İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə51/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

 
148 
Formullarda  istifadə  etdiyiniz  hücrə  ünvanları,  əksi  göstərilmədiyi  halda  nisbi 
ünvanlardır,  yəni,  formulun  olduğu  və  ya  köçürüləcəyi  hücrənin  yerindən  asılıdır.  Əgər 
formulu  başqa  bir  yerə  köçürərsinizsə,  bu  ünvanlar  da  köçürüldüyü  yerə  uyğun  şəkildə 
avtomatik olaraq dəyişəcəkdir. 
İstisna olan nisbi ünvanlar da vardır. Tutaq ki, içərisində 
A1
 ünvanı olan bir formulu 
bir hücrə sağa və ya bir hücrə sola köçürdünüz. Bu ünvan 
IV65536
 da ola bilərdi. Bu halda 
nisbi ünvan aşağıdakı kimi dəyişəcəkdir: 
A1 
əgər bir hücrə sola köçürərsinizsə, 
IV1;
 
A1 
əgər bir hücrə üstə köçürərsinizsə, 
A65536;
 
IV65536 
əgər bir hücrə sağa köçürərsinizsə, 
A1;
 
IV65536 
əgər bir hücrə alta köçürərsinizsə
IV1  
olacaqdır.
 
Yəni, buradan aydın olur ki, 
Excel XP
-də 
65536
 nömrəli sətirdən sonra 
1
 nömrəli sətir, 
1
  nömrəli  sətirdən  öncə  isə 
65536
  nömrəli  sətir, 
IV
  sütunundan  sonra 
A
  sütunu, 
A
 
sütunundan öncə isə 
IV
 sütunu gəlir. 
Nisbi  ünvanlar  yuxarıda  göstərdiyimiz  misaldakı  kimi  çox  əlverişli  ola  bilər,  ancaq 
bəzi hallarda bunlardan istifadə etmək məqsədəuyğun deyildir. 
Misalımızı  bir  az  dəyişdirək.  Ümumi  maaş  ilə  alınacaq  maaş  arasında  olan  əlaqədə 
iştirak edən 
0.66
 əmsalını başqa bir hücrəyə daxil edək və dəyişən halına gətirək. Yəni, bu 
əmsalı  dəyişdirməklə  zaman,  onun  yerləşdiyi  hücrə  ünvanının  istifadə  edildiyi  bütün 
formulların  yenidən  hesablanmasını  və  alınacaq  maaşlar  üçün  formulların  avtomatik 
nizamlanmasını  təmin  etməyə  çalışaq.  Əgər  bu  əmsalı ayrı  bir  hücrəyə  yazmasaq, bütün 
formullardakı 
0.66
 əmsalını bir-bir dəyişməli olacağıq. 
Şəkildə  göstərildiyi  kimi  (şəkil  11.),  alınacaq  maaşın  hesablanmasında  istifadə 
ediləcək əmsalı 
A2
 hücrəsinə daxil edib 
E3
 hücrəsindəki formulu aşağıdakı kimi yazın: 
=D3*$A$2 
Əgər formulu 
=D3*A2 
kimi yazarsınızsa, bu halda altdakı hücrələrə köçürdükdə, 
=D4*A3 


 
149 
=D5*A4 
=D6*A5 
ifadələri yaradılacaq və alınacaq maaşlar sıfır olacaqdır. Çünki, 
A3, A4, A5
 hücrələrində 
hər hansı bir qiymət yoxdur və ona görə də uyğun ümumi maaşlar sıfra vurulur. 
 
Şəkil 11.
 
Əmsalın dəyişkən kimi göstərilməsi 
Bu  cür  bir  misalda,  əmsalın  yerləşdiyi  ünvanı  nisbi  ünvan  kimi  göstərmək  uyğun 
deyildir.  Ünvanın  nisbilik  xüsusiyyətini  mütləqləşdirmə  yolu  ilə  qaldırmaq  lazımdır.  Bir 
ünvanı tam  mütləqləşdirmək üçün o ünvanın həm sütun adının, həm də sətir nömrəsinin 
soluna  ―
$
―  işarəsini  qoymaq  lazımdır.  İçərisində  belə  yazılmış  ünvan  olan  formulda, 
köçürüldüyü yerdən asılı olmayaraq bu ünvan həmişə sabit qalacaqdır. 
Misalımızda  köçürmə  əməliyyatını  yalnız  aşağıya  doğru  yerinə  yetiririk.  Əslində 
yalnız  sətirlərin  nömrəsi  dəyişəcəkdir.  Bu  səbəbdən  formulda  istifadə  ediləcək  ünvanda 
yalnız  sətir  nömrəsinin  qarşısında  ―
$
―  işarəsi  qoymaq  kifayətdir.  Bu  baxımdan  uyğun 
formulu aşağıdakı şəkildə də yaza bilərik: 
=D3+A$2 
Yəni, ünvanın yalnız sətir nömrəsi hissəsini mütləqləşdiririk. Sütun adı hissəsi isə nisbi 
olaraq  qalır.  Əgər  bu  formulu  sağa  və  ya  sola  doğru  köçürəriksə,  sütun  nömrəsi 
dəyişəcəkdir. Bu cür bir ünvan ifadəsinə qismi mütləq ünvan adı verilir. 
Bunun  əksi  olaraq  ünvanın  yalnız  sütun  adı  hissəsini  mütləqləşdirə  bilərsiniz  (
$A2
). 
Əslində  bu  xüsusiyyətdən  istifadə  etdikcə  daha  yaxşı  qavrayacaq  və  ünvanın  hansı 
hissəsinin mütləqləşdiriləcəyini özünüz təyin edəcəksiniz. Bu halda buna diqqət etməyiniz 


 
150 
lazımdır:  hansı  istiqamətdə  dəyişiklik  olmasını  istəmirsinizsə,  ünvanın  o  istiqamətlə 
əlaqədar hissəsini mütləqləşdirin, əgər hər iki istiqamətdə də dəyişməməsini istəyirsinizsə, 
o zaman tam mütləqləşdirin. Aşağıdakı yazılışa diqqət edin: 
=$D3*$A$2 
Bu formulu sağ alt hücrəyə köçürsək, formul aşağıdakı kimi olar: 
=$D4+$A$2 
Hücrə adları. 
Excel  XP
-də  formulların  yazılışını  sadələşdirmək  üçün  hücrə  ünvanı  yerinə  hücrə 
adlarından  istifadə  etmək  daha  məqsədəuyğundur.  Məsələn,  aşağıdakı  kimi  bir  formul 
yaza bilərsiniz (şəkil 12.): 
 
Şəkil 12.
 
Formulda hücrə adlarından istifadə edilməsi 
=ÜmumiMaaş*Əmsal 
Yaxud: 
=Amil ÜmumiMaaş 
Amilin  ümumi  maaşını  o  hücrədə  görəcəksiniz.  Bütün  bu  imkanları  ancaq  hücrələri 
adlandırmaqla əldə edə bilərsiniz. 
Hücrə ünvanlarından istifadə etməyin nə qədər yorucu və anlaşılmaz olduğunu 
Excel 
XP
-də uzun müddət işlədikcə hiss etmək olar. 
C3, A5, D7
 kimi hücrə ünvanlarının hansı 
məlumatları ifadə etdiyi bəlli olmadığından bir sıra ünvanlarla işlədikdə çətinlik çəkməli 
oluruq. 


 
151 
Excel  XP
-də  hücrə  və  sahələrə  xüsusi  adlar  verə  bilər  və  işinizi  bu  adlardan  istifadə 
edərək nizamlaya bilərsiniz. Məsələn, Yanvar ayına aid orta qiyməti hesablayarkən 
=AVERAGE
(Yanvar) 
şəklində bir formul tərtib edə bilərsiniz. 
Bir  hücrəni  və  ya  hücrə  qrupunu  adlandırmağın  ən  asan  yolu,  o  hücrə  və  ya  hücrə 
sahəsini seçib formul çubuğunun sol tərəfindəki ad sahəsinə onların adını daxil etməkdir. 
Aşağıdakı  misalda  Yanvar  ayına  aid  məlumatlar  seçilmiş  və  ad  sahəsinə  Yanvar 
yazılmışdır (Şəkil 13.). 
 
Şəkil 13.
 
Hücrə sahəsinə ad verilməsi 
Eyni  əməliyyatı 
Insert
  (
Вставка
-Daxil  Et)  menyüsünün 
Name
  (
Имя
-Ad)  alt  menyü-
sündən 
Define
 (
Присвоить
-Təyin Et) əmrini seçməklə də yerinə yetirə bilərsiniz. Şəkildə  
göstərilmiş 
Define Name
 (
Приосвоение имени
-Ad Təyin Et) dialoq pəncərəsi açılacaqdır 
(şəkil 14.). 
 
Şəkil 14.
 
Define Name
 (
Приосвоение имени
-Ad Təyin Et) dialoq pəncərəsi 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə