İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə2/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

 

nümunələr  kimi  mətn  redaktoru,  elektron  cədvəllər  və  qrafik  redaktor  barədə  yığcam 
məlumat öz əksini tapmışdır. 
Yeddinci  bölmə  ―Kompüter  şəbəkələrinin  arxitekturası‖  adlanır.  Dərs  vəsaitinin 
yeddinci bölməsində kompüter şəbəkələrinin qurulması və fəaliyyətinin təməl prinsipləri 
şərh edilmişdir. 
Səkkizinci  bölmə  ―İnformasiya  sistemləri  və  texnologiyaları‖na  həsr  edilmişdir. 
Burada informasiya emalının müasir üsulları, informasiya sistemlərinin baza texnologiya-
ları, o cümlədən, VB texnologiyaları, mətn axtarışı texnologiyaları, Veb texnologiyaları 
şərh edilmişdir.   
 


 

Bölmə 1. İnformatikanın obyekti, predmeti və metodu 
 
1.1  Dünyanın  maddi-enerji    mənzərəsi.  Fizika  və  kimyanın  təsvir  etdiyi  dünya 
mikro, makro və meqa aləmlər iyerarxiyasından ibarətdir. Bu təsvirə görə, Kainat maddi-
enerji  mahiyyətli  varlıqdır.  Bu  varlıq  elementar  zərrəciklərdən  qalaktikalaradək,  bioloji 
sistemlərdən  insana,  cəmiyyətə  və  texnikayadək  son  dərəcə  mürəkkəb  strukturlar 
iyerarxiyasıdır.  
1.2 Dünyanın informasiya mənzərəsi. Bizi əhatə edən aləm maddi-enerji mahiyyətli 
olsa  da  onun  informasiya  təsviri  daha  əhəmiyyətlidir.  Çünki  müxtəlif  təbiətli  mürəkkəb 
sistemlərin  qurulması  və  fəaliyyət  göstərməsi  yalnız  informasiya  aspektində  izah  edilə 
bilir.  Bu  aspekt  əvvəlcə  kibernetikada,  sonra  isə  biologiyada  tədqiqat  təməli  kimi 
seçilmişdir. 20-ci  əsrin  sonlarından  etibarən isə bu  təməl  üzərində dünyanın informasiya 
mənzərəsi  yaradılmışdır.  Beləliklə,  informasiya  mənzərəsi  dünyanın  maddi-enerji 
mənzərəsini tamamlamışdır.  
1.3  İnformasiya  təbiətdə.  Termodinamikanın  ikinci  qanununa  görə,  qapalı  sistemə 
kənar təsir olmadıqda həmin sistem termodinamik tarazlığa can atır. Yəni quruluş dağılır, 
qaydasızlıq, xaos yaranır. Qaydasızlıq ölçüsü olan entropiya artır, sahmanlılıq ölçüsü olan 
neqentropiya
1
  azalır. Bu baxımdan, Kainatı ―istilik ölümü‖ deyilən fəlakət gözləyir. Lakin 
sonrakı tədqiqatlar bu təhlükənin əsassız olduğunu sübut etmişdir. Belə ki, təbiətdə gedən 
proseslər  bir  istiqamətli  deyil,  dissipativ  xarakterlidir,  yəni  bir-birinə  qarşı  gedən  iki 
istiqamətli  proseslərdir.  Çünki  yalnız  bütövlükdə  Kainat  mütləq  bütöv  qapalı  sistemdir, 
qalan bütün sistemlər hissəvi açıq sistemlərdir. Odur ki, Kainatın tərkibi və quruluşu daim 
dəyişmədə,  mütəmadi  inkişafda  mövcuddur.  Lakin  inkişaf  heş  də  həmişə  tərəqqi 
anlamında  başa  düşülən  deyil.  Belə  ki,  inkişaf  tərəqqi,  durğunluq  və  tənəzzül  şəklində 
təzahür  edən  prosesdir.  Yalnız  tərəqqi  halında  informasiya  artır.  Durğunluq  və  tənəzzül 
hallarında isə entropiya artır. Kainatın vacib tərkib hissələrindən biri olan canlı aləm hələ 
ki  sadədən  mürəkkəbə  doğru  inkişafda  olduğundan,  burada  entropiya  daim  azalmaqda, 
informasiya isə artmaqdadır.  
Artıq sübut olunmuşdur ki, informasiyanın alınması və emalı canlı orqanizmin həyat 
fəaliyyəti üçün əsas şərtdir.  
                                                 
1
 
neqativ entropiya, anti entropiya, informasiya
 


 

1.4  Canlı  təbiət  və  informasiya.  Canlı  aləmin  əsas  və  başlıca  əlamətlərindən  biri 
müxtəlif informasiyanı qəbul etmək, ötürmək, yadda saxlamaq və müəyyən mənada emal 
etmək qabiliyyətidir. Bu qabiliyyət heyvanlara, bitkilərə və hətta bakteriyalara da xasdır. 
Canlılar  informasiyanı  təkcə  qəbul  etmir,  həm  də  ətrafa  informasiya  ötürə  bilir. 
İnformasiya  hiss  üzvləri  vasitəsilə  dərk  edilir  ki,  bunların  da  hər  biri  ayrıca  informasiya 
daşıyıcısıdır. Bu baxımdan, informasiya daşıyıcısı dedikdə, informasiyanı saxlayan və ya 
ötürən ixtiyari maddi  mühit nəzərdə tutulur. Bütün canlıların, o cümlədən, insanın həyat 
fəaliyyəti informasiya mübadiləsi mühitində baş verir. İnsanın danışıq dili canlı təbiətdə ən 
mükəmməl  informasiya  mübadiləsi  üsuludur  ki,  bunun  da  tarixi  milyon  ilə  yaxındır. 
İnformasiya  mübadiləsi  dedikdə,  məzmununa  məhəl  qoyulmadan  xəbər  ötürmə  və  ya 
qəbuletmə  prosesi  nəzərdə  tutulur.  İnsanın  danışıq  dili,  ilk  növbədə,  informasiya 
mübadiləsi  funksiyasını  icra  etsə  də,  bununla  yanaşı,  bilik  toplanmasının  da  mühüm 
vasitəsi  kimi  çıxış  etməkdə  idi.  Bilik  -  predmet  və  hadisələrin  dərk  edilmiş  və  yadda 
saxlnılmış  xassələri,  əlaqə  və  münasibətləri  sistemidir.  İnformasiya  mübadiləsi  hiss 
üzvlərinin işidirsə, biliyin yaranması, yığılması və təkmilləşdirilməsi də beynin işidir.  Bu 
baxımdan,  bəşər  tarixi həm  də  bilik  toplanması  tarixidir.  İnsanın inkişafı informasiyanın 
qəbulu,  saxlanması,  emalı  və  ötürülməsinin  vasitə  və  üsullarının  inkişafı  ilə  birbaşa 
bağlıdır.  
1.5  Genetik  informasiya.  İstənilən  canlı  orqanizm,  o  cümlədən,  insan  irsi  ötürülən 
genetik  informasiya  daşıyıcısıdır.  Genetik  informasiya  hüceyrəni  təşkil  edən  DNK 
molekullarının ayrı-ayrı hissələrində (genlərdə) saxlanır. Hər bir gen orqanizmin müəyyən 
quruluş və  fəaliyyət  sahəsinə  cavabdehdir.  Orqanizmin təşkili səviyyəsi genlərin sayı  ilə 
müəyyən edilir. İnsan orqanizmində 20 mindən artıq gen vardır.  
1.6  İnsan  və  informasiya.  İnsan  informasiya  dünyasında  yaşayır.  O,  ətraf  aləmi  öz 
hiss üzvləri vasitəsilə informasiya alaraq dərk edir. Aldığı informasiyanın 90%-ni görmə 
hissi ilə, 9%-ni eşitmə, 1%-ni digər
2
 hiss üzvləri ilə əldə edir. Hiss üzvləri ilə aldığı infor-
masiyanı  insan  yaddaşında  saxlayır.  İnsan  təfəkkürü  (düşüncəsi)  beyində  gedən 
informasiya  emalı  prosesi  kimi  təsəvvür  edilir.  İnsan  təfəkkürü  dünyanın  informasiya 
modelini yaradır.  
                                                 
2
 
iybilmə, dadbilmə və lamisə (dəri)
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə