İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə149/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   145   146   147   148   149   150   151   152   ...   180

______________Milli Kitabxana_______________

OdEyAğ.


EvƏrEyOd.

BağOd.


OdAğSar.

ƏrBağ.


BağOdAğ.

ƏsƏrBağ.


ƏrOdAğ.

ƏrEvÜn.


ƏsOdAğ (Yazıram, oxu).

Bu on bir Bağ, Ulu Bağın BağSar rütbəsi ətrafında 100 Bağdan, Ulu Bağ da

daxil olmaqla, on bir nəfəridir.

On bir Bağ ƏrEydə işləyənlərdir. Əmma mərkəzdə daimi deyilmişlər. Niyə?

Qulaq as!

Birinci  "sivilizasion"un birinci  ilindən  ta  geri  sananan  tarixin  dördüncü

əsrinin axırına, yəni İskəndərin basqınlarına qədər GurOdlarda növbəynən Sarlıq

eləyiblər  bu əbədi  Sarlar.  Beşi  beş  GurOdda  oturanda  o  birilər Əski

EvƏrEylərnən - "Skif'lərnən Şuma gedib, ŞumƏr Sarları olublar, ŞumƏr Sarları

Bağdaya qayıdanda GurOd Sarlan şuma gediblər.

Geri  sananan  tarixin  son  üç əsrində "Yer"  mühitində "Qrek"  cəhaləti  o

dərəcəyə çatıb  ki, ələ keçən  EvƏrEyOdBağdayları - "Pro  Metey"ləri,  SafAğ

İnsan əqidəsindən,  yəni  OdƏrlikdən  dönməyən  Bağları  elə ələ keçən  anda  üzü

üstə yerə yıxıb, əllərinin,  ayaqlarının  pəncələrini  uzun  quru  ağac  mıxlarnan

torpağa  mıxlayırmışlar.

1

O əsrlərin  OdƏr  rəssamları,  heykəltaraşları  canlarına



həşərat  daraşa-daraşa  işgəncə içində ölənləri  qayalarda  elə canlı  həkk  eləyiblər

ki,  hətta  "Vərəsə"mizdən  qalan  səhifələrdə lap  kiçik  formatlı  şəkillərə də sakit

baxmaq  olmur.  İkinci  doğuluşa, əbədiyyətə nə qədər  vərdiş  eləsək  də,  insan

əzabına,  "ölüm"  adlanan  ayrılığa  dözmək  çətindi,  oğul.  Quldarlar  görünür  bunu

da  bilirmişlər, əlləri,  ayaqları zəncirli  qul əhalini  at  döşünə,  qamçı  altına  salıb

torpaqda  işgəncə çəkənlərin  aralarında  gəzdirirmişlər,  sonra  "Pers"  saraylarında

hökmdarların, əyanların hüzurunda nümayiş etdirirmişlər.

Bağdayın  müxtəlif  dövrlərində ictimai,  siyasi,  mədoni  məişət təfsilatlarını  aydın  göstərən  şəkillər

"Vərəsə" ilə birlikdə gizlədilsə də İngiltərədə, keçmiş SSRİ də Şərqşünaslığa aid arxivlərdə saxlanılır.

Çox az bir qismi "İstoriya Midi" kitabında çap olunub.




______________Milli Kitabxana_______________

İnanılası şey deyil, üç yüz il davam eləyib bu zülm!

Sözü bura  gətirirəm  ki, adlarını çəkdiyim əbədi Sarlar lap  qocalıblar kütləvi

edamlar  dövründə.  Yəni  bətnən  dəyişibmişlər,  hiddətli,  kinli  olubmuşlar.  Ulu

Bağdan,  həmin  1000  nəfərlik  SimOd  məclisindən  tələb  eləyirmişlər  ki,  SafAğ

İşıqdan,  ikinci  doğuluşdan  məhrumluq  təhlükəsi  labüd  olduğuna  görə

quldarlarnan döyüşməyə izn verilsin. Məclis isə, ərazini tərk eləyib hər hansı bir

təhrif əraziyə köç  buyururmuş.  Bayaq  dedim,  yalnız  Yeni  tarixin  birinci  ilində,

bütün  GurOdlar,  GurOdMon -"Kirdman"  qalaları əldən  çıxandan  sonra  şərti

GurOda - SarUcAğa  köçmək  məcburiyyətində qalanda  OdAğÜzdən  də icazə

verilib ki, Bağdayı döyüşlə azad eləsinlər.

O  vaxta  qədər,  yəni  SağSan - SağƏsÜn  rütbəsi  hakim  olana  qədər əbədi

Sarlar  sözün əsil  mənasında  cəhənnəm əzabı  çəkiblər.  İndi  deyəcəm,  hətta  Ulu

Bağın, OdAğÜzün icazəsi olmadan, çox dəhşətli hiddətnən, əbədiyyətini qurban

vermək  bahasına  döyüşə girişən  bir əbədimiz  olub.  Qaya  yazılarında  da,

"Vərəsə"də də BağOddu  o  Sarın  Odu - adı.  Çox  yüksək  rütbə sayılır - "Pat" -

BağOd (Bağ həqiqəti). Midi Qiena "Midi" deyirdi BağOda, belə də yazırdı.

Nəcəfoğlu,  Məhərrəm,  mən,  bir  də sənin  bəyənmədiyin  Məleykə Muradova

bütün  imkanlarımızdan  istifadə eləyib  Nizaminin  tədqiqatçısı  Bertelsnən  Midi

Qienanı qonaq apardıq Mərdəkana, Moskvadan ən populyar bir müğənni qadını

xüsusi  gətirtdik,  iki  gün  keyf  verdik  falsifikatorlara,  iki  gün  bu  cür,  sənnən

danışdığım  kimi,  hərtərəfli  söhbət  elədik,  çalışdıq  ki, əbədi  Sarlardan  heç

olmasa,  tək  birinin  adını - BağOdu  rusca  "Boq  Od"  şəklində saxlasınlar,

BağOdun quldarlarla məşhur döyüş epizodunu bir az təfsilatnan çap elətdirsinlər.

O  döyüş  epizodu,  qısası,  belədi  ki,  Sar  BağOd  GurOdlarda  kütləvi  edam

fəlakətinə dözməyib,  ordusunu  Şum ərazisindən  Bağdaya  qaytarıb,  fatehlərin

dağınıq  qüvvələrini  hər  yerdən  qovub,  üç  tərəfi  dağ  olan  daracağa  salır, ƏsOd

EvƏrEylərə - "Əski"  EvƏrEylərə, ƏrSarlara -"Rıtsar"lara əmr  edir  ki,  fatehləri

son  nəfərinə qədər  qırsınlar,  "Qreklar"  bir  daha  öz ərazilərindən  kənara  çıxa

bilməsinlər.  Belə kinli  olanda  Bağlar  Ün  eşitmirlər,  hətta  özləriynən  birlikdə

"Əski"  EvƏrEyləri,

ƏrSarıları

1

da  torpağa  çevrilən  ölümlü  insanlara



döndərdiklərini  dərk  eləmək  istəmirlər.  Belə hallarda  nəinki  OdAğÜznən

QalAğımız,  hətta  bütün  Kainat  yasa  batır.  Yəni  OdƏr  bəşəriyyoti  yeganə

doğuluş planeti

"Rıtsar" adı Avropaya Bağdaydan keçib.




______________Milli Kitabxana_______________

olan "Yer"də ərsəyə çatan övladlardan əbədi ayrılığa dozəmmir... Bu dərdin necə

dərd  olduğunu  dərk  eləmək  üçün  bilməlisən  ki,  OdAğÜzdə və bütün  Kainatda

yaşayan  OdƏrlərin  bizə - "Yer"  bəşəriyyətinə baxmasına  izn  veriləndə də

aramızdakı  məsafə və maniələr  götürülür,  yenə deyirəm,  mən  səni  burda -

qarşımda necə görürəmsə, Kainatdakı əzizlərimiz də bizi elə görürlər. İkinci dəfə

doğulan  ata,  ana,  baba,  nənə burdakı əzizlərini  lap  doğulduqlan  gündən  bayaq

dedim,  körpələrini əzizləyə-əzizləyə böyüdürlər,  o  planetin  sakini  ikən  bu

planetin sakini kimi, bütün xeyir-şər işlərimizin şahidləri olurlar. Bax buna görə

Sar  BağOdun  özü  ilə birlikdə bütün  ordunu əbədiyyətdən  məhrum  eləmək

niyyətinə dözməyiblər.  EyOdƏr  Babamızın  hökmüynən  OdÜnEyƏsi -"Günəş"i

söndürüblər.  "Günəşin  tutulması"  dediyimiz  başqa  şeydi,  "Günəş"i  tamam

söndürmək  isə Kainatın məhvinə bərabər  hadisədi.  Odu  ki,  Ün  eşitmesə də,

zülmətə düşəndə Sar BağOd başa düşüb hər şeyi, fatehləri mühasirədən buraxıb.

Xahiş  elədik  ki,  Bertelsnən  Midi  imkanlarını birləşdirib  həmin  bu epizodu

çap eləsinlər.

Mədəni Bertels dedi: "U.Dyakonova yest takaya vozmojnost!" Dyakonov da

dedi: "Da, u Dyakonova yest takaya vozmojnost, no uçtite, çto rukopisey moyey

kniqi  uje  predstavlena  tovarişu  Stalinu.  U  Qeradota  "Madi"  vmesto  BağOda,  u

menya - "Midi". BağOd ili BoqOd mojet imet mesto liş v buduşşem".

1

BağOd - "Madi" əvəzino  "Midi"  yazmağının  səbəbi  vardı.  Guya  Heradotun



"Madi"si  "Bağday"  sözünə oxşayır!..  "Midi  Qiena"  adını  o  qonaqlıqdan  sonra

verdik  "dyakon"  nəvəsi  Dyakonova.  Niyə "Qiena" -Goreşən?  Çünki ən

ləyaqətsiz  küçə xuliqanı  kimi  sərxoşluğa  qoydu  özünü,  dedi:  "Mirovaya  nauka

okonçatelno umertvila Midiyu. A mne poruçeno smetat ostanki Boqov. Tak çto,

nikomu iz vas ne udastsa vozradit Bağday"

2

"Smetat" - süpürmok  atmaq nədi?! Əbədilərimizi  büsbütün  yedi  "Qiyena:"



hamısının təhrif adlarını çap elətdirdi. Yazıram, oxu:

"Baksar",  "Deyək",  "Fraort",  "Madi",  "Kiaksar",  "Arbak",  "Mau-dauk",

"Sosarm", "Artik", "Arbiani", "Astiaq".

"Dyakonovun belə imkanı var". "Bəli, Dyakonovun belə imkanı var, əmma, nəzərə alın ki, mənim

kitabım artıq təqdim olunub yoldaş Stalinə. Heradotda (kitabında) BağOd əvəzinə "Madi"dir, məndə

"Midi". BağOd ya BoqOd yalnız gələcəkdə yazıla bilər".

"Dünya  elmi  Midiyanı  tamam  məhv  eləyib.  Mənə isə tapşırılıb  ki,  Bağların  skeletlərini  süpürüm

atım. Nəticə: sizdən heç biriniz Bağdayı bərpa edə bilməzsiniz".




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə