İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə148/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   144   145   146   147   148   149   150   151   ...   180

______________Milli Kitabxana_______________

Od - ad - rütbə Yan  ÜzAğ - "Qazax"  GurOdundan  da  "Yəzid"  yox, ƏsOd

(Yaradan Od) idi!

OdƏrMən - "Türmən"  qoyun  yataqlarından  qayıdandan  sonra  Ulu  Bağ

ƏsƏlMən SağƏsÜn özü də ƏrSarlar hazırlayıb, nəinki "Rey"ə -ƏrEyə qədər beş

GurOdun  beşini  də,  hətta  İlanın yuvasına  çevrilmiş Ərimi - "Rim"i  də azad

eləyib,  səkkiz  yüz  ikinci ilin  müqaviləsini  pozdurub,  yeni  danışıq əsasında

imperatorun  təxtini  saxlamaq  şərtilə sarayda  BağBağÜn - "beyinlər  Bağı"  təxti

qoydurub. Ərəbin iyrənc dərəcədə təhrif "dil"ində "Babək" adlanammızın təxtidi

o  təxt,  oğul!  "Babək"in -BağBağÜnün  zamanında  OdƏr  dili  yenidən  bərpa

olunmuşdu,  Bağ-Odda  (Bağdadda)  mədrəsələrdə

SafAğ  dərsi  deməyə

başlamışdılar.  "Rim"dəki ƏsEvÜn

1

ətrafları  yenidən  OdƏr  istilahlarıynan  idarə



olunurdu.  Məhz  buna  görə də on  səkkiz-on  doqquzuncu əsrlər  İngiltərəsinin

alimləri  arxeoloq  casuslarının Ərəb  müşayiətçiləri,  bələdçiləri - "səyyahlar"ı

"Babək"in  məskənini,  Aralıq  dənizinin  o  taya  keçid  yolu  "Dardaneli"  "Dar

boğaz"  yazıblar,  "ƏsEv  və ya  BağƏsEv  sarayını  isə dağ  belində qala  qələmə

veriblər":  "Bəzz"  qalası.  "Sasan"  SağSan - Sağ-ƏsÜnün ən  çox  müharibəli

dövrü,  yəni  yeddi-səkkizinci əsrlərnən  "Babək"in - BağBağÜnün ən  çox

falsifikasiyaya  uğramış  dövrü - doqquzuncu əsr  haqqında  xüsusi  kitab

yazılmalıdı, "Rim"in iç üzü açılmalıdı.

Təkrar deyirəm: İlanın dili BağBağÜn rütbəsini çox pis təhrif eləyib: "Papa!"

Farslar  "Papaqan",  "Papaq"  deyiblər,  Latınlar  isə lap  düzəldiblər:  "Papa!"

Bəşəriyyətin tarixini belə iyrənc şəkildə təhrif eləyiblər, oğul!

Fatehlərin  hırıltısını xüsusi  yazmaq  lazımdı;  bunu  da  təkrar  eləyirəm:

"Babəkin atası yağ satan idi!" "Babək"in "dini" "Xürrəm!" Yəni sırtıq! Əxlaqsız!

"Babək"in  şəxsiyyətini  lap  dəhşətli  şəklə salıblar:  "Gecələr  bir  yerə yığışın,

işıqları söndürün, kim hansı zənəni tutsa, o zənənlə keyf çəksin!"

Yazıq  Bircə balam!  Gözlərini  yerdən  qaldır.  Qadın-zənən  vasitəsilə mənəvi

qatillik  çox  köhnədi  bizim  tarixdə.  Fatehnən - quldarnan  heyvanın  fərqi  yoxdu,

oğul!


Hər  bir  Elm  mərkəzi  sayılan  şəhərdə bir  EvƏs  və ya ƏsEvÜn  (Yaradan  On  Evi)  və ya

BağƏsEv olmalıydı, yalnız çox dar ayaqda - kritik zamanlarda BağBağÜnlər öz mühafizə orduları ilə

birgə ƏsEvÜnü terk eləyib, ƏrEye  yığışarmışlar ki, hemin vaxtlarda hökmən ƏrEy SarEyandə olan

Ulu  Bağ ƏsƏlMənnən  birgə hərəkət  eləsinlər.  Belə bir  hadisə ikiyüzillik  müharibədən  sonra

BağBağÜnün - "Babək"-in zamanında olub.



______________Milli Kitabxana_______________

"Cavidan"  adlandırılan  OdEv  OdÜn  də oturub  o  BağBağÜn - "Papaqan"

təxtində! Dünya dolusu qışqırmalısan, xüsusən Sovet yalı içən-

lərimizi,  "ustanovkaynan  yazan"ları ifşa  eləməlisən:  "BağBağÜn  bütün  planetin

"beyinlər" Bağı ikon "Yağ satanın oğlu" nədi?! "Qəhbə zənən oğlu" nədi?! Necə

əliniz  gəlir  düşmən  sozünü  təkrar-təkrar  yazmağa,  ey  yaliçənlər?!  "Babək

üsyanı" nədi?! "Bəzz qalası" nədi?!

İlan  "alimləri" - "İslam"  təzkirəçiləri ƏsÜn  BağBağÜnü  "Həsən  Babək"ə

döndəriblər. "Azərbaycan Sovet Sosialist  Respublikasının Elmlər  Akademiyası"

adlandırılan İlan yuvası, Moskvanın gizlin əlləriynən gizlin əlaqəyə girib, qəhbə

analı,  qəhbə millətli  "Babək"  haqqında  parnoqrafiyanı  rus, ərəb,  fars  dillərində

bütün  Şərqə,  Avropaya  yaymaqdan  yorulmur!  "Rim  papası  hakimiyyətinin

BağBağÜn  qanı  üstündə qurulması  barədə işarəyə də yol  vermirlər:  Rim

imperiyası yox, Erməni satıb "Babək"i, get Erməniynən döyüş!

Səmədin əli əmgəyində gəzirdi.

-

Əmi!  Əmi!  Sən  kimlərnən  döyüşürsən,  ay  yazıq əmi!..  Necə yəni



"çıraqları söndürün?!" Bütün dünya elə Bezobraziyedən ibarətiymiş ki, əmi!..

Sultan sozünə ara vermirdi.

-

Unutma! Yenə deyirəm.



EvƏsi ərəbcə "Bəzz"  eləyiblər.  EvƏsin  "Rim"də olduğunu  danıblar,

cənubumuzdakı  köhnə bir  qalanın  adını,  "Babək  qalası"  qoyublar.  Yəni

neyləyiblər?  Möhtəşəm  Ulu  Bağ ƏsƏlMən  SağƏsÜn  dövlətini  "xilafətə qarşı

üsyan edən" tək qalaya çeviriblər!

* * *

Bu  sui-qəsd  məsələsi  səbrimi  daraltdı.  Müslümün  səsinin  dəyişməsini  yəqin



ki, sən də hiss elədin. Məncə vaxt daralıb. Əmma çalışıram heç olmasa ən vacib

şeylər barədə təsəvvürün bütöv olsun.

İndi qalalar haqqında.

Elmimizin  Qrek-Latınlardan  gizlin,  farsca  tədrisinə görə "gizlin  dövr"

adlanan 

birinci-doqquzuncu

əsrlər 

Bağdayında 



"qala" 

altı-on 


metr

hündürlüyündə birmərtəbə,  geniş  Sar  SarEyi  dövrəsində yüz  Bağ  SarEyi  olan

GurOdMən  şəhərciklərindən  ibarət  imiş.  Bütün  GurOdlarda  Gur-OdMən

"qala"larının aralarında SafAğ İşıqnan kəsilən sal qaya daşlarnan döşənmiş geniş

yollar  varmış.  OdAğÜznən  Bağday  arasında  uçan  İşıq  gəmilərindən  başqa

texnika  ləğv  olunduğuna  göre,  o  daş  yollarda  at  arabalan,  bir  də ƏrSarların  iri

təkərli  qazalaqları  işləyirmiş. Əmilərin  yazmışdılar  ki,  yüz  bir  SarEyli

şəhərciklərdən başqa, daş yolların kənarlarında OdƏrlərin Evləri də altı-on metr

hündürlüyündə SarEylərdən



  

Milli Kitabxana  

 

 



 

ibarətiymiş.  SarEylərin  bağ,  əkin-biçin  sahələri  də,  müasir  terminnən  desək, 

sənaye  karxanaları da  həmin  sal  daş  yolların kənarlarında, mal, qoyun  yataqları, 

örüşlər isə dağ ətəklərində imiş. Taxıl, yonca, bağlar, üzümlüklər gil kanallarnan, 

hökmən  dağlardan  gətirilən  həşəratsız  sularnan  suvarılırmış.  SarEylərin 

həyətlərində  də,  mərmər  sütunlar  arasında  mərmərnən  döşəməli  arxlarda  su 

dolanırmış.  Həm  həyətlərdə,  həm  də  içəridə,  böyük  buxarılarda  Od  (qaz) 

yanırmış.  Havanın  istiliyini,  soyuqluğunu  keçirmiyən  böyük  çəlləklərdə  hər  cür 

çaxır  saxlanırmış.  O  daş  yollarnan,  deyək  ki,  OdEv  ƏrÜzdən  ("Təbriz"dən) 

ƏrEyə  ("Rey"ə), HəmOdÜnə ("Həmədan"a) gedənlər  axşamlar bütün  yol  uzunu 

SarEylərdən musiqi eşidirmişlər. 

"Bağday həyat şəraiti" deyirik o SafAğ İnsanların həyat şəraitinə. 

"Babək   üsyanı"   barədə   siyasi   kompaniya   başlananda,   yəni   iyirminci, 

otuzuncu  illərdə  İlanın  casus  "alim"ləri  əllərində  fotoaparat,  cumublar 

xarabalıqlara.  Olamda,  "Elvənd"  -  ƏlEvÜn  dağında  Ulu  Bağın  SarEyindən 

başlanmış,  birinci,  ikinci,  üçüncü  Gurodlarda  az-çox  səlamət  qalan  SarEylərin 

şəkillərini  çəkib  hamısını  "Atəşgah",  "Atəşpərəst xramı"  adlandırıblar, arxeoloji 

qazıntılardan  çıxartdıqları  qızıl  qab-qacaqları  yalnız  saraylara  aid  eləyiblər. 

Halbuki, qızıl cəmlərdə xörək yemək, qızıl qədəhlərdə çaxır içmək Bağday həyat 

şəraiti üçün adi şeymiş. Çünki qızıldan, gümüşdən insanın qanına, hüceyrələrinə 

zərrəciklər keçib ömrü uzadır. 

Bil  bunları.  İlan  casuslarının  tariximizi,  adımızı  "Yer"  üzündən  necə 

sildiklərinin təfsilatıynan bərabər, məişət metalı qızılın qiymətini ceyranın belinə 

çıxardan cəhalət dünyasıynan Bağdayın fərqini bil. "BirOd" 

-          Bərdədə  İskəndər  Rumiyə  qaş-daş  "yedirdən"  AğEy  ("Əxi")  Sarı 

"Nuşabə"nin

1  

Elmiynən  bərabər  mədəni  səviyyəsini,  AğEy  –  Uca  SafAğ  insan 



məişətini  bil.  AğEy  ("Əxi")  icmaları  haqqında  nə  yazılıbsa,  hamısını  "utopiya" 

sayırlar. 

İndi "Vərəsə"mizin "utopiya"sına bax. 

BağSar


2

 

 



 

 

 



"Xəmsə"də  qadın  Sar  adları  SafAğ  bilicilərinin  ücinci  adları  -  Odları  -  rütbələridir:  "Nuşab"  - 

(içməli  saf  su)  su  -  Elm  rəmzi;  "Şirin"  ("Fərhad"ın  "Bisütundan  -  Bağstandan  (Bağdaydan)  çəkdiyi 

"şirin" - içməli su - Elm rəmzi. 

"Bağıstan" kəlməsi həmin bu - "latın əlifbası" adlandırdığımız əlifba ilə qayada həkk olunub. "Kir"in 



("ki" - OdƏr) zamanında yazıldığına görə, aydındır ki, əlifba Bağdayındır. Bağdayın süqutundan sonra 

yazının üstündən fars əlifbası ilə yenidən yazılıb və Sar OdƏrin adı dəyişdirilib. 

 

436 



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə