İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə160/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   156   157   158   159   160   161   162   163   ...   180

______________Milli Kitabxana_______________

Qudalı ağsaqqalı Rəhim kişinin cibindən möhürü zorla çıxardıb özüm kolxoz

sədri seçildim.

"Qudalı kassiri" adlanan Piyli Qayımın əlindən pul kisəsini zoria alıb, avans

payladım, çörəyə möhtac qalıb vağzallarda alça satan kəndimə çörək verdim.

Dərk eləmirdim ki, KPSS, SSRİ adlanan Bezobraziyeynən  döyüşürəm. Belə

heyvanıydım o vaxt, əlli dördüncü ildə.

Murdarlığımı da deyəcəm, cənab Kapital, qatilliyimi də!

İndiki  kimi,  sən  onda  da  "əsirlərini"  yığdın,  Xaş  nəçənnik  Gülənovnan,

prokuror  Sayılovnan,  İcraiyyə komitəsinin  sədri  RİK  Atamalı  ilə yanaşı,  Sultan

Əmirlidən üz döndərən ikinci katib Əziz Mayılovu, hətta o sakit, mülayim maarif

müdiri Mir Bağır müəllimi də işə qoşub, bütün rayonu ayağa qaldırdın. Ələsgər

müəllimin, Nuru müəllimin, Qara Zalın, Sarı Zalın, Xızr Abıdan başqa hamının

ağzına  tıxac  basıb,  Xəzinəmizin - Elmin  üstündə qrvrıldın,  cənab  ilan,  hamının

gözünün  odunu  alıb  kişi  oldun,  Rəhim  kişi.  Görürsənmi,  təhqiri  yığışdırdım,

"kişi"  deyirəm.  Özümü  "qorxudan  xali  SafAğ"  sayaram. Əmma  səndən

qorxmamaq, mümkün deyil. Əsirlərindon qorxuram. Bu dörd ayda məni Bakıda,

Mə-dədi  burda əsir  saxlayan  "Birlik"  admda  gizhn  "Boz  qurd"dan  qorxuram.

Əmma  müvəqqətidi  bu  qorxu.  Balamı  xilas  eləmək üçün  ilanı  insan  eliyəcəm,

Rəhim kişi. Nə qədər təəccüblü olsa da, hətta məsələ bu dərəcəyə çatandan sonra

da ümidimi kəsmirəm ki, doğrudan da "kişi" deyəcom sənə.

Dəli  Səməd  ölüb,  Rəhim  kişi.  Yoxdu  "Dəli" - OdƏl - həqiqot Əli çoxdan

ölüb. Çünki sözü keçmir.

Bayaq dediyim sözləri başqa şəkildə təkrar eləyirəm. Dinlə.

Qırx altıncı ildə zil qara saçlı Mədəd Əmirlini öldürdünüz.

Əlli dördüncü ildə ağ saçlı Sultan Əmirlini öldürdünüz.

Əlli beşinci ildə Torksin Əmirli adlı mələyə qəsd elədiniz.

Bu  il  ağ  saçlı  Səməd Əmirlini  də öldürəcəksiniz,  zil  qara  saçlı  Mədəd

Əmirlinin də. İlanlar "Birliy"inin qərarı belədi.

De görüm, Rəhim kişi... Arazın o tayı ilə birləşsək, bu Şüşəli pavilyonda belə

bir  məclis  qurulsa,  "həmşəri"  adlandırdığın  Muğannalariabirlikdə Elm  öyrənib

vahid  kökümüzü  dərk  edən  "fars"lar  da  gəlib Qudalıları sənnən  bir  yerdə

bağırlarına basıb, "qardaşım, bəradərim -BirOdƏrim desələr, nə cavab verərsən?

Erməninin də OdƏr - Türk kökündən olduğunu sübut eləməyə ehtiyac yoxdu, ey

zatıqırıq,  ilan!  O  tay-bu  tay  Azərbaycan  miqyasında,  dünya  miqyasında  ifşa

olunsan, öl-




______________Milli Kitabxana_______________

məzsənmi,  ey  qatil  törəməsi  qaril!..  Mən  hec,  balam da  heç.  Başları  xurcunda

gətirilən  Ağ Əmirlə Boz Əmirin  dərsini  alanlar  Tehrandan,  Təbrizdən  yığışıb

gəlib  bu  İlan  "Birliy"inin  üzvlərini  məhkəməyə çəksələr nə cavab  verərsən,  ey

beyinsiz, cəhalət mücəssəməsi?!. Olacaq axı bu dediyim. Birləşəcəyik Cənubla!

Muğannalar  bürün  planetə səpələniblər,  siz  qatillərin  ucbatından.  OdAğÜzdən

deyilib bu həqiqət! Qandın?!

Kitelin içində "bir torba ət" doğrudan da ötə dönüb kresloya yapıxdı.

Səməd ayağa qalxdı. Gözləri dolmuşdu. Tez-tez əlini boğazına aparırdı.

-

Nə oldu,  cənab  millətsiz,  vətənsiz?!  Cənub  deyilən  kimi  niyə sındı



belin?!  Qırıq  zatın  ordandı  axı!  İnandın  ki,  məhz  bağırlarına  basacaqlar səni,

məhz  qardaş - GurOdƏs,  bəradər - BirOdƏr  deyəcəklər?!  Bilirsən  axı,

Elmimizdə cinayət  məcəlləsi  yoxdu.  Məcburi  tədrisdi  Elmimizin cəzası!  Öz

murdar bəmini görə-görə Cəhənnəm əzab çəkməkdi!..

Xəlvət  dillənmirdi.  Mədədin ətrafında  farsistlərlə, ərəbistlərlə birlikdə,

Gizlinlər - silahlılar  da  başlarını endirmişdilər.  Səməd əlini  boğazından  çokib

qəddini düzəhdi.

-

Vətənpərvərlikləri  də varmış  bu  "Birlik"  rəzillərinin!  Yəni  doğrudanmı



vətəndaş sayırsınız siz özünüzü?! Doğrudanmı vətənpərvərliyiniz də var?! "Dərk

eləmisəm" deyə-deyə idraksız qalan beyinsizdən vətənpərvər olar?!

Avqustda  "İrəvan,  Yerevan"  dediyiniz Ər  EvÜn  də getmişdim  mən.  Ordakı

gizlin arxivdə sizdən bir Qnel Qudalyan var, AdıPünhanın kəşfiyyatçısıdı. Zorri

Balayan "Velikaya Armeniya" barədə yazanda onun məxəzlərinin fotosurətlərini

göndərirdi  bizə.  Gülürdü  Balayana:  "ƏrEy  "Ariy"  yazır, ƏrMəni  "Armen",

"Armeniya" yazır! - deyirdi. İndi demir daha. Heç nə vermədi mənə. Dandı, dedi:

"Kudalinskilar  barada  heç  nayoxdi  manda..."  Ayrılanda  İrəvandan  biraz  bəridə

"Ocaq" restoranına apardı məni, "Bu adam Bakuda bizım xeyrimızə işləyir, buna

bir  quzu  kəsin", - dedi,  quzu  kababına  qonaq  elədi  məni,  içdi,  içdi,  köyrəldi:

"Ara,  Samed,  yaxşıca  dolamrdıx,  noldi  bırdan  bu  Balayan  çarmandi  çıxdı

ortalığa!  İndi  da na? - Mühariba.  Vay.  Vay..."  Mən  də köyrəldim,  Rəhim  kişi,

dedim:  "Qncl,  sənin  adın Güneldi  axı!"  "Sus,  sus!" -dedi.  "Mani  xətya  səlma".

Dedim: "Müharibə başlansa, sən də bir güllə atarsanmı?'', Dedi: "Atmasam, neja

olar  o?  Albatta,  atajam,  a  Samed!"  Soruşdum  ki,  "niyə axı?"  Dedi:  "Orasını

bilmərəm.  Deyəsan  bu  Zorri  Balayan  kopəyoğli  yavaş-yavaş  məni  da  "Ariyes"

eləyir axi!" - dedi güldü. Budu bax, Erməninin əksəriyyəti belədi. Təbrizdəkilər

Qacari-



______________Milli Kitabxana_______________

ləmən evləniblər, Rza Şahın qohumlarıynan evləniblər, OdƏrnən də qan qarışığı

olublar,  Farsnan  da.  Milyonerdi  hamısı. Əmma  indi  onlar  da  silah  alıb  İrəvana

göndərirlər  bu  müharibə

üçün,  açıq  terror  üçün!  "Armeniya"  nədi?!

Vətənpərvərük  yoxdu  Ermənidə!  Çünki  bətnində hamısı  bilir  ki, əslində nə

"Armeniya" olub, nə də "velikaya"sı!

Bu həqiqətləri deməyə gəldim mən bu gün, Rəhim kişi, sənin çağırışına yox!

Uca  hiss  yoxdu  sizdə.  Torba-torba ətdən  ibarətsiniz  hamınız.  Səlahiyyətinizdən

sui-istifadə eləyib  magistral  yollarda  Kalaşnikovnan  brilyant  yığırsınız  və

inanırsınız  ki,  özünüz  üçün  yığırsınız.  "Birlik"  ayırıb  sizi  millətdən,  ay

bədbəxtlər! Gizlin, açıq  məclislərdə min-milyon dəfə deyilib sizə ki, kökümüzü

baltalayır düşmən: "Yer"də OdƏrdi hamı. EvƏrEy OdƏrlərinə "Yevrey" deyirlər

indi,  EvƏrƏs  OdƏrlərinə "Pers",  "Fars"  deyirlər, ƏrEv  OdƏrlərinə "Ərəb"

deyirlər. Əsriərlə bax beləcə ayıra-ayıra xüsusi təlim-tərbiyə ilə yetirdikləri, zatt

qırıqlardan "Misli barlak" yaradıb doldurublar içərimizə ki, "qamas-qamas" yox

daha,  küll  halında  qırsınlar!  Aldanmayın ciblərinizə doldurulan  "Dollar"a,  vaxtı

çatanda  soyacaqlar  hamınızı!  Adicə banditizm,  mafiyaçılıq  üsulu  ilə əlinizdən

alacaqlar hamısını! Katolik  kilsəsinin saman altından axıtdığı ayaqyolu zibilidir

bu,  bütün  bəşəriyyətimizi  murdarlayıb!  İndi  budur,  sənin əlinlə

məni

murdarlayrı",  cənab  müvəqqəti  kapitalist!  Səksən  səkkizinci  ilin  bu  sazaqlı qış



gecəsi, belə möhkəm "Birlik"lə, neçə meyid uzadacaqsınız bu çirkli döşəmədə?!

Meyidlər  yan-yana  düzüləndə məndən  də betər  skeletlərə dönəcəksiniz,  ay

bədbəxtlər!  Mənə məlumdu  bu  bədbəxtlik!  Ayılın!  "Dollar"  möhtəşəm  insan

adıdı. Əmma  o  kişi  özü  də aldanıb,  dünya  malına  çox  pis  uyub,  öz  xalqını  da

bədbəxti  eləyib!  Biri-birindən  rəhmsiz  biznesmenlərdən  ibarətdi  cənab  Dolların

varisləri! Qan damcılayır "Dollar"dan!

Sənə də deyirəm, ayDollarsızBala! Kimi öldürürsən?! Getgüzgüyə bax. Hanı

zil  qara  saçın?!  Bu  dörd  ayda  özün  özünü  öldürəndəmi  ağarıb  saçın,  bayaq

əmiyin  başı  düşmənin  qucağında  olandamı,  indicə mənə düşmən  gözüynən

baxandamı?!

Çıxart  cibindən  o  kağızı,  bir  də oxu: "Məni  Varisim  öldürdü".  Məhkəmə,

şahid-sübut nəyə lazımdı?! Götür Xəlvətin o bıçağını, vur. Başa düşmədinmi ki,

qan almağa vermirdi sənə bıçağı, can almağa verirdi!

Niyə ləngidirsən?! Necə qulaq asacaqsan o cür sualların cavablarına?! "Qatil!

Bu da cavab!

Atan da qatildi, ata əvəzi əmin də! Budu cavab!




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə