İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə156/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   152   153   154   155   156   157   158   159   ...   180

______________Milli Kitabxana_______________

Cığalı  Gülgəzin  oynaşı  deyildimi?!  Doğrudu,  Lüt  Cəfərin  Torksini  toysuz-

filansız arvad olandan sonra ayağı kəsildi o oynaşın Gülgəz səmtindən. Nolsun?!

Kim silə bilər oynaş adını onun üstündən?!

Sultan Əmirli özü də bilirdi bunu. Mən də bilirdim. Siz də bilirdiniz. Köhnə

bolşeviklərnən Qılınc Qurban da, Təftiş Abbas da. Cəmaatdan təcrid eləmişdilər

uşağı, vəssəlam!

Nə Sultan Əmirlinin otuz dörd il bundan əvvəl elə qəfildən ölməyinin səbəbi

gizlindi,  nə də oğlunun  indi  burda  içkiyə qurşanıb  Dəli  Mədəd - Dəli  Aşıq

olmağının  səbəbi:  sənəd  var əldə!  Soruşun  o  dəlidən,  atasının  sovxasının

cibindən çıxartdığı kağız nə kağızdı?! Atası nə vaxt yazıb onu? Niyə yazıb?

Soruşun. Birinə do cavab verəmməz bu suallarnan. Sualların cavabı bu birisi

dəlidədi. - Xəlvət, cəmaatın arxasındakı boz kostyumlu, arıq, sakit, susqun adamı

göstərdi. - O  böyük  dəlinin  ovcundadı  bu  sualların  hamısının  cavabı!  Gəlsin

yanaşı dursun Dəli Mədədiynən, baxın görün kimin oğludu Dəli Mədəd?! Sultan

Əmirlinin,  yoxsa  mənim  bu  sözlərimə bir  kəlmə də etiraz  eləmiyən  o  boz

kəstumlu  yoldaşın - Səməd Əmirlinin?!  Allah  olub,  müqəddəs  olub  hamısı!

Xalqımız da bu yaramaz müqəddəslərin elmini oxuyur, müqəddəs Bağday ölkəsi

yaranacaq deyir!

Üzünə "Tfu"  eliyəcəm  guya  göydən  Ün  eşidən  o  yaramazın!  Yaxın gəl,  ey

özünə "Boq"  deyən  murdar!"  "Bağ"  nədi?!  "Boq" - Boqdu,  İslamın əleyhinədi,

vəssəlam!  Odu  bax  Qubada  şeyx  Cüneyd  məqbərəsində yazılıb:  "Aləmimizin

Allahı İsayi məsihdi". Ərəbcədi "İsayi məsih". Əmbə siz öz dilinizdə deyirsiniz:

"Aləmimizin Allahı EySardı". Nə fərqi var, a balam? İkisi də İisus deyilmi?! Rus

kömək  elədi,  imam  Xomeyni  gəldi  hakimiyyətə,  siz  də ona  baxıb  iştaha

düşdünüz!  Rus - Rusdu,  dünyanın yiyəsidi,  bə siz  kimsiniz?!  Odu  bax  Bakının

Zirəsində üzünüzə açıq  deyirlər:  "Türk  oğlusan,  kopək  oğlusan!.."  Bildinmi

kimsən, ay oynaş?!

Xəlvətin səsi hamını, o cümlədən Səmədi də sehrləmişdi:

- Sultan Əmirli  ayaq  açdı  bizim  məhləyə,  şəxsən  dərs  dedi  mənə "Muğ",

"Mağ"  deyilən  Bağlar  barəsində,  Sibirdə çürüyənlərinizi  adbaad  dedi.  Gördü

gülürəm,  o  yassar.  Abısını  çağırdı,  dedi:  "Rəhim  Qudalının  özüynən  bütün

nəslinin,  qohum-əqrəbasının  taleyini  sənə tapşırıram".  Guya  diri  ikən  ölüyük

hamımız,  Abı  dirildəcək  bizi!  Mən  bilmirəm  nə ad  verim  bu məsxərəyə,  ay

cəmaat!  Bütün  xaçpərəst  aləmi  düşməndi  bu  "SafAğ"  deyilənə!  KPSS,  şəxsən

generalnıy  sekretar  Qorbaçov  düşməndi  SafAğa.  "Yevrey"i  EvƏrEy,  Torik -

Türk eləyən sehrkar Mağ-



______________Milli Kitabxana_______________

lardan  qalıb  bu  SafAğ  elmi!  İmam  Xomeyni  düşməndi  İslamı ƏsƏlim  eliyən,

Farsı EvƏrƏs eliyən Dəlilərə! Lap açıq deyirəm, biri də səlamət qalmıyacaq bu

Muğ, Mağ, Muğanna deyilənlərdən!

Özünüz  deyin,  barışarammı  mən Əmirlilərnən?!  "Muğ",  "Mağ"  adını  biz

yapışdırmışıq  bunlara  ki,  qarısınlar  birdəfəlik:  Bağ-zad  deyillər.  Necə yəni

"insanı  insana  bağlayan  Bağ?!"  Hünəri  var  məni  bağlasın  özünə!  Necə yəni

"hamı OdƏrdi?!" Fars - Fars deyil?! Rus - Rus deyil?!

Arazın  o  tayından  şeyx  Ağ Əmirnən  şcyx  Boz Əmirin  başsız  bədənləri

qəbirdən  çıxa  minnətə gələ,  bu  taydan  Sultan Əmirli,  Mədəd Əmirlisiynən,

Qılınc Qurbanıynan, Lüt Cəfəri-filanıynan bir yerdə qəbirdən çıxa, Bakıdan üzü

bu  yana,  Gəncədən,  Şəmkirdən  Demokratların  hamısı  yığılıb  ordu  ola  yeriyə

üstümə,  yenə barışmaram!  Sədr  Mədədin  doxsan  illik  söhbəti  yoxdu  burda.  Bu

Səməd  deyiləni  mən  gətirtdim  Bakıdan.  Qudalı cavanlarını  mən  çağırtdırdım

Moskvadan. Bu səhər bu böyük dəlinin özünə açıq demişəm telefonnan hər şeyi:

Əxlaqsızlığına  qurban  olmalısan  burda!  Yoxsa  oğulluğunnan  onun  nezakonnu

Mariyası,  qarnındakınnan  bir  yerdə qurban kəsiləcəklər  bir  olan  Allahımıza!

İmam  Xomeyninin  tapşırığıdı  bu!  Din  düşmənisiniz  siz!  Pullarmızı

qaytaracaqlar,  ay  cəmaat!  Kim  istəyir  qalsın,  guya  "göylərin  pənahında  olan

Sim-Od - Səmədin vayını görsün! Qanını qaraltmaq istəmiyəni saxlamırıq.

Mən  qurtardım. Dalını "Bircə bala" deyəcək  öz  "ata əvəzi əmisinə".  Görək

necə deyəcək!

Xəlvət şüşəni tıqqıldatdı.

- Çıx! Sultan Əmirlinin qatilini gətirmişəm, - dedi.

Səməd  bayaqdan  necə susqun  dayanmışdısa,  eləcə də dayanıb,  başını  yana

əyib, içəridəki bədbəxtlərə tamaşa eləyirdi.

Heç  kəs  dillənmirdi.  Heç  kəs  tərpənmirdi.  Hamı,  o  cümlədon  Qudalı

cavanlarının qapı  ağzında,  qaz  "peç"inin  yanında  topa  yığnağı  da  ayaq  üstə

qurumuşdu.

Mədəd "Badamlı"sını  başına  çəkdi.  Ayağa  qalxıb,  barmaqlarının  arasında

qızaran siqareti sümürüb külqabına basdı. Stolun dalından  çıxıb, qapı ağzındakı

yığnağa  baxıb,  birbaş  şüşə divann  üstünə yeridi.  Qoşa  dəmirlər  arasında  şüşə

lövhələrdən  biri  partlayıb  töküləndə,  çayxana  küncünün  sazağa  qarışan  buğu,

tüstü-dumanı içindən Mədəd əvəzində skelet peyda oldu.

Son  dörd  ayda  Abı  ilə Çürükdən,  "beşmanatlıq  aşıqlar"dan  və "pyanska

şairlər"dən başqa heç kəsin ayaq basmadığı çayxana küncündə "ələngəyə dönən

bədbəxt"in haqqında nə qədər söz-söhbət



______________Milli Kitabxana_______________

gəzsə də,  yaxmlaşmağa  cəsarət  eləyib,  sifətinin  bu  dərocədə dəyiş-diyini  görən

olmamışdı.

Sifət  yoxdu,  dümağ  sal  sümük  vardı,  bir  də iki  göz;  bunu  yalnız  Marina -

Məryəm, Şöşü, Abı, Çürük, bir də gecələr haralardansa gəlib "Şüşəli"yə doluşan,

"Barev,  a  musurman!  Kef-ahval?" - deyə gülüşən,  çiyinləri  Kalaşnikovlu

ermənilər görürdülər.

Divarın  şüşəsi  güllə səsi  kimi  partlayıb  dağılandan  sonra  cəmaat  özünə

gələndə Xəlvət  üzü  üstə yerə sərilmişdi.  Başının  dövrəsində şüşə parçalarının

arasına qan axırdı.

Mədədin  yaydan əynində olan  nazik,  boz  pencəyinin  qollarından  da  dümağ

sal sümüklər uzanıb çıxdı. Skelet nəhəng, göyümtül əllərinin birini Xəlvətin göy

şivyot  kitelinin  boynuna,  o  birini  paçasının  arasına  saldı,  dörd  ay  bundan əvvəl

Abının əlindən yerə düşən kağızı sakitcə götürüb qatlayıb pencəyinin döş cibinə

qoyanda  olduğu  kimi,  öz  adi - qalınaraq,  cod  səsi  ilə: - Sən  çoxdan  leş

olmalıydın, - deyib, "leş"i qaldırıb çinarın gövdəsinə çırpdı.

Skelet  yox,  Şüşəlinin  daimi  tüstülü,  dumanlı  küncündən,  "Badamlı"

şüşəsindən  div  peyda  olmuşdu,  Xəlvətin  yumşaq  şivyot  içində titrəyən ət

bədənini çinarın gövdəsinə çırpıb, nəfəsini dərib, yenə çırpırdı.

Cəmaatı qan tutmuşdu. Heç kəs tərpənmirdi. Heç kəs dillənmirdi.

Səməd zəif, üzüntülü səslə:

-

Bəsdi, - dedi.



Mədəd  Xəlvəti  bu  dəfə qucağına  qaldırdı,  aparıb  qapı  ağzında  Qudalı

cavanlarının üstünə atdı.

-

Qoymayın  ölməyə.  Burda  nə olacaqsa,  hamısını  görməlidi,  həqiqətən



barışmalıdı  biznən  bu  adam, - dedi.  Sonra  "zal"dan  hərlənib, həmin  küncdə,

qaraltılar arasında oturub, həmincə bədbəxtə çevrildi.

Nə baş verirdi? O qədər də anlaşılmırdı.

Xaş  nəçənniklə milisionerlərinin  maşınları qıjıltı  ilə gəlib  çinarın  altına

doluşanda  diqqət  Mədəddən  yayındı.  Nəçənniklə milisionerlər,  lap  axırda  isə,

çiyni  kürklü  prokuror  Sayılov  cəmaata  səlam  verə-verə Şüşəlinin  dal  otağına

doluşdular... Bu üçpara kənddə xəbər yayılmışdı ki, Ermənilərlə o səmtdəki Rus

ordusu gecələr Laçını işıqlı güllələrlə atəşə tuturdular. Azərbaycanın ixtiyarında

olan  OMON  batalyonları isə Laçından  o  yana  işıqlı güllələr  atıb,  sonra

susurdular.  Nə idi  bu?  Müharibə idisə, niyə deyilmirdi  ki,  müharibə artıq

başlanmışdı?  Şüşəliyə gələn  ermənilər  sərbəstcə qaqqıldaşırdılar:  "Ara,  maşk

elayirik eli! Dava




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə