İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə166/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   162   163   164   165   166   167   168   169   ...   180

______________Milli Kitabxana_______________

Niyə


dillənmirsiniz,  ay

əclaflar?!  Niyə

hücum  çəkmirsiniz,  niyə

öldürmürsünüz  məni?!  Qudalı  məhləsinə o  qədər  alverçi  Rus  qızı  hardan,  necə,

nə üçün  dolub,  cənab  Kapital?!  Çax-çux - Çik-çikinizin  bir  ayağı  xaricdədi.

Kişmiş  daşımır  daha!  "İmportnı  tovar"dan-zaddan  da əl  çəkib.  Kaset  daşıyır:

"Avropa  mədəniyyəti!"  kino  kasetxanaları  açıb  Bakının  küçə "perexod"larının

künc-bucağında!  Öpüş!  Mini  yubka!  Anaşa!  Nədən  ötrüdü  bu,  cənab  Kapital?!

Yalnız  Dollar  yığmaq  üçün?  Yoxsa,  bu  bədbəxt,  nadan  xalqı  tamam

qəhbələşdirmək  üçün?!  Cavab  ver:  o  miniyubka  oyunu  oynayan  cavanlar  güllə

qabağına,  vətən  qorumağa  gedərlərmi?!  Budur  bax  Çax-çux - Çik-çik - casus

oyunu! Özü üçün çax-çux eləyir, millət üçün çik-çik!

Kişmişlə başlayan o qəşəng oyun hara gəldi çıxdı?!

Oturun, köpəyuşağı! Yumruq davaları qurtarıb. Sözə qulaq asın.

"Əllərin  görüşünə",  "Dizlərin  görüşünə",  "Ayaqların görüşünə",  "Saçların

görüşünə" 

göz 

yumanları 



çoxdan 

tanıyırlar 

fatehlər! 

Astaca-astaca,

"diskoteka"dan-zaddan başladılar, cavanlarınızın beyninə əl uzadıblar! İndi, odur

Laçının meşələrin yolublar!

Soruşa  bilərsiniz,  neyniyək  indi,  qəfəsəmi  salaq  balalarımızı?!  Oğlanlı-qızlı,

saqqala,  çadrayamı  bürüyək,  Xomeyni  kimi?  İnsan  neyləməlidi,  hara  cəhənnəm

olmalıdı  ki,  göz  gözə baxmasın, əl ələ,  diz  dizə,  ayaq  ayağa  toxunmasın?!

Mümkündümü?

Deyəcəksiniz  mümkün  deyil,  "diskoteka"da  olmalıdı,  o  birisi  də.

Oxumuşlarınızın 

cavabı 

daha 


güclüdü: 

"Fizioloji 

ehtiyacın 

qarşısını

almaqolmaz!"

Bəs bu nə söhbətdi mən başlamışam? Əmirlilərin, Qudalıların, Əlləzoğlunun

əziz-ərköyün balalarını, sizi, əmimi, anamı, özümü niyə təhqir edirəm?!

Cavabım sadədir.

Qalxın bircəciyiniz başa salın məni görüm insan insana niyə əl verir?..

Sükut oldu. Sonra orda-burda pıqqıldaşdılar:

-

Bay! Bu nə deyir, o?!



-

Necə yəni "niyə əl verir?!" Mədəd təzənəni simlərə çəkdi:

-

Səlam,  privet,  zdrastvuy!  Bu,  deyək  aydındı.  Bəs,  qızın,  gəlinin əlini



öpmək  nədi,  ey  Rus?  Qəhbəliyə pillə deyilmi  qadının əlini ələ almaq?!  İsticə,

ilıqca,  yumşaqca əl!  Sonra?!  Sən  babayın əlini  öpərdin, gözüyün  üstünə

qoyardın, ay Qonaqlı, Tahirli, Qurbanlı. İndi niyə belə dadanmısınız bu Nadyalı,

Katyalı Şüşəliyə? İncə bilək, zərif əl öpmək




______________Milli Kitabxana_______________

nə böyük  qəbahət  imiş!  Qəbahət  deyilsə bəs  niyə gizlədiyiniz  arvad

uşaqlarınızdan?!  Həmişə,  hər  yerdə,  hər  saat,  hər  dəqiqə gizlətdiyiniz  nədi  bu?

Zibilə dönən ürəkləriniz deyilmi?!

Hardandı  sizdə bu?!  Nə vaxtdandı  bu  dərəcədə aydın  ikiüzlülük?!  Qədim

şeydi?  Xeyr! İndi  ayrı  cür  deyirəm:  o  vaxtdandı  ki,  "Assuriya" -"Suriya"

adlandırılan,  qanla  qidalanan təhriflər  ölkəsinin  ÜnEv  ikən  "Ninevi"ya"ya

çevrilmiş  paytaxtından  Bağday ərazisinə vəhşilər  doluşub  sizi  Elminizdən,

Oddan - həqiqətdən  ayırıb  özlərinin  şüurdan  ayrılmış  ehtiras  vərdişlərinə

alışdırdılar,  məhz  o  vaxt  ayrıldım  mən  siz  "ins"lərdən. Əbədi  ÜnƏs,  SafAğ

İnsan, 

Bağ, 


OdƏr 

adından 


danışıram! 

Dərk 


eləyirsinizmi 

ayrılıq


bədbəxtliyinizi?!  Məndən  yox,  BağÜndən

-"beyin"dən  ayrılmısınız,  ey

BağÜnsüz  bədbəxtlər!  Odur  ki,  heç  kəsin  tanımadığı  EyƏr - "Yer"  Bağı  haray

təpir:


"Yan bu Oda, yox ol qurtar, ey Təhrif, Bəlkə onda "haray" ƏrEye döndü!"

"Haray"sınız  hamınız,  ey  Təhriflər.  Öz  haqqınızda  həqiqəti  bilə-bilə,  duya-

duya,  düz  yaşamadığınızı əməlli-başlı  dərk  edib  bətninizdə haray  təpirsiniz;

zənən  budunun  tərpənişindəncə titrəşir  xəstələndirilmiş  hüceyrələriniz,  haray

təpirlər  ki,  "neyniyək,  nə təhər  olaq  ki,  belə abırsızlıqla  fırlanıb  zənənin  dalına

baxmıyaq?!"  Bizə niyə bu  qədər  ləyaqətsizik?!  Yaxşıca  dərk  edə-edə ki,  belə

olmaz, niyə ailələrə soxuluruq, insanın məhəbbət adlanan uca hissini tapdalaya-

tapdalaya,  evimizə murdar  heyvan  təki  qayıdırıq?!  Müqəddəs  OdƏr - Həqiqət

İşığı  irsiyyətini  beləcə dərk edə-edə,  hələ ana  bətnində balalarımızın  qanını  it

qanına çeviririk.

Tərpənişməyin! Çaxnaşmayın! İş-işdən keçib, ay bədbəxtlər!

Fateh gəlir, səninkiləri murdarlayır! Sən də üstəlik murdarlayırsan!

Neyləsin indi,  hara cəhənnəm olsun Bağından, Elmindən, şüurundan ayrılan

bədbəxt?!

İndiki  halda,  hələlik  "ürək"  adlı  cəhənnəminizə vasil  olmalısınız!  Çiyinləri

Kalaşnikovlu, cibləri Dollarlı, əlləri əllərdə, dizləri dizlərdə olan bədbəxtlərinizin

ehtiraslarını boğmalısınız!

Bəli,  şüurlu  hasar  çəkilməlidir  fatehliyə,  qəhbəliyə!  Çax-çux  Xalıqın  fateh

əskəri  olduğunu  vaxtında  dərk  eləyib,  qabağına  hasar  çəkməlisiniz!  Bayaq

çinarın gövdəsinə döyəclədiyim cənab Kapital da fateh əsgəridir! Bəli! Yəni heç

ağlınıza gəlmirmi düşmən niyə bu qədər səxavətli olub,



______________Milli Kitabxana_______________

sizi  niyə belə varlandırır,  cismani  mədəniyyətlərinə, əxlaqi  səxavətlərinə görə

Şimalın  o  qarlı-çovğunlu  Maqadan  şəhərinə sürülən  "məlakələri"  niyə sizin

qucağınıza atır?!

Mən  məcburam  təhqiramiz  danışım. Əmma, əslində,  ağır  təhqirlə yox,

özümüz  özümüzə sakitcə deməliyik:  saçım  Gülgəzin  saçına  toxunanda  başa

düşdüm ki, Gülgəzi sevirəm, Gülbənizi yox. Buna görə də Çax-çuxun qızına göz

vurmamalıyam,  Məsimin  nişanlısının ətəyindən  kişmiş  yeməməliyəm... Əlimin,

ayağımın,  dodağımın,  dizimin  və sairəmin  mənə dediyi  sözü  qanmıramsa,

eşşəklə mənim fərqim nədir?!

Diksinmə, əmi!

Atam  sənə söz  öyrətməli  imiş.  Sən  saz - ƏsAğÜz  sehrindən  uzaq  olmusan,

dərk etməmisən ki, insan Eşqdən yaranır! Murdarlıq olan yerdə Eşq ölür, demək

insan da yaşaya-yaşaya, ayaq üstəcə ölür!

Nə Alim  Səməd Əmirli  var  burda,  nə də ağsaqqal  Qudalı  Rəhim.  Necə

yaşadığını, nə üçün  yaşadığını, kimi, necə öldürdüyünü bilmiyən on  yeddi  yaşlı

Bircə bala - Səməd bala var! Kapitalı nə üçün yığdığını, millətinin içinə terrorçu

dəstələr doldurub, səni, məni nə üçün öldürdüyünü bilmiyən bir torba ot var! Bir

torba ətin  qız  nəvələrinin  altmışca  nəfər  yoğun-yoğun,  kırbıd-kırbıd  kürəkən

balalar - bəlalar,  var  ki,  "göy"  (uca) əvəzinə "kür əkən" - "OdƏr əkən"  deyib

hırıldaşmaqdan həzz alırlar: "Moskvaya nəyə gedirsən?" "Kür əkməyə!.."

Murdarlıq  şəhərində OdƏr əkilmir,  ey  murdar  "əkinçilər!"  "Göy" -OdEy

sözündəndi,  Uca  Həqiqət  deməkdir.  OdEylikdən  düşüb,  murdarlıq  bataqlığında

batmısınız, ey "kür", "torun" - "torum" bədbəxtlər!

Mədəd təzənəni simlərə çəkdi və özü də bilmədən, lap ağır yüklü, dordələmli

"Baş divaniyə" qayıtdı:

Təhrifin ehtirası şiri-nər pəncəsidir,

Parçalayar-dağıdar, bir kimsəyo rəhm eləməz!

Xəzinəni gizlin saxla, yoxsa qamarlayar udar,

Sənə qismət qalırmı, belə şeyi fəhm eləmez!

Qəzəbin Od vulkanı oyanıb püskürəndə

Tezcə yazıqlaşar Tohrif, burda da səhv eləməz.

Ey yazıq Saf Gizlinim, bəs deyilmi Saf,

Saf dedin, Demirlərmi Yerdə Saflıq hec bir kəsə nəf eləməz!




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə