______________Milli Kitabxana_______________
İlana Erməni ilə Türk arasında əbədi düşmənçilik lazımdı. Ennənilərlə yanaşı
sizi də terrorun icraçılarına çevirib ölkəmizin daxilində bundan da betər milli
ayrılıqlar, şiə, sünnü bədbəxtlikləri yaradacaqlar. Əmma həqiqət gizlin
qalmayacaq. Çünki, təkrar edirəm dünyamızda Bağ rütbəsində gələcəyi, keçmişi
görən insanlar var!
Dünya miqyasında yüzlərlə qəsd işindən xəbərdaram mən. Uzaq keçmişi
görən əbodilərimizin bu "fantastika"sını lap adi, sadə sözlərlə çatdırıram sizə.
Açıq-aydın qəsd işini "həlak oldu" kəlmələri ilə ört-basdır" eləməyinizin sirri
bundadı ki, "Allah" - ƏlAğı tanıyan, Kainatın sirlərini, o cümlədən öz
Ölümsüzlüyünü bilib hər cür qorxudan xali
1
olan SafAğların əksinə, siz hamıdan,
hər şeydən qorxa-qorxa, homişə, hər yerdə iradənizin əleyhinə gedirsiniz. Çax-
çuxun çoki daşını tərəzinin üstündən qapıb maşının böyrüylə yüyürdüyünü
bugünkü kimi gö-rürəm mən. O vaxt siz də görürdünüz. Çax-çuxun "VüÜs"in
qapısını açıb içəri atıldığını da görmüşdünüz. Həmişə qoşa gəzən Qara Zalla San
Zalın qışqırtılannı, "Öldürəcək! Sodri öldürəcək köpoyoğlu!" - dediklərini də
eşitmişdiniz. Orda, saqqızın yanmda Dam Direktor bu Xəlvotin üstünə yeriyib:
"Öldürdü! O nalnan öldürdü!" - deyəndə, Təftiş Abbasm SafAğ oğlu Qara Zal
Xaş nəçonniyin üstünə yeriyib "həbs eləyin onu! Xalıqı həbs eləyin!" – deyəndə
hamınız qınınıza çəkildiniz. Hamınız, ey Qonaqlılar!.. Sədr Mədəd məhz
qorxudan xali olduğuna görə kolxoz nizamnaməsinin formal ədalətini həqiqi
ədalətə çevirib çörək verirdi sizə; "naturplata"
2
adlanan dövlət vergisini saxlayıb,
əvvəlcə sizin əməkgünlərinizə taxıl, qarğıdalı, yağ, pendir paylatdırırdı.
Siz isə, hamılıqla qorxu əsiri olduğunuza görə Dam Direktorun, Qara Zalın
səslərini batırdınız!
Sonra? Sonra nə baş verdi? Gizlin ürək ağrıları, vicdan qışqırtıları: "Belə
yaşamaq olmaz! Belə yaşamaq olmaz!" İçərinizdəcə boğuldu qaldı bu üsyan, ey
yazıq, bədbəxt millət!
Qulaq asın:
"Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu
idi, ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi - Lüt Cəfərin
qəribə pıçıltı ilə danışdığı təfsilata da bir növ laqeyd idi. Saqqız ağacının üç
addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı".
Qorxudan azad əvəzinə "qorxudan xali" ifadəsi xalqın dilində ən qədim Saf-Ağlardan qalıb.
Döviətə vergini məhsülun özündən ödəmədən, kolxozçuya əməkhaqqı vermək qeyri-rəsmi qadağan
idi.
______________Milli Kitabxana_______________
Kim "boğulmağa başladı?"
Boş-boşuna vermirəm bu sualı. Kim "boğulmağa başladı?"
Həmin bu altmış yaşlı, beyninə qan sızan skelet Alim, o vaxtkı on yeddi
yaşlı, əziz-ərköyün Bircə bala.
O vaxta qədər boğulman-zad vardımı, əmi?
Yoxuydu.
Niyə məhz orda boğulmağa başladın?
Bilmirsən.
Sən necə, Xəlvət? Hammızdan soruşuram: Niyə məhz orda, o cür faciə içində
tək qalanda, ömründə ilk dəfə boğulmağa başladı bu skelet Alim?
Bilmirsiniz.
Dəhşət bundadı ki, mənim bu ilk nəzərdə qeyri-adi danışığımın, təkrar
elədiyim bu "bilmirsiniz, bilmirsiniz" sözlərimin altındakı məna çox adidi.
O boğulan da, bu boğulan da saf, uca bir insandı. Xalqına məhəbbəti,
hissiyatı, vəcdi necə ucaymışsa, hətta bədbəxt Yetimlər məhləsinin qapı-
bacalarını murdarlayan ət torbalarının o tualetə çevirdikləri yerləri təmizləmək
istəyirmiş!.. O saf, gözəl gənci, sədr Mədədin yeganə varisini gözləmək, təsəlli,
ürək-dirək vermək əvəzinə niyə elə gecə dağılmışsınız? Məhkəmə zalında,
Xalıqın gözü qabağında şahidlik eləməkdən qorxmusunuz?!
Bəli!
Bu bir ovuc Qudalıların "Birliyi" - birlikdir. Siz isə özünüzdən başqa heç
kəsin taleyini düşünməyən tək-tək qorxaqlar yığınısınız! Sizi biri-birinizdən
ayırmaqdan, torpaqlarınıza soxulmaqdan asan nə var?!
Saqqızın yanında o gənc ömründə ilk dəfə, sizin yadlığınızı hiss eləyib!
"Vərəsə"mizi iy basıb! Bu şüşə divarların arasında çala-çala, oxuya-oxuya
dönə-dönə danışmışam sizə ki, "Qrek" - "Latın" - "Fars" fatehlərinin, sonra bu
dəhşətli üçlüyə qoşulan "Ərəb" fatehlərinin, sonra Səlib-Xaç fatehlərinin, sonra
İlan Vatikanın gizlin "poslaniye"ləri əsasında Romanovlar fatehlərinin qan-
qırğınları sındırıb sizi.
Vaxtilə "Pro Metey" - EvƏrOdBağdaylar zəncirlənmişdi. İndi hər bir Tərik -
"Türk" OdƏr zəncirlənib! Agentlər mühasirəsində yaşayırsınız. "Əsir" kəlməsi
minilliklərlə gəlib indi Xəlvətin dilində tən-tənə ilə səslənir!
Mən sizi, İlan əlində silah olan əbləhlərimizi "cahad"a çağırmıram. Cəhalət
zorakılığına qarşı zorakılıqdan - ölümdən, torpağa çevrilmək-
______________Milli Kitabxana_______________
dən dəhşətli bir şey olmadığını dönə-dönə təkrar eləyib, sadəcə, öz bətninizə,
"ürək" adlanan cəhənnəminizə diqqətlə baxmağa çağırıram. ƏrOd - həqiqət işığı
ikən "ƏrKi"yə - "ürək"ə döndərilən təhrifi saflaşdırmaq üçün bilik verən, idrak
verən Elmimiz özü əsir düşüb, işgənco içində inildəyir, təhrif olımur. Gizlin
qışqırma, ey "ürək"!..
Mənim "Ninnini" deyənim deyir: "Xalq elə bilir sən onu "ürək" əvəzinə
"ƏrOd" deməyə məcbur eləmək istəyirsən, ay əbləh. Elə ona, görə millətiyin
akademikləri də əyri baxırlar sənə! Yazıçıları, şairləri ağız büzürlər ki, "dil
islahatımı aparaq indi?!" "Əl çək Elmdən, a Ninnini!" - deyir. Mən isə əl
çəkmirəm və son nəfəsimə qədər deyəcəm: "Tarixi bil, ey "ürək!" "Dilinizlə
birgə "ürəg"inizin də təhrif olduğunu bilin, ey "ürək" Qonaqlılar, "ürək"
Tahirlilər, "ürək" Qurbanlılar! Səsinizi səsimə qatın, açıq qışqırın ki, belə
yaşamaq olmaz! Belə yaşamaq olmaz!..
Urəyinizə diqqətlə, fəhmlə baxın, görün niyə bu qədər "yazıqlar",
"bədbəxtlər" deyirəm?! Niyə hamınız bədbəxtsiniz?!
Sadəcə
olaraq, həqiqətdən uzaq düşüb, hamınız, hamınız yalanla
yaşayırsınız!
Deyirəm, Qarabağın o Cənnəti cəhənnəmə döndəriləcək. İçərinizdə "Vay!
Vay!" - deyirsiniz. Əmma biriniz də mənim səsimə səs vermirsiniz! Bundan
böyük bədbəxtlik olarmı?! Bakıda, "hökumət evi" deyilən binanın yanındakı o
böyük meydanda mitinq keçirirlər. Rusiyadan, KPSS-dən azadlıq tələb
eləyəcəklər. Kimlər? Millətimiz? Xeyr, ey sınıqlar, susqunlar, qorxaqlar yığını!
Sabah-birisi gün ətraflı eşidəcəksiniz o mitinqlər, tələblər barədə, sevinəcəksiniz.
Biz Ün eşidən bədbəxtlərdən başqa heç kəs bilmiyəcək ki, tələdi o mitinqlər. Bu
"Ulduzlar müharibəsi"ndə bütün Türk respublikaları, o cümlədən Azərbaycan
KPSS-in elindən çıxır. Buna görə də KPSS özü təşkil eləyib o azadlıq uğrunda
qışqırtıları. Bakıya ordu yeridəcək, sonra ordusunu çıxarıb aparacaq, siz də yenə
sevinəcəksiniz ki, ah, axır ki, canımız qurtardı Rusun əlindən, neftimiz,
pambığımız özümüzə qaldı... Bəs əslində nə olacaq? Əslində, KPSS-in bu
respublikada ciblərdə olan partiya biletleri eləcə qalacaq. Yəni "podpolye"də
qalacaq Sovet əjdahası, bax bu "Birlik"lərdn ibarət "Xalq cəbhəsi" adında yalan
milli dövlot yaranacaq, və o dövlət xəlvəti gözləyəcək ki, Sovetlər İttifaqı
adlanan "sverxderjovo" dünyanı atom altında qoyub Amerikanı, Avropanı
batırandan sonra yenidən meydana çıxsın Azərbaycanda. Nə olar o vaxt,
bilirsənmi, ey bədbəxt millət? Yenə Erməni iş başında, "Türk" - OdƏr zülm
altında?
Bəli!
Dostları ilə paylaş: |