İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə155/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   151   152   153   154   155   156   157   158   ...   180

______________Milli Kitabxana_______________

lədə-gizlədə saxladıqları o  yeddi  yüz əlli  cildlik  "Vərəsə"  kitabxananın  tör-

töküntüsü əsasında yazılan "Vərəsə" adında dissertasiya deyilmi bu cəmaatı dəli

eliyən?!.

Məhərrəmov  cənablarının

əli  uzanıb  gedib  Təbrizdə,  Demokratların

vaxtından  qalan  gizlin  mətbəə tapıb,  bir  Allah  bilir nə qədər  çap  elətdirib  tör-

töküntü  "Vərəsə"sindən,  sərhəddən  keçirib  gətirib,  bizim  Bakıdakı  "Yazıçı"

nəşriyyatının  adını  yazıblar  üstünə,  basıblar  respublikanın

rayonlarına,

Borçalıya,  Başkeçidə sat  ki,  satasan!  Nəçənnik  Gülənova  xəbər  verdilər,  milis

səpələndi, hər yerdə bütün dükanlardan yığışdırdı. Bundan sonra kim harda görsə

o  kafir  kitabını,  ocağa  tullasın!  Bu  içəridəki  "Dəli"  yenə "Ağ Əmir,  Boz  Əmir

Ağlar"  dəstanı  başlasa,  sazıni  qırın!  Bəsdi  daha!  Adımız  Sovet  işçiləri,

gözümüzün qabağında antisovet ƏsAğ - "Aşıq!" Nə qodər dözmək olar buna?!.

Ömrüm  Qonaqlıda  keçsə də,  məni  tanımırsıruz  siz,  cəmaat!  "Agent"  nədi?!

Başqa  adamam  mən.  Odu  ki,  xüsusi  tapşırılıb  mənə,  o  SafAğ  deyilən  zibilin

kökü kəsilməlidi! Sabaha qoymaq olmaz! Sabah müharibə gözləyir bizi. Yumruq

təki  bir,  möhkəm  olmalıyıq.  Və,  demək,  milləti  azdıranların  dərsini  verməliyik

bu  gün,  bax  bu  Şüşəlidə!..  Biz  burda  məhv  eləsək - bunları hər  yerdə məhv

eləyəcəyik! Nə təhər olacaq bu, gözünüznən görəcəksiniz!

Heç kəs dillənmirdi. Heç kəs tərpənmirdi.

Şüşə divarın datında, tüstü içində dörd bədbəxtdən, Mədədlə Şöşünün və Abı

ilə Çürüyün  qaraltılarından  biri  "taburetka"dan  qalxıb  üzü  aşağı - qapıya  doğru

getdi. Abı idi. Eşiyə çıxıb, bir əlində qəlyanı, o biri olində təsbehi, dirsəkləri ilə

cəmaatı  o  yan-bu  yana  itələyə-itələyə, əsəbi,  çılğın,  gəlib  Xəlvəti  dürtmələdi: -

Eyy!..

Xəlvətin  gözü  cəmaatın arasındakı  tək  adamda  idi.  O  boz  kostyumlu,  arıq,



sakit, susqun adamdan başqa, indi heç kəsə, heç nəyə baxmırdı. Əmma qocanın

qurusümük  yumruğu  necə agrıtdısa,  istər-istəməz  dönüb  üstdən  aşağı,  Abıya

baxdı.

Abının alt çənəsi burnunun altına sıxıldı, gözləri qara, quru qırışların arasında



itdi. Hamı, o cümlədən Xəlvət Rəhim də çoxdan bilirdi ki, sifəti bu kökə düşəndə

Xızr  Abının "dili  qamına  gedib  batin olurdu", əvəzində "dilmancı"  Çürük

danışmağa  başlayıb,  öz  yüzillik  dostunun,  balabançısının "barin  dilini  aşkar

eləyirdi", yəni "Xızrın gizlətdiyi" sözü deyirdi.

Bu dəfə tərsinə oldu. Alt çənə ağır-ağır açılıb sallandı, Abının bir əlcə üzünün

qara-quru  qırışlarının

aralarından  dümağ  dəri  göründü,  pələng  gözləri

pavilyondan düşən "dnevnoy" işıqda ildırım kimi çaxdı və




______________Milli Kitabxana_______________

Abı,  dilmancsız,  öz  "batin  dilində"  hamının lap  asanca  anladığı,  tamamilə

aydın sözlər dedi:

-

Sənin zırrama alverçi şərqşünaslarından, farsistlərindən başlamış, burda



kim  bilmir  bizim  "Dəlilər"  necə Dəlilərdi!  OdƏllərimizi - Həqiqət Əllərimizi

yenidən "Dəli"lərə döndərməkdə qəsdin nədi?! Başa salmamışammı səni ki, Od

dövranı gəlir, yalanı yandırın" Od - Həqiqət!

Az qalıb, ay bədbəxt!.. Qandırmamışammı ki, bəsdi Elmi ayaqladığınız!

Sovet  olmuyacaq!  Ermənilərlə aramızda  müharibə qızışdırıb  içərimizi

zəhərliyəmmiyəcəksiniz,  ey  İlan  agentləri! Əməliniz  bax  bu  ovcumun içindədi.

Bu gün "perestroyka" deyə-deyə Soveti, Sosyalizmi dağıdırsınız!  Sabah "İslam,

İslam"  deyə-deyə milləti  Farsın  ayağının altına atacaqsınız  ki,  o  tayı  yeyib

qurtaradan sonra bu tayı da yesin! "Fars"san sən, Rəhim Erməniyə "erməniyəm"

deyərdin.  "Cuhud  qarışacağım  var" deyərdin. Əmma  məlumdu - Farssan,  yəni

mənasızsan!  EvƏrƏs  ikən "Pers",  "Pars",  "Fars" - mənasız  olan!  Qarışdırırsan

yenə aranı! Ayıl, məna kəsb elə bu qoca Abıdan! - Abı titrəyirdi.

Xəlvət  sakit-sakit,  ağır-ağır  başını  bulayıb,  "Qudalı  gədələri"nə - hamıya

məlum olan "Gizlinlər"o işarə verdi.

Məhlədə,  kənd  arasında,  xeyirdə-şərdə heç  vaxt  bir-birindən  ayrılmayıb

həmişə topa  gəzən,  yoğun-yoğun  "ət  torbaları"  vətəndaş  geyimində OMON

1

-çu


Gizlinlər  indi  də topa  yığnaqla,  hay-küylə cəmaatın  arasından  çıxıb,  Abını  hop

götürdülər.

-

Bıy, ə, bu nə yüngülüymüş! Çəkisi yoxdu ki, heç. Yedirtmək lazımdı! -



deyə-deyə,  çiyinlərində çabalada-çabalada,  şüşə divar  uzunu aşağıya - qapıya

doğru  apardılar. Əmma  qapıya  çatmamış  yerə atmalı oldular.  Çünki  Abı,

deyilənə görə,  Ermənilərlə müharibə üçün  silahlanmış  bu  açıq  Gizlinlərin - "ət

torbalarının"  şubalarının  yaxalarını açıb  Kalaşnikov  avtomatlarını  göstərirdi,

bahalı "norka" papaqlarını vurub ayaq altına sahrdı, can-cürəfəsəsilə uyuşmayan

nəhəng əllərilə şapalaqlayırdı.

Yerə düşəndə, əl-qolundan çəkişdirən, - Gəl, a kişi. Yedirtmək lazımdı səni.

Gəl! - deyə-deyə gülüşən  Gizlinlərə göz  gəzdirib,  büzüşüb  birdən-birə

yazıqlaşdı, çayxana küncünə gedib, yenə dörd bədbəxtdən birinə çevrildi.

Cəmaat gah bədbəxtlərə baxırdı, gah da Xəlvətə.

"OMON" - xüsusi təyinatlı milis

.



______________Milli Kitabxana_______________

Çinarın  lap  dibdən,  demək  olar  ki,  kökdən  ayrılıb yanlara  süzmüş  alcaq

budaqlarından tək-tək, boz yarpaq düşürdü. Sazaq vurduqca Xəlvətin qırmızı üzü

daha da qızarırdı, ağ pəmbə bığı daha da ağarırdı.

- Bu  OdƏr  deyənlər  yaman  sırtıqlaşıblar,  cəmaat!  İnişil  o  dediyim  kitabı

Bakıda,  Akademiyada  cırıb-dağıdıblar,  o  Pünhan  gədənin  özünü  də, ətrafındakı

SafAğ  gədə-güdə alimciyəzləri  də KQB-yə çəkirmişlər.  Heydər Əliyev  adam

göndərtdirib  Akademiklərin  partiya  iclasına  ki,  adamdı,  yazıb...  Heydər

qanlarının  arasına  keçib  bunların. Əmbə,  siz  yaxşı  bilirsiniz,  Moskva  yaxın

qoyarmı bunların Bağdayını-filanını! Dəli Səməddən, Dəli Mədəddən savayı bir

aləm  Dəli!  Adları Pünhan,  özləri  açıq, əllərində "Vərəsı"  tör-töküntüsü,  milləti

dəli  eləyib!  Açıq  deyirəm,  bıçaq  sümüyə dirənib.  Qan  töküləcək,  cəmaat!

Xəbərdarlıq  eləyirəm,  heç  kəs əl-ayağa  düşməsin...  Bir  nəfər  yoldaş  var  burda.

Kimi  nəzərdə tuturam,  özü  bilər.  Qabırğaları  sınıb  tökülüb, əmbə hələ ayaq

üstədi. Ona deyirəm: səsini çıxartmasın! Bu xəbərdarlığı eləməsəm də, özü başa

düşür ki, əsirimdi. Ölməyə gəlib öz ayağıynan... Baxışmayın, cəmaat! Dedim əl-

ayağa  düşməsin  heç  kəs!  Görürsünüz  ki,  Qudalı  cavanlarını!  Sultan Əmirlinin

zamanında  yetirdiyim  cavanlar,  qocalıblar,  dağılışıblar.  İndi  yetirdiklərim,

bilirsiniz  ki,  şan-şöhrətli  adamlardı  hamısı.  Bu  yetirmələrimi  bərk  bağlamışam

Qudalı  məhləsinə.  On  qızımın  hərəsindən  beş-altı  qız  nəvəm  var.  Vermişəm

bunlara,  hərəsinə ayrıca  ev  tikdirmişəm  öz  hesabıma.  Sudüşən  məhləsinin

kəsdiyi başa sorğu yoxdu! Bəli, silahlanmışıq! Rus bu sazlı-sozlülərə açıq deyir:

"Mı vas vsex perestrelyayem! Svoix lyudey privedyem v vaş boqatıy kray!"

1

Bayaq  dediyim  yoldaş  eşidir  bu  dediyimi,  siz  də eşidirsiniz.  Yetirmələrim



özləri  də birdəfəlik  başa  düşməlidilər  ki,  onlar  özləri  də əsirdilər.  Dalına  qulaq

asın... Deyin görüm, cəmaat... Veteranlar cəmiyyətinin qəlyanlı qocalarından, bir

də bu  Çürüknən  Abıdan,  o  Şöşü  deyiləndən  savayı  kim  açır  sədr  Mədədin

qapısını. Məmiş qızı Gülgəzdi, bir də o Dəlinin nezakonnı Mariyasıdı. Vəssəlam!

Niyə?  Səməd Əmirli  niyə qadağan  eləyib  yası?  "Yeganə vətənpərvər  katib"in

ruhuna  baş əyən  veteranlar  cəmiyyəti  niyə razılaşıb  Səməd Əmirlinin

qadağasıynan? Uşaq yetimlik çəkməsin?

Yalandı! Hamınız yaxşı bilirsiniz ki, Mədədin kənddən aparılmağı da, Qılınc

Qurbanın şəxsi katibi, çekist, aspirant-filan olmağı da bircə məsələynən bağlıdı.

Dəli Səməd eşq dəlisi deyildimi?! Əmisi arvadı

"Hamınızı gülləliyəcəyik. Öz adamlarımızı gətirəcəyik sizin varlı ölkənizə!



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə