______________Milli Kitabxana_______________
İndi şərhinə qulaq as.
Başımıza nələr gəlib? O kağız niyə yazılıb? Niyə bu kokə düşmüşük?
Hamısını danışacam. Qıyma-qıyma...
Azdan-çoxdan
adamlığınız
qalıbsa,
bir
tikə
çörək
verin
mənə.
"Badamlı"nızdan da verin... Vaxt vardı, içməmiş dəm gəzərdim. "Pəh-pəh"
mahnısı oxuyardım. "Pəh-pəh, nə gözəl, nə qəşəng, səfalı illər! İnsan uzun zaman
belə yaşamaq istər..." Stalinin, Mirqəzəbin kütləvi qırğınlar partiyasının
çiçəkləndiyi Bezobraziye illərində lap ürəkdən oxuyurdum mən bu "Pəh-pəhi!"
Çünki doğrudan da heyvanıydım. Təmizürəkli, hər şeyə inanan başı boş
heyvan!.. Hissə qapılanda çirmənib cəmaatın tualetini təmiziəmək istəyirdim.
Sonra
ayıldım
gordüm
vualetlərin
murdariığı
adamların
özlərinin
murdarlığındandı!
Mən də içəcəm bu gecə. Çünki mən də sizin tayınızam. Öz heyvanlığımnan,
murdarlığımnan, qatilliyimnən bərabər, sizin heyvanlığınızı, murdarlığınızı,
qatilliyinizi də açıb tökəcəm ortalığa, müqayisə eləyin görək cahillikdə siz ağır
gələrsiniz, ya tək mən! Cəmi Muğannalaria birlikdə mən də sozün əsil
mənasında cahiləm ki, cəhalət mücəssəmələrinə Elm verməyə həsr eləmişəm
ömrümü. Günü bu gün hərənizin bir qatilliyini açım, əvəzində çox yox, mincə
"Dollar" alım, gedim o dal otaqda prokuror Sayılovnan da alver eləyim,
kənardan baxın mənə, özünüzü görün!
Bir azacıq düşünün, o Kalaşnikovları niyə veriblər sizə, o güllələrin tökdüyü
qan kimin qanıdı?. O yaşda dümağ saçlı adam, gör nə demisən o Sudüşəndə:
"Mədəd xadımdı, Mariya - Məryəm ana da o biri Məryəm ana təki işıqnan
hamilə olub, ha-ha-ha!" Tfu sənin ağ saçına, Rəhim kişi! "Əxlaqsız" damğası
vurmadığınız Əmirli qalmayıb. Bir də tfü sizin üzünüzə!
Pavilyonda stullar taraqqa-taraq saldı - çaxnaşma oldu.
Bu dəfə zalın aşağı küncündən, torbaların arasından kiminsə xırıltılı səsi
Səmədin hələ də beynindən getməyib aramsız "Danış, danış" deyən səsə qarışdı:
-
Cahilliyimiz də aydındı, qatilliyimiz də! Qəhbəliyimiz də! Başqa cür
danışılmalıdı burda! Sən pis danışırsan.
Mədəd idi. Dik atıldı.
-
Danışmıyacaqsan!.. Bunlara ayrı söz lazımdı. Mən deyərəm o sözü? -
dedi.
______________Milli Kitabxana_______________
* * *
"Dnevnoy" işıqların cərgəsi altında qaynayan tüstü-duman içində qaz
"peç"inə yaxınlaşdı, pencəyinin döş cibindən kağızı çıxarıb, aşağıdan -
"truba"nın dibindən alova atdı. Dikəlib, zalın yuxarısına - çayxana küncünə
baxdı.
- Niyə yandırdım?.. Səbəbini sonra biləcəksən, əmi.. Atamı nə vaxt, necə,
hansı şəraitdə
öldürdüyünü mənim dilimdən eşidəndə... Mən anamın
bətnindəydim onda. Əmma o şəraiti bütün incəliklərinə qədər görürəm. Bu
dəqiqə səni, bu neon lampalarını, bu tüstünü necə görürəm, o şəraiti də elə
görürəm indi. Deyilib bu bədbəxt Varisə... İndiki kimi o vaxt da başın dumanlı
olub sənin. Boş yox, dumanlı. Çox şeydən xəbərin yoxdu, ey adı SafAğ Alim
olan, ən yetkin vaxtında birdən-birə Ünsiz qalan yazıq. Daha heç nə deyilmir
sənə. Ürəyində, beynində, ruhunda necə təbəddülatlar var, hamısını görürəm.
Başqasının ürəyini, beynini göstərməkdə məqsədi nədi OdAğÜzün? Çox təəssüf
ki, təzyiq yoxdu qanunlarında. Yoxsa atamı öldürdüyün dəqiqə orda öldürərdilər
səni, otuz dörd ilin işgəncəsindən xilas olardm. Mən isə dünyaya gəlməzdim...
Atam da, sən də çalışmısınız ki, ana bətnində ikən məhv olmayım mən. Halbuki,
hər ikimiz üçün, hətta anam üçün də xoşbəxtlik olardı dünyaya gəlməsəydim.
Abı deyir bu iki mininci il ərəfəsində bircə nəfər Bağın da Yerdə xalq
arasında yaşaması saysız-hesabsız insanın kamilləşməsi, OdƏrləşməsi, əbədi
həyat qazanması deməkdi. Başqa sözlə, nə sənin ölüb işgəncələrdən xilas
olmağını istəyir Abı, nə də mənim. Çox iş görürsünüz deyir, bəxtəvərsiniz deyir!
Danışım, görək necə "bəxtəvər"lərik!
Əvvəlcə kağız barədə.
Bu kağızı mən bir dəfə on il bundan əvvəl - yetmiş səkkizinci ilin yayında,
sonra Bakıda qayım-qayım oturub, məni veteranlar cəmiyyətində Qılınc
Qurbanın arxivindən zorla çıxartdırıb, universitetə qəbula çağırdığın vaxtlar
oxumuşam. Qarlayıb qoymuşam öz yerinə, atamın sovxasının cibinə. Hələ o vaxt
sənin qanını içməyə hazırıydım, əmi.
İkinci dəfə kağızı dörd ay bundan qabaq oxudum, "doxsan illik-filan hamısı
düşmən qurğusudu" dediyin gün. Anamın yanına gedirdim o gün babamın
xarabasına gedirdim.
Bir adam çıxdı ordan.
Kitel əlində, həyətdə dayandı, mənə baxdı, kiteli kəndirdən asdı, dedi
______________Milli Kitabxana_______________
-
Sultan Əmirlinin sovxasıdı bu. Yetmiş səkkizinci ilin yayında
Gülənoğlu Molla Gülən gətirib bu həyətdə sənə göstərib, sonra anana verib ki,
anan hər il bu vədə arvadları yığsın, sovxanı ortalığa qoyub ağlaşma qursun.
Ağlamaq istəməyib anam:
-
Sultan Əmirli ölməyib - deyib, kiteli boxçaya büküb sandığa qoyub.
Əmma o adam deyib:
-
Sandığa basılası sovxalardan deyil bu. Mənə də dedi bunu:
-
Göz qabağında olmalıdı bu sovxa, qadası. Çünki o kişinin ölümünün əsl
səbəbini açmaqdan ötrü əşyayi-dəlildi, cibində sənəd var. İyirmi beş il türmədə,
doqquz il də müxtəlif şəhərlərdə, düz otuz dörd il Azərbaycandan uzaqlarda mən
həmişə bu sənəd barədə fikirləşmişəm, qadası. Çünki uzaqgörən adamdı bu
Çaxçux Xalıq, bugünkü günü görürdü. Get öz köhnə saz-söz ustadlarm Çürük
Aşıqnan Xızr Abını çağır. Gəl-sinlər əvvəlcə onlar oxusunlar bu sonədi. Çünki
belə lazımdı, qadası. Sənədi oxutdurandan sonra xahiş e)ə, köhno bir bayatı
oxusunlar.
Burdan bir atlı getdi,
Atın oynatdı getdi,
Gün kimi şəfəq saçdı,
Ay kimi batdı getdi.
Deyirdi, gülürdü Çax-çux. O vaxtacan görməmişdim onu. Əmma "çax-çux"
deyildiyini də bilirdim, təhər-tövrünü də. Qara, uzun ada-mıydı. Qəsdən
soruşdum:
-
Kimsən, niyə belə danışırsan mənnən?
Dedi:
-
Çax-çux Xalıq deyərlər mənə, qadası. İndi "çik-çik deyirlər.
Tapançaya güilə qoymusanmı heç ömründə? Qoyub üstdən basvrsan
barmağınnan, "çik" eloyir! Elə ki, yolumu kosən oldu, onda ayrı cür çıxır
səsi. Hələlik "çik-çik" eləmişəm burda. Ho..."
Bayatısını bir də dedi, rədd oldu getdi. Mən qayıtdım, xarabalıqda yenidən
"Əmirli mülkü" adlandırılan evdən Abıynan Çürüyü çağırdım. Apardım ora -
babam Əlləzoğlunun xarabasına. Bayatı-zad oxutdurmadım, əlbəttə. Dərhal başa
düşmüşdüm ki, atamdı "Ay kimi batıb gedən". Xalıq Qudalov bayatım da
intiqam niyyətiynən oxuyur. Yol kəsir, maşın əzdirir, adam döydürür, "yaxşı-
yaxşı məsləhətlər verir". Əmma sən onun adını çəkmirsən burda. Bu "Milli
birliy"ə də "çik-çik" deyir o!
Sən, yoldaş çekist günü bu gün tutdura bilərsən bunların hamısını. Çünki hələ
dövlət var Bakıda. Sən də sayılırsan orda. Əmma onu da bilirsən ki, ordakı
dövlət burda yoxdu daha.
Dostları ilə paylaş: |