İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə177/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   172   173   174   175   176   177   178   179   180

______________Milli Kitabxana_______________

vansan,  murdarsan,  həm  də insansan.  Kar,  kor  insan!  EySar  ÜnEvi ("İsay"ı)

çarmıxa  çəkən  insan! ƏlAğ  EySarı  "Allah"ını  çarmıxa  çəkən  insan!  Otur  və

qulaq  as.  Bu  qatil  xırıldayacaq,  mən  danışacam!  Belə lazımdl.  Alim  Səmədi

dirildəcəm  indi.  Alimliyi  qayıdır.  Çünki  belə əzab  içində tədriclə Ün  eşitməyə

başlayır  indi.  Bir  az  sonra  OdAğÜzü  görəcək.  Ulu  babası  Ulu  Bağ ƏsƏlMən

BağSar  SarOdƏs  SağSan  BağSar  AğEyi - "Musa  ağa"m.  Geri  sananan  ikinci

əlliminillik  tarix  boyunca  və Yeni  tarixin  min  doqquz  yüz  səksən  səkkiz  ili

müddətində,  Təhrif  bəşəriyyət  mühitində

Odları


-

adları


-

rütbələri

anlaşılmadığına  görə hər  rütbəsi  bir  insana  döndərilən, ƏsƏlMon  ikən

"Solomon"a,  BağSar  ikon  "Musa"ya,  SarOdƏs  ikən  "SarOddaş"a,  "Zərdüştə",

SağSan - Sağ ƏsÜn  ikən  "Sasan"a,  "Sion"a,  BağSar  AğEy  ikən  "Musa  ağa"ya

çevrilib,  səksən  səkkiz  il  bundan əvvəl  "Qazax"  qəzasında,  İncə dərəsinin

girəcəyində "SimƏrAğ"  İşıq  gəmisinə minib  OdAğÜzə qayıdan  o əbədi  İnsanı

görəcək. Bəstəboy, ağbəniz, ağsaqqal bir qocadır "Musa ağa" - Ulu Bağ.

1797-ci  illə 1899-cu  illər  arasında  "Qazağ"ın "Padişahlıq"  kəndində "Musa

ağa" adı altında, kiçik oğlu "Hüseyn ağa"nın himayəsində, nəvəsi "Ömər ağa"nın

evində qaldığı  müddətdə "Muğan"  düzündən,  hər  ailəsi  bir  guşəyə sürülmüş

"Muğ"lardan  təcrid  olunduğuna  görə lap  düşgünləşibmiş.  Bununla  belə,  daimi

nəzarət altında  saxlana-saxlana, gah Təbrizə - böyük oğlu  Şeyx Məhəmmədin -

ƏsAğ  BağHəmOdun  seçdiyi  yerdə batin  olurmuş,  gah  da  Göyçədə,  böyük  oğlu

sayılan "Alı"nın himayəsində, "Süleyman" adı altında qala-qala Elminin daha da

batinləşdiyini  görə-görə daha  da  düşgünləşirmiş.  1899-cu  ilin  axırında  Bağ  Ata

kədərli  Ün  göndərir  Oğluna  ki,  İlanla  Romanovlar  birliyi  "Yer"  Bağlarının

hamısını məhv edəcək, sənin orda qalmağın tamam faydasız olacaq... Buna görə

də Bağ  Ata  İşıq  gəmisi  göndərib, əzabkeş  Oğlunu,  "Şam  Ağa"  (Şam  AğEy)

nənəmizlə birgə aparıb.

Bu "Səməd" bədbəxt "Musa" bədbəxtin kötükcəsidi, ey Təhriflər!

Təhrif İnsan Qorbaçov necə inansın ki, bu torpaqda Solomonun, "Moisey"in,

"Zoroastra"nın,  "Sasan"ın  kötükcəsi  dəfn olunacaq  sabah!  Heç  olmazsa,  az-çox

hiss elə, ey Qorbaçov casusu ikən Xomeyni casusu Xəlvət. Heç olmazsa, az-maz

hiss  elə ki,  bu  ağsümük  sifətli  insanın  "Ruh" - ƏrAğ  uçuş  saatlarında  Kainatın

"element"lərindən - ƏlMənlərindən təkrar yaranıb əbədi həyat qazanacaq.

Vaxtilə Sultan Əmirlinin  dilindən  eşitmisən  "əbədiyyət" - EvOd  EyOd

həqiqətini.  Sonra  Xızr  Abıdan,  sonra  məndən  eşitmisən. Əmma  sən  elə

bədbəxtsən ki, "maqnit", "san kərpic" adlandırdığın metalı Sudüşənə daşıtdıranda

beynindən əsər-əlamət də qalmır.




______________Milli Kitabxana_______________

SafAğı  unudub  "sufi"yə bağlanmış  şərqşünas  kürəkənləriyin  "Xomeyni

maqniti"ndən  lap  tezliklə məhrum  olacaqsan,  ey  yazıq!  Farsistlərin, ərəbistlərin

səndən üz döndərəcəklər. Çünki bütün aydınlığı ilə dərk edəcəklər ki, nə "Fars"

varmış,  nə "Pers!",  EvƏrƏs  varmış  ki,  o  da  EvƏrEy  Bağlarının  ordusu  imiş,

indiki  "Fars  körfəzi"  uzununda  məskunlaşıb,  BağOdEvÜn - "Paxtavan",

"Pəhləvan" 

"Pəhləvi" 

sərkərdələrin

əli 


altında, 

Bağdayı 


Qreklərdən,

Suriyalılardan qoruyurmuşlar. "Şərqşünas"ların dərk edəcəklər ki, nə Əbülqasim

Firdovsi adında şair var, nə də Firdovsinin "Şahnamə" adında dəstanı.

"Qasim"in əsli - OdƏrcəsi AğSimdir: Uca SafAğ İnsan. "Fird ovsi"nin əsli -

OdƏrcəsi EvƏr EvƏsdir: Yaradan Evin İşıq Evi (beyni).

EvƏr EvƏs o bədbəxt şairin Odu - rütbəsidir.

"Şahnamə" yoxdu, "ƏsAğ ÜnMən" var. Yaradan SafAğ İnsanın Ünü.

Bəs niyə "fars" olub o bədbəxt?

"Qıyma-qıyma" danışacam, ey "maqnit" vurğunu!

Şərti olaraq "Firdovsi", "Şahnamə" deyək ki, başınız şişməsin.

Bir dəfə Firdovsinin ölümündən yüz il sonra Hindistanda "fars atəşpərəst"ləri

"düzəldiblər"  "Şahnamə"ni.  OdƏrlər  yox,  məhz "atəşpərəst"lər.  Yəni  OdƏsi -

Yaradan Həqiqətə "Atəş" deyən təhrif dillilər. "Ölümündən yüz il sonra" dedim,

yəni on  birinci əsrdə.  Bağday  Sarlarına, ƏsAğlara  aid  olan  yerləri  pozub,

"atəşpərəst" "Şah"ları vəsf edən parçalar yazıblar. Çünki Hindistan "Fars"larının

təsəvvüründə hətta  "Sasani" - Sağ ƏsÜn  sülaləsi  də OdƏs  (Yaradan  həqiqət)

deyil,  "atəş"pərəst"dir.  Buna  görə də dəstanın  harasında  OdƏrcə "ƏsAğ"

kəlməsinə rast gəliblərsə, hamısını "Şah" yazıblar. "Şahların adlarını da OdƏrcə

yox, "deri"sayağı "farsca yazıblar.

Niyə?


Çünki, sadəcə, Qreklərin əli ilə Hindistanı dəfələrlə foth edən İlanın buyruğu

ilə,  eyni  kökdən  olan  EvƏrEy  OdƏrləri  ilə EvƏrƏs  OdƏrləri  arasında  nifaq

salmaq,  OdƏslə "Atəş"li çahşdırmaq,  minlərlə təhrif  dilli  casusların  fəaliyyəti

nəticəsində EvEyi  "vay"a, ƏsEvÜnü  "Şivən"ə -"Şivaya"  (Allaha)  döndərmək

lazımmış. İlanın bu heyrətli əməli bu  gün də dəvam etdirilir Hindistanda, çünki

bədbəxt  Təriklər - "Türk"lər  məkamdı  Hindistan,  ey  bədbəxtlər!  "Şahnamə"

məhz buna görə təhrif edilib!

ikinci  dəfə

Teymurləng  "düzəltdirib"  "Şahnamə"ni,  "Atəşpərəst"lərin

yazdıqlarını pozdurub, OdƏr Sarlarını vəsf edən fəsillər yazdırıb.

Niyə?

Çünki  o  qaniçən  fateh,  Nəsiminin  cahillər  arasında əzab-işgəncə çəkə-çəkə



dərs deməyi nəticəsində, ömrünün axırına yaxın dərk eləyib-


Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə