İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə157/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   153   154   155   156   157   158   159   160   ...   180

______________Milli Kitabxana_______________

olsa  ha!..  Ela-bela  maşqdı!.."  Yeyib-içib  səhərə yaxın  yoxa  çıxırdılar.  Prokuror

Sayılov əslən  Laçınlı  ola-ola,  laçınlıların  gecə atışmalarında  iştirak  etməsinə

"Axmaqlıqdı" - deyirdi  və bu,  Şüşəlidə hamını  təəccübləndirirdi.  "Kürd"  kimi

tanınan bu adamın Gülənovla gəzməsi daha  təəccüblü idi.  Başqa vaxtlar Xəlvət

Rəhimin dövrəsində qoçu dəstəsinə oxşayan "Qudalı gədələrinin" - Kalaşnikovlu

Gizlinlərin  elə bil  heç  nəfəs  almadan  tamam  hərəkətsiz  qalmağı  da,  üstəlik,  bir

anlaşılmazlıqdı. Səmədin Torksindən olan yeganə oğlunun - atasının adını daşısa

da  "Səmi"  adlandırılan  OMON-çunun  da  ara  qapını  açıb  özünün  beş  nəfərlik

dəstəsi ilə dal otaqda Gülənovun stolunun böyründəki stolda oturması da bir cür

anlaşılmazlıqdı.  Çünki  Sominin  Zor  nəçənnik  Gülonovla  "düz  gətirmədiyini"

bilməyən adam yoxdu.

Səməd  irəli  yeriyib,  təkəmseyrək  yarpaqların  altından  Şüşəlinin  "dnevnoy"

işığına çıxdı.

Cəmaat  indicə görürdü  ki,  Qudalı  gədələrinin  xəbərindən  sonra  yolunu

gözlədikləri əvvəlki Səməddən də əsər-əlamət qalmamışdı.

Gur  qara,  dalğalı saç əvəzində,  çılpaq  başının  dövrəsindən  qulaqlarının

üstünə,  boynuna  dümağ  seyrək  tüklər  sallanmışdı.  Eynilə Mədədin  sifəti  kimi

dümağ  sal  sümük  sifətində quru  qan  ləkələri  qaralırdı.  Dodaqları göm-göy  idi.

Pencəyində də quru qan ləkələri vardı. Nəfəs aldıqca çiyinlərinin qalxıb enməyi,

burnunun  sıxılmağı  və

gözlərindəki  işgəncə,  üstəlik,  "Qudalı  gədələri"

Gizlinlərin  biri-birinə: - Nə ki  var  çırpıblar  ey!..  Ağsaqqaldan əmisinin  hayıfını

çıxdı Mədəd", - və sair belə-belə sözlər deməyindən də aydındı ki, Səmədin bu

hala salınması Xəlvətlə Gülənovun işi idi. Əmma Səmi ilə dəstəsinin bu dəhşətə

heç bir "reaksiya verməməsi" də bir anlaşılmazlıqdı. Həm  açıq-aydındı hər şey,

həm  də dumanlı  və məhz  anlaşılmaz:  Səməd Əmirlinin  belə təkidlə rayona

çağırılması  və "doxsan  illik"  adı  altında  dostla  düşmənin  bir  araya  yığışması,

stolların  yemək-içməklə doldurulması  nə üçündü?  Səməd  hardasa  çox  pis

döyülmüşdü,  boğulurdu.  Prokurorsa  nəçənniyin  etinasızlığı  da  bir  müəmma

yaratdı!

Səməd,  səlamsız-kəlamsız,  başını  endirib,  qanlı

şüşələrə

baxa-baxa,

ayaqlarını sürüyə-sürüyə içəri keçdi.

Qoşa qaraltılar arasında donqarlanmış skeletə ikinci skelet yaxınlaşdı. Yalnız

bu vaxt cəmaat da, nəhayət, hərəkətə gəlib pavilyona dolmağa başladı.

Səmədin bir əli başında - əmgəyində, o biri əli boğazında idi. Səsindəki xırıltı

pavilyonda sükutun gərginliyini daha da artırırdı:



______________Milli Kitabxana_______________

- Mühitimizin  havasında  nəfəs  verilmir  daha  bizə.  AdıPünhan  deyir

Azərbaycanın  hər  yerində Erməni əli  var. Ərazimizin  hesabına  "Velikaya

Armeniya" düzəltmək ideyası xəyal deyil daha. Planlı iş gedir. Xarici dövlətlərin

çoxu  Erməni  tərəfindədi.  Bizim  bütün  milli  qüvvələrimiz bax  beləcə, əmini

sındırdıqları kimi  sındırılır,  qırılır.  Dözməlisən,  qurbanın  olum!..  Fikrini  topla,

qulaq  as  mənə...  Minlərlə Dəlinin  cəhənnəm əzabıynan əmələ gəlib  "Vərəsə"

kitabı.  Batmıyacaq...  Dəli  Səməd  öləcək,  Dəli  Mədədlə Dəli  Somi,  bütün

Pünhanlarnan  bir  yerdə işimizi  davam  etdirəcəklor.  Bildinmi  iş  nə yerdədi?

Pünhanlarımızın,

1

Sultan


Əmirliynən

Mədəd


Əmirlinin  adları

yenidən


parlayacaq.

Danışacam,  düşmən  eşitsin.  Məni  dinləməyə yığışıblar  bura.  Xüsusi

tapşırıqnan.

Həqiqətimizi  bildiklərinə görə qorxurlar, əlavə material  yığırlar.  Moskva

üçün  tapşırıq  belədi  bunlara.  Kitab  oxuyan  yoxdu.  Vəzifəlilər  gündəlik  kağız-

kuğaz  içində itiblər.  Kitablarımızı  elə-belə vərəqləyib  artırlar,  Moskvaya,

Qorbaçova dikilib gözləri. Məqsəd bizi ləkoləməkdi, xalqın gözündən salmaqdı,

öldürməkdi.  Xəlvəti  xüsusi  təlimatlandırıbdır.  "Gizlinlər"  adlandırdığınız

cavanlar dəstəsi xüsusi kurs  keçib, "Milli birlik" adında təşkilat təşkil eləyiblər.

Guya  Muğannalar  milliyətcə yabançıdılar.  Bu  yığnaq,  mənim  çağrılmağım,

"Qudalı ağsaqqalı"nın  nitqi,  hamısı  təlimat əsasındadı.  Tələb  eləyirlər  ki,

pencəyin  döş  cibində gəzdirdiyin  kağızı  bu  üç  para  kəndin  cəmaatının  gözünün

qabağında  cibindən  çıxarıb  ortalığa  qoyasan.  Məni  məcbur  eləyəsən  bu  sənədin

nə vaxt,  hansı  şəraitdə yazıldığını  danışım...  Bezobraziyenin  fikrincə,  bizim

hamımızın ifşasıdı  bu.  Bəs əslində necədi? Əlli  dördüncü  ilin  avqustunun

axırında əmimi mənən öldürdüm mən, cismən yox! Əmimi cismən zəhərliyən-lor

çoxdu... Sən mənə qulaq asmırsan, Mədəd. O qan çanağının bayaq eşikdə üzünü

cəmaata  tutub  mənim  başıma  yağdırdığı  suallardan  başqa  heç  nə yoxdu  sənin

fikrində:  "Kimdi  bu  danışan?  Ata əvəzi əmimdi,  yoxsa  anamın  oynaşıdı?!

Öldürübmü?! Öldürməyibmi?! Doxsan illiyə niyə gəlmədi?! Niyə məhz bu gün,

məhz  bu  axşam  gəldi?!"  Sənin  bu  suallarına  cavab  vermək  mənim  ölümümdü,

Mədəd.


Əmma danışacam. Lap açıq.

Qırx altıncı ilin oktyabrının iyirmi üçündə atam Mədəd Əmirli öldürülüb.

"Məhəəmməd Əmir" - BağHəmOd  EvƏrEy:  Ağ  "Əmir" - SafAğ  EvƏrEy.  "Boz  Əmir" - BağƏs

EvƏrEy. "Şcyx Əli - "Aşıq Alı" - ƏsAğ Əli. "Əl’sger" - ƏlƏs OdƏr və s.




______________Milli Kitabxana_______________

Əlli  dördüncü  ilin  avqustunun  iyirmi  səkkizində atan  Sultan Əmirli

öldürülüb.  Demokrat  partiyasının  rəhbəri  Pişəvəri,  milli  qeyrətli  filosof  Heydər

Hüseynov, Saşa Babayev... hansını deyim?!

Sabah,  səksən  səkkizinci  ilin  dekabrının  iyirmi  üçündə

mən  də


öldürülməliyəm.

Sən öldürəcəksən məni. Daha doğrusu, sənin əlinnən öldürəcəklər.

Sən  yaxşı  bilirsən  Ün  eşitmək  nə deməkdi.  Eşidirsən.  Sənin,  özümün  bütün

Muğannaların haqqında ən bəd, ən qorxunc xəbərlər də deyilir mənə. Yalnız ona

görə yox ki, ölüm yoxdu bizə. Bir də ona görə ki, Varisim var. Əmma sonin üçün

ağır olar mənim ölümüm. Bir də ki, ümumiyyətlo, ayrılmaq istomirəm səndən...

Bəzi  şeyləro əməl  eləsən,  ölmorəm.  Bu  cür,  indiki  kimi  qapalı  qalsan,  mən

ölmoliyəm  hökmən.  Gəldim  ki,  sabaha  qədər  azdan-çoxdan  bir  şey  çatdırım

səno. Başa düşdün? Düz deyir, öz ayağımnan gəlmişom ölməyə. Səni xilas elə-

yəcəm.  Cibindəki  kağızı öz əlinnən cınb atacaqsan, gedib oturub işləyo-cəkson.

Hər şey səndən asılıdı...

Duman içində Səməd Abının qaraltısını görürdü.

Abı  göz  yaşının əlindəki  qızarttaq  su  ilə dolu  stəkana  töküldüyünü  hiss

eləmirdi. Arabir eyni sözləri təkrar edirdi:

-

İç,  ey əzabkeşimiz!  Hamanca  dirilik  suyudu.  Bunu  iç,  sonra  danış, -



deyirdi.

Abının yalvarışına qışqırtı qarışdı:

-

İç, köpəyoğlu! İç onu, sonra danış! Bezobraziye yox, düz deyirsən ki, öz



balan  öldürəcək  səni!  Prokuror  Sayılov  da  məhz  ona  görə gəlib ki,  cinayət  işi

qaldıracaq! Biz üzünü göyə tutan əbləhlərdən deyilik. İşimizi özümüz görürük!..

Özümüz!..

Qaz "peç"inin böyründə, qara dəri kresloda "leş" dirilib, kitelin içində dimdik

oturmuşdu; Ələsgər  müəllimin  arvadının,  son  vaxtlar  Qudalılarla  yaxınlıq  edən

birlik  üzvü  Sestranın  qanlı bintlə dolu əlini  ovcunda  sıxıb,  başının  üstündə

silkələyə-silkələyə titrəyirdi:

-

Bu əl  sənin  də yaranı  sarıyacaq!  Öləndən  sonra  yuyub  sarıyacaq  ki,



kəfənin batmasın!.. İç o kaftarın o "dirilik suyunu", özünə gəl, cavab ver suallara.

"İdeal" əmin  Sultan Əmirli  sənin  istəkli  Cığalını  niyə zorladı?!  O  murdarın

evindon necə qaçdın, necə dəli-divanə oldun?!

Sonra  niyə qayıtdm  onun  xarabasına,  niyə oturdun  onnan  qabaq-qabağa,  bir

süfrədə?!  O  qəhbənin əliynən  bişən  kababdan  tıxaşdırmağamı  getmişdin?!

Yoxsa,  başqa  niyyətin  varıydı?  Nəydi  niyyətin?..  Necə yəni  "Məni  Varisim

öldürdü?" Sən ki əl qaldırmayıbsan Sultana. Bu



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə