İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə147/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   143   144   145   146   147   148   149   150   ...   180

______________Milli Kitabxana_______________

nəsildən  sonra  itir,  OdAğÜzdəkilər  isə lap  Olam  zamanından  yadda  saxlayarlar

nəsillərini,  "Yer"də bir  uşaq  anadan  olanda  orda - yuxarıda  sevinişirlər,  ordan-

bura  uşağı  İşığa  bələyə-bələyə güldürürlər,  oynadırlar  "Yer"dəki  bircə körpənin

təhrifı  OdAğÜzdə min-min  insana  dərd  verir!  Bu  münasibətnən,  birinci

GurOdun  adına – ƏrEyə bir  də diqqət  yetirək: ƏrEy - Uca  İşıq.  Yəni  birinci

GurOd  bütün  planeti - EyƏri  təmsil  eləyir.  İkinci  GurOdun  adı - ƏrÜz  də,

üçüncü GurOdun adı -AğÜz  də, dördüncü GurOdun adı ÜzAğ da birinci adnan

bağlıdı: bu mənalar təhrif ediləndə bütün planet EyƏrdon - Uca İşıqdan məhrum

olur,  yəni  EyƏrin - Uca  İşığın  mənbəyi  OdÜnEyƏsi - "Günəş"i  tanımır,  insan

şüurca  və demək,  həm  də cismən  yalnız  torpağa  bağlanır,  OdƏrliyini - Həqiqət

İşığı  olduğunu  dərk  eləmək  qabiliyyətini  itirib,  OdƏrBağdan  yox,  "torpaq"dan

yarandığına inanır.

Beşinci GurOdun EyÜn ÜzAğdı adı, şərti olaraq Yarı ÜzAğ deyirik. Əslində

dördüncü  GurOd  ÜzAğnan  beşinci  GurOd  Yan  ÜzAğ -"Qanzak" - "Qazax"  da

üçüncü GurOd AğÜz ərazisi sayılıb, geri sananan tarixin axırına yaxın "Qrek"lər

Bağdayın

içərilərinə

soxulub

ərazini  kiçik-kiçik  xanlıqsayağı  dövlətlərə



parçalayanda Ulu Bağ, məcburiyyət qarşısında, bütün AğÜz - "Oğuz" OdƏrlərini

şərti olaraq dördüncü adlandırılan ÜzAğ ərazisinə, sonra da mərkəzi Yan ÜzAğ -

"Qazax"  sayılan  şərti  beşinci  GurOdun ərazisinə köçürüb.  Yeni  tarixin

başlanğıcında Qrek-Latın-Fars qoşunları beşinci GurOdu da tutanda Ulu Bağ özü

OdƏrMən - "Türmən"

1

qoyun  yataqlarında,  çobanlarının arasında  gizlənib,



əhalinin  böyük əksəriyyəti  isə,  BağOdEy - Uca  Həqiqət  Bağı ərazisindən

kənarda,  təhrif  insan ərazisində,  müvəqqəti  altıncı  GurOd  UcAğda  yerləşib.  Bu

UcAğa  SarUcAğ

2

da  deyilir.  Çünki  təhrif ərazidə,  adətən  hər  şey  yalnız  Sar



iradəsindən  asılı  olur.  Adı  sonralar  "Sircik",  "Selcuq"  şəklində təhrif  olunan  o

SarUcAğa ixtiyar verilib ki, fatehləri Bağday ərazisindən çıxarmaq üçün könüllü

"ölümə" - ikinci  doğuluşa  razılıq  verən  OdƏrlərdən ƏrSarlar

3

hazırlasın. ƏlAğ



EySanmızın  SimOd  məclisinin  qərarıynan ƏrSarlara  indi  bizə möcüzə kimi

görünən 


qabiliyyət 

verilib: 

döyüşə

girişəndə



bədənlərindən-əllərindən

"Türmən"  indiki  Ağstafa  (qedim  AğÜz  OdEv)  rayonunun ərazisində Ceyrançöl  adlanan  örüş

yerlərinin, Muğanlı kəndinin yaxınlığındadır.

Türməndən qərbi Sibirə qədər ərazi.

ƏrSar - "Rıtsar".



______________Milli Kitabxana_______________

qılınclarına  SafAğ  İşıq  keçirmiş,  atlarıynan  bərabər  özləri  də möhkəm  zirehli

"Qrek-Latın" legionerlərinin zirehlərini qılıncnan yox, qılıncın ucundan çıxan

SafAğ  İşıqnan  kəsirmişlər.  Sonralar  təhriflərin  dilində "ntsar"a  çevrilən

ƏrSarlara  daha  bir  möcüzəli  qabiliyyət  verilibmiş:  uzaq  məsafədən  SarUcAğın

Ünüynən bərabər ƏsAğÜz - "Saz" Ünü eşidə-eşidə vuruşurmuşlar. Arada deyim

bil ki, bütün dəstanlarımızda, o cümlədən "Koroğlu" dostanında qılıncnan yanaşı

Saz  Yeni  tarixin  başlanğıcındakı ƏrSarlarnan əlaqədardı,  "dəstan"a - OdƏs

OdÜnə keçib. Tiflisdən o yanlarda "Sak" - ƏsAğ, Tiflisdən bəridə "Kəpənəkçi",

"Saraclı"  kəndlərində "Səlcuq"lardan  doğulan  uşaqlar  da  "Saz"ı  lap  birinci

dəfədən çalırlar: irsiyyətdən!

Tariximizin  son  dərəcə maraqlı  səhifələri  var,  oğul.  Vaxtı  çatanda  hamısını

biləcəksən.  O  altıncı, ərazidən  kənar  GurOdun  mərkəzi  OdEv ƏlƏs  adlanıb,

sonralar təhriflərimizin dilində "Tiflis"ə, "Tbilisi"yə dönüb. OdEv ƏlƏsin əhatə

elədiyi ərazilər  də geniş  olub.  "Atilla"nın - OdƏlin  vaxtında  "Sibir"  də UcAğ

sayılırmış.  "Vərəsə"mizi  oxuyanlardan  basqa,  heç  kəsin  xəbəri  yoxdu  ki,  İlan

legionlarının, hətta ƏrSarlan üstəliyən, Sibirə qədər gedən vaxtları da olub. Məhz

o  vaxtlar  SarUcAğı  "Zir  ciy"ə,  "Sir  ciy"ə,  "Səl  cuq"a  çevirən  də "mədəni

Qrek"di.

İlanın  Moskva  "alim"ləri  haray  çəkirlər  ki,  "Sılcuq"ların  nəinki  "Midiya"ya,

heç  "Azərbaycan"a  da  dəxli  yoxdu!  Halbuki,  fatehləri  beşinci  GurOd  Yan

ÜzAğdan - "Qazax"dan  məhz ƏrŞarlar  qovublar,  SağSan - SağƏsÜn  Ulu  Bağ

məhz ƏrSarların sayəsində qayıdıb Qazağa.

İlanın yazdırdığı "tarix" "Fars səltənəti" adlandırır Ulu Bağ Sağ-ƏsÜnün beş

GurOdlu  Bağdayını!  Yalnız  biz  bədbəxtlərə məlumdu  ki,  EvƏrƏs - "Pers"iya"

özü də Bağdaya daxil olan ərazidi, əhalisi də OdƏrlərdi, İsgəndər "Kəbir" ayınb

bizdən  o  OdƏrlori.  "Pers"  dili  tədricən  ayrılıb  "Dəri"  adlanan "dil"dən  yaranıb.

Bayaq  bu  barədə danışanda  deməliydim  ki,  "Qrek",  "Ərəb"  dili  qarışıb  "Dəri"

"dil"inə.

Oxuyursan:  "Sasani  hökmdarı Yəzdigird!"  Farsdilli  Nizami  də "Yəzdigird"

yazırsa, necə inanmayasan ki, doğrudan da "Fars"dı bu "Yəzdigird", "Sasani"di,

"Bəhram  Gurun  atasıdı!"  Nə yaxşı  ki,  Nizaminin  rəmzlərinin  hamısını

pozmayıblar:  Bircə sətrdə qalıb:  "Bəhramın  atasının  Odu  Qazaxda  idi!"  Fəhmli

oxucu  duruxur:  "Qazaxda?!"  "Sasani  paytaxtı  "Rey"  sayılırsa,  Bəhramın  təxti-

tacı  "Rey"dədirsə,  atasının  "Atəş"i - Odu  niyə Qazaxda  olsun?!"  Axtar  bu

"niyə"nin  cavabını,  daha  "Vərəsə"də də tapmazsan.  Yalnız  Sultan Əmirlinin

dilindən eşidə bilərsən ki, "Bəhram Gur"un - BağƏrim Gurun atasının Odu - adı,

rütbəsi  "Yəzdigird"  deyil, ƏsOd  GurOddu.  Bayaq  dediyim  GurOd -"kürd"

ordusunun Sarları həmişə ƏsOd GurOd rütbəsi daşıyıblar. Bu



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə