İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə153/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   149   150   151   152   153   154   155   156   ...   180

______________Milli Kitabxana_______________

adında  dəstan  yazıb,  saz-söz  ustadlarına  göndərib  Abı  ilə Çürüyün  bəlağətli

dillərilə Şeyxlərin haqqında həqiqətləri yaydırmışdı.

Bu  dəstan  "Ağlaram  Ağlar  kimi"  bayatısı  ilə başlanıb,  "Qəsri-Qacar"dakı

faciə ilə tamamlansa  da,  faciə törədənlərin  ünvam  Moskvadan,  Şahdan

uzaqlaşdırılıb,  Din  mərkəzi  "kum"  şəhəri  şeyxinin  adına  bağlandığına  görə,

qocalar  Məhərrəmova  arxalanıb,  hələ də "Xudiyev  dəstəsi"  adlanan  KQB-dən

çəkinmədən,  Ağı - SafAğı,  "Muğ"u - Bağı  öz  adı  ilə deyə-deyə Elmi  açıqca

təbliğ  edirdilər  və bu  iş  Bakıda  Mədədi əməlli-başlı xoşbəxt  insana  döndərirdi.

Min  doqquz  yüz  yetmişinci  ildə,  Nəsiminin  anadan  olmasının  altı  yüz  illik

yubileyi ərəfəsində,  o  dörd  "Divan"lı nəhəng  şairin  həyatını əhatə etmək  üçün

"Divan"ların  izi  ilə "Vərəsə"  tədqiqatı  beynəlxalq  miqyasa  çıxıb,  Səmədi

Suriyaya,  Hələbə,  Bağdada,  Şama

1

ezamiyyətə



aparanda,  Mədəd  eyni

xoşbəxtliklə "Musa Ağanın" - Ulu Bağ ƏsƏlMənin Muğandan Qazağa sürülməsi

haqqında məlumat  izi  ilə,  general  Məhərrəmovun  zəmanətini  alıb  Leninqradda

"Upravleniye po delam pereselentsev" - "köçkünlərin işləri üzrə idarə"nin Dövlət

Arxivinə təhvil  verilmiş  "

qovluqlar  arasında  eşələnməyə"  məcbur  etmişdi  o  vaxtlar.

"Bir ayağı Leninqradda, Bakıda, bir ayağı veteranlar cəmiyyətində, "yenə demək olar ki,

bütün rayonun himayəsində "keyf çəkmişdi": ata əvəzi emioğlundan başlamış, Elm,  saz-

söz ustadlarına qədər, himayədarlarının hamısı Mədədi "Bircə bala", "Varis", "Tədqiqatçı"

adlandırmışdı. Odur ki, Tədqiqatçının minimumları verib qurtarıb, dissertasiya müdafiəsi

ərəfəsində aspiranturanı atıb aşıqlığa qurşanıb müəmmalı göz yaşı ilə dolu gözlərlə sazın

döşünə baxa-baxa "Ağlaram  Ağlar kimi" sızıltısına qapılıb və "dilinə qıfıl vurub", ancaq

hərdən  üzünə çox  baxanlara  qəzəblə:  "Tüpürmüşəm  hər  şeyə"  deyə-deyə,  atasının

ölümündən uzun illər keçəndən sonra birdən-birə yasa batmağı üç para kəndlə birgə bütün

rayonu da çaxnaşdırıb, bu sirli yasa marağı artırmışdı.

Abı  ilə Çürüyü  dəhşətə gətirən  bir  də bu  idi  ki,  ana  babası Əlləzoğlundan,  nənəsi

Hənifədən,  anasından  və dostu  "pyanska  şair"  Şöşüdən  başqa  Mədəd  heç  kəslə kəlmə

kəsməsə də,  yasa  marağın artmağı qıfılın sınmasına - sirrin açılmasına səbəb ola bilərdi.

Buna görə də avqustun

SSRİ-nin rəsmi  dairələri  şeri  "Ənəlhəq  üstündə qurulmuş"  Nəsiminin  yubileyinin əleyhinə

oisalar  da,  Azərbaycan  KP  MK-nın  birinci  katibi  senzuranın  iradəsini  sındıra  bilmişdi  və X-XIV

əsrlərin  gizlin  SafAğ  mərkəzləri  Hələbə,  Bağdada,  Şama  çoxlu  ziyalı –tədqiqatçı  axırına  şərait

yaratmışdı:  İslam  dininin  "Şiə"  qolunu  İranda  hakimiyyətə gətirməyə və bununla  Şimali,  Cənubi

Azərbaycanın  birləşmək  təhlükəsinin  qarşısını  almağa  hazırlaşan  KPSS,  "Ənəlhəq"i  öyrənməyə

maraq göstərmişdi.



______________Milli Kitabxana_______________

iyirmi  səkkizində,  iyirmi  doqquzunda  Mədədin  sağ-solunda  dinməz-söyləməz

saz  çala-çala  iki  toy  keçirəndən  sonra  qocalar  daha  nə toylara  gedirdilər,  nə də

məclislərə; "mikrafonnu toyun zırıltısından cana doyub Çürüyün  sazını istəyən"

Qonaqlıların,  Tahirlilərin,  Qurbanlıların  təkidü  dəvətləri  ilə

birlikdə,

"beşmanatlıq  aşıqlar"ın  boğazdanyuxarı mələmələrindən  bezikib,  dədə-baba

havaları istəyən  "pyanska  şairlərin",  o  cümlədən  Şöşünün  yalvarışlarına  da  rıdd

cavabı  verib,  Mədədi  hır  yerdə cəmaatdan  təcrid  eləməyə çalışırdılar.  Çünki

"Çürüyün sazını istəyən" Qonaqlılar, Tahirlilər, Qurbanlılar həm də "hələ dili az-

çox  söz  tutan"  Abının sözünü  də istəyirdilər  ki,  bəlkə bu  qeyri-adi  yasın  sirrini

öyrənsinlər;  "dədə-baba  havaları istəyən"  şairlər  isə həm  də "Muğanna"

təxəllüslü  Pünhan  şairin  şerlərini  oxuyan  Mədədin  qəm-kədər,  dərd-ələm

havalarını  istəyirdilər  ki,  qəm-kədər  içində bir  eyham,  işarə tutub,  yasın sirrini

bilsinlər.  Bunu  qocalar  dönə-dönə deyib,  Mədədi  ayıltmaq  üçün  təkid  edirdilər

ki,  ağzında  dilini  torpətdiyi  gündən  "əmi"  dediyi,  sonralar  "alimim,  fəxrim"

adlandırdığı  ata əvəzi  Səmədin  özü  ilə danışmadan,  vəsiyyətin  harda,  necə

yazıldığını,  Sultanın  öz  istəkli,  can-ciyər  qardaşoğluna  niyə elə birdən-birə

düşmən kəsildiyini dəqiq bilmədən ah-uf eləməsin, tək Əmirli nəslinə yox, o tay-

bu tay Azərbaycana, Türkiyəyə və bütün dünyaya aid olan yeddi yüz əlli cildlik

"Vərəsə"yə - Səmədin  çoxillik  zəhmətinə "tüpürmüşəm"  deyib  dünyanı

çaxnaşdırmasın.

Adi  nəsihət  təsir  etməyəndə Xızr  Abı  birdən-birə dümağ  ağarıb,  soyuq  tərə

bata-bata  qışqırırdı:  "İçində nə var  sənin,  ey  KQB?!  Səməd  Məhərrəm

səviyyəsində adamlara  da  Hələbdən  gətirdiyi əlavə material  verib  ki,  hazır

olsunlar. "Ermənilərin başlarına hava gəlib, Qarabağı almaq qəsdindədilər. Bütün

dərdini  çəkmək  məqalə-zad  yazmaq əvəzinə sən  o  kağızı  cibinə qoyub  yetim

quzu  təki  mələyirsən.  "Ağlaram!..  Nədi  bu?!"  Qocalar  hardansa,  kimlərdənsə

öyrənmişdilər  ki,  "Sovet  hökumətinin  axırıdı",  məhz  buna  görə də Səməd  öz

Pünhan Muğannalarına əlavə Elm sirləri verib ki, imkan yaransa, üzə çıxartsınlar

SafAğ  həqiqətini. Belə bir vaxtda Elmdən dönən  kim olur  səncə?! Mən  məəttəl

qalmışam, yəni mümkündümü belə dönüklük?! Nə olub sənə?! Danış! Açılış!"

Əmma bədbəxtlikdən, Mədəd bu deyilənlərdən təsirlənmədi, açılışmadı.

Toya  dəvət  edənləri,  pavilyona  çağıranları  həyətdə görəndəcə qəribə hövl

içində dik  atılırdı.  "Tüpürmüşəm,  hər  şeyə tüpürmüşəm! -deyirdi  və divarda

xalçanın  üstündə mıxlardan  cərgə ilə asılı  üç  sazdan  hansı əlinə keçsə,  mıxdan

qoparıb, eşikdə, toy adamları ilə dəli kimi danı-



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə