İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə55/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

 
162 
 
Şəkil 21.
 
Rectangular Marguee Tool (Инструмент прямоугольная область
 – 
Düzbucaqlı sahə aləti)nə daxil olan alətlər dəsti 
Yardımçı alətlər dəstini 
Mouse
 – un sağ düyməsini alət üzərində sıxmaqla da əldə edə 
bilərsiniz.  Aləti  seçərkən  ona  məxsus  olan  parametrlər  masaüstünün  yuxarı  hissəsində 
yerləşən  sazlama  çubuğunda  əks  olunur.  Sazlama  çubuğunu  zövqünüzə  uyğun  yerə 
sürükləyə  bilərsiniz.  Sazlama  çubuğunu 
Window  (Окно
  –  Pəncərə)  menyüsündəki 
Options (Настройки
 – Sazlama) əmrini qeyd etməklə (və ya əksinə) masaüstünə gətirə (və 
ya ekrandan götürə) bilərsiniz. 
Masaüstünün sağ tərəfində palitranın idarəetmə elementləri yerləşir. Palitranın vəzifəsi 
istifadəçiyə  rənglər  toplusunun,  fırçaların,  naxışların,  teksturların  və  təsvir  qatlarının 
seçilməsində yardımçı olmaqdır. Fərdi kompüterə yüklənmiş proqramların sazlanmasından 
asılı olaraq palitranın sayı və masaüstündə yerləşməsi fərqli ola bilər. 
Susmaya  görə  palitra  masaüstünün  sağ  tərəfində,  bir-birinə  sıxılmış  vəziyyətdə 
yerləşmişdir. 
QEYD:  İş  prosesində  bütün  palitranın  masaüstündə  görünməsinə  ehtiyac  yoxdur. 
Ehtiyac  duyularsa, 
Window  (Окно
  –  Pəncərə)  menyüsündəki 
Navigator  (Навигатор
  – 
Naviqator), 
Color (Цвет
 – Rəng), 
History (История
 – Keçmiş) və 
Layers (Слои
 – Qatlar) 
əmrlərini  qeyd  etməli,  əksinə,  palitranı  masaüstündən  gizlətmək  tələb  olunarsa,  sadəcə 
olaraq əmrlərin seçilməməsi kifayətdir.  
Əksər  palitra  əlavə  sazlanma  düyməsi  ilə  təchiz  olunmuşdur.  Palitranın  sağ  yuxarı 
küncündə yerləşən   sazlanma düyməsi əlavə Menyünün əldə olunmasına yardımçıdır. 
Masaüstünün  aşağı  hissəsində 
Status  Bar  (Строка  состояния
  –  Vəziyyət  Çubuğu) 
yerləşir. 
Status  Bar  (Строка  состояния
  –  Vəziyyət  Çubuğu)  bir  neçə  sahədən  ibarətdir. 
Vəziyyət  çubuğunun  sol  tərəfində  cari  sənədin  miqyası  əks  olunur.  Bir  az  sağda  sənəd 
haqqında məlumat verilir  


 
163 
Adobe  Photoshop 
rastr  qrafik  redaktorunda  hazırlanmış  təsvirləri  sonradan  istifadə 
etmək,  onlar  üzərində  müəyyən  dəyişikliklək  aparmaq  və  s.  üçün  təsvirləri  kompüterin 
yaddaşında və ya diskdə saxlamaq lazım gəlir. Bu baxımdan təsvirlərin yaddaşa yazılması, 
yaddaşdan  çağırılması,  yeni  yaradılmış  fayllara  köçürülməsi  və  s.  əməliyyatları  yerinə- 
yetirmək üçün təsvirə ad verilməlidir, yəni təsvir üçün yeni sənəd yaradılmalıdır. 
Bunun  üçün 
File  (Файл
  –  Fayl)  menyüsündən 
New  (Новый
  –  Yeni)  əmrini  seçin. 
Açılmış dialoq pəncərəsindəki 
Name (Имя
 – Ad) sahəsinə yaratdığınız təsvirin adını yazın 
(şəkil 22.). 
 
Şəkil 22.
 
File (Файл
 – Fayl) Menyüsu, 
New (Новый
 – Yeni) dialoq pəncərəsi 
Hazır sənədin açılması. 
İstifadəçi çox vaxt hazır fayllarla işləyir. Bunun üçün 
File (Файл
 – Fayl) menyüsündən 
Open  (Открыть
  –  Aç)  əmrini  seçin.  Masaüstünə  eyniadlı  dialoq  pəncərəsi  çıxacaqdır 
(şəkil 23.). Dialoq pəncərəsi 
Windows
  əməliyyat  sistemində  olduğu  kimi, faylı  seçməyə, 
idarəetmə  elementlərinə,  həmçinin  seçilmiş  fayla  öncədən  baxmağa  və  s.  əməliyyatların 
həyata keçirilməsinə imkan verir. 


 
164 
 
Şəkil 23.
 
File (Файл
 – Fayl) Menyüsu, 
Open (Открыть
 – Aç) dialoq pəncərəsi 
Dialoq  pəncərəsinin  üzərindəki
  Folder  (Папка
  –  Qovluq)  düyməsini  sıxmaqla  yeni 
qovluq  yarada,  nəzərdə  tutduğunuz  faylları  qovluğun  içinə  yerləşdirə  və  qovluğu  qeyd 
etməklə onun daxilində olan istənilən faylı seçib aça bilərsiniz. 
Dialoq pəncərəsində 
File Type (Тип Файлов
  –  Faylların  tipi)  siyahısını  açmaqla  əks 
olunacaq faylların sayını məhdudlaşdırmaq olar. 
File  (Файл
  –  Fayl)  menyüsündən 
Open  Recent  (Открыть  Последний
  –  Sonuncunu 
Ac)  əmrini  seçməklə  son istifadə  etdiyiniz  faylı  sürətlə  açıb, ona  baxış  keçirə bilərsiniz. 
Əmr  seçilərkən  açılmış  yardımçı  menyüdə  son  redaktə  olunmuş  faylların  siyahısı 
görünəcəkdir. 
File  (Файл
  –  Fayl)  menyüsündən 
Open  As  (Открыть  Как
  –  Yeni  Adla  Aç)  əmrini 
seçsəniz, istifadə etdiyiniz fayl yeni formatda yaddaşa yazılacaqdır. 
Son redaktə edilmiş faylı cəld açmaqdan ötrü 
File (Файл
 – Fayl) menyüsündən 
Open 
Recent (Открыть предыдущие
 – Öndəkini Aç) əmrinin seçilməsi kifayətdir. Əmr seçilən 
kimi  masaüstünə son redaktə edilmiş faylların siyahısı olan yardımçı  menyü açılacaqdır. 
Fayllardan istənilən birini açmaq üçün fayl seçilməlidir. 
 
6.8. Proqram təminatının yayılması 


 
165 
Proqram  məhsullarını  yayılma  xarakterinə  görə,  sərbəst  yayılan,  şərti  sərbəst 
yayılan və kommersiya proqram təminatına bölürlər.  
Müftə  proqramlar  (freeware)  istehsalçı  tərəfindən  pulsuz  yayılır  və  istifadəçi  bu 
proqram mətni üzərində dəyişiklik edə bilir. Şərti sərbəst yayılan proqramlar (shareware
da  pulsuz  yayılır.  Lakin  istifadəci  ondan  kommersiya  məqsədi  ilə  istifadə  etməmək 
barədə  öhdəlik  götürür.  Kommersiya  proqramları  adi  bazar  məhsullarıdır.  Proqram 
bazarının  artıq  40  ildən  artıq  yaşı  vardır.  1969-cu  ildə  İBM  firması  özünün  proqram 
məhsullarını satışa çıxardı. 
Səmərəli  və  rəqabətqabiliyyətli  fəaliyyət  göstərmək  istəyən  ixtiyari  müəssisə 
proqram təminatını satın almağa məcburdur. 
Proqram məhsulu dedikdə, müəyyən funksiyaların icrası üçün yaradılmış qarşılıqlı 
əlaqəli proqramlar yığımı (proqram paketi) nəzərdə tutulur. 
Proqram bazarındakı məhsulları 3 əsas qrupa bölürlər: sistem proqramları, proqram 
tərtibi sistemləri və tətbiqi proqramlar. 
Sistem  proqramlarına  ƏS,  utilitlər,  drayverlər  və  s  aiddir.  Bunları  adətən  bazara 
kompüter istehsalçıları göndərir. 
Proqram  tərtibi  sistemləri  proqramların  layihələşdirilməsi,  tərtibi  və  sazlanmasını 
avtomatlaşdırmaq  üçündür.    Buraya:  kompilyatorlar,  VBİS-lər,  proqram  generatorları, 
redaktorlar, sazlayıcılar və s. texnoloji vasitələr aiddir. 
Tətbiqi proqram  paketləri  (TPP)  müəyyən  tətbiq  oblastına  (məsələn, iqtisadiyyata, 
texnikaya,  tibbə  və  s.),  və  ya  müəyyən  fəaliyyət  növünə  aid  məsələləri  həll  etmək 
üçündür
173
.  Proqram  təminatı  10  min  dollardan  bir  neçə  100  min  dollaradək 
dəyərləndirilir. 
 
Bölmə 7. Kompüter şəbəkələrinin arxitekturası 
7.1.Kompüter şəbəkələri haqqında ümumi anlayış və onların təyinatı 
 
Kompüter şəbəkəsi dedikdə, rəqəm ötürən rabitə xətləri ilə birləşdirilmiş və bir-biri 
ilə  informasiya  mübadiləsi  edən  kompüterlər  qrupu  nəzərdə  tutulur.  Şəbəkədə  birləş-
dirilmiş  kompüterlər  müxtəlif  coğrafi  nöqtələrdə  yerləşə  bilər.  Kompüter  şəbəkəsi  ilə 
çoxmaşınlı  kompleksi  eyniləşdirmək  olmaz.  Çünki  çoxmaşınlı  kompleksə  daxil  olan  hər 
                                                 
173
 
mətn redaktorları, elektron cədvəllər sistemləri, qrafik paketlər, statistik paketlər və s.
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə