İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə3/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

 

İnformasiyanın  alınması,  saxlanması,  emalı  və  ötürülməsi  ilə  bağlı  proseslərə 
informasiya prosesləri deyilir.  
1.7  İnformasiya  və  cəmiyyət.  İnsanlar  arasında  ünsiyyət  informasiya  mübadiləsi 
şəklində  baş  verir.  İnformasiya  mübadiləsi  yazılı,  şıfahi  və  jestlərlə  həyata  keçirilə  bilir. 
İnformasiya  dil  vasitəsi  ilə  ötürülür.  İnformasiyanın  başa  düşülməsi  üçün  dil  ümumi 
olmalıdır.  Dillərin  çoxluğu  informasiyanın  ötürülməsi  imkanlarını genişləndirir  və seçim 
imkanlarını  artırır.  İnsan  cəmiyyəti  tarixinə,  müəyyən  mənada,  informasiyanın  yığılması 
və  emalı  tarixi  kimi  baxmaq  mümkündür.  Dərketmə  prosesi  informasiyanın  alınması, 
saxlanması  və  emalı  proseslərinin  məcmusudur.  Alınmış  informasiya  müxtəlif 
daşıyıcılarda  (saxlayıcılarda),  kitablarda,  audio-video  kassetlərdə,  maqnit  və  lazer 
disklərində saxlanır.  
Kompüterlərin  vahid  qlobal  İnternet  şəbəkəsində  əlaqələndirilməsi  bəşər  tarixi 
ərzində  yığılıb  toplanmış  informasiyaya  hər  bir  şəxsin  müraciət  edə  bilməsini  mümkün 
etmişdir. 
1.8  İnformasiya  prosesləri  texnikada.  İnformasiya  prosesləri  təbiətə,  insana  və 
cəmiyyətə  xas  olduğu  kimi,  texnikaya  da  xasdır.  Texniki  qurğuların  normal  fəaliyyəti 
idarəetmə  prosesləri  ilə  bağlıdır  ki,  bu  da  mahiyyətcə,  informasiyanın  alınması, 
caxlanması,  emalı  və  ötürülməsi  proseslərinin  məcmusundan  ibarətdir.  Bəzi  hallarda 
idarəetmənin əsas ağırlığını insan öz üzərinə götürməli olur. Digər hallarda idarəetmə sırf 
maşının işidir.  
1.9 İnformatlaşdırmanın aparat və proqram vasitələri. İnformasiyanı rəqəm forma-
sında kodlaşdıran, emal edən, saxlayan, ötürən xüsusi texniki qurğular, kompüter, printer, 
skaner, modem və s. yaradılmışdır. Bu qurğular informatlaşdırmanın aparat vasitələridir. 
İnformatlaşdırma dedikdə, müxtəlif profilli mütəxəssislərin peşəkar fəaliyyətində, tədrisdə, 
elmi-tədqiqatda,  idarəçilikdə,  inzibatşılıq  fəaliyyətində,  məişətdə,  asudə  vaxtda  müasir 
informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur. 
İnformasiyanı avtomatik emal edən universal vasitə kompüterdir. Kompüter müxtəlif 
təyinatlı, müxtəlif funksiyaların icrasına imkan verən proqramlar vasitəsi ilə idarə olunur. 
Proqram  dedikdə,  ən  ümumi  halda,  icraçıya  aydın  olan  formada  yazılmış  xüsusi  əməllər 
ardıcıllığından  ibarət  olan  fəaliyyət  planı  başa  düşülür.  Xüsusi  halda,  icraçı  dedikdə, 
kompüter  nəzərdə  tutulur.  Kompüter  proqramları  məcmusuna  proqram  təminatı  və  ya 
informatlaşdırmanın proqram vasitələri deyilir.  


 

1.10  İnformasiya  və  kommunikasiya  texnologiyaları.  Kompüterdə  mətn  redaktoru-
nun  köməyi  ilə  sənəd  hazırlamaq  üçün  mətn  informasiyasının  emalı  texnologiyasından, 
qrafik  redaktordan  istifadə  etməklə  şəklin  redaktə  edilməsi  üçün  qrafik  informasiyanın 
emalı  texnologiyasından,  elektron  cədvəllərdən  istifadə  etməklə  müxtəlif  hesablamaların 
aparılması üçün isə ədədi informasiyanın emalı texnologiyasından istifadə edilir.  
İnformasiya  modellərini  tədqiq  edərkən  alqoritmlər  hazırlamaq  və  onları  proq-
ramlaşdırma  dillərində  kodlaşdırmaq  lazım  gəlir  ki,  bu  da  əslində  proqramlaşdırma 
texnologiyasından istifadə etmək deməkdir.  
Lazımi informasiyanın qlobal kompüter şəbəkəsi olan İnternetdə axtarılması və əldə 
edilməsi kommunikasiya texnologiyalarından istifadə edilməsini tələb edir. 
Beləliklə,  İnformasiya  və  kommunikasiya  texnologiyaları  dedikdə,  cəmiyyətdə 
istifadə  edilmək  üçün  informasiyanın  yığılması,  saxlanması,  emal  edilməsi  və  yayılması 
ilə bağlı olan metodlar, qurğular və istehsal prosesləri məcmusu başa düşülür. 
1.11  İnformasiya  cəmiyyəti.  Fərdi  kompüterlərin  kütləvi  istehsalı  və  İnternetin 
misilsiz  sürətlə  genişlənməsi  inkişaf  etmiş  dünya  ölkələrində  informasiya  cəmiyyətinin 
bərqərar olmasını əhəmiyyətli dərəcədə sürətləndirmişdir. İnformasiya cəmiyyətində əsas 
resurs informasiyadır. İstənilən fəaliyyəti yalnız informasiyanın köməyi ilə səmərəli etmək 
mümkündür.  İnformasiya  cəmiyyətində  əhalinin  böyük  hissəsi  informasiyanın  emalı 
sferasında  məşğul  olur,  gündəlik  həyatında  və  istehsal  fəaliyyətində  informasiya  və 
kommunikasiya texnologiyalarından istifadə edir.  
İnformasiya  cəmiyyətində  yaşamaq  və  fəaliyyət  göstərmək  üçün  informasiya 
mədəniyyətinə  yiyələnmək  tələb  olunur.  İnformasiya  mədəniyyəti  dedikdə,  informasiya 
texnologiyalarından istifadə bacarığı və bu sferadakı hüquqi və etik normalara əməl etmək 
səviyyəsi nəzərdə tutulur. 
1.12 İnformatika. Dünyanın tədqiqinə informasiya yanaşması informatika çərçivəsin-
də həyata keçirilir.  
―İnformatika‖  termini  fransızca  İnformatique  sözündəndir.  Bu,  informasiya  və 
avtomatika  sözləri  əsasında  yaradılmışdır.  Odur  ki,  informatika,  ilk  növbədə,  infor-
masiyanın avtomatik işlənməsi mənasını ifadə edir. Lakin hal-hazırda informatika dedikdə, 
əsasən, informasiyanın avtomatlaşdırılmış işlənməsini, yəni insanın iştirakını nəzərdə tutan 
informasiya  texnologiyasını  reallaşdıran  texniki  və  proqram  vasitələrinin  yaradılması  və 
istismarı ilə bağlı ideya və metodlar sistemi nəzərdə tutulur. 


 

İnformatikaya verilən bəzi təriflərlə tanış olaq: 
İnformatika - informasiya və informasiya prosesləri, informatlaşdırmanın aparat və 
proqram vasitələri, informasiya və kommunikasiya texnologiyaları və həmçinin, informat-
laşdırma proseslərinin sosial aspektləri haqqında kompleks elmdir. 
İnformatika
 
–  hesablayıcı  texniki  vasitələrin  köməyi  ilə  verilənlərin  yaradılması, 
saxlanması,  təkrar  istehsalı,  emalı  və  ötürülməsi,  həmçinin  həmin  texniki  vasitələrin 
fəaliyyəti və idarə edilməsi prinsipləri haqqında kompleks texniki elmdir.
 
İnformatika – informasiyanın ümumi xassələrini və kompüter sistemlərinin köməyi 
ilə  onun  yaradılması,  saxlanması,  axtarışı,  dəyişdirilməsi  və  istifadə  edilməsi  qanuna-
uyğunluqlarını və üsullarını öyrənən elmdir. 
İnformatika  –  ixtiyari
3
  təbiətli  obyektlərdəki  informasiya  və  onun  elektron  vasitə-
lərin tətbiqi ilə yığılması, saxlanması, işlənməsi və təqdim edilməsi haqqında elmdir. 
İnformatika – təbiətdə, cəmiyyətdə və insan fəaliyyətində baş verən hadisələrlə bağlı 
olan informasiya prosesləri haqqında elmdir. 
İnformatika  –  informasiyanın  ümumi  xassələri  və  qanunauyğunluqları,  həmçinin, 
informasiyanın  axtarışı,  ötürülməsi,  saxlanması,  emalı  və  insan  fəaliyyətinin  müxtəlif 
sferalarında istifadə edilməsi metodları haqqında elmdir. Bu, elm kimi, EHM-in meydana 
gəlməsi  nəticəsində  formalaşmışdır.  Başqa  sözlə,  informatikanın  yaranması    verilənlərin 
maşın  daşıyıcılarında  qeyd  edilməsi,  yığılması,  emalı  və  ötürülməsi  ilə  bağlı  olan    yeni 
informasiya texnologiyalarının meydana gəlməsi və yayılması ilə şərtlənmişdir. 
 İnformatikanın  tərkibinə:  informasiyanın  kodlaşdırılması  nəzəriyyəsi,  proqram-
laşdırma dilləri və metodlarının işlənib hazırlanması, informasiyanın ötürülməsi və emalı 
proseslərinin riyazi nəzəriyyəsi daxildir. 
 Bu  təriflər  göstərir  ki,  informatikanın  fəaliyyət  dairəsi  ―kompüter  haqqında  elm‖ 
olmaqdan daha genişdir. 
Beləliklə, informatikanın obyekti - informasiya prosesləri, predmeti - bu proseslərin 
substratı  olan  informasiyanın  emalı,  metodu  isə  sözügedən  emal  prosesinin  səmərəli
4
  
avtomatlaşdırılmasıdır. 
                                                 
3
 
texniki, bioloji, sosial
 
4
 
optimal
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə