İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə49/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

 
142 
iki hərflə: 
AA, AB, AC
 və s. kimi adlandırılır. 
AZ
 sütunundan sonra 
BA, BB, BC, ..., BZ
 
kimi davam edir və bu qayda ilə sonuncu sütunun adı 
IV
 olur. 
Sətirlərin nömrəsi isə rəqəmlərlə 
1, 2, 3
 və s. göstərilir. Axırıncı sətrin nömrəsi 
65536
-
dır. 
 
Sətir  və  sütunlar  üzərində  hansı  əməliyyatları  apara  bilərsiniz?  -  İki 
sətir/sütun arasına yeni sətirlər/sütunlar əlavə edə, mövcud sətir/sütunu silə, sətir/sütunları 
gizlədə,  sətirlərin  yüksəkliyini  və  sütunların  genişliyini  istədiyiniz  kimi  dəyişdirə 
bilərsiniz. 
Hücrələr (xanalar). 
Hücrə 
Excel XP
-nin əsas komponentlərindən biri sayılır ki, bu da sətirlərlə sütunların 
kəsişməsindən alınan sahələrə verilən addır. Hər işçi səhifədə 
16777216
 ədəd hücrə vardır. 
Ümumiyyətlə 
255
 səhifədən ibarət bir işçi kitabda 
4278190080
 hücrə ola bilər. 
Hücrələr üzərində aşağıdakı əməliyyatları aparmaq olar: 
 
Bir hücrədən digərinə asanlıqla keçmək olar; 
 
Klaviaturadakı
 [Delete]
 düyməsini sıxmaqla hücrə içərisindəki yazıları silmək olar; 
 
Bir hücrədəki məlumatları digərlərinə də köçürmək olar; 
 
Bir hücrədəki məlumatı asanlıqla digərinə daşımaq olar; 
 
Bir-neçə hücrəyə eyni vaxtda eyni məlumatı daxil etmək olar; 
 
Qonşu hücrələrə ardıcıl sıralanmış məlumatlar (rəqəmlər, tarixlər və s. kimi) daxil 
etmək olar; 
 
Hücrə içərisindəki yazıların yerini təyin etmək olar; 
 
Hücrə içərisindəki məlumatı gizlətmək olar; 
 
Hücrələrə izahlı qeydlər vermək olar
 
Hücrə içərisindəki  yazıları  üfqi,  şaquli və  ya  müəyyən  bucaq  altında  yerləşdirmək 
olar; 
 
Hücrələrə  formullar
169
  yerləşdirmək  və  formulların  nəticələrinin,  ya  da  özlərinin 
görünməsini təmin etmək olar; 
 
Hücrələrin kənar xətlərini çəkmək olar; 
                                                 
169
 
düsturlar
 


 
143 
 
Hücrə içərisindəki yazıların rəngini və ya hücrənin fon rəngini təyin etmək olar. 
İki  cür  hücrə  vardır:  aktiv  (
current
)  və  aktiv  olmayan  hücrə.  Şəkildə  göstərilmiş 
soldakı hücrə aktiv olmayan hücrədir (şəkil 8.). Sağdakı hücrə isə aktiv hücrədir. 
       
 
Şəkil 8.
 
Aktiv və aktiv olmayan hücrələr 
Aktiv  hücrənin  kənarları  qalın  xətlərlə  çərçivəyə  alınır.  Bu  çərçivənin  aşağı  sağ 
küncündəki  kiçik  ―+―  işarəsinə  diqqətlə  baxın.  Bu  işarə  düyməsindən  hücrə  içərisindəki 
məlumatları digər hücrələrə müxtəlif formada köçürmək üçün istifadə edilir. 
Ünvanlar. 
Hücrə  adı  verilən  sahələrə  daxil  ediləcək  məlumatlar  üzərində  hansı  əməliyyatları 
aparacaqsınız?  Aralarında  hər  hansı  bir  əlaqə  qurulmayan  məlumat  yığımının  praktik 
olaraq bir məna daşımadığı aydındır. Hərflərdən ibarət məlumatlar
170
  görünüş baxımından 
uyğun  bir  formada  nizamlanaraq  bir  məna  kəsb  edə  bilər
171
,  ancaq  ədədlər  üçün  bunları 
demək çətindir. 
Excel XP
-dən istifadə etməkdə əsas məqsəd isə daxil edilmiş məlumatları 
bir riyazi modelə, ya da məntiqə görə cədvəl şəklində nizamlamaqdır. 
Deyək ki, bir sütuna adları, onun sağındakı sütuna soyadları, bunun sağına isə ümumi 
maaşları  daxil  etdiniz.  Növbəti  sağda  yerləşən  sütuna  alınacaq  maaşları  daxil  etmək 
istəyirsiniz. Bütün şəxslər üçün alınacaq maaşları bir-bir hesablamağa ehtiyac yoxdur. Bu 
halda, hücrələrə daxil edilmiş ümumi maaşlarla alınacaq maaşlar arasında bir riyazi əlaqə 
qurmaq lazım gəlir. Məsələn, deyək ki, alınacaq maaş ümumi  maaşın 
66%-
ni təşkil edir 
(şəkil 9.). 
                                                 
170
 
məsələn, adlar, soyadlar və s. kimi
 
171
 
adlar eyni bir sütuna alt-alta, soyadlar isə sağdakı sütuna alt-alta daxil edilə bilər
  


 
144 
 
Şəkil 9.
 
Sadə bir maaş cədvəli 
Bu riyazi əlaqəni qurduqdan sonra, bunu 
Excel XP
 cədvəlinə çevirmək lazım gəlir. 
E
 
sütununda, 
D
  sütunundakı  hər  ümumi  maaşın  yanında  alınacaq  maaşı  necə 
göstərəcəksiniz? Bu əməliyyat əslində çox asanlıqla yerinə yetirilir. 
E
 sütunundakı uyğun 
hücrələrə yuxarıda göstərilən riyazi əlaqəni bir formul şəklində daxil etmək kifayətdir. 
 
Hücrə ünvanlarından və formullardan istifadə etməyin əhəmiyyəti və əslində 
Excel  XP
-nin  əsas  məntiqi  budur:  formul  yerləşmiş  bir  hücrədəki  məlumatlar,  onun 
əlaqələndirildiyi  digər  hücrələrdəki  məlumatlar  dəyişdirildiyi  zaman  avtomatik  olaraq 
yenidən hesablanır. Məsələn, ümumi  maaşların hər hansı biri dəyişdirildikdə, ona uyğun 
olan alınacaq maaş da yenidən hesablanacaqdır. 
Bir hücrənin ünvanı. 
Excel  XP
  hücrələrinə  ad,  soyad,  maaş  və  s.  kimi  hərf  və  rəqəm  məlumatları  daxil 
etdikdə, bəzi məlumatların da öz-özünə yaradılmasını və görünməsini istəyə bilərsiniz. Bu 
cür məlumatlar digər mövcud məlumatlarla əlaqələndirilmə yolu ilə yaradıla bilər. Bunun 
üçün  yaradılacaq  məlumatların  digər  məlumatlarla  riyazi  əlaqəsini  qurmaq  və  formullar 
şəklində ifadə etmək lazımdır. 
Formullar məlumatlar arasında əlaqə quraraq yeni məlumatlar yaratmaq üçündür. Bir 
formulun  yazılışında,  hansı  məlumatlarla  əlaqə  qurulacağı,  o  məlumatın  yerləşdiyi 
hücrənin işçi səhifə üzərindəki yeri, yəni, ünvanı göstərilə bilər. 
Yuxarıda  göstərdiyimiz  misalda  alınacaq  maaşı  hesablamaq  üçün  aşağıdakına  uyğun 
bir ifadə yazmağınız lazımdır: 
AlınacaqMaaş = ÜmumiMaaş * 
0.66
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə