İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə151/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   147   148   149   150   151   152   153   154   ...   180

______________Milli Kitabxana_______________

sözləri barədə sualın cavabı nə idi?! Beyin fani idi?! Və dünya fani    beyinlərin

dünyası idisə, Səməd nə deyə bilərdi?!

-

Mənə belə qəmli  baxma, əmi...  Partiya  məktəbinin  müdavimi Səməd



hara, bu Səməd hara? Tamam başqa adamam... Əmma... açığı, çaşdım... Bağışla

məni... "Allah"nan ƏlAğın fərqini dərk eləmişəm, əmma Bağ olammaram  mən,

OdƏr olammaram, əmi... Başa düşürəm, səndən ötrü çox ağırdı bu sözlər. Əmma

bu elə məsələdi ki, burda yalan danışmaqdan böyük qəbahət ola bilməz. Bağışla

məni, görürəm çox əzab verəcəm sənə. Özüm də əzab çəkirəm. Başım, boynum

partdayır  ağrıdan!..  Sənin,  Abının  arzuladığınız  Varis  olammaram  mən...

Peyğəmbərin  möhürü dərya-dəniz  şadlıq verdi  mənə. Dünyamız, dilimiz barədə

hər şey verdi. Doğrudan da hər şey, əmi! ƏlAğ - "Allah" verdi mənə!

Kor  gözlərimə işıq  gəldi.  Sədr  Mədədi  gördüm.  İkinci  doğuluşa  inandım,

atamın,  anamın,

əmilərimin,  babamın  sağlığına  inandım.  OdƏrliyimizə,

Bağlarımıza  inandım!  Ulu  Bağın  möhtəşəmliyini  gördüm.  Faciəsini  duydum.

EySar  ÜnEvin,  EvƏrimin  faciələrini  duydum.  EySarımızın  faciəsini  duydum.

İrəli sananan, geri sananan yüz min illik tarix heç. Yeni tarixin min doqquz yüz

ili  müddətində faciənin  həddi-hüdudu  yoxdusa, kor  balasının gözlərinə belə

möcüzəli  işıq  verən  bu  nadir  insan  Sultan Əmirli  də ölümə məhkum  olunubsa,

özün  bilmirsənmi  EySarın  son  sözləri  nə verirmənə?!  SafAğ  Olamı  fanidi!

BağÜn lazrm deyil bu xarabada!

Sultanın gözləri böyüdü.

-

Budu  cavabın?!.  İkinci  doğuluş  lazım  deyil?!  Yerdə



ölümə

məhkumluğum  ölümümdü?!  Bu  dəqiqə burda  yıxılsam,  cəmisi  bir  neçə saatdan

sonra qardaşlarımı, atamı, anamı, babamı, nənəmi bağrıma basacam!

Budumu  fanilik?!  Bu  beyin - BağÜnün əbədiyyətini  dərk  eləyə-eləyə

deyirsən fanidi?! Otar Kiknadze nə zibildi Bağ Sultanı əbədi işgəncəyə salsın?!

Yağır  Məmmədəliynən  şah  necə öldürə bilərlər  Ağ Əmirnən Boz Əmiri?!  Çax-

çux  necə öldürə bilər  sədr  Mədədi?!  İndi  de!  De  görüm  nə verdi  sənə EySarın

son sözləri?!

Səməd başını sinəsinə oyib, qaldıra bilmirdi.

-

Necə



yəni 

"Çax-çuxa 

toxunmaq 

olmaz", 


ay

əmi?! 


Planet

Bezobraziyenin  pəncəsində qalırsa,  EySarımın  azərbaycanca  "ƏlEy!  ƏlEy!"

iniltisi nəyimə gərəkdi mənim?!

Yenə üzüntülü  sükut  çökdü.  Sonra  birdən  sərt  taqqıltı eşidildi:  Sultan

yumruğunu başına çırpdı.

Səməd  elə bil  daşa  dönmüşdü...  Hələ bilmirdilər  ki,  bu  gecə əmi  ilə

qardaşoğlunun birgə Yer həyatının son gecəsi idi.



______________Milli Kitabxana_______________

* * *


Elə orda,  hərəsi  bir  "tyubik"in  üstündə donqarlanıb,  daş  kimi  yatıb  bir  də

Müslümün öskürəyini eşidəndə oyandılar. Yuyunub, çay içib məhkəmənin səhər

iclasına, qərarı eşitməyə getdilər.

Mirqəzəbə güllələnmə, "Pers"ə iyirmi beş il  həbs cəzası  kəsiləndə bütün zal

ayağa qalxıb qatillərə lənət oxudu.

Tək  bir  nəfər  nə ayağa  qalxdı,  nə də səsini  çıxartdı.  O  bir  nəfər  Sultan  idi.

Keçinib,  necə oturmuşdusa,  eləcə də qalmışdı.  Termosla  "qranyonnı  stəkan"

döşəməyə düşmüşdü, rəngi dəyişirik - göyümtül çalan YemSən suyu kresloların

altına  axıb  yayılmışdı...  Bircə balanın  hədəqədən  çıxmış  gözləri  qonşu

kreslolarda Müslümü axtardı, zalı dolandı görmədi.

Əmisini  qucağına  götürdü.  Meyidin  hələ tamam  soyumamış  üzünü  üzünə

söykəyib,  sinəsini  sinəsinə sıxıb  zaldan  həyətə çıxartdı.  Müslümün  yerində

oturan yad adamın nazik, qırışıq boynuna ötəri baxıb, meyid qucağında, maşının

dal  oturacağına  keçdi,  bütün  yolu  elə o  vəziyyətdə-qucağında  apardı.  Yolda

qulağına  dəydi  ki,  "rəhmətlik  Mədəd  də Suranı  belə aparmışdı.  Qucağında.  Bu

ata  uşağında  adətdi,  nədi..."  Bu  sözlərdən  sonra,  yarımyumulu  gözləri  önündə,

fəzanın dərinliyində ikən lap yaxın görünən sədr Mədədi, sonra isə əmisini gördü

və çox  aniaşılmaz  oldu  ki,  dünəndən  bəri  az-maz  da  nəmçiməyən,  quruluqdan

alışıb-yanan gözləri məhz o fəzadakı sağ-səlamət Sultanla Mədədi görəndə yaşla

dolub, qucağındakı Sultanın sifətini iri damlalarla islatdı. Xəbəri yoxdu ki, bir də

əlli  beşinci  ilin  yanvar  günlərindən  birində, Əlləzoğlunun  çəpərinin  arxasından

çağa  çığırtısı  və Torksinin  darvazadan  eşiyə atılıb: - Muştuluğumu  ver,  Mədəd

əmi gəldi! Mədəd əmi gəldi! -dediyini eşidəndə gözlərindən belə iri-iri damlalar

səpələnəcəkdi...



ÖLÜM-DİRİM

Min  doqquz  yüz əlli  dördüncü  il  ilə min  doqquz  yüz  səksən  səkkizinci  illər

arasında,  yəni  Sultan Əmirlinin  yeganə yadigarı  Mədədın  otuz  dörd  illik

ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd uni" versitetin dissertantı olub,

tarix  elmləri  namizədlik  dissertasiyasuıı  tamamladığı  bir  vaxtda  gözlənilmədən

hər  şeyi  atıb,  Qonaqlıdakı Əmin mülkünə qayıtdığı  günə qədərbaş  verən

hadisələr içində, Əmirli nəslının



______________Milli Kitabxana_______________

sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz

salmışdı.  Birinci  hadisə:  Mədəd  hələ beş  yaşında  ikən əmisi  Səməd Əmirli

rayonda ən  məşhur - bilikli,  bacarıqlı  kolxoz  sədri  sayılarkən  Bakıdan  general

Məhərrəmov  ağ,  par-par  "Volqa"sında  gəlib  onu - Səmədi  zorla  maşına  basıb

aparmışdı  və Səməd cavan,  gözəl  arvadı  Torksinlə oğulluğa  götürdüyü  körpəni

Qonaqlıda  qoyub,  ildə bir-iki  dəfə bir-iki  günlüyə qayıtmağı  sayılmasa,  uzun

müddət  yoxa  çıxmışdı.  İkinci  hadisə:  beş  il  bundan əvvəl,  yəni  səksən  üçüncü

ildə Səmədin  "barmaqla  göstərilən"  arvadı  Torksin,  Mədədin  lap  körpəlikdən

"Gül  xala"  dediyi  Gülbənizin  Sudüşəndəki  evindən  qayıdarkən  oradan-

Sudüşəndən  atılan  güllələr  onun - Torksinin  kürəyinə dolmuşdu.  Qəsəbədən

yüyürüşüb  gələn  adamlar  arasından  Rəhim  kişi - Xəlvət  Rəhim  irəli  çıxıb

meyidin gozlərini sığayıb "Heyif səndən, ay gözəl bala", - demiş, meyid Əmirli

mülkünə aparılıb,  kəfənə büküləndən  sonra  isə o - Xəlvət  Rəhim  cibindən  bir

naxışlı  tütün  kisəsi  dolusu  qızıl  çıxarıb,  stolun  üstünə qoyub,  "Səməd  burda

yoxdu.  Heç  bilinmir  Bakıdadı,  yoxsa  xaricdə.  Yaxşı  dəfn eləyin  bu  bədbəxti,

qəbrin  üstündə büstünü  qoydurun, ətrafında  qışda  da  solmuyan  gül-çiçək əkin",

demişdi. Əmma  Mədəd  qızılı  Xəlvətin  sinəsinə çırpıb,  "Nə səndən,  nə də o

qəsəbədən  bir  qəpik  almaram!  Özünüzü  də bu  mülkdə hüzrə buraxmaram!  Çıx

burdan!" - deyib qocanı kandara itələmişdi.

Üçüncü  hadisə:  keçən  ilin  avqustunda  Sultan Əmirlinin  sovxası  kitelin  döş

cibindən vəsiyyət tapılmışdı. Əslində bu, birinci hadisə sayılmalıdır, çünki məhz

o vəsiyyət Mədədin həyatını kökündən dəyişdirmiş, aspiranturanı atmağa məcbur

eləmiş,  üstəlik,  lap  ilk  gənclikdən  ona  saz-söz öyrədib  məclislərdə gəzdirən

ustadlan Xızr Abı ilə Çürük Aşığa yenidən bağlanmışdı.

Vəsiyyət cəmi bir neçə cümlədən ibarətdi: "Məni Varisim öldürdü. Varisimi

də Varisi öldürəcək. Bu nə sirdir?! Baş açmıram. Daha heç nə eşitmirəm. Heç nə

görmürəm. 

Adı

ƏlifBey 


olanıma 

yalvarıram, 

Sahibimizə

yalvarsın,

mümkündürsə,  nəslimizin  bu əcaib  bədbəxtliyinin  səbəbini  öyrənsin,  hadisələrə

müdaxilə eləsin, sən dönə-dönə oxu, Səmədim, dərk etsən, qulun Elmə qul ol!

Yalnız  "Muğ" - Bağların  anlaya  biləcəyi  bu  vəsiyyəti  hələlik  üç  nəfər -

Mədəd  özü,  "adı ƏliyBey  olan",  yəni  Xızr  Abı,  bir  də hədsiz qocaldığına  görə

qara  cürəsinin  simlərinin  parıltısından  başqa  ancaq odAğÜzdən  göstərilənləri

görən Çürük Aşıq oxumuşdu. Qocalar- Abı




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə