İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə146/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   142   143   144   145   146   147   148   149   ...   180

______________Milli Kitabxana_______________

bələd  olan  bədbəxt  "Pro  Metey" - EvƏrEyOd  Bağday  Abılar,  Sultanlar  acıb

danışırlar ki, "Skif 'in - "Əskifər"in əsli ƏskiEvƏrEy nə qədər təhqir olunsa da,

öz  ucalığını  qoruyub  saxlayır.  Bağ  nəslini  "Skif",  "buğa"  adlandırmaqnan  cahil

öz murdar beyninin iyrəncliyini göstərir, oğul!

İndi  keçirəm  başqa  şeylərə - daha  ciddi  təhriflərə.  O  təhriflər  ki,  vətənimizi

Yer üzündən köklü-köməcli silir. Diqqətli ol.

* * *


Sultan  şüşəni  şüşəyə çaqqıldatdı,  Müslümü  astadan  lap  yaxına  çağırıb

soruşdu:


-

Sui-qəsdin vaxtını öyrənə bilərsənmi?

Müslümün baxışı divara sancıldı.

-

Məhərrəm  Abbasoviç  oxrananı  məhz  bu  gecə evin  tinlərinə düzübsə,



demək, bu gecəyə təyin olunub. Baş tutmuyacaq. Arxayın olun!

-

Afərin! Get işini gör!



Səməd ayaq üstə idi. Gərgin dayanmışdı.

-

Əmi!  Belə gecə!..  Olmazmı  başqa  vaxta  saxlayasan  söhbətini?  Sultan



elə bil heç nə eşitmədi.

-

Olamdan  sonra  ilk GurOd - "Yurd"  (vilayət)  bilirsən  ki, ƏrEydi.



ƏrEynən  birlikdə beş  GurOd - "Yurd"u  olub  Bağdayın.  Təfsilatnan  deyəcəın

hansılardı beş GurOd.

Fantastikadan da fantastik murdarçılıqlar eşidəcəksən indi.

Beş  GurOdu  "beş  qurd"a,  beş  canavara  çevirib  İlan  "alim"i,  Vətəndən,

Elmdən,  Bağlarından  tərik  düşənlərimə deyir:  "Beş  qurddan  yaranmısan  sən",

beş  qancıqdan  doğulmusan,  buna  görə də bayrağında  qurd  başı  var.  Bağ  nədi,

OdƏr nədi! Farsın qədim dilini öyrən, OdƏr dili yox, "Dəri" dili olub sənin dilin!

Beş  GurOdun  təxminən  birində "kird"ləşmişik - "kürd"ləşmişik;  GurOd  ordu

hissələrimiz  "Pəhləvi"lərin  arasında  qalıb,  dili  dəyişib!  GurOdMən  qalalarımıza

"Girdman"  demiblər.  Min  dəfə yaz, ərazidə gəz,  haray  təp  ki,  "Kəlbəcər" -

"Gəlibbəsər"  deyilsən,  "qurd"  deyilsən,  "Skif"  deyilsən  sən,  kimdi  inanan?!

Elmdən,  dildən - şüurdan  məhrumu  necə inandırasan  ki,  uzun  ağac  ucunda

aşılanmış  qoyun  dərisinə həkk  olunmuş  it  başı  bayraq  deyil,  Qrek-Latın

legionlarıynan əsrlər  uzunu  döyüşlərdə qırılıb  azalan

ƏskiƏr  ("əskər")

GurOdlarımız Qrek-Latın-Fars qoşunlarından qorunmaq üçün qoyun sürülərinin,

naxırların yaxında it xılları - köpək sürüləri saxlayırmışlar. Volqa boyuna, "qara

torpağ"a qaçan təriklərimiz fürsət tapıb Bağ-




______________Milli Kitabxana_______________

daya qayıdanda ƏskiƏr OdƏrlərini haman it başlı işarələrnən tapırmışlar. "Türk

bayrağı" deyilən şey yoxdu, oğul. Tünd mavi, zümrüdü rəngdə, üstü ulduzlarnan

- kəhkəşannan  bəzəkli  AğEy  ("Əxi") - Uca  SafAğ  İnsan  bayrağı,  BağOdEy -

Bağday bayrağı var ki, o da saraylardan yığışdırılıb gizlədilib, əvəzində Xilafətin

bayrağı asılıb.

İndi "Dədə Qorqud" adlanan bədbəxtliyimizi yada sal: "iynəyə tikən demədi

o  Dədə Qorqud.  Tikənə sökən  demədi  o  Dədə Qorqud".  Saysız-hesabsız

"tədqiqat işləri" yazırlar türkoloqlarımız, "Kitabi Dədə Qorqud"u İslama qədərki

möhtəşəm  tarixi abidə adlandırırlar!  Bilən  varsa,  o  da  dillənmir  ki,  həmin

ikiyüzillik  müharibənin əvvəlində,  BağHəmOd  nəsli  qırılandan  sonrakı  Vatikan

məkridi "Korkud" (yəni "Qorxut"), Od - Həqiqət əvəzində oğul "əti" yedirt.

Varisimizin  Vətənə ən  böyük  xidməti  bu  olmalıdı  ki,  "Kitabi  Dədə Korkut"

qəbilindən  "kitab"ların  xalqı  məhz  tarixi  kökdən,  OdƏr  bəşəriyyətindən,

Bağlardan  həmişəlik  ayırmaq  üçün  xüsusi  hazırlanmış  fateh  İlan  "kitab"ları

olduğunu  açıq  yazsın,  açıq  danışsın.  Yəni əbədi  Bağlar  nəslindən əbədi

insanlığını dərk eləyib ölümdən qorxmamalısan, oğul. GurOdlarda AğÜz (SafAğ

mənası) Bağları əvəzinə "yurd"larda "Oğuz bəyləri", "Oğuz buğaları", yazanların

arxasında  İlan  qıvrılıb,  oğul,  "Oğuz" əvəzinə AğÜz  yazanı  dərhal  çalsa  da,

qorxmamalısan!

Vatikan  monaxları "Dədə Qorqud"un  lap  ilk  kəlmələrindən  qorxudurlar:

"Dədə"miz  ölkənin  hansı  səmtinə gedir  qəbirqazana  rast  gəlir.  Bu  qazannan

"Salur  Qazan"  adını  yanaşı  qoy.  "Salur"  dialektdi,  "salır"  deməkdi.  Qəbri

qazanımız,  milləti  qəbrə salanımız  elmsiz  Qazan  xandı!  İlan "alimlər"i  bunu  da

görməzliyə vururlar!..  "Zəncir"in – mühasirəni  qırmaq  ümidiynən əsrlər  boyu

"Qapı açaq, Qapı açaq!" – deyən "Qıpçaq"ları "Oğuz bəyləri"nə düşmən qələmə

verən  "kitab"  ifşa  olunmayınca,  Odu əvəzində "at"ı,  BağBağÜnü əvəzində

"papağı"ynan öyünən  "kişi  qeyrəti"  verib  patriarxal  bataqlığa  sürüyəcəklər

bədbəxt xalqımızı!

Daxilimizdədi 

bu 

bataqlığa 



sürüyənlər 

İnstitutlarda, 

mədəniyyət

ocaqlarındadılar!

Vətənin həqiqətlərini danan adam vətəndaş olammaz, oğul!

Dilçilərin  iddiasına  görə "vətən ərəb  sözüdü".  Bu  düzdü. Əmma  həm  də

yalandı.  Çünki  "Vətən"in əsli  EvOdÜndü.  "Ərəb"ə dönənim  təhrif  eləyib,

qılıncının  ucunda  qaytarıb  verib  sənə.  "Qorod"a,  "Qord"a,  "qurd"a  döndərilən

GurOdu isə həm "Rus"a dönənim təhrif eləyib, həm "Ərəb" - "Fars", həm də sən

özün: "yurd" demisən.

İndi beş "yurd"unu (vilayətini) - GurOdunu tanı.



______________Milli Kitabxana_______________

Birinci GurOd, dedim, ƏrEydi təkrar eləyirom, "Ray"a (cənnətə), əfsanəyə

döndərilib,  "Bibliya"nın  səhifələrində qalıb.  "Ariy"ə döndərilib,  "Hind"ə,

"Fars"a, "Erməni"yə məxsus "ali irq" məfhumu olub. Nəhayət, "Rey" adlandırılıb

verilib İlan müttəfiqi "Fars"a!



İkinci  GurOdun  adı ƏrÜzdü.  Məna  işığı  deməkdi.  Mərkəzi  "Təbriz"i

"Təbriz"  eləyib  xəstə bir  xatunun  tərləyib  sağalması  barədə əfsanəynən

bağlayıblar  ki, əsli - OdEv ƏrÜz  unudulsun.  Ağ Əmirnən  Boz Əmir  xüsusi

yazmışdılar ƏrÜz  OdƏrlərinin  OdEvi  barədə. ƏrÜz- "Ar  az"  çayının  o  tay-bu

tayı

ƏrÜz  GurOduna  aiddi.  Geri  sananan



əllimin-illik  tarix  boyunca

"Assuriya"lıların,  "Qrek"lərin  basqınları dövrlərində,  yeni  tarixnən əsasən

ikiyüzillik  müharibə dövründə tərik  düşən,  səkkiz  yüz  ikinci  il  "Vizantiya" -

"Kiyev"  müqaviləsindən  sonra  "Rus"a,  "Bender"ə dönənlər,  təkrar  eləyirəm,

ƏrÜz GurOdundan gedənlərdi.

Üçüncü  GurOdun  adı  AğÜzdü.  SafAğ  İnsan  Üzü - mənası deməkdi.

Təhriflərin  "Oğuz"  adlandırdıqları,  OdAğÜz  Bağlanynan  ünsiyyət əvəzinə

"buğa"larnan  "güləşdirilən"  "bəy"lərin  bu  yurdunun  mərkəzi  "Bərdə"

adlandırılan BirOddu. Nizami "Xəmsə"sinin başına oyun açan "fars katiblərinin

sözüdü bu "Bərdə". Üstəlik, Nizaminin adıynan yazırlar ki, əvvəllər ayrı cür olub

"Bərdə"nin  adı.  Xalqı  çaşdırmaq,  kökdən  ayırmaq  üçündü  hamısı!  "Ağdam"ın

tarixini tamam pozub atıblar. Ağ OdMən adında möhtəşəm şəhər olub BirOdnan

bir  yerdə.  Dəfələrnən  dağıdıblar.  Dəfələrnən!  İlanın  uzun  sürən  fitnə-fəsadları

nəticəsində "Ermənistan" sayılan ƏrMən, "Rum" sayılan Ərim torpaqları, OdƏr-

"Kür"  çayından  cənuba,  şimala  doğru  uzanan  düzənli,  bağlı ərazi  bu  GurOda

daxildi.

Dördüncü  GurOdun  adı  ÜzAğdı.  Bu  da  SafAğ  İnsanın  Üzü - mənası

deməkdi.  Gah  soldan  sağa,  gah  sağdan  sola, gah  da  ortadan  sağa,  sola  oxunan

sirli  "söz"lər- ƏsÜzlər- Yaradan  mənalar  Dilinin  sirlərini  biləndə "AğÜz"nən

"ÜzAğ"ın fərqini de biləcəksən. Hələlik bunu bil ki, "Yer"də biz OdƏr sözlərini

oxuyanda,  yazanda,  tələffüz  eləyəndə OdAğÜzdən  hökmən  bağlanırlar bizə,

hansı  sözü  soldan  sağa,  hansını  sağdan  sola  və ya  ortadan  sağa,  sola  oxumağı

səssiz - Ünsüz deyirlər beynimizə. Belə olmasa, "ÜzAğ"ı "Yer" dili qaydasıynan,

"mənanın  SafAğ  İnsanı"  kimi  oxuyarıq.  Halbuki,  təkrar  eləyirəm,  "AğÜz"  kimi

"ÜzAğ"ı  da  SafAğ İnsanın mənası  kimi  anlamalısan  və bilməlisən  ki,  bu  Üz -

məna ərazisində tək bircə nəfər insanın təhrifi bütün əhalinin təhrifi qədər böyük

faciə sayılır.  Çünki  Kainatın  bütün  varlıqları kimi,  insan  da  insana  bağlıdı.

Burdakı - Yerdəki bağlılıq ən uzağı üç-dörd




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə