İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə158/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   154   155   156   157   158   159   160   161   ...   180

______________Milli Kitabxana_______________

birisi  Varisə yaxşı-yaxşı  başa  sal  sən  öz  qatilliyini!  Mirqəzəbin  məhkəməsində

oturduğu  yerdəcə keçinibsə,  keçinənə qədər  niyə yazıb  o  ittihamnaməni?

Bloknotdan  cırıb,  kamal-səliqəynən  qatlayıb  qoyub  kitelin  döş  cibinə!  Niyə?!

Mən  hardan  bilirəm  sizin  bu  sirlərinizi?  Bunu  da  yaxşı-yaxşı,  qıyma-qıyma

danış, cəmaat bilsin kimdi bu Xəlvət! Çünki Xəlvətin kim olduğunu bilən yoxdu

burda!

Məhkəmə qurmuşam.  Düz  deyirsən  ki,  bu  yaşımda  kursa  apardılar  məni,



məlumatlandırdılar ki, millətimizin qəddar düşmənlərisiniz siz Türk deyilənlərin

hamısı!  Türkiyə dediyiniz  yerdə də qırılacaqsınız!..  Niyə?  Demərəm,  onu  sənə.

Belə danışmıyacam ey, bala! Əmin gorba-gornan bir yerdə cəmi gorbagorlarınızı

qəbirdən çıxardıb iççalatlarını göstərəcəm bu cəmaata!

Danış!  Qəhbə nəsil  hara,  Allah,  Peyğəmbər  hara?!  Bütün  Azərbaycana

yayılacaq  sizin əxlaqınız,  fırıldaq  elminiz!..  Odu  bax,  istəkli yetimnən  Dəli

Mədəd bizim afisiantın qarnını gör necə dombaldıb! Tüpürüm sizin namusunuza,

qeyrətinizə, adı SafAğ, özü əfsanə elminizə!

Müdafiə elə özünü görək necə eliyəcəksən!

Pavilyona  sükut  çökmüşdü.  Qazla  qaynayan  samovarın  "truba"sından

püskürən  alovun  gurultusu  qaz  "peç"inin  gurultusuna  qarışırdı.  Cəmaat  şüşə

divarlar  uzunu  sıxlaşıb,  mat-məəttəl,  gah  zalın  yuxarısına  boylanırdı,  gah

aşağısına.

İki düşməndən biri ayaq üstəcə göz görəsi keçinirdi: gicgahlarının damarları

şişib göyərmişdi. İkincisi qan içində, qara dəri kresloda, çirməkli qolunu dizinin

üstünə qoymuşdu.  Çünki  Sestra  zorba şprislə Sudüşən cavanlarından  qan  alıb

Xəlvətin venasına yeridirdi.

Düşmənliyin  kökləri əsrlərin  uzaqlığında,  kamillik  yolunda  Saf-Ağlarla  İlan

arasında idi, düşmənliyin dəvamı isə, İlanın "konsperativ" - gizlin ordusundan bir

qismi ilə SafAğ Elminə dair  kitablar, şeirlər  yaydıqlarına  görə daha  heç  kəsdən

gizlənməyə səy  göstərməyən  Muğannalardan  bir  qismi  arasında  idi;  Bakıda,

Akademiyada  başlanmış,  sonra  dindarlarla  SafAğ  ziyalılarının  arasında  idi  və

hələlik,  "Qudalı  gədələri",  "Gizlinlər"  adlandırılan, əslində isə həqiqi  adı  hələ

açılmamış  "Boz  qurd"  təşkilatı  ilə idarə edilirdi.  Üçpara  kənddə və rayon

mərkəzində bu  "konsperativ"  mübarizədən  xəbəri  olanlar  "dal  otağ"ın qapısını

taybatay açıq qoyub, hədsiz maraqla, nəfəslərini qısıb, pavilyonda işin sonrasını

gözləyirdilər.  Çarpışmanın  miqyasını  və ümumiyyətlə nə baş  verdiyini

bilməyənlər  isə,  heyrət  içində boylanırdılar.  Qaz  gurultularından  başqa,  bir  də

Xızr Abının yalvarışı eşidildi:



______________Milli Kitabxana_______________

- İç... iç, gözümün işığı!.. Bu dörd ayda hər gün özümnən gətirib aparmışam

dərmənini  bu  xarabaya.  Yolunu  gözləmişəm.  Bilirdim  dözəmmiyəcəksən  bu

müsibətə.  İç,  dözümlü  ol...  Qırx  altıncı ildə Sultannan  Mədədi  də bunnan

sağaltdım  mən. Getdilər  Naxçıvanda,  Culfa  yolunun  üstündə KQB-nin

dırnağından qopartdılar "Vərəsə"mizi. Bu qansız oğlu qansız Xəlvətin özünü də

bunnan  saxlamışam. Əbləh  oldum,  mümkün  qədər  Elm  verdim,  dedim  bəlkə

adam olar ilan. Neynəyim mən bədbəxt?! Elmdən başqa nədi şüarımız?! Bir vaxt

vardı,  "Günəş"  Pünhanımız

1

qaçaqlara  tüfəng  paylatdırdı.  O  tayda  Səttarxan



qalxdı,  bu  tayda  Dəli  Alı,  Nəbi,  Kərəm, ƏlƏs  qalxdılar.  Nə oldu  axırı?!

"Günəş"ləriiz  az  qalırdı  başını  divara  döysün.  Çünki  OdAğÜzdən  Ün  döyürdü

bədbəxtimizi:  "Atlanın,  qırılın!  Sizdən  Elm  yayan ölməz!  Atlanın,  qırılın!

Yaramazlar!.."  Hər  gün  belə sözlər  eşidirdi,  yazırdı,  göndərirdi.  AdıPünhan

Ələskərə, Ələskər göndərirdi Dəli Alıya. Alı da belində patrondaşıynan çiynində

tüfənginə, sonra da "Günəş"in kağızına işarə eləyib deyirdi: "Bu nədi, bu nədi?!"

Atlandırırdı  qaçaqlarını,  yəhərdə başını sallayıb  ağlayırdı.  Beləyik  biz.

Neyniyək?!

İç,  toxta.  Otur,  dincəl.  Söz  çoxdu,  tələsmə.  Təntimə.  O  mərd  Səmədi  sal

yadına.  Sınma!  Sınmayıbsan.  Sınmazsan  sən.  İç!  Otur!  Dincəl,  gözümün  işığı!

Danışacaqsan... Danışacaqsan...

Səməd  heç  nə görmürdü.  Zülmət  içində,  ağrıdan  kütləşmiş  beynində üç

kəlmə fırlanırdı: "Mədəd, yaxın gəl... Mədəd, yaxın gəl..." Hiss edirdi, anlayırdı

ki, Mədəd də xəstədir. O dəhşətli sənədin, o sualların pəncəsində boğulub üzülür.

Əgər indi,  məhz bu dəqiqələrdə sualların  heç olmasa bir qisminə cavab almasa,

əmisinə


az-çox  inanmasa,  o  ot  torbasını  elə

heybətli  nifrətlə

ağaca

döyəcləməyindən də betər  işlər törədəcək və tamam sınıb,  sözün əsl  mənasında



boğulub,  babası  Şeyx  Məhəmməd Əmirdən  qalan  bu  irsi  xəstəliyinin  qurbanı

olacaq... Bir əli Çürüyün, o biri əli Abının çiynindən üzüldüyü, yıxıldığı anda da

Səməd "Yaxın gəl, yaxın gəl" deyirdi.

Abının "dirilik  suyu" - YemSən  ömrünün  sonunda  Sultan Əmirliyə kömək

eləmədiyi kimi, Səmədə də kömək eləmədi: qocalar suyu zorla içirdəndən sonra

da "Yaxın gəl" sözləri dillə dişin arasından çıxmadı.

Yıxılanda  Səməd  boynunun  ocaq  istiliyində kiminsə soyuq,  çirişli əlinin

təmasını hiss etdi, qulağının dibində Xəlvətin qışqırtısını eşitdi:

Keçmiş  Qazax  qozasının  Padşahlıq kəndində gizlin  AdıPünhan Musa Muğannalardan biri,  məşhur

Musa ağanın oğlu Dəli Hüseyn. Şıxlı kəndinə köcənlər Dəli Hüseynlor adlanırlar.




______________Milli Kitabxana_______________

-

Nə qaxılıbsan  o  tabretkıya,  heyvan  oğlu  heyvan!  Mən  yox,  bu cavab



verməlidi  o  suallara.  Ölsə,  bunnan  qəbirə gedəcək  sualların  cavabları.  O  qədər

ittihamın  altından  necə çıxacaqsan?!  Qanırsan?!  Bir kəlmə də demiyəcəm  mən

sənə.  Ömrün  boyu qayrııya-qayrııya  qalacaqsan  öz  içində.  Üzü  qaralır,  qan

almalıyıq bundan. Qalx! Bura gəl!

Sizin dərdinizi də yaxşı bilirəm mən, dərməninizi də. Al bu bıçağı,

Mənim  qanıma  qarışdır əmiyin  qanını.  Xalıq  deyil  Mədəd Əmirlinin qatili,

Sultan Əmirlidi!  Öz  dilinnən  deyəcək  bu.  Eşidirsən?!  Öz  doğmaca qardaşı

öldürüb Mədədi! Bu Erməni əhvalatı o vaxtdan qaynayırdı, Sultan katalikosların

Türk əleyhinə məktublarını  gizlədib  "Qardaşıma  göndərmişəm"  deməsəydi,

kimin  nə işi  olardı Mədədnən?!  Sultanı  da  bax bu  öldürüb! Öz  dilinnən  dedi,

genə deyəcək! Al bu bıçağı, əmgəyini cız!

Qatılaşıb qanı. Qan almasaq dirilmiyəcək! Qanırsanmı, a heyvan?!

Zülmət içində taqqıltı, gurultu başlandı.

Əcaib  vəziyyət əmələ gəlmişdi.  Cəmaat  geridən  Xəlvəti  təpikləyən  Mədədi

sürüyüb aralamağa çalışırdı. Xəlvət isə döşəmədə Səmədin başını qucağına alıb,

əmgəyini bıçaqla cıza-cıza, dərini sıxa-sıxa damcı-damcı qan çıxarırdı.

Səməd  gözlərini  açanda  Xəlvət  həmin  yerdə,  qaz  "peç"inin  yanında  həmin

qara dəri kresloda oturmuşdu.

Gülənoğlu  ortalığa  düşüb,  qat-qarışıq  stolları,  stulları  düzəldə-düzəldə,

çaxnaşan cəmaatı sakitləşdirirdi:

-

Oturun, ay ağsaqqallar, ay qarasaqqallar! Görmürsünüzmü, dünya uçub,



altında qalmışıq! Eşitmək lazımdı, baş açmaq lazımdı! Xarici, əcnəbi deyilənlər

Erməni - Türk  davası  qızışdırır  genə.  Bakıdakı  Ermənilər,  deyirlər,  köçüb

gediblər. Mən bilirəm, burda kökü Erməni Gülənuşağının başında çatdıyacaq hər

şey. Aman verin özünə gəlsin, danışsın, məlum olsun hər şey!.. Oturun, oturun!

"Dnevnoy"  işıqda  yağlı,  qara  üzü  işıldayan bu  nəhəng  qoca - Gülənoğlu  da

Xəlvətin "əsir"lərindən - "agentura"dandı.

Gülənoğlunun ətrafında eynilə "Qudalı gədələri" kimi, yoğun-yoğun, Gülənli

cavanları fırlanırdılar.  Nuru  müəllim - Çoban  Nuru  ilə birlikdə çöllərdə ocaq

qaladıqları,  "külləmə"  kababla çaxır  içdikləri  günlərdə azdan-çoxdan  Elm

öyrəndiklərinə baxmayaraq bu cavanlar da Xəlvətin "əsir"lərindəndi.

Çürüklə Abının,  Şöşünün  sağ-solunda  qəlyan  dolduran,  "trubka"  tüstülədən

ahıllar - Qonaqlının,  Qurbanlının,  Tahirlinin  "Qəlyanlı qocalan"  da  Xəlvətin

"əsir"ləri idilər, burda – Şüşəlidə "əldən-ayaqdan



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə