İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə154/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   150   151   152   153   154   155   156   157   ...   180

______________Milli Kitabxana_______________

şırdı: "Mənimki Şüşəlidi daha! Nə Səməd adında əmim var mənim, nə Elmim, nə

də Alimim!  Tüpürmüşəm!  Tüpürmüşəm!"  Şüşəlidə isə "Zəhərimi  ver!" - deyə-

deyə stəkan  dolusu  "Badamlı"nı  "levi  arağı  başına  çəkib",  tər  içində,  sazı

köynəkdən  çıxarıb,  "pyanska  şair"  Şöşü - Şövkət  Tahirlə bir  küncə çəkilib,  öz

anlaşılmaz  yasını,  yanğısını  araqla,  sazla,  sözlə söndürməyə çalışa-çalışa,

yeməkdən də qalıb günbəgün əriyirdi.

Qocaları dəhşətə gətirən,  nəhayət,  bir  də bu  idi  ki,  Mədədin  hövlü,  hərəkəti

ancaq  vəsiyyətlə yox,  həm  də Əmirli  nəslinin  qatı  düşməni,  Qudalı  ağsaqqalı

Xəlvətlə - Agent Rəhimlə, bütün  Qudalılarla bağlı idi.  Arxada "baqajnik"lərdən

"sideniye"lərin  aralarına  qədər  yüklü  "Volqa"larında  Moskvada  gəzən  "Qudalı

gədələri"  avqustun  iyirmi  səkkizində gözlənilmədən  kəndə qayıdıb  car  çəkdilər

ki,  Mədəd Əmirlinin  doxsan  illiyinə gəliblər,  cəmaatdan  xahiş  eləyirlor  Şüşəli

pavilyonun  qabağına  yığışsınlar.  Cəmaat  yığışanda  isə,  Xəlvəti  ortalığa  çağırıb

təklif  elədilər  ki,  ağsaqqal Əmirli  nəsli  ilə ədavətinin  üstündən  qələm  çəkib,

illikdə iştirak eləsin.

İllərdən  bəri  bütün  "illik"ləri  ötürüb,  birdən-birə "doxsan  illik"  demək

təəccüblü olsa da, cavanların təklifi Qonaqlıları nə qədor sevindirmişdisə, xəlvət

Rəhimin  bu  təkliflə tamamilə tərəddüdsüz  razılaşıb,  "Qələm  çəkirəm!  Bir

şərtnən: zəng vurun, Səməd Əmirli gəlsin, özünün altmış yaşını da elə burda, öz

yurdunda qeyd eləsin. Barışaq!" deməyi hamını qorxutdu.

O  günü - avqustun  iyirmi  səkkizində "Qudalı  gədələri" -"Ağsaqqalın

Əmirlilərnın  barışmağı  münasibıtiynən"  Gülənoğlunun  bufetinin  dalından

"Badamlı"ları cəmaatın  üstünə ata-ata, Özləri də "yüz-yüz  vura-vura" hamını, o

cümlədən Mədədi  də qonaq  elədilər.  Axşamısı,  o  qorxunc  sənəd  Mədədin

pencəyinin  döş  cibində olanda,  bu  bədbəxtlikdən  xəbərsiz,  sərxoş  cavanlar,

"Volqa"larının "musiqili siqnalları" ilə Sudüşən çəməninə səs sala-sala rayondan

Bakıya -Səməd Əmirliyə zəng  vurmağa  getdilər.  Gecə yarıda  susqun  qayıdıb

xəbər  verdilər  ki,  "Səməd Əmirli  illiyə gəlmiyəcək".  Niyə? "Səbəbini  deməyib,

elə bunu deyib ki, gəlmiyəcək".

Vəsiyyətin üstünə bir kəlmə də əlavə olundu: "Gəlmiyəcək".

Məhz  bu  kəlmədən  sonra  Mədəd əlinə saz  alıb,  ustadlarına  qoşulub,

Qonaqlının  Kətyənli,  Tahirlinin  Mələkqarı  məhlələrində toyları  yasa  döndərdi.

Məhz "gəlmiyəcək" kəlməsindən sonra, bu  günlərdə aramsız "səbr, səbr" deyən

Çürüyün  "ata əvəzi əmi"  barədə məsləhətlərinə,  Xızr  Abının  danlaqlarına

dözməyib, hövl içində dik atıldı. "Bəsdi, bəsdi




______________Milli Kitabxana_______________

Tüpürmüşəm, tüpürmüşəm! Nə Səməd adında əmim var mənim, nə "Vərəsə"

kitabxanam,  nə də tədqiqatçım!" - dedi  və "pyanska  şairə"  qoşulub,  bədbəxt

ustadlarını  da  ardınca  sürünməyə vadar  edib,  birbaş  Şüşəliyə getdi.  Məhz

"gəlmiyəcək"  kəlməsindən  sonra  Gülənoğluna  "Zəhərimi  ver!" - deyə-deyə,

stəkan  dolusu  "Badamlı"nı  acqarına,  bir-nəfəsə başına  çəkə-çəkə,  yayın

sıxıntısında, daimi qan-tər içində əriyib-arıqlayıb ələngəyə çevrildi.

Vəsiyyətin üstünə golən bir kolmə belə bədbəxtlik törətdi.

Yas  da  unuduldu,  yasa  maraq  da.  Şüşəlinin  çayxana  küncündə,  "pyanska

Şöşü" ilə "pyanska şairlər"in arasında, tüstü-duman içində çalıb-oxuyub "beşdən-

üçdən  alan  beşmanatlıq  aşıqlar"dan  başqa,  o  küncdə üç  bədbəxt  məskən  saldı:

şan-şöhrətli Əmirli nəslinin son beşiyi Dəli Mədəd, Çürük Aşıq, Xızr Abı. Bir də

gah  "Mariya",  gah  da  "Məryəm  ana"  çağırdıqlan  cavanca  rus  qızı  həmin  dal

otağın  küncünə qısılıb  gizlin-gizlin  ağlayırdı.  Şüşəlidə hamıya  məlumdu  ki,

bədəncə nəhəng,  hətta  bir  qədər  kor-kobud, sifətdən  isə "mələk  Mariya" -

"Məryəm" Mədədlə zaks kəsdirməsə də "qanuni arvadı" sayılırdı. Çünki Marina

o  ili - səksən  səkkizinci  ildə açıq  görünən  hamiləliyini  gizlətmirdi,  Mədəd  isə,

sərxoş  olduqca,  Marinanın  böyür-başından  keçənləri  o  yan-bu  yana  itələyirdi:

"Varisimə toxunarsınız!.."

Mədəd Əmirlinin  doxsan  illiyi  bir  də o  vaxt  yada  düşdü  ki,  yenə həmin

"Qudalı gədələri" "musiqili siqnal"larla üç para kəndin üçünə də səs sala-sala car

çəkdilər ki, sabah - oktyabrın iyirmi üçündə Səməd Əmirlinin atası sədr Mədədin

vəfatının qırx iki ili tamam olur. Onlar-Qudalı cavanları yenə Bakıya zəng vurub,

təkid  eləyib,  bu  dəfə Səmədi  yerindən  tərpədiblər,  bu  axşam  gəlməlidir,  buna

görə də üç  para  kəndin  üçündən  də xahiş  eləyirlər  ki,  hər  məhlə,  kim  nə qədər

bacarırsa,  siyahı  ilə pul  yığıb  aparıb  Şüşəlidə Gülənoğluna  versin,  Gülənoğlu

sabaha qədər hazırlıq görsün, böyük qardaşı sədr Mədəddən beş yaş kiçik Sultan

Əmirlinin səksən beş illiyi ilə sədr Mədədin vaxtı keçmiş doxsan illiyi, bir də ki,

vəfatı günü bir yerdə keçirilsin, avqustdan indiyə qədor - dörd ay sərasər içkiyə

qurşanıb  ağlmı  itirən  bədbəxt  bəlkə cəmaatın  qayğısını  görüb  ağlını  başına

yığsın, əmisi  ilə barışıb  aspiranturaya  qayıtsın,  rayonumuzun  baş  ucalığı,

həmişəki istəkli Bircə balası, Varisi, Tədqiqatçısı olsun.

"Qudalı  gədələri"nin  bu  xəbərindən  sonra,  axşama  yaxın  Şüşəli  pavilyonun

qabağı ikinci dəfə adamla doldu və Qudalı ağsaqqalı ikinci dəfə ortalığa çıxdı...




______________Milli Kitabxana_______________

* * *


Mədəd  öz  daimi  yeri  çayxana  küncündə,  tək  stol  arxasında, tüstü-duman

içindəbaşını  endirib  donqarlanmışdı.  Qabağında  "Badamlı"  şü-şəsi,  "Prima"

siqareti,  kibrit,  külqabı,  heç  kəsə,  heç  nəyə baxmırdı.  Sağ-solunda  Xızr  Abı  ilə

Çürük  Aşığın  xırdaca  qaraltıları  qaralırdı.  O  qaraltılardan  o  yanda  isə Şövkət

Tahirin - Şöşünün saçı ağarırdı.

Eşikdən Xəlvət Rəhimin səsi gəlirdi:

-

Deyin  görüm,  ay  cəmaat...  Deyin  görüm...  "Bu  dünyaya  tək  gəlib  tək



gedən  katibin  yeganə övladı"  niyə bu  kökə düşdü?  Bu  boyda rayonun,  inqilab

veteranlarının,  Məhərrəmovun,  Demokratların  qanadlarının  altında  böyüyən

Bircə bala,  Varis,  Tədqiqatçı  niyə Dəli  Mədəd oldu?  Bu  Doli  aspiranturaya

gedəndə bizim cavanlardan da getdilər, bilirsiniz, şərqşünas, ərəbist, farsist olub

xaricə getdilər,  yazıb-yaradıb ad-san  qazandılar! Əli Şiəsinin  tarixini,  Şah

İsmayıl vəsf  eləyə-eləyə bir  tərəfdən  imam  Xomeyninin  hədiyyələrini,  üstəlik,

xeyr-duasının qazandılar.  O  biri  tərəfdən,  "O  tay,  bu  tay  Azərbaycan"ı

birləşdirmək, "vahid Azərbaycanda SafAğ" əbləhi yaratmaq xülyasında olanların

əksinə, "Moya malenkaya respublika", "Şiroka strana moya rodnaya SSR" deyib,

ağılnan,  kamalnan,  gözəl,  nağdı  siyasəti  tərifləyib  Moskvanın təşəkkürimü

aldılar!  Bəs  bu  şan-şöhrətli Əmirli  törəməsi,  babalarının, əmilərinin,  atasının

əməllərinin havayı olduğunu  açıq-aydın görə-görə niyə kəc baxdı  mənimkilərə?

Kim, nə batırdı bu bədbəxti?..

Xəlvət  Rəhim  gah  cəmaatın  başı  üzərində çinarın  sazaqdan  titrəşən  təkəm-

seyrək  yarpaqlarına,  gah  da  cəmaatdan  xeyli  geridə dayanmış  boz  kostyumlu,

anq adama baxa-baxa, dalbadal dəhşətli suallar verirdi:

-

Deyin  görüm,  bu  Qurbanlı sovetliyinin  üçpara  kəndində neçə dəlimiz



var  bizim?  Qonaqlıda  Dam  direktor Ələsgər  müəllimi  kim  dama çıxardıb?..

Dünənəcən  şapkasının qabağı  qırmızı  ulduzlu  boişevik  fəxrimiz  olan  Qılınc

Qurban, o məhkəmlikdə adam  niyə infarkt oldu? Ondan geri qalmıyan fəxrimiz

Xızr  Abı  hər  cümə axşamı  Tat  Seyidin  arvadının yasına  gedib  guya  mollalıq

eləyir, əmbo  həqiqətdo,  bilirsiniz,  göylərnən əlləşir.  Ona  da  Dəli  Abı  deyiriər

indi.  Tahirhdə Nuru  müəllim  çoban olub,  sinifdə dərs  demək əvəzinə çöldə

"çobanları

alim  eləyir!"  Nuru

müəllimin  başı  bəlalar  çəkmiş,  türmə

məhrumiyyətləri  görmüş  ağ  saçlı şair  qardaşı  Şövkət  Tahiri  kim  "Pyanıska  şair

Şöşü"  eləyib?  Otuzuncu illərdən  indiyə qədər, əlli  il  müddətində Əmirlilərin

hökumətdən giz-




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə