İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə173/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   169   170   171   172   173   174   175   176   ...   180

______________Milli Kitabxana_______________

-

Sultanın  Gülgəzi  maşına  basıb  aparmağının əvəzində külli  qırğın-filan



danışırsan!

-

Belə lazımdı!  Bu  bir.  İkincisi,  Sultan Əmirlinin  maşına  basıb  apardığı



Gülgəz deyildi.

-

Nə?!



-

Deyirəm Gülgəz deyildi.

Xəlvət üşürgələndi.

-

Yuxu görürəm mən, nədi, ay cəmaat?! Bu nə danışır?! Min doqquz yüz



əlli  dördüncü  ilin  mayında Sultan Əmirlinin  bu  kənddən  maşına basıb  apardığı

zənən bunun anası Cığalı Gülgəz deyildimi, onun istəklisi deyildimi?!

Bütün pavilyon tüstü içində, dəhşət içində susurdu. Mədəd siqareti külqabına

basıb,  gah  Səmədin  yumulu  gözlərinə,  gah  "dərmən"  tələbindən  xoflanmış

Xəlvətə baxa-baxa gərginləşdi. Şişmiş zəli dodaqlar titrədi:

-

Əlim çatmır. Çıxart... özün.



Mədəd  "ampula"ları kitelin  qoyun  cibindən  çıxarıb  Sestraya  verdi.  Sestra,

quruyub codlaşmış əlləri titrəyə-titrəyə, "ampula"lardan ikisini dalbadal sındırıb

"şpris"ə doldurdu,  yüyürüb  Səmədin  qolunu  çirməyib,  "vena"ya - şah  damara

yeritdi.


Mədəd o yan-bu yana gəzinirdi.

-

İndi  sakit  otur, əmi...  Gülgəzlə görüşünü  də eşitməlisən.  Atamın o



bədbəxt zənəni necə zorladığını da... Dal otaqda oturanların tələbidi bu, həm də

mənim özümün qərarımdı! Danışacam. Dözməlisən!

Əvvəlcə Çax-çuxun  çənəsini  çaqqıldadacam.  Görüşə,  zorlamaya  dəxli

olmuyan  çərən-pərən  şeylər  deyəcək  Çax-çux.  Sonra  görəcəksiniz  bir  kəlmə də

çərən-pərən yoxdu.

Mədəd təzənəni simlərə çəkdi.

-

Məclis 


darıxmasın. 

Yorulanlar 

getsinlər. 

Qalanlar 

peşiman

olmuyacaqlar. Yağır Məmmədəlinin, bu qatillə Çax-çux - çik-çik qatilin o tayda,



bu tayda öldürdükləri Elmi necə adi, sadə söz möcüzələri ilə diriltdiyimi eşitmək

istəyənlər  qalsınlar.  Hökmən  qalın, ey Qonaqlılar, Tahirlilər,  Qurbanlılar,

dünyanızı göstərəcəm sizə!

"...Kupedə Çax-çux Səmədə deyirdi:

-

Bu  günü  gözləyirdim  mən,  qadası.  Avqustun  iyirmi  ikisidi  bu  gün.



Yadında saxla: iyirmi iki avqust, min doqquz yüz əlli dördüncü il, axşam.

Stansiyada  dayanhadayanda,  altıncı  vaqonun  kupesində Çax-çux  Xalıq sənə

deyir: "Gözün elə şeylər görəcək ki, bu gün, ömründə görməyibsən.

Qulağın elə sözlər eşidəcək ki, ömründə eşitməyibsən." Falçı sözü de-




______________Milli Kitabxana_______________

yil bu. Əsasım var mənim. Çetin gündü bu gün səndən ötrü, qadası. Ata gözündə

gördüyün  emin  düşəcək  gözündən,  adamlıqdan  çıxacaq,  murdar  heyvana

dönəcək  nəzərində.  Dözümlü  olmalısan  bu  gün.  Çox  dözümlü!..  Bir  dəfə

sınıbsan. Qırx altıncı ilin dekabrının iyirmi üçündə - avariya günü. Bir də sınsan

düzəlməzsən.  Odu  ki,  unutma  məsləhətimi:  qabaqca  Məsimgilə getməlisən.

Gülbəniznən  görüşməlisən  hökmən.  Sonra  da,  deməli,  məni  görməlisən.

Gözlüyəcəm ha!.."

Trubkanın  qətran  iyi,  qatı  tüstü  ilə birgə,  kupeyə anlaşılmaz,  dəhşətli  xof

dolub,  Səmədin  sinəsini  tutub  nəfəsini  daraltmışdı:  illərlə səndən  gizlənən,

şəksiz-şübhəsiz  qatil,  belə birdən-birə,  belə sərbəstcə üzə çıxıb,  atanın

müsibətindən sonra ata əvəzi əmini də böyük müsibətlər gözlədiyini xəbər verib,

"gözün  elə şeylər  görəcək  ki,  bu  gün,  ömründə görməyibsən"  deyirdisə, "falçı

sözü  deyil  bu, əsasım  var  mənim"  deyirdisə və sən  bu  adamın  nəyəsə

əsaslandığını duyurdunsa, bundan necə xoflanmıyasan?!

Çax-çuxu  kupedə qoyub  düşməyə tələsəndə Səmədə aydın olan  bircə bu  idi

ki, səkkiz il bundan əvvəlki, qəbristandakı üzü palçıqlı adam, o cinayətkar - qatil

yoxa çıxmışdı, yaşıl şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi

fənər  gözlərinin  cəsarəti  ilə tamam  başqa  hisslər  oyadan,  "sinəsi  sirlə dolu",

çoxbilən  bir  adam  peyda  olmuşdu  və bu  adam,  bildiyinin  yüzdə birini  də

açmayıb,  hər  şeyi  nədənsə sonrakı  görüşə - Badsəbanın  daxmasına  saxlayıb,

ancaq  bunu  demişdi  ki,  Səməd  öz  doğma, əziz əmisini,  ata əvəzi  himayədarını

heç  də yaxşı  tanımırdı, əmisinin ətrafında  baş  verən  hadisələrdən  xəbərsizdi  və

bilmirdi  ki,  "Stalin  ölən  günü əmisi  də ölüb,  stolun  dalında  qaraltısı  qalıb",

üstəlik,  dörd  ay  bundan əvvəl - may  ayında  başına  nə gəlibsə,  necə sarsılıbsa,

"Sultan Əmirli deyiləm  mən  daha, arşınmalçıyam,  gedək bir Gülçöhrə tapaq", -

deyib, əmma  "uğuru  xeyir  olmayıb",  "Gülçöhrə" əvəzinə kiminsə-"başqasının

istəklisini" gətirib!.. Qətran iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini

daraldan da, əslində, elə bu əcaib evlənmə xəbəri idi ki, onu tamam çaşdırmışdı.

Sultan əmini Sultan Əmirli eləyən bu deyildimi ki, özünü fədai sayıb, ailə oğul-

uşaq  istəməyib,  həm  gözəllikdə,  həm  də ağılda-kamalda  tayı-bərabəri  olmayan

Qıymatı  da  ailə səadətindən  məhrum  eləyib,  məhz  fədai  kimi  yaşamışdı!  Bu

barədə atasından eşitdiyindən əlavə, Səməd özü də yaxşı bilmirdimi ki, əmisinin

ailə ilə bərabər  şəxsi  ev-eşikdən  də imtina  eləyib,  "İnventar  RKP"  içində

qalmağının  böyük,  ciddi  səbəbi  vardı:  bütün  həyatını  Kainat  Elminə,  Bağdaya

vermişdi! İndi nə olub, nə baş verib?! Saç-saqqalının ağaran vaxtında birdən-birə

bu dərəcədə



______________Milli Kitabxana_______________

metamorfozaya  uğraması  mümkündümü?! Əgər  metamorfoza  yoxdusa,  bəs

Sultan Əmirlini  "Sultan  Əmirli  deyiləm  mən  daha"  deməyə vadar  edən  nədir?

Bəlkə heç  deməyib?  Səməd  nəyə görə inanmalıdır  ki,  Sultan əminin  dilinə,

təfəkkürünə bu  qədər  yad-yabançı  "arşınmalçı"  məhz  onun  öz dilindən  çıxıb?!

Bu kəlmə ilə birgə bu evlənmə əhvalatının özündən də anekdot iyi gəlmirmi? Və

elə anekdot iyindən məlum deyilmi ki, Çax-çuxun dili ilə düşmən danışır?! Belə

çıxmırmı  ki,  Xudiyev  rədd  olub  rayondan  getsə də,  Xudiyev - Dudiyev

dəstəsindəkilərin  hərəsinə bir  töhmət  yapışdırılsa  da,  Bezobraziye  heç  də

fealiyyətindən  qalmayıb,  vaxtilə Əmir  məzanstamndan  qəbirlərin,  başdaşlarm

şəkilləri  vasitə-silə "əsasla  ittihamnamə"  düzəltdiyi  kimi,  indi  də başqa  cür  bir

vasitə ilə - qadın-filanla,  "başqasının sevgilisi"  ilə ittihamnamə düzəldib?!.."

Diqqət  yetir,  çalış  düşün,  dərk  elə,  gör  insana,  həyata  münasibətin  necədi,  ey

Təhrif!  Düşün  gör Qudalılar,  Gülənovlar  da  Sultan Əmirli  kimi,  sədr  Mədəd,

Qılınc  Qurban  kimi  yaşasaydılar,  Mirqəzəb,  Pers,  Yağır,  Çax-çux  mühitində

necə bir həqiqi birlik yarana bilərdi!

-

Saxla... Dayan... - Xəlvət stəkan-nəlbəkini qaz "peç"inin üstünə qoydu. -



Sən kimi ifşa eləyirsən?!

Mədəd yorğun-yorğun, başını yana əydi.

-

Hələ ki bizi vurursan! Gizlin işləri danışmalısan sən. Görüşü gözləyirik



biz!

-

Fəallaşma,  Rəhim  kişi.  Gözlənilməz  şeylər  olacaq.  Sakit  otur...  Görüş



bir  deyil.  Elqızımız  Gülgəzlə görüş  var.  Qəhbə Gülgəzlə görüş  var!  Qəhbə

Sultanla  görüş  var!  Bu  nitqimin,  sazımın,  sözümün  lent  yazısını  her  yerdə

yaymaq,  Bezobraziye murdarlarına  dərs  demək,  Elm  vermək  ümidiynən  çalıb-

çağırıram.

Xəlvət əlini yelləyirdi. - Ay hay! Ay hay! - deyirdi. Sonra ucadan:

-

Mənim Möcüz adında bir nəvəm var. Qarmon çalır, şeir yazır...



- Üzünü  sağ  tərəfə çevirdi: - Ordan  belə çıx,  a  bala,  o  şeri oxu,  eşitsin bu

əbləh.


On yeddi - on səkkiz yaşlarında, qara, gombul bir oğlan pinqvin kimi sağına,

soluna  basa-basa,  farsistlərin, ərəbistlərin  arasından  çıxıb,  Mədədə baxıb,

ciddiyyətlə:

-

Bir "Gəraylı" çal, - dedi.



Mədəd burda xeyirli bir şey olmayacağını bilsə də, Möcüzə boyun əyib: - Baş

üstə, - dedi.

Möcüz  oynaq  "Gəraylı"  ilə o  qədər  də tutuşmayan,  asta,  qalınaraq,  qəmli

səslə, birnəfəsə oxudu:




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə