlamət  də

kifayət edəcək ki, Səməd hər şeyi onun gözünün içinə desin, yaxasından yapışıb,

lazımi yerə təhvil versin, cəzasına çatdırsın.

Əmma  Səməd  onu  da  yəqin  bilirdi  ki,  nə qədər  kükrəsə də, əvvəlki  Səməd

deyildi.  Vaxtilə Qudalılara  qan  udduran  "Dəli  Səməd"  üzünü  şeyx əmilərinin

qəbirlərinin  başdaşılarının şəkillərinə söykəyib  yatıb,  oyanmamışdı.  İçərisində

"cəhənnəm  kürəsi"  gəzdirən  Səməd  isə, əlbəttə,  tamam  başqa  Səməddi  və bu

Səməd öz kürəsində yana-yana, istər-istəməz düşünürdü ki, Çax-çux Xalıqın bu

qədər  ardıcıl  yayına-yayına  sirr  saxladığı  tamamilə aydındısa,  bəs  Sultan əmi  o

sirrə niyə laqeyddi?  Hələ hadisə yerində şübhələnib  "bəlkə qəsb  işidi"  dediyi

halda, sonra niyə fikrini dəyişmiş, NKVD Gülənovun sözlərini təkrar edən Cəfər

əmi - Lüt Cəfərlə birgə o da təkrar edib "qəsd işi yoxdu" demişdi? Sultan əminin

də belə deməyinin özündə də nə isə bir sirr yoxdu ki?!

Cavabsız suallar da bir cür "cəhənnəm kürəsi" idi, bu kürəyə düşəndə Səməd

qovrula-qovrula qalıb heç yana çıxa bilmirdi.

Ola  bilərdimi  ki,  Səməd  ömrü  boyu  elə-beləcə qovrula-qovrula  qalsın,  Çax-

çux  Xalıq  da  elə o  cür - gözdən  yayına-yayına,  "çax-çux  eləyə-eləyə"  qocalıb

ömrünü  başa  vursun,  sirrini  də özü  ilə aparıb  getsin?  Təkcə bu  sualın  cavabı

aydın və qəti idi: YOX! Mütləq görüşməli idilər və o hadisə də baş verməli idi.

Əmma  iş  elə gətirdi  ki,  nə görüş  Səmədin  təsəvvüründəki  kimi  oldu,  nə də

hadisə. Əvvəlcə yenə Sestra gözlənilmədən yenə yataqxanada




______________Milli Kitabxana_______________

görünüb,  "Mədəd əmi  rəhmətə gedəndə Sultan  Mamedoviç  özü  də çox

sarsılmışdı. Əmma  keçdi-getdi.  Səninki  də keçəcək.  Çətini  Xalıqnan  görüşüb

kəlmələşənə qədərdi", - dedi.  Sonra  "Sestra"  ilə sözləşmiş  kimi,  o  uzun,  qara

adam özü göründü...

* * *


...Səməd  üçün  son  dərəcə gözlənilməz  görkəmdə - başında  yaşıl  vilyur

şlyapa,  damağında  gümüşə tutulmuş  trubka,  səhər  ertə Bakının  sərnişin

vağzalının  qələbəliyində birdəncə zühur  etdi,  həm  də yayınmaq,  gizlənmək

əvəzinə trubkasını  cəmaatın  başı  üzərində tüstülədə-tüstülədə özü  Səmədə

yaxınlaşdı və səlamsız-kəlamsız, müqəddiməsiz-filansız, birbaşa soruşdu:

- Xəbərin varmı, əmin evlənib?

Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi -

iri, dəyirmi, par-par yanırdı.

- Eşitmədinmi, qadası?.. Deyirəm əmin evlənib. Səməd özünü itirmişdi.

- Sultan əmi?.. Necə yəni evlənib?!

- Hm,  bildim  elə təəccüblənəcəksən...  Məktəb  uşaqları elə bilirlər,  müəllim

nə çörək  yeyir,  nə su  içir,  nə də ayaqyoluna-zada  gedir... Əlli  yaş  nədi  ki  kişi

olandan ötrü! Evlənib də!

- Qıymat?

- Yox,  Qıymat  deyil...  Qıymat  heç  yadına  da  düşməyib...  Qız  başqasının

istəklisiymiş.  İşin  bu  tərəfi  qəlizdi  bir  az.  O  oğlannan  düşmənçilik  olmasa

yaxşıdı...  Hə...  Çoxdan  görüşmürdük  biz  sənnən,  qadası.  Vaqonda  gələcəm

yanına.  Hökmən!..  Cavan  oğlansan,  nə bilirsən  nələr  olur  bu  dünyada!..

Gələcəm. Hə... Tez-tez görüşəcəyik bundan sonra. Hə...

Fənərlər  qapandı,  trubka  tüstülənə-tüstülənə uzaqlaşdı,  bir  də on  saatdan

sonra, sarsıntılı, çaşqın Səməd çamadanını bağlayıb düşməyə hazırlaşanda, gəlib

kupedə tüstüləndi.

- Sən çatırsan... Kəndə getmirəm mən... Sədr Mədəddən sonra yaman dəyişib

cəmaat.  Müharibənin  qatı  vaxtı  o  rəhmətlik  azı  on  manat paylatdırardı

əməkgününə.

1

Bizim Qudalıların ağsaqqalı Rəhimin iki



Yalnız  tək-tək  kolxozları  "milyoner  kolxoz"  adlandırıb,  hər  yerdə təbliğ  edib,  "Sovet  kəndlisinin

firavan yaşadığına" nümunə göstərirdilər.




______________Milli Kitabxana_______________

arvaddan on qızı işləyirdi. Ayda hərəsi üç yüz manat qoyurdu Rəhimin qabağına.

O aclığın-gicliyin içində əməlli-başlı dolanırdı cəmaat, mən kimi çax-çuxnan baş

girəliyənləri  də dolandırırdı,  hə...  Elə deyil  indi.  Qatıqsatan,  alçasatan  olub

hamısı.  Manatı  manatın  üstünə qoyurlar.  Bir  qəpikləri  çıxanda  canları  çıxır.

Əmbə kənddən ayağımı kəsməmişəm hələ. Hə... Gəldim deyim ki, mayda olub o

iş,  dörd  ay  bundan  qabaq.  Deyirlər  elə birdan-birə evlənmək  fikrinə düşüb.

Müslümü  çağırıb,  şoferini,  deyib  Sultan

Əmirli  deyiləm  mən  daha,

arşınmalçıyam,  gedək  axtaraq  bir  Gülçöhrə tapaq  gətirək  bu  evə...  Müslüm  elə

bilib  zarafat  eləyir.  Sonra  görüb  yox,  iş  ayrı  cürdü. O gördüyün  zəhmli-zabitəli

Sultan Əmirli  qəşəng  geyinib-gecinib,  oturub  maşında,  "Sür, - deyib, -gözüm

harda kimi tutdu, maşına basıb gətirəcəyik zaksa!"

Əmbə uğuru  xeyir  olmayıb,  səhər  dediyim  kimi,  başqasının  istəklisini  tutub

gözü, yarıxoş, yarızor gətirib, elə o günü də kəbin kəsdirib.

Qəribə işdi, hə? Təəccüblüdü?

Nə qəribədi,  qadası,  nə təəccüblüdü.  Çox əcaib  bir  məsələ var  bu  evlənmə

söhbətinin  altında.  Qaş-qabağını  nə qədər  sallasan  da,  mən  bir  az  da

çərənləməliyəm ki, o əcaib məsələnin heç olmasa bir qismi çatsın sənə. Hə.

Mənim kürəkənim Məsim orda işləyir, bilirsən, əmiyin yanındadı hələ. Qızım

Gülbəniz  də,  bilirsən,  gedib-gəlir  ora.  Demək  istəyirəm  ki,  az-çox  xəbərdaram

mən əmiyin  işlərindən...  Keçən  il  Stalin  öləndə yataqxanadan  bir  həftə

çıxmayıbsan  eşiyə,  oturub  içib,  içib  ağlayıbsan.  Bax,  onda  hesab  elə ki, əmini

ağlayibsan.  Stalin  ölən  günü əmin  də ölüb,  qaraltısı  qalıb  stolun  dalında,  hə!

Yadındadımı  o  "Molniya"  teleqram?"  "Prekratite  bezobraziye".  Qırmızı

qələmnən yoğun, qırmızı xətt çəkmişdi o iki sözün altından, qoymuşdu stolunun

şüşəsinin  altına.  Məsirn  deyir,  hətta  Bakıdan  gələn  böyüklər  də səslərini

çıxardammırdılar onun qabağında. Dillənən olanda o dəqiqə barmağı dirənirmiş

o  iki  sözün  üstə,  hamı  lal  olurmuş.  Gülənov  nədi,  Sayılov  nədi,  rəhmətlik

Mədədin  "Mirqəzəb"  dediyi  Kişinin  özü  də

o  saatca  yumşalırmış,

gülümsünürmüş: "Həqiqətən sultan olmusan, Sultan Mamedoviç! Hətta məni də

öz təbən saya bilərsən, Sultan Mamedoviç!" Hə, gör kim təbəymiş əminə - Mir-

qəzəb!  Elə böyütmüşdü  onu  o  teleqram!.. İndi  elə deyil.  Hakimiyyəti,

hökmranlığı qurtarıb əmiyin, qadası. Gündə bir ziyalı öldürülür rayonda. Özü də

elə o cür: sağ gicgahdan iti çəkicnən vururlar deyirlər. Kimlərdi o usta qatillər?

Hamısı eyni cür vurur ki, guya çox adamın yox, tək ada-



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə