İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə57/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

 
169 
fiziki  xarakteristikaları  kompüterdəki  şinin  xarakteristikalarına  uyğun  olmadığından, 
siqnalın  dəyişdirilməsi  lazım  gəlir.  İnformasiya  kabellə  ötürülərkən  dəyişdirmə  prosesi 
üçün şəbəkə adapterindən, telefon və ya radio ötürməsində isə modemdən istifadə edilir. 
Şəbəkəyə  qoşulmuş  kompüterlər  şəbəkə düyünləri,  məlumat  ötürən  xətlər  isə  rabitə 
kanalları  adlanır.  Əslində,  şəbəkə  düyünü  dedikdə,  ya  adapter,  ya  da  modem  nəzərdə 
tutulur.  Odur  ki,  bir  kompüterdə  bir  neçə  şəbəkə  adapteri  və  ya  modem  olduqda  həmin 
kompüter şəbəkə düyünləri kimi fəaliyyət göstərir.  
Bir və sıfırlar sırası şəklində ötürülən məlumat blokunun ilki və sonu müəyyən edilir. 
Buna  paketlərin  sinxronlaşdırılması  deyilir.  Sinxronlaşdırma  qaydasına  kommunikasiya 
protokolu  deyilir.  Siqnalötürmə  prosesi  şəbəkə  trafiki  adlanır.  Biristiqamətli  ötürmə 
kanalına simpleks kanal deyilir. İkiistiqamətli kanal dupleks kanal adlanır. 
Kommunikasiya avadanlığı. Şəbəkədə telefon xətlərindən, xüsusi naqildən, koaksial 
və  optik  kabellərdən  və  radio  dalğalarından  istifadə  edilir.  Ən  ucuz  kabel  2-3  naqilli 
kabeldir  ki,  bu  da  saniyədə  10  meqabit  informasiya  ötürə  bilir.  Lakin  küyə  qarşı 
müqaviməti  azdır.    Bu  problem  kabelin  ekranlaşdırılması  üsulu  ilə  həll  edilir.  Bu  halda 
kabel  bahalaşır.  Koaksial  kabel  orta  bahalığa  malik,  küyə  qarşı  yaxşı  müdafiə  olunan 
kabeldir.  Bir  neçə  kilometrə  ötürmə  zamanı  istifadə  edilir.  Saniyədə  100  meqabit 
informasiya  ötürür.  Hər  kilometr  yarımdan  sonra  gücləndirici  (təkrarlayıcı  və  ya  fəal 
konsentrator),  son  ucda  isə  xüsusi  siqnaluducu  (terminator)  olmasını  tələb  edir.  Optik 
kabel  bahadır.  Lakin  ötürmə  sürəti  saniyədə  10-50  qiqabayta  çatır.  Kabelin  uzunluğuna 
məhdudiyyət  yoxdur.  Küy  təsir  etmir.  Kabeli  budaqlandırmaq  çox  mürəkkəbdir.  Paralel 
qoşulmaq, gizli dinləmək qeyri-mümkündür. 
Son  zamanlar  rabitə  kanalları  daha  çox  peyk  rabitəsinə  əsaslanır.  Kommunikasiya 
peyklərinin 3 tipi vardır: 
 
aşağı orbitli peyklər (LEO – Low Earth Orbit) 290  - 1600 km  yüksəklikdə Yerin 
fırlanma sürətindən çox sürətlə uçur. Bunlar səmərəli deyil. Küyə qarşı müqaviməti azdır. 
Atmosferin yuxarı qatlarında müqavimətə rast gələrək yavaşıyıb mövqeyini dəyişir. 
 
Orta orbitli peyklər (MEO – Middle Earth Orbit) 10-16 min km yüksəklikdə Yerin 
fırlanma sürətindən artıq sürətlə uçur. 
 
Geostasionar  (geosinxron)  orbitli  peyklər  (GEO  –  Geostationary  Earth  Orbit)  35 
min  km  yüksəklikdə  Yerlə  bərabər  sürətlə  fırlanır.  Buna  görə  də  bu  peyklər  ekvator 


 
170 
üzərində bir nöqtədə asılmış şəkildə uçur. Retranslyator stansiyaları üçün bu peyklər çox 
münasibdir. 
Şəbəkə adapteri  verilənlərin  ötürülməsi  ilə  bağlı  baza  funksiyalarının  bir  hissəsi ilə 
proqramlaşdırılmışdır.  Bunu    prosessor  kompüter  portuna  görə  tanıyır.  Şəbəkə  adapteri 
prosessorun  porta  daxil  etdiyi  əmrlərlə  idarə  edilir.  Qalan  funksiyaları  özü  icra  edir. 
Şəbəkə adapteri rabitə kanalı ilə daxil olan məlumatlar arasından lazımi verilənləri qəbul 
edib  öz  buferinə  yığaraq  prosessorun  qəbuledici  əmrini  gözləyir.  Şəbəkəyə  ötürüləcək 
məlumatları  prosessordan  öz  buferinə  yığan  şəbəkə  adapteri  şəbəkənin  azad  olmasını 
gözləyir və sonra ötürür.  
Şəbəkə drayveri  şəbəkə adapteri ilə bilavasitə qarşılıqlı fəaliyyət göstərən proqrama 
deyilir.  Bu,  prosessorun  sorğularını  adapterin  anladığı  əmrlərə  və  əksinə  tərcümə  etmək 
üçündür.  
Şəbəkə modulu paketləri bu və ya digər kommunikasiya protokoluna uyğun surətdə 
işləyən  sistem  proqramıdır.  Şəbəkə  modulu  şəbəkə  drayveri  ilə,  şəbəkə  əməliyyat 
sisteminin proqramları ilə və digər şəbəkə modulları ilə qarşılıqlı fəaliyyət göstərir.  
Şəbəkə  interfeysi  şəbəkə  adapteri,  şəbəkə  drayveri  və  şəbəkə  modulunun  birgə 
fəaliyyətinin nəticəsi kimi meydana çıxır. 
Körpü bir texnologiya ilə yaradılmış iki şəbəkəni bir-birinə qoşan şəbəkə düyünüdür. 
Körpü  öz  şəbəkəsi  üçün  nəzərdə  tutulan  məlumatlara  toxunmur,  yalnız  başqa  şəbəkəyə 
ötürüləsi məlumatları ötürür.  
Marşrutizator  və  ya  paket  kommutatoru  müxtəlif  texnologiyalarla  qurulmuş 
şəbəkələri  qoşmaq  üçündür.  Marşrutizatorun  funksiyasını  şəbəkə  kompüterlərindən  biri 
icra edir. 
Şlüz müxtəlif şəbəkə avadanlığı və müxtəlif protokollu verilənlərlə xarakterizə olunan 
iki şəbəkəni birləşdirir. 
Multipleksor    xəbəri  təkrarlayaraq  eyni  vaxtda  bir  neçə  kanalla  ötürməyə,  həmçinin 
bir  neçə  kanalla ötürülən  siqnalları  bir  kanalda  birləşdirib  ötürməyə  imkan  verən  şəbəkə 
moduludur. 
Şaxələndirici  bir  neçə  işçi  stansiyanı  bir  rabitə  kanalına  qoşan  qurğudur.  Bu,  bir 
kanalla  ötürülən  siqnalı  iki  və  ya  üç  kanala  şaxələndirir.  Daha  çox  kanala  şaxələndirmə 
halında xab (ingiliscə, Hub) deyilən təkrarlayıcı qurğudan istifadə edilir. 
 


 
171 
7.2.2. Açıq sistemlərin şəbəkədə qarşılıqlı fəaliyyətinin etalon modeli 
Müasir cəmiyyət üçün xarakterik olan standartlaşdırma problemi qlobal informasiya 
fəzasının yaranması ilə əlaqədar olaraq informasiya yayımı sferasında xüsusilə kəskindir. 
Şəbəkələrarası qarşılıqlı fəaliyyət prosedurları üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı 
(İSO – İnternational Standard Orqanization) tərəfindən işlənib hazırlanmış standartlardan 
istifadə  edilir.  Bu,  ―açıq  sistemlərin  qarşılıqlı  fəaliyyət  standartları‖  (OSİ  Ref.  Model  – 
Open  Systems  İnterconnection  –  Reference  Model)  və  ya  ―Yeddisəviyyəli  şəbəkə 
mübadiləsinin etalon modeli‖ adlanır. 
İSO modeli şəbəkədə məlumat ötürülüşü məsələsini 7 səviyyəyə bölür: 
1.
 
Fiziki səviyyə (Physical Layer)
2.
 
Kanal səviyyəsi (Data Layer); 
3.
 
Şəbəkə səviyyəsi (Network Layer); 
4.
 
Nəqliyyat səviyyəsi (Transport Layer); 
5.
 
Seans səviyyəsi (Session Layer); 
6.
 
Verilənləri təqdimetmə səviyyəsi (Presentation Layer); 
7.
 
Tətbiqi səviyyə (Application Layer). 
Fiziki  səviyyə  protokollarının  əsas  təyinatı  fiziki  rabitə  və  onunla  bağlı  istismar 
hazırlığını təmin etməkdən ibarətdir. Bu səviyyə üçün çəbəkə adapteri və modem proqram 
təminatı məsuliyyət daşıyır. Fiziki səviyyə paketləri kanal səviyyəsi paketləri ilə eynidir. 
Kanal səviyyəsi məlumat ötürən rabitə xətlərinin idarə edilməsi səviyyəsidir və lokal 
şəbəkələrdə  paketləri  idarə  edir.  Bilavasitə  rabitə  xətti  ilə  ötürülən  paketə  kadr  deyilir. 
Rabitə  kanalı  və  ya  qəbuledici  qurğu  bu  və  ya  digər  səbəbdən  işə  hazır  deyilsə,  buna 
şəbəkə konflikti deyilir. Konflikti həll etmək üçün ötürməni təxirə salmaq lazımdır. 
Şəbəkə  səviyyəsinin  protokolları  lokal  şəbəkə  daxilində  fəaliyyət  göstərir.  Bu 
səviyyədə  şəbəkə  modulu  ötürülən  informasiyaya  mənbə  və  ünvan  barədə  lazımi 
informasiyanı əlavə edir ki, bu da hansı kompüterin hansı kompüterlərlə bağlantıya malik 
olduğu məlum olur. TCP/IP ailəsinə daxil olan IP (Internet Protokol) şəbəkə səviyyəsinə 
aiddir.  
Nəqliyyat  səviyyəsinin  protokolları  aralarındakı  məsafədən  asılı  olmayaraq  iki 
kompüter  arasında  kəsilməz  ötürməni  təmin  edir.  Protokollar  sistemində  nəqliyyat 
səviyyəsi  iki  protokolla  təmsil  olunur:  1)  TCP  –  Transmission  Control  Protocol  və  2) 
UDP – User Datagramm Protocol. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə