166
bir maşın vahid hesablama prosesində ayrıca bir iş görür. İstənilən kompüter miniatür
çoxmaşınlı kompleksdir. Çünki kompüterin tərkibinə müxtəlif kontrollerlər və adapterlər
daxildir ki, bunların da hər birinin özünəməxsus funksiyası, prosessoru və yaddaşı vardır.
Çoxmaşınlı kompleks həm də özünü iri maşın (maynfreym) kimi aparır. Çünki onun
tərkibində xarıcı qurğuların idarə edilməsi kimi köməkçi funksiyalar icra edən köməkçi
kompüterlər vardır. Çoxmaşınlı kompleksdən fərqli olaraq şəbəkədə birləşdirilmiş
maşınların icra etdikləri funksiyalar əvvəlcədən məlum deyil, şəbəkənin quruluşu dəyişə
biləndir və müxtəlif proseslərdə kompüterlərin qarşılıqlı fəaliyyəti müxtəlif ola bilir.
Şəbəkənin işi yalnız kompüterlər arasında informasiya mübadiləsini reallaşdırmaqdan
ibarət olur.
Kompüterlərin şəbəkədə birləşdirilməsi meyli bir sıra obyektiv səbəblərlə, o
cümlədən, iqtisadiyyatın qloballaşdırılması, işgüzar fəaliyyətin və dövləti işlərin idarə
edilməsi səviyyəsinin yüksəldilməsi, informasiya xidmətinin yeni növlərinin meydana
çıxması ilə bağlıdır.
Müəssisədəki kompüterlərin birləşdirilməsi və şəbəkə aşağıdakı üstünlüklərə
malikdir:
iş yerlərində icra edilən idarəetmə əməliyyatları bir proqramla, vahid qayda və
vahid vasitələrlə həyata
keçirilir;
şəbəkədən istifadə edilməsi zamanı müəssisənin bütün verilənləri bir (bəzən bir
neçə) kompüterdə yerləşdirilir ki, bu da həmin verilənlərə bütün iş yerlərindən müraciət
etmək imkanı verir;
disk yaddaşına
qənaət edilir;
sistemə daxil edilən informasiya həmin andan etibarən bütün istifadəçılər üçün də
əlçatan olur;
çoxistifadəçili rejim təmin edilir;
periferiya qurğularından (printerdən və maqnit diskindən) şərikli istifadə edilir.
Sadalanan bu funksiyalar proqramların paylanması, verilənlərin paylanması və
kompüter resurslarının paylanması adlanır. Şəbəkədə, həmçinin prosessor resursları da
paylana bilir. Yəni, zəif kompüter güclü kompüterin resurslarından istifadə edə bilir.
Kompüter
şəbəkələri lokal, regional və qlobal olur.