İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə163/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   159   160   161   162   163   164   165   166   ...   180

______________Milli Kitabxana_______________

ƏsÜndən  xəbərsiz  "sion"  zəhəri,  EvƏrEy  OdƏrindən  xəbərsiz  "Yevrey"

"obşinası", Oddan xəbərsiz "Tat", GurOddan xəbərsiz "Kürd" "Birliyi" yaratmaq

yolu  ilə millətin  bir  qismini  o  biri  qisminə qarşı  qoyan  KPSS-in  üzvlüyündən

niyə çıxmırsan, əmi?! Qorbaçovun ikiüzlülüyünü niyə bağışlayırsan?!

Evimiz  onda  yıxılıb  ki,  bu  otuz  dörd  ildə rayonları  gəzə-gəzə köhnə partiya

məktəbi  müdavimlərinin  köməyi  ilə cəmaata ədalət  verən...  çörək  yox, ədalət

verən  maksimalist Dəli  Səməd  qorxudan  xali  SafAğ İnsanların - gizlin

Muğannaların  Elm  mühitində çox  az  qalıb,  qorxudan  xali  Bağ  ikən  "KPSS"in

siyasət  dumanı  içində beyni  dumanlı  siyasətçiyə çevrilib.  Axı,  SafAğ  sevmir

siyasəti, ay əmi! Məkri sevmir! İlanın özünə, Erməni katalikoslarına əlin çatmır,

bu  qara  dəri  kresloda  oturan  torbanı  "alihəzrət  İlan"  adlandırırsan  "Kapital"

adlandırırsan, həm də "kişi" demək ümidindəsən. Məndə dəqiq məlumat var. Bu

dövlətin ərazisində on  yeddi  milyarder  var  bu  saat.  Mərkəzi  bank  pulu

dövriyyəyə buraxandan  sonra  təzə yüzlüklər, əlliliklər  dördcə ayda  yox  olur,

əvəzində yenə köhnə yüzlüklər, əlliliklər  çıxır  ortalığa.  "KPSS"in  hətta  ideyalı-

məsləkli  sayılan  liderləri  də "Ulduzlar  müharibəsi"ni  uduzduqlarını  başa  düşüb,

dövlət  kapitalını  mənimsəməkdən  başqa  işləri  olmuyan  Çax-çuxlara,  Xəlvətlərə

çevriliblər. Çax-çuxlar, Xəlvətlər isə gündən-günə çoxalan, Atomdan, Kimyadan

da  qorxunc  zəhər  bəşəriyyəti  törədirlər.  Sestranın  xəstəxanəsindən  narkotikanı

Ermənilərə, ordan da xaricə axıdıb xəlvəti gəlirlə "Rus məhləsi" yaranıb, Xəlvətə

səcdə eləyir!  Yəni  kimə?  Yəni  "Alihəzrət  İlana"  yox,  ilancığaza!  Belələri  nə

qədər  olar  indi  respublikada,  bilirsən?  Sənin  Lerikdən  Qazağa  qədər

məsləkdaşlarıyın da bircə "idealı" var, o da rüşvətdi - qızıl-brilyantdı, ay bədbəxt

əmim! Atamın "çesuyçalılar" dediyindəndi indi dostlanyın hamısı!

Diqqət  yetir,  cənab  kapital  necə sakit  qulaq  asır!  Sənin  açmadığın  sirləri

açıram, niyə susur? Çünki cəzasız cinayətkarlar ölkəsinin kadrlarından, KPSS-in

çürüməyindən  danışa-danışa, əslində bu  cəzasız  Kapitala  bəraət  verirəm  mən.

Dünyamızda ən  çox  kapitalisti  olan  Kapital  ölkəsi  SSRİ-di  indi.  Kamil  insan

nəyinə gərəkdi bu çürümüşün?!

İşini görüb qurtarıb bu ilancığaz: "Vərəsə" adında dənizdən qidalanan Səməd

Əmirli qanı zəhərə dönüb!

Bayaq  məni  çağırırdın.  "Yaxın  gəl,  yaxın  gəl"  deyirdin.  Getmədim.  Çünki

sən məni xilas edəmməzsən, əmi.

"Varisi Varisi öldürəcək". Belə yazılıb, belə də olacaq.



______________Milli Kitabxana_______________

Yuxarı  baxma!  Mən  sözümü  qurtarana  qədər  heç  nə eşitmiyəcəksən

OdAğÜzdən.

Başlayıram danışmağa...

Şüşəli sükuta batmışdı. Heç kəs tərpənmirdi, heç kəs dillənmirdi. Cərgə-cərgə

"neon"  lampalarının,  bulud  kimi  lay-lay  tüstülərin  altında, ət  torbalarının

əllərində, damaqlarında "marlbora"lar qızarırdı.

Mədəd  çayxana  küncünə cumub,  Çürüklə Abının  qaraltılarının arxasından

Çürüyün divara söykəli cürəsini götürüb, ordan - yuxarı başdan zala baxdı.

-

Çalacam,  oxuyacam  və danışacam...  Dediyim  kimi,  tələb  olunduğu



kimi, "qıyma-qıyma"... Murdarlığınızı sübut eliyəcəm! Etiraz varmı?

"Marlbora"lar qızarırdı. Tüstü laylarının aralarına tüstülər millənirdi. Nə baş

verdiyini  heç  kəs,  o  cümlədən  hətta hələ Səməd  də,  Abı  ilə Çürük  də başa

düşmürdü.

* * *

Mədəd  cürəni  köklədi.  Kresloda,  bir əlində "Badamlı"  ilə dolu  "xrustal"



qədəh,  o  biri əlində siqaret,  quruyub  qalmış əmisinin  başının  üstündən  Çürüklə

Abıya  və sərxoşluqdan  mürgüləyən  Şöşünün  tərdən  islanıb  göyümtül  çalan

seyrək saçlarına baxıb köksünü ötürdü.

-

Zilini  zil  elədim...  bəmini  bəm  elədim...  zil  qara  saçlı  Mədəd



Əmirliynən  dümağ  saçlı  Mədəd Əmirlinin  saz-söz  ustadı  Çürük  aşığın min

doqquz  yüz  onuncu  ildə,  Səttar  xanla  Bağır  xanın  zülmə qarşı üsyanının

süqutundan bir il əvvəl Ərdəbildə düzəltdirdiyi bu qaraca cürəni "Zarıncı"

1

üstə



köklədim.

Çalaq,  oxuyaq,  görək  sağ-zarıncılar  niyə və necə zarıyırlar.  Cürə inildədi.

Gər, cod, güclü səs sıxılıb cürədən betər inildədi:

Təhriflər içində içim yanmaqdan

Özü SafAğ, bəxti qaraya döndüm.

Ağrıları ürəyimə salmaqdan

İçimdə qövr edən yaraya döndüm.

Səməd başını qaldırıb, altdan  dik, Varisə - Tədqiqatçıya baxdı, sal ağsümük

yanaqlarına iri damlalar süzüldü.

"Zarıncı", əslində, "bayat"(ı) növü, BağOdudur, el arasında deyildiyi kimi, "daşı da ağladır".




______________Milli Kitabxana_______________

Mədəd gözləri yumulu oxuyurdu:

Aşkar olammadım, bətnimdə qaldım,

Bətnimdə qocaldım, bətnimdə öldüm,

O gündən də "vəhy" – EvEydən Ün aldım,

"Mən yoxam" qışqıran haraya döndüm!

Mədəd gözlərini açıb, əmisinin göz yaşlarını görüb qəhərləndi:

- Dəli Səməd də ağlıyarmış!..

Mənim  şerim  deyil  bu  oxuduğum.  "Yoxa  çıxan"  mən  deyiləm,  başqa  bir

bədbəxtdi - Gizlin şair Muğannadı. Əbədilyini bilə-bilə ağlayır! Niyə, əmi?

Qulaq as!

Əmirli  mülkündən  kənarda,  sənin təzə-təzə istəklin  olanda  öldürülmüş  o

mələk  Torksindən  yadigar  oğlundan  başqa  hələ bilən  yoxdu  ki,  toylarda  nə

veriblərsə,  son  qəpiyinə qədər  qızıla,  brilyanta  çevirib  o  mülkün  bir  də yalnız

OdAğÜzə məlum yerində saxlayıram ki, sənin ölümündən sonra oğlun Səminin

olsun.  Səndən  ayrılmıyacam,  OdAğÜzə sənnən  bir  yerdə gedəcəm. Əmma  mən

də ağlayıram!

İçi  yanan,  bətnində qocalan,  bətnində ölən  tək  o  Gizlindimi, əbədimiz  Ulu

Bağ ƏsƏlMən BağSar AğEy - "Musa ağa" ilə Şeyx Məhəmməd Əmir, Şeyx Əli

ilə, Ələskərdimi, Ağ Əmirlə Boz Əmirdimi?!  Mədəd Əmirlidimi,  Sultan

Əmirlidimi,  Xızr  Abıdımı,  Çürük  Aşıqdımı?!  "Pyamska  şair"  damğah  Şövkət

Tahir


-

Şöşüdümü?!.  Saysız-hesabsız,  biri-birindən  bədbəxt  "Muğ"lar,

"Muğanna"lar  da  bətndə qocalıb,  bətndə ölürlərsə,  axırı əbədiyyət olan  bu

"ölüm" - ölümsüzlük niyə ağladır bizi?!

Bu sualın cavabında dəstan başlayıram. Elə bir dəstan ki, bu tüstülü-dumanlı,

"Badamlı"lı,  "Marlbora"lı  dünyamızın  dumanını  dağıdacaq,  bir  nəfərdən -

Xəlvətdən başqa hamını Dəli eləyəcək.

Sən  hələ tanımırsan məni, əmi.  Ağlım,  şüurum,  dərrakəm  açılıb  töküləcək

ovcuyun içinə, o əlindəki zəhər kimi yox, o termosdakı "dirilik suyu" kimi yox,

sözün həqiqi mənasında dirilik suyu kimi, İskəndər Ruminin tapa bilmədiyi "su"

- Elm  kimi  içəcəksən  mənim  ağlımı,  şüurumu, dərrakəmi...  Nəinki  sən,  yetmiş

səkkizinci ilin yayında dəhşətli sənədi oxuduğum gündən bu vaxta qədər hər gün

sazıma, sözümə-özümə qulaq asan anam Gülgəz də tanımır məni... Sağ divarında

xalça ilə üç sazdan, döşəmədə bir zilidən, üç dost yorğan-döşəkdən və kitab




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə