İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə167/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   163   164   165   166   167   168   169   170   ...   180

______________Milli Kitabxana_______________

* * *


Dəstanı dinləyin.

Əmirli  yeniyetməsi  Səmədin  ömrünün ən  xoşbəxt  günləri  idi.  Ekspeditor

Xalıqın rəsmi "faktura" ilə mal payladığı və qeyri-rəsmi "çax-çux" - alver elədiyi

üç-para kənddə, o cümlədən Qonaqlıda heç kəs bilmirdi ki, Arazın bu tayı ilə o

tayının, Sovet Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında sərhəddin açıldığı

gündən, beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün deyil,

bu  get-gəl  agent  get-gəlidi,  vaxtilə öldürülmüş  Bağlarla - Ağ Əmir,  Boz  Əmir

Muğannalarla əlaqədardır. Məlum olan ancaq bu idi  ki, palıd kötüyünün  üstünə

tərəzi  daşları düzüləndən  sonra  Çax-çux  yenə "Əmirlilərin  şeyx  qardaşları  Ağ

Əmirlə Boz Əmir"dən,  ya  da  onlardan  qalan  oğul-uşaqdan,  mülklərdən,  var-

dövlətdən  danışacaq  və cəmaatı  asta-asta  başa salacaq  ki,  bu  qara,  uzunhoqqar

Çax-çux,  bu  daş-tərəzi  adamı  Mirqəzəbin  adamıdı,  vaxtı  çatanda  bu  taydakı

Əmirliləri də qətlə çatdıracaq.

Kişmiş almağa yığışanlar bax bu söhbəti eşitməyə yığışırdılar, əmi.

Səməd bala isə öz aləmində idi. Hətta o günlərin ən ciddi hadisələri - o tayda

Azərbaycan Demokrat firqəsinin  məğlubiyyəti, "Şahın bizimkiləri topa tutması"

və Azərbaycan  Milli  Hökumətinin  yıxılması  da  o  gur  saçlı,  möhkəm  bədənli,

"əziz-ərköyün sədr oğlunun" gur hissiyatla dolu "torum"una mane olmurdu.

Üz-gözünü turşutma, ey oxlaq mücəssoməsi əmi!

On yeddi yaş heç də az yaş deyil. Səni kişmiş oyununa bağlayan mühitdə az-

çox ayıq olsaydın, görərdin ki, gecələr çarpayında şirin röyalar içində eşələndiyin

vaxtlar oraya - Əmirli mülkünə işıqları söndürülmüş "Emadin" maşınları gəlirdi.

Məhərrəm  Məhərrəmov,  Saşa  Babayev,  Mir  Cəfər  Pişəvəri,  Sultan Əmirli,

Mədəd Əmirli,  Xızr  Abı,  Çürük  Aşıq, Ələskər  müəllimin  və sair  bədbəxtlər,

onluq  lampanın  piltəsini  aşağı  çəkib,  samovarın  dövrəsində baş-başa  verib,

planet  miqyasında  baş  verən  böyük  gizlin  bədbəxtliklər  barədə danışırdılar:

prezident  Ruzvelt  heç  də öz əcəli  ilə ölməyib;  Amerika,  Böyük  Britaniya,

Sovetlər 

İttifaqı 

adlarında 

bir-birinə

düşmən 


"müttəfiqlər"in 

Tehran


müşavirəsində,  Stalinin  iqamətgahında  zəhər  verilib  Ruzveltə ki,  o  tay-bu  tay

Azərbaycanın  birləşdirilməsi - "Midiya"nın  bərpası  baş  tutmasın.  Bəli,  EvƏrEy

OdƏri idi. O nur Ruzvelt və Bağdayı - qədim ana  yurdunu təzə yurdu  Amerika

qədər  sevirdi  və bilirdi  ki,  Bağdayın  bərpası  yalnız  Ev-ƏrEyi  OdƏrlərin  yox,

bütün OdƏrlərin – bəşəriyyətin birləşməsi demək



______________Milli Kitabxana_______________

idi;  Stalin,  Tehrandakı  Sovet  iqamətgahında  məhz  bu  sehrli  Bağday  tarixini

danışa-danışa,  Ruzveltin  qəhvəsini  özü  qarışdırıb,  sonra  qaşığı  ofisiant  zabitin

salfetinin  arasına  qoyurdu,  çünki  Vissarion yetirməsinin  "dolqodeystvuyuşşaya

makstura"  adlandırdığı  zəhər  məhz  o  balaca  qaşığın  "mikrodeşik"lərində idi.

İlanın hökmü ilə Vatikandan, Moskvadan qızıl seli axıdılıb Cənubumuzun Farsa,

Şimalımızın  Erməniyə,  Qərbimizin  Gürcüyə verilməsi  üçün  hazırlıq  görülsün;

Bağday  adını,  Bağ  adını,  OdƏr  adını  bütün  planet  miqyasında  həmişəlik  məhv

etmək üçün "Türk", "Tat", "Kürd", "Yəhudi" adlananların OdƏr - "Dəri" kökünə

aid  nə qalıbsa,  hamısı  məhv  edilsin,  Vatikanla  SSRİ  Elmlər  Akademiyası

arasında  sıx əlaqə,  birgə əməkdaşlıq  yolu  ilə institutlar  yaradıb,  adları çəkilən

xalqların  mütəşəkkil  terrorla  bir-birini  qırması  üçün  nifaq  təbliğatı  aparılsın.

Diqqət  yetir,  ey  bədbəxt  "Milli  Birlik";  gör  nə vaxtdan  səpilirmiş  bu  nifaq

toxumu! "Türk oğlusan, köpəyoğlusan!" - ilk dəfə hansı casus monaxın dilindən

çıxıb, necə yayılıb, ey "Birlik", bilirsənmi?!

Kişmiş oyunundan başın açılsaydı, o günlərdə son SafAğ Elmindən də xəbər

tutardın, Stalinin Cənubda Milli Hökumət kadrlarını topun altına verdiyindən də

xəbər  tutardın  və bu il,  min  doqquz  yüz  səksən  səkkizinci  ilin  axırında  kütləvi

terror  planınm  həyata  keçirilməsi  üçün  topların  lülələrinin  Azərbaycana

yönəldiyini bilərdin, Şüşəliyə "könüllü ölməyə gəlmək" əvəzinə, bir vətəndaş və

çekist kimi, bu silahları qabaqcadan sındrrmaqla məşğul olardın.

Qısası, bugünkü ölümüyün səbəbi məhz o kişmiş oyunudu, əmi!

Təsəvvürünə gətir ki, İlan hələ o vaxtlar xəbərdardı sənin Varisliyindən, hələ

o vaxt "başını otun arasından qaldırıb deyirdi: "Ye, dadlıdı!" Çax-çux Xalıq özü

düzəltmişdi  o  kişmiş  oyununu. Ətrafında  səni  oyundan  ayırası  insan  yoxuydu.

Nə əmin  Sultan Əmirli  insanıydı,  nə də atan  Mədəd Əmirli!  Gözün  kəllənə

çıxmasın. Çox ağırdı dostarım bu parçası!

"Gözünü  açıb  dünyaya  baxanda  Səməd  özünü  kandarında  çəmən-otu  və

qazayağı  bitən,  tavanında  qaranquşlar  uçuşan  nəhəng  bir  otaqda,  səhərdən  gecə

yarıya  qədər  bu  otağa  dəstə-dəstə gəlib  gedən  cəmaat  arasında  "əziz-ərköyün

sədr  oğlu"  kimi,  "şəxsən  Sultan Əmirlinin  dizinin  dibində oturan Əmirli

yetirməsi  kimi",  "ordenli  bolşevik  Qılınc  Qurbanın  atının  tərkində gəzın  və

yetdiyinə yetib,  yetmədiyinə bir  daş  atan  doliqanlı"  kimi  görmüşdü.  Nəsillikcə

alverçi  olan  və var-dövlətlərini  qorumaq  üçün  həyət-bacalarında  çoxlu  it

saxlayan 

Qudalı 


məhləsinin 

itlərini 

döyərdi;

Əmirlilərə

açıq-açığına

"düşmənlərim" deyən




______________Milli Kitabxana_______________

Xəlvət  Rəhimin  atının  quyruğunun  altına  tikan  qoyub  soncuqladardı;

Gülgəzin  atası  Məmiş Əlləzoğluna  "Göbələk  Məmiş"  deyib  qaçışan  Qudalı

cavanlarını  "deşiklərinəcən  qovardı", əlinə keçənlərin  ağız-burunlarının qanını

bir-birinə qatardı; Qudalı  cavanlarının  atamanı  Qeybalı,  Qonaqlının  partkomu

Cəfər əminin - Lüt Cəfərin özündən iyirmi  yaş kiçik arvadı Ayrıa bacının "ora-

burasına baxanda" Qeybalını "Dantes köpəyoğlu" adlandırıb "duelə" çağırardı və

dueldə sapandma  daş əvəzinə mal  peyini  yığıb,  Dantes  Qeybalının  üz-gözünü,

üst-başını batırardı. Belə dəliqanlılığına görə Qudalı cavanlar ona "Dəli Səməd"

deyirdilər  və yəqin  ki,  elə haqlı  deyirdilər.  Daim  dingildəyib  hökmən  nə isə

eləmək,  hətta  gecələr  çarpayıda  da  kişmiş  oyunu  oynaya-oynaya  qaynayıb

yorğan-döşəyi,  balıncı əzişdirib  bir-birinə qatışdırmaq  heç  də adi,  normal  adam

vəziyyəti deyildi axı, ay əmi!

Mən OdAğÜzdə Bağlarımıza, ƏLAğ EySarının özünə də üsyana qalxmışam:

necə yəni "beyinə təsir olar, təzyiq olmaz?!" Bu əbədi qanuna atan Mədəd də qul

idi, əmin Sultan da, Xızr Abı da, Çürük Aşıq da. Təzyiq beyinə zərərdir?! İnsan

özü öz murdarlığını dərk edə-edə saflaşmalıdır?! Bəs əksinə olanda necə?!

Qısası, adam deyildin, əmi. Ətrafında da heç kəs yoxuydu. İndi görəcəksən.

Dostan davam edir:

"Bezobraziye  Mədəd Əmirlini  öldürməyə hazırlaşanda - qırx  altıncı  ilin

dekabrın iyirmi üçündə dünyadan xəbərsiz Dəli hələ də Gülbənizin Önlüyündən

kişmiş  yeyə-yeyə Gülgəzə tamaşa  eləyirdi.  Ancaq  o  günü  Çax-çuxun  o  taydakı

şeyx  qardaşlar  barədə cəmaata  danışdığı  xəbəri  qulağı  alanda  Səməd,  nəhayət,

əlini  Gülbənizin  önlüyündən  çəkib,  idarəyə - atasının  kabinetinə yüyürdü  və o

gün  də birinci  dəfə eşitdi  ki,  demə,  Sultan əmidən  başqa  Ağ Əmir,  Boz  Əmir

adlarında şeyx əmiləri də varmış".

Atan  Mədəd Əmirlidən  nə eşitdin  o  günü,  yadındadımı, əmi?  Xeyr,  bütün

həyatınla birlikdə sədr Mədədin o günü ölüm ayağında danışdığı "ƏlifLam" sirri

də dumana bürünüb.  Soruş bu cəmaatdan:" "Əlif" nədi? Nuru  müəllim - Çoban

Nurunun  çobanlarından  başlamış,  başları  norka  papaqlı,  damaqları  "Marlbora"lı

əhlikeyf ət  torbalarından,  şərqşünaslara,  farsistlərə, ərəbistlərə qədər,  hamısı  bir

ağızdan  cavab  verər  ki,  Kainat  Elminin  açarıdı  "Əlif" - ƏlEv,  ƏlAğdı,  təhrifi

"Allah"dı,  "İdeal"dı - OdƏldi.  "Allah"ı - ƏlAğ  EySan  tanımıyan  adam  yoxdu

burda. Əmma hamısı "Birliy"in əsiridi. Niyə? Çünki sadəcə, bilikləri-




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə