İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə174/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   170   171   172   173   174   175   176   177   ...   180

______________Milli Kitabxana_______________

BağOdƏrə "mehtər" dedi,

"Mehtər"lini kor eylədi,

Kor oğluna qılınc verdi,

At yalına yatan millət.

Qılınc qana bata-bata

Sultanından qisas aldı,

Zənn eylədi xilas oldu,

Gözünü qan tutan millət!

Biləninə sən sus dedi,

Bilməzinə qurdsan dedi,

Dönüb öz-özünü yedi,

Diləyinə çatan millət!

Xəlvət əl çaldı.

-

Qurtar! Ye özünü! - dedi.



Şüşəlinin  sağ  tərəfində də şarappa-şarap əl  çaldılar.  Möcüz  dönüb  yerinə

getdi.


Mədəd isə "Gəraylı"nın arasını kəsmədən:

-

Möcüz ala qarğa kimidi siz quzğun yığnağının içində! - dedi. -



Özünün  deyil  oxuduğu  şeir,  mənim  bu  "ab  yaşıl"

1

düşgünü dostumundu.



Axırını oxumadı. Qulaq as, oxuyuram.

Bir gün gəldi, geri baxdı, Gözlərindən sellər axdı, Şöşünü yandırıb yaxdı, Al

qanına batan millət!

-

Bu  heç...  O  Pinqvin  Möcüz  səndən  qat-qat  müdrikdi,  ey  qatil!  Mənə



yox,  öz  babasına  cavab  verdi  o!..  Bu  heç.  Səbr  elə...  Gülgəzi  Sultan Əmirlinin

çarpayısında görəcəksən. O Gülgəzi ki, Səmədin ürəyinin parçası idi.

-

Sən  neynirsən?! - Səməd  qışqırıb  yumruğunu  stola  vurdu. - Mədəd!



Neynirsən?!

Mədəd təzənəni simlərə çəkdi.

-

Döz!.. Əclaf!.. Bax belə əclafam mən, özümdən iyirmi yeddi yaş böyük



əmimə əclaf  deyirəm. Əmim  deyilsən,  ata əvəzi  deyilsən,  doğma atamsan  son

mənim. Get güzgüdə özünə bax, sonra gəl mənə bax, gör bir zərrə qədər fərqimiz

varmı üz-gözümüzdə, boy-buxunumuzda, ye-

"Ab yaşıl"    araq.




______________Milli Kitabxana_______________

rişimizdə, 

oturuşumuzda-duruşumuzda! 

Söz-söhbətimiz, 

beynimiz,

təfəkkürümüz,  məhəbbətimiz,  nifrətimiz!..  Ha  çalışıram  kiməsə baxanda  başımı

yana əyməyim, mümkün olmur. Baxışımız da eynidi! Yığışdır indi xəlvət dilləri,

görüm  necə yığışdırırsan!  Bütün  rayon  deyir  Səməd Əmirlinin  oğludu  Mədəd,

Sultan Əmirlinin  yox!  Məmiş Əlləzoğlunun  qızı  Səməd Əmirlinin  altında  olub,

Sultan Əmirlinin yox! Bu ad-sannan, bu şan-şöhrətnən yaşamaq olmaz, əmi! Bu

gecə çox  şey  eləməliyəm  mən!  Dünya  uçub,  altında  qalmışam.  Aylı,  ulduzlu

dünya  yox,  bu  Xəlvətli,  "Badamlı"lı,  "Marlbora"lı,  ximikatlı, kombinkormlu

dünya, çörəyinin dadını da itirmiş, kanalizasiyası suyuna qarışmış murdar dünya

bütün  çirkabıynan,  zir-zibiliynən  uçub  tökülüb  üstümə!..  Döz!  Döz!  Döz!

Öldürəcəm,  dirildəcəm!  Mən  də dözəmmirəm.  Başa  düşürsən?!  Dözəmmirəm!

Ya  dağıtmalıyam  bu  dünyanı,  Özüm  də ölməliyəm,  ya  da  düzəltməliyəm  bu

dünyanı,  özüm  də dirilməliyəm!  Kiməm,  nəyəm,  doğrudan  da  qabiləmmi  bu

dünyanı  dağıdıb  yenidən  qurmağa?  Heç  kəs  bilmir.  Sən  də bilmirsən!  Bu  gecə

biləcəksən!

Küncdən,  tüstü  içindən  göy  vilyur  şlyapalı,  göy  qalstuklu, ərəbist,  farsist

kürəkənlər qismindən birisi əlini qaldırdı.

-

Bura bax, Mədəd! Necə yəni dünyanı dağıdıb yenidən quracaqsan?! Bu



nə safistikadı,  axı?!  Özünü  Hamletə oxşatma!  "Sultan", "Gülgəz"-filan  deyilir

burda! Onlardan danış! Bir azda çal, oxu də!

Dodağımıza dəyib bu zəhrimardan, mahnı istəyirik!

Xəlvət də bu yandan bağırdı:

-

Dəstan! Dəstan!.. Mədəd də səsini qaldırdı:



-

Kür əkənin  dəmlənib.  Sən  isə can  ağrısına  dözəmmirsən.  Yumruğunu

təp  ağzına,  qulaq  as,  öl  mənnən  bir  yerdə!  "...Ürəyinin  parçası  idi.  Elə ürək

parçası  ki,  o  qaranlıqda  nəinki boy-buxunundan,  hətta  qıymaçanın  altından

sallanan cığalarından da tanıya bilərdi və tanımışdı. Əmma gözünün gördüyünü

beyni görmürdü, ağlı kəsmirdi.

Öz səsi əvəzində elə bil kənardan xırıltı eşitdi:

-

Sən kimsən?! Niyə üzümə baxmırsan?!



Bu xırıltı insan səsinə bənzəmirdi.

Elqızı  bu  xırıltıdan  diksinib  titrəməyə başladı  və elə titrəyə-titrəyə ayağa

qalxdı.  Alovun  işığında  dəhşətdən  böyümüş  gözləri  parıldadı.  Səməd  çamadanı

əlindən saldı. Bir kəlmə:

-

Gülgəz! - dedi.



Daha heç nə deyə bilmədi..."


______________Milli Kitabxana_______________

Mədəd susdu.

Zala da sükut çökdü.

Xəlvət barmaqlarını dodaqlarına sürtürdü, səsində əzab vardı:

-

Bu tərəfi təsdiq olundu. Anan Gülgəz əvvəl Səmədin altındaymış.



İndi keç o zorlama gecəsinə, qurtaraq.

Mədəd  başını yana əyib,  Alim  skeletin  birdən-birə kəhrəba  rənginə düşüb

əzabdan gözəlləşmiş sifətinə tamaşa edirdi.

-

Kəhrəba  üzlü  oldun,  gözəlləşdin,  gözəl əmim!  Körpəliyimdə tez-tez



yalvarardın mənə:  "Qurbanın  olum!  Qurbanın olum..."  Doğrudan  da qurban

verirsən özünü mənə. Niyə gəldin bugünün "Birliyin"in, sabahın Boz Qurdunun

çağırışına?! Bilmirdinmi ki, bizim hamımızı bir-birimizdən ayırıb yemək üçündü

bu təşkilat?!

Mədəd ağır-ağır dönüb Xəlvətə baxdı.

-

Əgər səndən dönər olsam, nəsibim ah-zar olsun, Rəhim kişi!



Əgər  səni  adam  eləməsəm,  düşmənimi  dosta  çevirməsəm,  anam  Gülgəzin

südü  mənə haram  olsun,  Rəhim  kişi!  "Mehtər"  rəmzi  altında BağOdƏr  deyib,

"kor"  rəmzi  altında  OdƏr  deyib  dostan  yazanımızı  qanmamısan,  Kalaşnikova

sarılmısan.  Bax  budur  havayı  olan,  mənim  səyim deyil.  İnan,  elə möcüzə

yaradacam  ki,  o  xınc-mınc  canınla,  dörd əl-ayağın  üstündə iməkləyə-iməkləyə

gəlib  üzünü  ayağıma  sürtəcəksən, əllərimdən  öpəcəksən...  İndicə danışdığım

görüş o "dəhşətli gecə"dən min dəfə dəhşətlidi, ey heyvan! Nədi "təsdiq olunan?"

Oynaşlıqdımı, ey heyvan?! Məhəbbət deyilmi təsdiq olunan, ey heyvan?! Anamı

indi də sevir  bu  Alim  skelet. Əmisi  Sultan  Əmirlinin  arvadını!  Bunu  təsdiq

elədim mən! İnsan sevgisini!..

Səmədin üzünün kəhrəbasında göyərti əmələ gəldi:

-

Mədəd! Mədəd! Düz danışmırsan! Ucalarını alçaltma, oğul!



Mədəd mizrabı simlərə çəkdi.

-

Alçaldan  alçaldıb!  Mən  sənin  haqqında  yaranmış  təsəvvürü  təsdiq



eləyirəm burda. Öldürürəm səni, əmi! Öldürməliyəm! Diqqətli ol!

Sən  də dinlə ey  kür əkən!  Kor əkən!  Hamlet  deyiləm  mən,  yaralı aslanam.

Əmma  sənin  qaynatanı  dişimlə yox,  təkrar  edirəm,  sözlə öldürəcəm  və sözlə

dirildəcəm. Ölü diriltmək Hamletlik deyil, Allahlıqdır!

Davam eləyirəm:

"...Bir  vaxt  vardı,  çöldən  evinə qayıdanda Əlləzoğlu  hər  axşam  çiynində bir

yaba qaratikan gətirib, il boyu çəpərini qalınlaşdırmağa çalışırdı, odur ki, həyət-

bacasına  həmişə tikan  səpələnərdi.  Günün  nə vaxtı  o  tərəfə getsəydin,  görərdin

bapbalaca, ayaqyalın, başıaçıq "Qaraçı gözəli" Cığalı Gülgəz quru yerdə oturub,

ayaqlarına dolan tikanları dır-




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə