İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə144/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   140   141   142   143   144   145   146   147   ...   180

______________Milli Kitabxana_______________

rəhbərliyində olan  "Yevrey"lərin  hamısı  yüz  faiz  inanır  ki,  Vatikanda,  başda

"Papa"  olmaqnan,  hamısı  "Yevrey"di.  "Papa"  isə "qlavnıy  Yevrey"di!  Və

planetin  bütün  "Yevrey"ləri  "Papa"nın  gizlin  hakimiyyətinə əsirdirlər!  Min

illərnən  bəşəriyyəti  soyan  Quldar  İlan,  "otun  arasından  başını  qaldırıb  deyir:

"Yeş,  vkusno!"  İnsanpozulub  Rusiyada,  Avropada! Əxlaqlı insan  tək-tək

taparsan, onlar  da  pozulurlar.  İşdən  çıxar-çıxmaz, ər,  cibində arağı,  bir  yana

gedir,  arvadı  o  biri  yana!  Mən  demirəm  bunu,  Moskva  özü  deyir!  OdAğÜz

BağOdƏr  planeti  necə üz  döndərməsin  belə vəhşidən?!  EySar  ÜnEvin  çarmıxa

çəkilməsini,  sonra  da ƏlAğ  EySann  çarmıxa  çəkilməsini  "İudey"in  adına  yazan

Quldarın "Bibliya"sı gör necə fateh hiylələrindən ibarətdi, oğul!

"Bibliya"ynan "Quran"dakı dəhşotlər bir çox hallarda səsləşir.

"Quran"da  OdÜn - "kain"ə - "Kainat"a  çevrilib,  EvƏl  "Habil"  adında

"insan"a, OdEvƏl "Qabil" adında insana çevrilib.

"Bibliya"da OdÜn "Kain" adında insana, EvƏl "Avel" adında insana çevrilib.

"Kain  ubil  Avelya".  Ölüm  guya  insanın  dəyişməsindən  yox,  "Kain"in  "Avel"i

Öldürməyiynən başlanıb! Burda da hırıltı var: "OdÜn EvƏli öldürdü!"

"Bibliya"da  EyEv "Yeva"ya,  "Quran"da  "Həvva"ya  çevrilib.  Yenə deyirəm,

OdMən  EyEv  "Adam  i  Yeva"ya - "Adəm  və Həvva"ya  dönüb.  EyEv ƏlAğ -

"yablok"aya,  BağOd - "buğda"ya  çevrilib.  Bağdayın Olamdan  sonrakı  ilk

GurOdu - "Yurdu" (vilayəti) ƏrEy - "Ray"a, ƏrEyin OdÜnü "cənn"ə, "Cənnət"ə

döndərilib.  Od - "ad"a  (Cəhənnəmə),  OdÜn  həm  də "cəhənn"ə,  "Cəhənnəm"ə

döndərilib!

"Mif"in əsli - ÖdƏrcəsi BağEvdi. İndi gör, təhrif dil, təhrif şüur BağEv ƏlAğı

necə "mifologiyaya"  çevirib. ƏlAğ - "Allah"  hara,  guya  elm  mənasında  olan

"loq", "logiya" hara?!

"Mif"  qəhrəmanları ölümdən  sonra  "əbədi  kölgəyə"  dönüb  "yerin  altında

yaşayırlar".  Nədi  bu?!  Hardan  yaranıb?!  Necə deyərlər,  qulaqlarını  aç,  yaxşı-

yaxşı  eşit:  Cahil  insan  SafAğ  İşıqdan,  ikinci  doğuluşdan  məhrum  olub  torpağa

qarışır.  EySarın dilindən  deyilən  "ne  ubiy" -ÜnEvEydəndi.  Bağ  qatilləri

OdƏrlərin  də qisas  hissinə qapıldıqlarını  görüb  qorxu  altında,  özlərini müdafiə

niyyətiynən  "ne  ubiy"  yazıblar. Əmma  bu  ifadənin  təsir  gücü  də var;  sadəlövh

dindar "xristian" çəkinir qan tökməkdən. Belələri nə qədər günah işləmiş olsalar

da,  ikinci  dəfə doğulurlar.  "Din"indən,  dilindən  asılı  olmayaraq,  az-çox  işıqlı

adamların  "Ruh"u - ƏrAğı  uçur, əmma  birbaş  OdAğÜzə yox,  "mifologiya"dakı

həmən "yer altına" gedir.




______________Milli Kitabxana_______________

Yəni haraya?

"Vərəsə"mizdə bu  barədə geniş  yazılmışdı.  Mifologiyadakı  "Yer  altı"

həqiqətdə "Ay" adlandırdığımız "Ağ" planetinin içidi, idrak acı balam.

Heyrətlənmə!

İndi  izah  eliyəcəm,  biləcəksən  ki,  "Ay"- Ağ  planetinin  quruluşu  "Yer" -

EyƏrin quruluşunun əksinədi.

Biz  "kürrə"nin,  "şar"m,  eşiyində yaşayırıq,  OdÜnEyƏsin - "Gü-nəş"in

"doğduğunu",  "batdığını"  eşikdən  görürük.  "Öl"əndən,  ikinci  doğuluşdan  sonra

"Ay"ın - Ağın  içinə gedənlər  isə,  "Günəş"in  "doğduğunu",  "batdığını"  planetin

içindən görürlər. "Vərəsə"mizi oxuyanlardan, bir də şagirdlərimizdən başqa hələ

heç  kəsin  xəbəri  yoxdu  ki,  "Yer"  "alim"lərinin  "ay  ləkəsi",  "okean"

adlandırdıqlan  sahə boşluqdu.  "Günəş"  o  "boşluğun"  bu  başında  "doğur",  o

başında "batır". "Yer"in atmosferi, səthi - relyefi, dağı, düzü, meşəsi, çayı, gölü,

dənizi  necədisə,  "Ay" - Ağın  daxili  də elədi.  Biz,  "Yer"  sakinləri  planetimizin

yuvarlaqlığını  hiss  eləmədiyimiz  kimi,  "Ay"- Ağm  daxilinə gedənlər  də nə

planetin  eşiyindəki  yuvarlaqlığı  hiss  eləyirlər,  nə də içəridəki  tərs  yuvarlaqlığı.

Həyatımızın oxşar cəhəti bundadır ki, biz gözümüzü açanda özümüzü ailə, dost-

tanış  mühitində gördüyümüz  kimi,  "Ay"ın  içinə gedənlər  də gözlərini  açanda,

yəni şüura  gələndə özlərindən  bir  qədər əvvəl  "ölüb  axirətə gedənlərin"

mühitində,  çox  vaxt  ailə,  qohum-əqrəba,  dost-tanış  arasında görürlər,  başlarına

gələn  hadisələr,  "ölüm",  "doğuluş",  "Axirət" - AğƏr,  "Kain"at - OdÜn,  OdƏr

bəşəriyyəti,  Bağlar,  Sarlar haqqında ilkin  məlumatdan  və çox  az  müddətli

xoşbəxtlikdən  sonra  olduqca  işgəncəli  dərs  dövrü  başlanır.  İkinci  dəfə doğulan

insan, necə deyərlər, yarandığına peşman olur. Çünki günün müəyyən saatlarında

beyni  tutulur.  EySann  adından  deyilən  OdÜn –həqiqət  Ünündən  başqa  heç  nə

eşitmir, Ər- İşıq  içində göstərilənlərdən  başqa  heç  nə görmür;  "Yer" - də,  necə

deyəllər, nə qələt qarışdırıbsa, nə oyunlardan çıxıbsa,  hamısını bütün çılpaqlığı,

bütün  murdarlığıynan  görüb,  iyrəncliyini  dərk  eləyir.  Günlərnən,  aylarnan,

bəzən, hətta illərnən əzab-işgəncədən qıvrılan, özünə ölüm diləyən adamlar olur

orda -"Ay"da.  Ağa- SafAğ  insana  dönəndən  sonra  isə Saflığın,  Ucalığın, əsil

mənada  gözəlliyin  gur  hissiyatıynan,  biliyinin  hüdudsuzluğuynan, əbədi  həyata

qovuşmağıynan  xoşbəxt  olur.  Həmin  bu  vaxt - SafAğ  dövrü  başlananda

ətrafındakı əzizlərinə yenidən  qovuşur,  yəni  hərbirinin  Saflığını,  Ucalığını,

Əbədiliyini  dərk  eləyir  və günlərin  birində İşıq  gəmisinə doluşub  OdAğÜzə,

əcdadlarının  planetinə gedirlər.  Budu  "cəhənn"ə,  "cənn"ə döndərilən  OdÜn -

Həqiqət Ünü dünyası - "o dünya!", AğƏr-



______________Milli Kitabxana_______________

SafAğ  İşıq - "Axir" - "Axirət".  Bəşəriyyətimiz  o  qədər  murdarlanıb  ki,  hətta

qatillikdən  çox  uzaq  olan  adamların əksəriyyəti  də,  öz  murdarlığıynan  öz

mənəviyyatını - özünü öldürdüyünə görə SafAğ İşıqdan məhrum olur.

"Ay"a - Ağa  gedənlərin  sayı  çox  azdı.  Ün  eşidə-eşidə dərsini  "Yer"də alıb,

saflaşıb,  kamilləşib  bir  baş  OdAğÜzə gedənlərimiz  isə o  qədər  azdı  ki,

barmaqnan saymaq olar.

Bədbəxtliyimizin  çoxu  EyƏr  ƏsƏlim  adı  dilə gətirilməyən  "Yerusəlim"nən

bağlıdı.  "Qüds"ə,  bilirsən,  "Beytül-müqəddəs"  də

deyirlər.  "Pravoslav"

kilsələrində,  "Vatikan"ın  özündə olduğu  kimi,  "Yerusəlim"dəki  BağOd -

"Beyt"də də,  bütün ƏsƏrƏl - "İsrail"doki ƏsÜnAğ -SinAğ - "sinaqoq"larda  da

özlərini  "Yəhud"i - "İudey"  qələmə verən  qədim  "qara  Muğ"lar  dindar  Qreklər

"Yer altında həyat" mifini hələ də saxlayırlar.

"Beytül-müqəddəs"in yanında "Ölüm dərəsi"

1

adlanan bir yer var. Keçmişdə



"Beyt"ə ziyarətə gedən xəstələr həmin "Ölüm dərəsi"ndə açıq havada yurd salıb

qalırmışlar  ki,  öləndə "yerin  altına"  getsinlər  və "ölülər  diriləndə"  müqəddəs

"Qüds"ün  yanında  dirilsinlər.  İnan  ki,  indinin  özündə də inanırlar  bu dəhşətli

mifo!


Qırx səkkizinci - əlli birinci illərin hadisələrindən sonra yaman üzülmüşdüm.

Məhərrəm  on  iki  günlük  putyovka  düzəltdi  "MK"-nın  Moskva  civarında

sanatoriyasına.  Getdim,  üçcə gün  qaldım,  qaçdım.  Təsəvvür  eliyəmməzsən  ki,

həmin  "Ölüm  dərəsi"  barədə həqiqəti  dilimə gətirdiyimə görə bir  "Yevrey"

öldürmək  istəyirdi  məni.  "MK"-nın  işçisi  ey!  Cibində KPSS  bileti,  "marksist",

"materialist",  "atvetrabotnik  MK!"  Dedi:  "Zapomni  moyu  familiyu:  Kiknadze!

Koqda  nibud  Kiknadze  nakajet  tebya!"  Bayaq  o  sürməli  prokuror  "sui-qəsd"

deyəndə o  dəqiqə Kiknadzenin  sifəti  gəldi  durdu  qabağımda:  qarayanız,  qartal-

burun "Gürcü". Hardan biləydim ki, "Gurcil"nün içərisi "Ölüm dərəsi"ni Qüdsün

bir  parçası  sayan  dəhşətli  fanatik  "İudey"di,  elə ordan - sanatoriyadan  birbaş

Mirqəzəbə zəng  vuracaq,  süfrə üstə o  beş-on  kəlməlik  söhbətimə görə mənim

taleyimdə həlledici rol oynayacaq! Sanatoriyadan qayıdan kimi Persin qəbuluna

çağırıldım.  Səhər  saat  ondan  axşam  səkkizə qədər  ac-susuz  gözlədi  məni  qəbul

otağında.  Geyincəkli,  silahlı,  "oxranalı" - filanlı,  çıxıb  gedəndə də üzümə

baxmadı.  Bircə kəlmə "Kiknadze!" - dedi.  Burdadı  indi  Kiknadze.  Məhkəmə

zalında. Qienaynan yanaşı oturur. Tənəffüsə çıxanda, tənəffüsdən qayı-

"Mehşər dərəsi", "Cəhənnəm dərəsi" də deyilir



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə