İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə14/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

 
39 
Maye-kristallik  monitorlar  elektron-şüa  borulu  monitorları  sıxışdırıb  bazardan 
çıxarmışdır.  
Ev kompüterinin yeni konsepsiyası irəli sürülmüşdür ki, bu da faktiki olaraq, təkcə 
DVD-disklərlə  işləməklə  kifayətlənməyən,  yüksək  keyfiyyətli  çoxkanallı  audiosistemi 
olan,  İnternetdən  radio  televiziya  translyasiyalarını  qəbul  edən,  həmçinin,  FM  və  TV-
tünerlərlə təchiz edilmiş mediamərkəzdir
Kompüterin  aparat  təminatı  və  onun  son  nailiyyətləri  barədə  dərin  biliyə  malik 
olanlar mənəvi cəhətdən köhnəlmiş texnikanı yaxşı tanıyırlar. 
İntel mikroprosessorunun prinsipial sxeminə: hesab-məntiq qurğusu, idarəedici blok, 
ilkin  seçim  bloku,  registrlər  bloku,  dekodlaşdırma  bloku,  keş-verilənlər,  şinlər  bloku, 
əmrlər üçün keş-yaddaş, giriş və çıxış blokları daxildir. 
Mərkəzi  prosessorun  iş  prinsipini  belə  təsəvvür  etmək  olar:  emala  daxil  olan 
informasiya  ilkin  seçim  blokunun  idarəsi  altında  sistem  yaddaşından  şinlər  bloku 
vasitəsilə  prosessorun  keş-verilənlərinə,  əmrlər  isə  əmrlər  üçün  olan  keş-yaddaşa 
ötürülür.  Dekodlaşdırma  bloku  əmrlərin  kodunu  açıb,  2-lik  koda  çevirir  və  idarəedici 
bloka  və keş-yaddaşa  icraya  göndərir.  Hesab-məntiq  qurğusu  əmrə  uyğun  əməlləri  icra 
edib  alınmış  nəticələri  registrlər  blokuna  ötürür.  Sonra  registrlərin  məzmunu  sistem 
yaddaşına və ya xarici qurğulara ötürülür. 
 
3.4. Kompüterin iş prinsipi 
3.4.1 İnformasiyanın kodlaşdırılması və kompüter yaddaşında təsviri 
Kompüter  2-lik  say  sistemində  təsvir  edilən  rəqəmlərlə  işləyir.  Bu  da,  10-luq  say 
sistemi kimi, mövqeli say sistemidir. Tam ədədi 10-luqdan 2-liyə keçirmək üçün ardıcıl 
bölmədən, kəsr ədədi 10-luqdan 2-liyə çevirmək üçün isə ardıcıl vurmadan istifadə edilir. 
2-lik  ədəd  sağdan-sola  üç-üç  qruplaşdırıldıqda  8-lik  say  sisteminin  ədədləri  alınır.  2-lik 
rəqəm yaddaşda 1 bit yer tutur. 8 mərtəbəli 2-lik ədəd 1 bayt yaddaş tutur. 1024 bayt 1 
kilobayt, 1024 kilobayt 1 meqabayt, 1024 meqabayt 1 qiqabayt, 1024 qiqabayt 1 terabayt 
təşkil edir və s. 
İnformasiya kompüter yaddaşında rəqəm formasında saxlanır. Yəni, rəqəm olmayan 
informasiya
81
 da rəqəmə çevrilir. Buna kodlaşdırma deyilir. 
                                                 
81
 
mətn, şəkil, səs və s.
 


 
40 
Müasir fərdi kompüterlərdə operativ yaddaşın həcmi yüzlərlə meqabayt təşkil edir.  
Kompüterdə  ədədi,  mətni  və  məntiqi  verilənlər  fərqləndirilir.  Mətni  verilənlər 
dedikdə, simvolların xətti ardıcıllığı nəzərdə tutulur. Simvollar nömrələnir (kodlaşdırılır) 
və simvol əvəzinə koddan istifadə edilir. Hər simvol 1 bayt yer tutur.  
Hal-hazırda  128  simvolluq  (0-dan  127-dək)  ASCII  (American  Standard  Code  for 
Informational  Interchange)  standart  kodundan  istifadə  edilir.  Milli  əlifbalar  128-255 
arasında nömrələnir. Mətni düzgün oxumaq üçün mətn drayverləri vardır.  
Məntiqi verilən 2 qiymət (0 və 1) alır. 0-yalan, 1- gerçək. Məntiqi verilən 1 bit yer 
tutur. Şəkil və səs kimi mürəkkəb obyektlər də 2-lik rəqəmlərə çevrilib saxlanır. 
 
3.5. Proqramın kompüterdə icrası prosesi 
Kompüterdə  verilənlərin  saxlanması  və  emalı  ayrı-ayrı  qurğularda  icra  edilir. 
İnformasiya  kompüterin  yaddaş  qurğusunda  saxlanır,  mərkəzi  prosessorda  emal  edilir. 
Kompüterin  işi  yaddaşındakı  informasiyadan  asılıdır.  Kompüterin  yaddaşı  3  bölmədən 
ibarətdir:  ünvanlaşdırılan  yaddaş,  prosessor  registrləri  kompüter  portları  tərəfindən 
istifadə edilən giriş-çıxış yuvaları. Kompüter portları informasiya ötürülməsi qaydasına 
görə,  ardıcıl  və  paralel  olur.  Modem  ardıcıl  porta,  printer  paralel  porta  qoşulur. 
Ünvanlaşdırılan  yaddaş  məntiqi  cəhətdən  ardıcıl  yuvalardan  ibarətdir.  Hər  yuva  1  bayt 
saxlayır. Operativ yaddaşdakı baytlar nömrələnmiş olur. Baytın nömrəsi onun ünvanıdır. 
Mərkəzi  prosessor  kompüterin  əsas  qurğusudur.  Mərkəzi  prosessor  həm  bütün 
hesablamaları icra edir, həm də kompüterin bütün hissələrinin işini idarə edir.  
Prosessor  registrləri  kompüter  yaddaşının  ən  cəld  hissəsidir.  Çoxsaylı  registrlər 
müxtəlif funksiyalar icra edir. 
Kompüterin  işi  elementar  əməliyyatlar  ardıcıllığından  ibarətdir.  Hər  bir  elementar 
əməliyyat müəyyən maşın əmrinin nəticəsidir. Maşın əmrlərinin bütövlükdə bir neçə yüz 
variantı  vardır.  Hər  maşın  əmrinin  icrası  üçün  prosessorun  konstruksiyasında  ayrıca 
elektron mikrosxem nəzərdə tutulmuşdur. Maşın əmrləri əməl tipləri üzrə təsnifləşdirilir. 
Əməl tipləri üzrə icra edilən maşın əmrləri aşağıdakılardır: 
 
―informasiya blokunu operativ yaddaşdan prosessor registrinə keçırır‖ 
 
―informasiya blokunu prosessor registrindən operativ yaddaşa keçırır‖ 
 
―informasiya blokunu portdan alıb prosessor registrinə ötürür‖ və s. 


 
41 
Prosessor  əməllərin  bir  çoxunu  paralel  icra  edir.  Bunun  üçün  impuls  taktları 
generatoru vardır. Bu, əməli kvantlarla icra edir. 
Həm  verilən,  həm  də  proqram  ünvanlaşdırılmış  yaddaşda  saxlanır.  Kompüter  əmr 
deşifratorunun  köməyi  ilə  proqram  mətnini  veriləndən  ayırır.  Maşın  əmrlərinin  bitkin 
çoxluğu maşın dilini yaradır. Maşın əmrinin icrası 3 addımdan ibarətdir: əmrin seçilməsi, 
icrası  və  növbəti  əmrin  ünvanının  hesablanması.  Bunun  üçün  prosessorda  2  registr  – 
ünvan  və  əmr  registri  vardır.  Ünvan  registri  əmr  baytının  nömrəsini,  əmr  registri  isə 
əmrin məzmununu təyin edir. 
 
3.6. Kompüterin aparat həlli 
Müasir  fərdi  kompüter  stolüstü  (desktop),  portativ  (notebook)  və  cibdəgəzdirilən 
(handheld) variantlarda yaradılmışdır. 
3.6.1  Kompüterin  sistem  bloku.  Stolüstü  kompüterin  bütün  əsas  komponentləri
82
 
sistem  blokunda  yerləşir.  İnformasiya  mübadiləsi  üçün  magistral  da  sistem  bolkunda 
reallaşdırılmışdır.  Prosessorun  və  operativ  yaddaşın,  həmçinin  xarıci  qurğuların 
kontrollerlərinin qoşulması üçün qovşaqlar da sistem blokundadır. 
3.6.2  Prosessorun,  sistem  şini  və  periferya  qurğuları  şininin  tezliyi.  Kompüterin 
müxtəlif  komponentlərinin  sürəti  bir-birindən  kəskin  fərqlənir.  Bu  qurğuları  bir-birinə 
uyğunlaşdırmaq  üçün  sistem  platasında  xüsusi  mikrosxemlər  (çipsetlər)  quraşdırılmışdır. 
Çipsetlərdə ―şimal körpüləri‖ deyilən operativ yaddaş kontrollerləri və ―cənub körpüləri‖ 
adlanan periferiya qurğularının kontrollerləri yerləşir. ―Şimal körpüsü‖ sistem şini vasitə-
silə prosessorla operativ yaddaş arasında informasiya  mübadiləsi yaratmağa imkan  verir. 
Prosessorda  daxili  tezlik  hasilinidən  (vurulmasından)  istifadə  edildiyindən,  prosessorun 
tezliyi  sistem  şininin  tezliyindən  bir  neçə  dəfə  artıq  olur.  Müasir  kompüterlərdə 
prosessorun tezliyi sistem şininin tezliyindən 10 dəfə çoxdur. Məsələn, prosessorun tezliyi 
1 QHs, sistem şininin tezliyi 100 MHs-dir
83
.   
3.6.3  Xarici  (uzunmüddətli)  yaddaş.  Kompüterin  xarici  yaddaş  qurğusunun  əsas 
vəzifəsi  böyük  həcmli  informasiyanı  (proqramları,  sənədləri,  audio-video  klipləri  və  s.) 
                                                 
82
 
prosessor və operativ yaddaş quraşdırılmış sistem platası, sərt və çevik disk yığıcıları, CD-ROM və s.
 
83
 
Dərslikdə yer alan bu tip göstəricilər sadəcə təsəvvür yaratmaq üçündür. Çünki bu göstəricilər böyük 
sürətlə dəyişəndir.
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə